Bütün dövlətlər məlumatlar mübadiləsi şəraitində birləşirlər


Diplomatiya dövlətin xarici siyasətini, beynəlxalq əlaqələrdən



Yüklə 182,07 Kb.
Pdf görüntüsü
səhifə5/6
tarix04.02.2023
ölçüsü182,07 Kb.
#82889
1   2   3   4   5   6
Belge

Diplomatiya dövlətin xarici siyasətini, beynəlxalq əlaqələrdən 
irəli gələrək daxili siyasətini şaxələndirən məfhum olduğundan
bu anlayışın ümumi geniş və törədici, birləşdirici və məhdud 
çərçivəli tərifləri mövcuddur:  
-diplomatiya forma etibarilə və vasitə kimi fiziki hadisədir, 
fenomendir; 
-diplomatiya siyasi aktlar və ardıcıl proseslər məcmusudur; 
-diplomatiya siyasət vasitəsi (siyasəti reallaşdıran vasitə) kimi 
hüquqi aktlardan ibarət olan fenomendir; 
-diplomatiya dövlət siyasətinin beynəlxalq münasibətlərdə baza 
prinsiplərini, fundamental axarlarını müəyyən edən vasitədir; 


-diplomatiya beynəlxalq münasibətlərdəki şəraitdən istifadə edərək 
daxili siyasət və xarici siyasət xətlərini uzlaşdıran bir sahədir; 
-diplomatiya milli maraqları bəşəri maraqlarla birləşdirən və bəşəri 
mahiyyət kəsb edən vasitədir
-diplomatiya sülhü yaradan və sülh təşəbbüslərini reallaşdıran aktlar 
cəmidir; 
-diplomatiya gərginlikləri yatıran və tərəflərin ortaq maraqlarını 
müəyyən edən bir sahədir; 
-diplomatiya xarici siyasəti icra edən və bununla da beynəlxalq 
münasibətlərin ruhunu ehtiva edən vasitədir; 
-diplomatiya xarici siyasət aktlarını, həmçinin beynəlxalq hüquq 
aktları və beynəlxalq əlaqələr yaradan, aktları qruplaşdıran və 
sistemləşdirən aktlar cəmidir; 
-diplomatiya dövlət siyasətinin ruhunu təqdim edən praktiki formalı 
hadisələr kompleksidir; 
-diplomatiya ayrı-ayrı məkanlarda (burada dövlətlərdə və 
beynəlxalq ümumi ərazilərdə) dövlət maraqlarını təmin edən və 
mənafeləri qoruyan vasitədir; 
-diplomatiya dövlətin fiziki sərhədlərini siyasi və hüquqi üsullarla 
müəyyən edən və icrasını həyata keçirən vasitədir; 
-diplomatiya dövlət rəmzlərini əks etdirən və dövlət simvollarını 
daşıyan və tanıtdıran vasitədir; 
-diplomatiya dövlət siyasətinin əsas daşıyıcısıdır, xarici sferasını 
müəyyən edəndir; 
-diplomatiya beynəlxalq sferada dövlət siyasətinin 
uzlaşdırıcı vasitəsi və sahəsidir; 
-diplomatiya dövlətlərin aidiyyatı qurumlarının fəaliyyətini 
uzlaşdıran, əlaqələndirən aktlar məcmusudur; 


-diplomatiya dövlət quruluşunu özündə ifadə edən siyasi 
mexanizmıərin fəaliyyətini beynəlxalq üsul və metodlarla birləşdirən, 
uzlaşdıran vasitədir; 
-diplomatiya dünya siyasət təcrübəsini öyrənən və milli səviyyədə 
tətbiqini reallaşdıran sahə və vasitədir; 
-diplomatiya xarici siyasətin hüquqi tənzimlənməsini müəyyən edən 
vasitədir; 
-diplomatiya forma baxımından beynəlxalq münasibətlərin ruhunu 
duyan ən güclü strateji və taktiki vasitədir, xarici siyasət 
müstəvisində ən çevik aktdır. Diplomatiya xarici siyasətin 
trayektoriyasını cızan vasitələri: danışıqların aparılması, görüşlərin 
təşkili və görüşlərin həyata keçirilməsi, sənədlərin hazırlanması, 
imzalanması və ratifikasiyası kimi aktları özündə cəmləşdirən 
vasitələri toparlayan mexaniki bir strukturdur, sistem və şəbəkədir; 
-diplomatiya siyasi aktlar, hərəkətlər müstəvisində xətlər cızan aktiv 
fəaliyyət növüdür (siyasi fəaliyyət növü olaraq); 
-diplomatiya dövlətlərin və onların törəməsi olan təşkilatların siyasət 
və fəaliyyət mexanizmisinin əsaslarını təşkil edən strukturlarının 
bir-birinə üzvi bağlanmasını və xətti tamamlanmasını həyata 
keçirən, bununla da beynəlxalq mahiyyətli bir vasitəçi 
olaraq vəhdət müstəvisi yaradan, icra məzmunlu mədəni bir aktdır, 
aktlar toplusudur. Onun vasitəçiliyi və birləşdirici həlqə rolunu 
oynaması sayəsində dünya siyasəti formalaşır; 
-diplomatiya dünya siyasətində dövlətlərin və beynəlxalq 
təşkilatların, beynəlxalq birliklərin elementlərini, hərəkət aktlarını, 
bununla da maraq, məqsəd və mənafelərini, eləcə də hüquqdan 
irəli gələrək, vəzifə və səlahiyyətlərini (diplomatiya aktlarını təşkil 
edən istiqamətləri və elementləri) kompleksləşdirən, uzlaşdıran, 
uyğunlaşdıran bir fəaliyyət sahəsidir. Siyasi kompleksli (bu 
kompleksin tərkibini siyasət, mədəniyyət, iqtisadiyyat məzmunlu 
aktlar təşkil edir) məşğuliyyətdir, peşədir, sənətdir. 
-diplomatiya həm qərarların icrası (xarici siyasət müstəvisində) 
sahəsidir (səfirliklərin, konsulluqların və digər diplomatik missiya 
nümayəndəliklərinin, eləcə də xarici siyasət həyata keçirən mərkəzi 


icra hakimiyyəti qurumunun fəaliyyətlərini nümunə göstərmək olar), 
həm də xarici siyasət və beynəlxalq münasibətlərdə qərarların 
qəbul edilməsi sferasıdır. Dövlət rəhbərlərinin və hökumət 
rəhbərlərinin görüşlərin nəticələri ilə bağlı qərarlarını (məsələn, 
bəyanatları) buna nümunə göstərmək olar. Eləcə də danışıqların 
nəticələri olaraq bağlanan sülh müqavilələrini, iqtisadi sazişləri 
və digər razılaşmaları göstərmək olar. Diplomatiya bu 
baxımdan siyasət vasitəsidir, eləcə də hüquqi mexanizmləridən 
ibarətdir. Dövlətin siyasət peşəsi fəaliyyətidir. Burada məqsədlər və 
hədəflər cəmləşir, istiqamətlər müəyyən olunur, aktlar 
qruplaşır. Diplomatiya siyasət və onun tərkibi olan hüquq 
normalarının və qaydalarının məcmusunu ifadə edən peşə 
fəaliyyətidir. Bu yöndə diplomatiya anlayışı forma etibarilə 
meyarlardan, hədlərdən, miqyaslardan ibarətdir. Diplomatiya 
məcmu vasitə olaraq universal və məxsusi peşə sahəsidir. Bu peşə 
dövlətin xarici siyasət aktları ilə beynəlxalq münasibətlərdə iştirakını 
təmin edir; 
-diplomatiya təmsilçilik, nümayəndəlik vəziyyətlərini və sahələrini 
müəyyən edən etik-estetik vasitədir; 
-diplomatiya dövlətin milli və beynəlxalq etikasını müəyyən edən 
vasitədir, fəaliyyət sahəsidir, etik təmsilçilik peşəsi və sferasıdır; 
-diplomatiya dövlətin, xalqın dəyərlərini bəşəri, dünyəvi sahələrlə, 
amillərlə bağlayan aktlar məcmusudur; 
-diplomatiya xarici siyasətin aktlarını ifadə edən, onların xarakterini 
müəyyən edən və bu baxımdan da realizə edən mexanizm 
vasitəsidir; 
-diplomatiya dövlətin xarici siyasət və beynəlxalq münasibətlər 
sferasında strateji-konseptual doktrinalarını, bu baxımdan strategiya 
və konsepsiyalarını həyata keçirən ali siyasi vasitədir; 
-diplomatiya dövlətin milli maraqları ilə beynəlxalq maraqlarını 
regionlarda və regionlardan kənarlarda uzlaşdıran, tamamlayan və 
bütövləşdirən bir vasitədir, uyğun, şərtləndirici aktlar cəmidir; 


-diplomatiya danışıqlarda tərəflərin mövqelərini milli mənafe 
naminə dəyişən, əks tərəfin (tərəflərin) mövqeyini yaxınlaşdıran və 
ortaq birləşdirici xətlər yaradan vasitədir, sahədir; 
-diplomatiya immunitet və imtiyazlar fəlsəfəsini yaradan sahədir, 
anlayışdır, məfhumdur; 
-diplomatiya xalqın siyasi mədəniyyətini əks etdirən, təmsil edən və 
transfer etdirən mühüm vasitədir; 
-diplomatiya dövlətin siyasi sistemini başqa dövlətlərin siyasi 
sistemləri ilə uzlaşdıran nəzəri və təcrübi vasitədir; 
-diplomatiya dünya siyasətinin axarlarını, xətlərini birləşdirən ali və 
orta, eləcə də aşağı mərhələli və sahəli bir vasitədir; 
-diplomatiya danışıqlar tərzini müəyyən edən, siyasi dialoqları və 
danışıqları, müzakirələri özündə cəmləşdirən vasitədir; 
-diplomatiya beynəlxalq maraqları milli maraqlarla birləşdirən və 
dövlətin regional miqyaslı geosiyasi maraq sferasını yaradan 
vasitədir; 
-diplomatiya danışıqların aparılması və qərarların dövlətin xeyrinə 
çıxarılmasını təmin edən siyasi-hüquqi aktlar cəmidir; 
-diplomatiya milli və beynəlxalq maraqları, eləcə də 
vəsaitləri bəşəri amallar uğrunda toparlayan vasitədir; 
-diplomatiya xalqın mədəni ruhunu, siyasi məfkurəsini real 
xarici siyasətlə uyğunlaşdıran əsas vasitələrdəndir; 
-diplomatiya milli maraqları xarici vəsaitlər, xarici fondlar hesabına 
təmin edən vasitədir; 
-diplomatiya dövlətin xarici siyasətini zəruri edən aktlar toplusudur; 
-diplomatiya siyasətin həyata keçirilməsi üçün hüquqi sistem və 
baza yaradan əsas vasitədir; 
-diplomatiya xarici siyasət və beynəlxalq münasibətlər üçün ideyalar 
müəyyən edən, təşəbbüslər verən, təkliflər irəli sürən əsas vasitədir; 


-diplomatiya dövlətin xarici siyasətinin reallaşması üçün vəsaitlər 
axtaran və danışıqlar həyata keçirən vasitədir; 
-diplomatiya xarici siyasət aktlarının kollektiv əsaslarını müəyyən 
edən bağlayıcı vasitədir; 
-diplomatiya beynəlxalq münasibətlərdə dövlətin və xalqın, dövlətin 
yaratdığı təşkilatların və qeyri-hökumət təşkilatlarının maraqlarını və 
hüquqi əsaslarını norma və qaydalara salan əsas vasitədir; 
-diplomatiya dünyada sabitliyi və dinamik inkişafı təmin edən 
beynəlxalq vasitədir; 
-diplomatiya beynəlxalq hadisələri reallaşdıran, aktlaşdıran və 
mexanizmləri özündə cəmləşdirən hüquqi-siyasi kompleksdir; 
-diplomatiya dövləti beynəlxalq əlaqələr və beynəlxalq münasibətlər 
sisteminə qoşan və siyasət müstəvisi yaradan bağlayıcı və 
uzlaşdırıcı vasitədir; 
-diplomatiya beynəlxalq əlaqələr və münasibətlər sistemini 
zənginləşdirən əsas vasitədir; 
-diplomatiya xarici siyasət aktlarını mərkəzləşdirici və genişləndirici, 
yayıcı funksiya kəsb edən vasitədir; 
-diplomatiya dövləti başqa dövlətdə və beynəlxalq təşkilatlarda 
təmsil edən siyasi (səfirlik, elçilik, işlər vəkilliyi institutu), mülki 
(konsulluq) və iqtisadi (ticarət nümayəndəliyi), hərbi (hərbi 
attaşelik) vasitədir; 
-diplomatiya milli hökumətlər və təşkilatlar arasında əlaqələr 
yaradan, üzvi bağlılığı ehtiva edən ideyaverici, təşəbbüsverici 
vasitədir; 
-diplomatiya dövlətlər və təşkilatlar arasında danışıqları və 
kompromisləri sistemləşdirən və təsnif edən, ayırd edən vasitədir; 
-diplomatiya dünyanın ruhunu əvvəlcədən duyan həssas xarakterli, 
ön gedişatlı xarici siyasət aktıdır; 


-diplomatiya qloballaşma şəraitində dövlətin qloballaşma 
müstəvisində aktiv iştirakını təmin edən hüquqi-siyasi və 
mədəni fəaliyyət sahəsidir; 
-diplomatiya beynəlxalq inkişaf meyarlarını, tendensiyaları və 
yönləri müəyyən edən xarici siyasət aktlarının icrası sahəsidir; 
-diplomatiya dövlətlərin milli siyasətlərini uyğunlaşdıran və yaxın 
standartlarla müəyyən edən siyasət peşəsi sahəsidir; 
-diplomatiya münaqişələrin, müharibə və böhranların baş 
verməməsi üçün vəsaitlərdən tarazlı istifadəni təmin etmək üçün 
bağlayıcı vasitədir; 
-diplomatiya insanlığı yaşadan və dünyaya nəzarət edən 
mexanizmlərə malik olan fəaliyyət sahəsidir; 
-diplomatiya insan resurslarından səmərəli istifadəni təmin edən 
fəaliyyət sahəsidir; 
-diplomatiya diaspora və lobbiçilik fəaliyyətini özündə əks etdirən və 
bu yöndə milli mədəniyyəti bəşəri mədəniyyətlə bağlayan amildir; 
-diplomatiya dünyada xalqların köçünü, bu baxımdan da miqrasiya 
proseslərini təmin edən, proseslərə nəzarət edən fəaliiyət sahəsidir
-diplomatiya bəşəri cinayətkarlığın qarşısını alan, xalqları soyqırım 
təhlükələrindən qoruyan və cinayətkarların ekstradisiyasını təmin 
edən fəaliyyət sahədidir; 
-diplomatiya dünya vətəndaşlarına beynəlxalq tranzitlər zamanı 
mülki-siyasi yardımlar göstərən humanist vasitədir; 
-diplomatiya ölkələrin maddi ehtiyaclarını təmin edən və maddi 
tələbatları tarazlaşdıran, əhatəli şəkildə bölən bağlayıcı vasitədir 
(humanitar və sülh diplomatiyası, ədalətli və bəşəri diplomatiya); 
-diplomatiya müharibələrdə sülhü qalib edən zəfər vasitəsidir; 
-diplomatiya ölkələrin bəşəri ruhunu müəyyən edən və bir-birinə 
bağlayan vasitədir; 


-diplomatiya dövlətlərin milli maraqlarını beynəlxalq maraqları ilə 
uzlaşdıran və dünyanın qlobal problemlərinə birgə maraq və diqqəti 
yaradan əsas vasitədir; 
-diplomatiya beynəlxalq sövdələşmələri milli siyasətə, milli siyasəti 
ilə beynəlxalq razılaşmalara uyğunlaşdıran siyasət vasitəsidir; 
-diplomatiya gərginlik yaşayan tərəflər arasında “yastıq” rolunu 
oynayan vasitədir; 
-diplomatiya dövlətin beynəlxalq siyasət müstəvisində yerini və 
siyasi çəkisini müəyyən edən, dövləti söz sahibinə çevirən avtoritar 
fəaliyyət vasitəsidir (geosiyasi diplomatiya buna nümunə ola bilər); 
-diplomatiya xalqları bilavasitə, açıq şəkildə bir-birinə bağlayan 
gücdür (xalq diplomatiyası misaldır); 
-diplomatiya beynəlxalq aləmin sosial statusunu müəyyən edən 
vasitədir və beynəlxalq sosial vəziyyətləri müəyyən edən araşdırıcı 
fəaliyyət sahəsidir; 
-diplomatiya dünya standartlarından milli standartları və modelləri 
formalaşdıran siyasət vasitələrindən biridir; 
-diplomatiya dövlətləri beynəlxalq aləmdə faktiki və hüquqi 
baxımdan tanıdan ümdə vasitədir; 
-diplomatiya dövlətlər arasında ilkin siyasi bağlantını və 
münasibətləri müəyyən edən və təmin edən vasitədir (ilk diplomatik 
danışıqları və müqavilələri buna misal çəkmək olar); 
-diplomatiya beynəlxalq sferanın regional və qeyri-regional 
müstəvilərində dövlətlərin hüquqi-siyasi statuslarını müəyyən edən 
vasitədir; 
-diplomatiya dövlətləri və xalqları universal maraq və məqsəd 
uğrunda birləşdirən həlqədir; 
-diplomatiya dövlətləri universal fəaliyyət, birgə maraq uğrunda 
birləşdirən, təşkilatlandıran vasitədir (beynəlxalq təşkilatlara 
qoşulmaq və təşkilatlarda fəaliyyət buna bariz nümunədir); 


-diplomatiya xarici siyasət sferasında müxtəliflikləri bir arada 
cəmləşdirən mozaik sferadır; 
-diplomatiya beynəlxalq təşkilatların fəaliyyət prinsiplərini və 
vəzifələrini, həmçinin öhdəliklərini müəyyən edən təminedici və 
bağlayıcı vasitədir (beynəlxalq təşkilatların nizamnamələrinin 
hüquqi və siyasi əsasları buna nümunədir); 
-diplomatiya beynəlxalıq aləmdə dövlətin və təşkilatın nüfuzunu 
qoruyan və təmin edən əsas vasitələrdəndir; 
-diplomatiya dövlətlər və təşkilatlar arasında ikitərəfli və çoxtərəfli 
əməkdaşlığın və tərəfdaşlığın əsaslarını müəyyən edən əsas 
bağlayıcı vasitədir; 
-diplomatiya siyasi fəaliyyət sahəsində hərəkətlərdə və 
davranışlarda əxlaq yaradan nümunəvi vasitədir; 
-diplomatiya xalqları dövlətlər (siyasət) yolu ilə bağlayan və 
dəyərləri inteqrasiya edən yaxınlaşdırıcı və bağlayıcı vasitədir; 
-diplomatiya xalqların mədəniyyətini ölkələrdən-ölkələrə transfer 
edən ictimai-siyasi və mədəni bir fenomendir; 
-diplomatiya xalqın və dövlətin şəxsiyyətini (dövlət rəhbərinin, 
hökumət rəhbərinin, mərkəzi icra hakimiyyəti rəhbərlərinin və 
diplomatik nümayəndələrinin timsalında) nümayiş etdirən ictimai-
siyasi və mədəni bir fenomendir; 
-diplomatiya bir dövləti və təşkilatı başqa dövlət və təşkilatlarda 
təmsil edən və xidməti ezamiyyət məzmunlu fəaliyyət sahəsidir. 

Yüklə 182,07 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin