Bütün dövlətlər məlumatlar mübadiləsi şəraitində birləşirlər.
Dövlətlərin mübarizəsi də hadisələr barədə məlumatların
yayılmasından baş verir. Məlumatların yayılması və bəyan
edilməsi ilə dövlətlərin qarşılıqlı şəkildə mövqeləri bəlli olur.
Məlumatlar sayəsində münasibətlər və əlaqələrin tərzi, yönü
müəyyənləşdirilə bilir. Məlumatlar axını, qarşılıqlı mübadilə,
keçicilik özlüyündə beynəlxalq münasibətlər, beynəlxalq
mövqelər şəbəkəsini formalaşdırır. Burada məlumatları
daşıyan rəsmi siyasət vasitələrindən biri də diplomatiya
sahəsidir. Diplomatiya əyani və qiyabi, birbaşa və dolayı
vasitələrlə məlumatların yayılmasını təmin edir.
Diplomatiya söz və xəbər çatdıran, xahiş və müraciət yerinə
yetirən elçilik və təmsilçilik, ictimai və siyasi vəkalət sahəsidir,
vasitəsidir.Diplomatiya dövlətin xarici siyasət sahəsində
etibarnamə təqdim etdiyi baza sahədir. Diplomatiyada dövlətin,
xalqın vəkaləti ilə dövlət rəhbəri (konstitusiya səlahiyyəti ilə),
hökumət rəhbərləri (dövlət rəhbərinin verdiyi səlahiyyətlər,
qanunvericilikdə nəzərdə tutulan səlahiyyətlərlə), mərkəzi icra
hakimiyyətinin rəhbərləri və diplomatik nümayəndələr özlərində
vəkalət verən tərəfin keyfiyyətlərini məcmulaşdırır. Bu baxımdan da
diplomatiya mədəni, mənəvi, etik-estetik peşə sahəsi kimi önəm
daşıyır.
Xarici siyasəti zəruri edən vasitələr diplomatiyanı da zəruri
etməkdədir.Ona görə ki, diplomatiya bir fəaliyyət sahəsi kimi xarici
siyasət və beynəlxalq münasibətlərdə
taktiki gedişlərdən, icra
olunan aktlardan, bu baxımdan da mədəni, iqtisadi, siyasi və hüquqi
norma və qaydalardan ibarətdir.
Müasir qloballaşma şəraitində dövlətlər birgə yaşamaq zərurəti ilə
üzləşirlər. İnformasiya texnologiyalarının sürətli inkişafı dünya
xalqlarının həyatlarını bir-birinə daha da
yaxınlaşdırmaqdadır. Dünyanın texnoloji statusu xarici siyasətin
güclənməsini və beynəlxalq münasibətlər fonunda əlaqələrin
sürətlənməsini tələb etməkdədir. Bu gün beynəlxalq aləmdən təcrid
olunmuş vəziyyətdə yaşamaq qeyri-mümkündür. Dünya xalqlarının
birləşməsi prosesləri sürətlənib. Bu baxımdan da dövlətlər xarici
siyasətlərinə xüsusi diqqət yetirməkdədirlər.
Digər tərəfdən də
açıqlıq şəraitində böyük dövlətlərin dünyanı bölüşdürmək və yeni
nəzarət mexanizmlərini yaratmaq istəkləri yeni xarakterli