Bütün dövlətlər məlumatlar mübadiləsi şəraitində birləşirlər


Diplomatiya dövlətə (beynəlxalq münasibətlərin, beynəlxalq



Yüklə 182,07 Kb.
Pdf görüntüsü
səhifə2/6
tarix04.02.2023
ölçüsü182,07 Kb.
#82889
1   2   3   4   5   6
Belge

Diplomatiya dövlətə (beynəlxalq münasibətlərin, beynəlxalq 
əlaqələrin əsas subyektlərinə) və onun fəaliyyət sahələrini 
ixtisaslaşdıran, ayırd edən, qruplaşdıran, təsnifat yaradan və 
kəmiyyət baxımından dərəcələndirən, sahələrə 
bölən təşkilatlara (beynəlxalq münasibətlərin, beynəlxalq 
əlaqələrin və beynəlxalq hüququn törəmə subyektlərinə) aid 
olan siyasi, hüquqi, iqtisadi, mədəni və hərbi xarakterli peşə 
sahəsidir. Diplomatiya təhlükəsizlik və müdafiə strategiyasının 
taktiki-icraçı sahəsidir, vasitəsidir. Diplomatiya dövlət siyasətini, 
dövlət fəaliyyətini və aktlarını daxildən xaricə çıxarır və digər dövlət 
fəaliyyəti ilə bağlayır. Diplomatiya dövlətin ana qanunu olan 
konstitusiya öhdəliyini yerinə yetirmək vəzifəsini öz üzərinə götürür 
və xarici siyasət sahəsində dövlətin siyasətini hüquqi normalara və 
qaydalara salır. Xarici siyasətin ölçülərini və hədlərini müəyyən edir, 
eləcə də subyektlərin, tərəflərin müvafiq ölçü və hədlərlə 
hərəkətlərini yerinə yetirir. Bu yöndə diplomatiya siyasət aktlarının 
əhatəliliyini, tətbiqi sferasını müəyyən edən və hərəkətləri, xətləri 
cızan real və praktiki fəaliyyət sahəsidir. 
Diplomatiya beynəlxalq münasibətlərdə müəyyənedici
təyinedici və icraçı vasitə kimi siyasi fəaliyyətin əsasıdır və 
hüquqi prinsipləri, norma və qaydaları özündə ehtiva 
edir. Xarici siyasətdə hüquq sərhədlərini müəyyən və təyin 
edir. Diplomatiya mədəni, ictimai, hüquqi və hərbi formalıdır, 
həmçinin hüquq və səlahiyyətlərinə görə, eləcə də bu peşə 
sahəsini həyata keçirilmə formasına görə tiplərə, növlərə ayırmaq 
olar. Məsələn, diplomatiyada birbaşa və dolayı siyasət, ikitərəfli və 
çoxtərəfli danışıqlar formatı, vasitəçilik missiyası, barışdırıcılıq 
funksiyası, faktaraşdırıcılıq, təmsilçilik səviyyəsi, təmsilçilik və 
vasitəçilik müddəti, səlahiyyət müddəti, müvəqqəti və müddətli 
xarakter baxımından diplomatik fəaliyyətin və peşə kimi diplomatik 
sahənin (məşğuliyyət sahəsi kimi) növlərini, dərəcələrini və tiplərini 


ayırd etmək olar. Məsələn, diplomatiya öz hüquq və səlahiyyət 
böyüklüyünə görə ali (dövlət başçıları və hökumət rəhbərləri 
arasında), orta (mərkəzi icra hakimiyyəti səviyyəsində) və yerli 
(diplomatik nümayəndəlik) tiplərə bölünə bilər. Burada bağlayıcılıq 
diplomatik nümayəndəlikdən dövlət başçıları səviyyəsinə qədər və 
müəyyənedicilik ali səviyyədən aşağı səviyyəyə qədər 
mərhələlərə bölünə bilər. Təşəbbüskarlıq, ideyavericilik, təkliflər 
irəli sürmək baxımından da diplomatiya dərəcələnir, hüquqları 
fərqləndirilir. Diplomatiya ayıredicidir, aşkarlayıcı və 
müəyyənedicidir. Hadisələrin təfərrüatını araşdırır. Baş vermə 
səbəblərini müəyyən edir. Önləyici tədbirlər görür, gərginlikləri 
aradan qaldırır. Diplomatiya təyinat ölkələrdə hadisələr barədə 
məlumatlar toplayır və məxsus ölkəyə çatdırır. Təyinat ölkədə 
gündəlik baş verən prosesləri toplayır, analiz edir, bu baxımdan da 
dövlətlərin beynəlxalq sferada qarşılıqlı münasibətlərini aşkarlayır. 

Yüklə 182,07 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin