Bütün dövlətlər məlumatlar mübadiləsi şəraitində birləşirlər



Yüklə 182,07 Kb.
Pdf görüntüsü
səhifə1/6
tarix04.02.2023
ölçüsü182,07 Kb.
#82889
  1   2   3   4   5   6
Belge



Bütün dövlətlər məlumatlar mübadiləsi şəraitində birləşirlər. 
Dövlətlərin mübarizəsi də hadisələr barədə məlumatların 
yayılmasından baş verir. Məlumatların yayılması və bəyan 
edilməsi ilə dövlətlərin qarşılıqlı şəkildə mövqeləri bəlli olur. 
Məlumatlar sayəsində münasibətlər və əlaqələrin tərzi, yönü 
müəyyənləşdirilə bilir. Məlumatlar axını, qarşılıqlı mübadilə, 
keçicilik özlüyündə beynəlxalq münasibətlər, beynəlxalq 
mövqelər şəbəkəsini formalaşdırır. Burada məlumatları 
daşıyan rəsmi siyasət vasitələrindən biri də diplomatiya 
sahəsidir. Diplomatiya əyani və qiyabi, birbaşa və dolayı 
vasitələrlə məlumatların yayılmasını təmin edir. 
Diplomatiya söz və xəbər çatdıran, xahiş və müraciət yerinə 
yetirən elçilik və təmsilçilik, ictimai və siyasi vəkalət sahəsidir
vasitəsidir.Diplomatiya dövlətin xarici siyasət sahəsində 
etibarnamə təqdim etdiyi baza sahədir. Diplomatiyada dövlətin, 
xalqın vəkaləti ilə dövlət rəhbəri (konstitusiya səlahiyyəti ilə), 
hökumət rəhbərləri (dövlət rəhbərinin verdiyi səlahiyyətlər, 
qanunvericilikdə nəzərdə tutulan səlahiyyətlərlə), mərkəzi icra 
hakimiyyətinin rəhbərləri və diplomatik nümayəndələr özlərində 
vəkalət verən tərəfin keyfiyyətlərini məcmulaşdırır. Bu baxımdan da 
diplomatiya mədəni, mənəvi, etik-estetik peşə sahəsi kimi önəm 
daşıyır. 
Xarici siyasəti zəruri edən vasitələr diplomatiyanı da zəruri 
etməkdədir.Ona görə ki, diplomatiya bir fəaliyyət sahəsi kimi xarici 
siyasət və beynəlxalq münasibətlərdə taktiki gedişlərdən, icra 
olunan aktlardan, bu baxımdan da mədəni, iqtisadi, siyasi və hüquqi 
norma və qaydalardan ibarətdir. 
Müasir qloballaşma şəraitində dövlətlər birgə yaşamaq zərurəti ilə 
üzləşirlər. İnformasiya texnologiyalarının sürətli inkişafı dünya 
xalqlarının həyatlarını bir-birinə daha da 
yaxınlaşdırmaqdadır. Dünyanın texnoloji statusu xarici siyasətin 
güclənməsini və beynəlxalq münasibətlər fonunda əlaqələrin 
sürətlənməsini tələb etməkdədir. Bu gün beynəlxalq aləmdən təcrid 
olunmuş vəziyyətdə yaşamaq qeyri-mümkündür. Dünya xalqlarının 
birləşməsi prosesləri sürətlənib. Bu baxımdan da dövlətlər xarici 
siyasətlərinə xüsusi diqqət yetirməkdədirlər. Digər tərəfdən də 
açıqlıq şəraitində böyük dövlətlərin dünyanı bölüşdürmək və yeni 
nəzarət mexanizmlərini yaratmaq istəkləri yeni xarakterli 


diplomatiyanın formalaşmasını zəruri etməkdərir. Bu baxımdan da 
aktiv və açıq diplomatiya, sakit və bu baxımdan da “lal” və passiv, 
eləcə də gizli diplomatiya növləri yaranmaqdadır. Dövlətin 
beynəlxalq münasibətlərə qoşulması diplomatiyanı zəruri 
etməkdədir. Diplomatiyanın məqsədi dünya düzəninin formalaşması 
proseslərində dövlətin, təşkilatın maraqlarını təmin etməkdən və 
qorumaqdan ibarətdir. 

Yüklə 182,07 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin