Pediatriya 1 krx keçirmiş uşağa profilaktik peyvəndləri sağaldıqdan nə qədər sonra vurmaq olar?


) Ağciyərin idiopatik hemosiderozu zamanı laborator analizlərdə aşağıdakılardan hansı müşahidə olunur?



Yüklə 1,06 Mb.
səhifə4/18
tarix10.12.2016
ölçüsü1,06 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   18

220) Ağciyərin idiopatik hemosiderozu zamanı laborator analizlərdə aşağıdakılardan hansı müşahidə olunur?
A) Hematokrit göstəricinin azalması

B) Neytrofilyez

C) Eritrositlərin miqdarının azalması

D) Qanın zərdabında konyuqasion bilirubinin artması

E) Bəlğəmdə hemosiderinli makrofarq
Ədəbiyyat: Н.П.Шабалов. Неонатология. «Специальная литература» . Санкт-Петербург, 1997. A.F.Tur. Uşaq xəstəlikləri. «Patronat», Bakı, 1993.
221) Ağ ciyərlərin diffuz idiopatik fibroz xəstəliyi zamanı müşahidə olunan kliniki simptomlar:
A) Qusma

B) Öskürək

C) Yüksək hərarət

D) Yanaqda qızartı

E) Fiziki inkişafın sürətlənməsi
Ədəbiyyat: Н.П.Шабалов. Неонатология. «Специальная литература» . Санкт-Петербург, 1997. A.F.Tur. Uşaq xəstəlikləri. «Patronat», Bakı, 1993.
222) Ağciyərlərin idiopatik diffuz fibrozu olan uşağın rentgenoloji müayinəsində müşahidə olunur?
A) Ağciyər şəffaflığının diffuz azalması

B) Ağciyər şəffaflığının yüksəlməsi

C) Qabırğaların yüksək durması

D) Xırda ocaqların qeyd olunması

E) Ağciyərlərin “Arı pətəyinə ” bənzər şəkli
Ədəbiyyat: Н.П.Шабалов. Неонатология. «Специальная литература» . Санкт-Петербург, 1997. A.F.Tur. Uşaq xəstəlikləri. «Patronat», Bakı, 1993.
223) Kartagener sindromu – kombinə olunmuş inkişaf qüsuru üçün aşağıdakılardan hansı səciyyəvidir?
A) Daxili orqanların tərs yerləşməsi

B) Rinosinusopatiya, xroniki bronx- ağciyər prosesləri

C) Daxili orqanların tərs yerləşməsi, xroniki bronx-ağciyər prosesi və rinosinusopatiya

D) Daxili orqanların tərs yerləşməsi və neytropeniya

E) Daxili orqanların tərs yerləşməsi, xroniki bronx-ağciyər prosesi
Ədəbiyyat: Н.П.Шабалов. Неонатология. «Специальная литература», Санкт-Петербург, 1997. A.F.Tur. Uşaq xəstəlikləri. «Patronat», Bakı, 1993.
224) Kartagener sindromunda hansı tədbir məsləhət görülür?
A) İnhalyasiya

B) Müalicəvi idman

C) Ağciyərin payının çıxarılması

D) Antibiotikoterapiya

E) Hormonoterapiya
Ədəbiyyat: Н.П.Шабалов. Неонатология. «Специальная литература», Санкт-Петербург, 1997. A.F.Tur. Uşaq xəstəlikləri. «Patronat», Bakı, 1993.
225) Plevritlər hansı xarakterdə olur?
A) İltihablı

B) Restriktiv

C) İrinli

D) Obstruktiv

E) İrinli obstruktiv
Ədəbiyyat: Н.П.Шабалов. Неонатология. «Специальная литература», Санкт-Петербург, 1997. A.F.Tur. Uşaq xəstəlikləri. «Patronat», Bakı, 1993.
226) Allergik rinit necə səciyyələnir?
A) İştahanın zəifləməsi

B) Qusma


C) Asqırma

D) Yüksək hərarət

E) Periferik qanda neytrofilyoz
Ədəbiyyat: Н.П.Шабалов. Неонатология. «Специальная литература», Санкт-Петербург, 1997. A.F.Tur. Uşaq xəstəlikləri. «Patronat», Bakı, 1993.
227) Allergik laringitdə aşağıdakılardn hansı müşahidə olunur?
A) Yüksək hərarət

B) «Hürücü» öskürək

C) Təngnəfəslik

D) EÇS artması

E) Qanda neytrofilyoz
Ədəbiyyat: Н.П.Шабалов. Неонатология. «Специальная литература», Санкт-Петербург, 1997. A.F.Tur. Uşaq xəstəlikləri. «Patronat», Bakı, 1993.
228) Allergik pnevmoniyada müşahidə olunur:
A) EÇS artması

B) Neytrofiliya

C) Leykositoz

D) Eozinofiliya

E) Yüksək hərarət
Ədəbiyyat: A.F.Tur. Uşaq xəstəlikləri. «Patronat», Bakı, 1993.
229) Bitonal öskürək hansı xəstəlikdə qeyd olunur?
A) Bronxial astma

B) Ocaqlı pnevmoniya

C) Kəskin bronxit

D) Vərəm limfadeniti

E) Plevrit
Ədəbiyyat: Н.П.Шабалов «Педиатрия», Санкт-Петербург «СпецЛит» 2010, стр.118
230) 2 yaşlı sağlam uşaqda auskultasiya zamanı necə tənəffüs olmalıdır?
A) Bronxial

B) Zəif vezikulyar

C) Sərt

D) Vezikulyar



E) Pueril
Ədəbiyyat: Н.П.Шабалов «Педиатрия», Санкт-Петербург «СпецЛит» 2010, стр.119
231) Alveolların sintezi hansı müddətdə davam edir?
A) Hestasiyanın 28 - ci həftəsindən 3 yaşa kimi

B) Hestasiyanın 36 - cı həftəsindən 1,5 yaşa qədər

C) Hestasiyanın 28 - ci həftəsindən 1,5 yaşa qədər

D) Yalnız antenatal dövrdə

E) Yalnız prenatal dövrdə
Ədəbiyyat: Т.В.Капитан «Пропедевтика детских болезней с уходом за детьми »,« Медпресс-информ »2006, стр.206
232) Aşağıdakılardan hansı tənəffüs üzvlərinin selikli qişasının tərkibində yoxdur?
A) Lizosim

B) Musin


C) Laktoferrin

D) Fibronektin

E) Transferrin
Ədəbiyyat: Т.В.Капитан «Пропедевтика детских болезней с уходом за детьми »,« Медпресс-информ »2006, стр.219
233) Düzgün diaqnozu seçin: 5 aylıq uşaq ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Təngnəfəslik, peroral sianoz qeyd olunub. Tənəffüs - dəqıqədə 60. Perkussiya zamanı - qutu səsi. Auskultasiya: çox saylı xırdaqabarcıqlı xrırlltılar, nəfəs almada- krepitasiya .Ürək tonları karlaşıb, ürək vurğularının sayı- dəqiqədə 140. Hərarət-38,6dərəcədir. Qarın ağrısız, qara ciyər qabırğa altından 2 sm. əllənir. Nəcis-N, diurez-N. Anamnezdən məlumdur ki, 3 aylıgında KRX keçirib, müalicə alıb. RQ- ag ciyərlərin səthində yüksək şəffaflıq (xüsusən periferik zonalarda)
A) Emfizema

B) Atelektaz

C) Kəskin bronxiolit

D) Bronxit

E) Bronxial astma
Ədəbiyyat: Н.П.Шабалов «Педиатрия», Санкт-Петербург «СпецЛит» 2010
234) 4 yaş 5 aylıq uşaq təcili xəstəxanaya çatdırılıb. Şikayətləri: yüksək hərarət və qarında ağrılardandır. Anamnezdən məlumdur ki, uşaq 1 gündür ki, xəstədir. Qəflətən hərarət 39,4ºC- yə qalxıb, ümumi vəziyyəti pisləşıb. Əzziyyətverici öskürək qatı, şüşəyəbənzər bəlğəm ifrazı ilə müşahidə olunur. Uşaq sağ tərəfində olan ağrılardan şikayət edir. Baxış zamanı uşaqda tormozlanma, ümumi avazıma, yanaqların qızarması (xüsusən sag tərəfdə), qarışıq tipli təngnəfəslik qeyd edilir. Uşaq, ayaqlarının qarnına yığılmış halda sağ böyrü üstə uzanıb. Perkussiya zamanı-sağ tərəfdə perkutor səsin qısalması, solda-qutu səsi qeyd edilir. Nəbzin nəfəs almağa nisbəti 2:1 Qanın ümumi müayinəsi: leykositoz, EÇS artmışdır; RQ - sağ ag ciyərin aşağı paylarında infiltrativ kölgə, solda - şəffaflıq qeyd edilir. Dəqiq diaqnoz hansıdır?
A) Bronxial astma

B) Lobar pnevmoniya

C) Emfizema

D) Atelektaz

E) Obstruktiv bronxit
Ədəbiyyat: Н.П.Шабалов «Педиатрия», Санкт-Петербург «СпецЛит» 2010
235) Müalicə taktikasını dəqiqləşdirmək üçün hansı əlavə müayinələr daha vacibdir: 4 yaş 5 aylıq uşaq təcili xəstəxanaya çatdırılıb.Şikayətlər: yüksək hərarət və qarında ağrılar.Anamnezdən məlumdur ki, uşaq 1 gün xəstədir. Qəflətən hərarət 39,4° qalxıb ümumi vəziyyəti pisləşıb, əzziyyətverici öskürək qatı, şüşəyəbənzər bəlğəm ilə müşahidə olunurdu. Uşaq sag böyründə ağrılardan şikayət eləyir.Baxış zamanı uşagda tormozlanma, ümumi avazıma,yanaqların qızarması(xüsusən sag tərəfdə),tənqinəfəslik garışıq tipli.Uşaq sag böyrü üstə uzanıb,ayaqları yığılmış halda. Perkussiya zamanı- sağ tərəfdə perkutor səsin qısalması,solda-qutu səsi.Nəbzin nəfəs almaga nisbəti 2:1Qanın ümumi analizi:leykositoz, ECS artmışdır; RQ-sag ag ciyərin aşağı paylarında infiltrativ kölgə, solda-şəffaflıq
A) Sidiyin ümumi analizi

B) Neyrosonoqrafiya

C) Qastroduodenoskopiya

D) Bəlgəmin əkilməsi və antibiotiklərə qarşı həssaslığının təyin edilməsi

E) EKQ
Ədəbiyyat: Н.П.Шабалов «Педиатрия», Санкт-Петербург «СпецЛит» 2010
236) Kodein necə təsir edir?
A) Hərarətsalıcı

B) Öskürək əleyhinə

C) Antihistamin

D) Antioksidant

E) İltihab əleyhinə
Ədəbiyyat: Дж. Греф, Ч. Берд, Ф. Мандел. Педиатрия. Пер.с англ., Москва, «Практика», 1997 г.
237) Vərəm əleyhinə peyvəndin orqanizmə daxil edilmə yolu hansıdır?

Ədəbiyyat: Л.А.Митинская Профилактика туберкулеза. 1988



238) Fallo tetradası olan uşaqlarda təngnəfəslik-sianotik tutmalar zamanı aşağıdakılardan hansı məqsədəuyğun deyildir?
A) Əgər tutmalar davam edərsə - infuzion terapiyaya başlamaq

B) Propranolol təyin etmək (anaprilin, obzidan)

C) Strofantin vurmaq

D) Promedol vurmaq

E) Oksigen vermək
Ədəbiyyat: В. В. Лазоришинец «Неотложная помощь при основных патологических синдромах у грудных детей с врожденными недостатками сердца» 2001.г.
239) Hansı anadangəlmə ürək qüsuru ilə doğulan uşaq həyatının birinci ilində operativ müalicə olunmur?
A) Fallo tetradası

B) İri damarların transpozisiyası

C) Açıq oval pəncərə

D) Açıq arterial axacaq

E) Aortanın koarktasiyası
Ədəbiyyat: В. В. Лазоришинец «Неотложная помощь при основных патологических синдромах у грудных детей с врожденными недостатками сердца» 2001.г.
240) Sistem qurdeşənəyində daha çox hansı diaqnostik əhəmiyyətə malikdir?
A) LE - hüceyrələri

B) Sidikdə dəyişikliklər

C) Disproteinemiya

D) İmmunoqlobulinlərin artması

E) EÇS-in artması
Ədəbiyyat: А. И. Бекетов «Фармакотерапия в практике семейного врача» 2006г.
241) Aşağıdakılardan hansı revmatizmin əsas diaqnostik meyarlarından biridir?
A) Artralgiya

B) Qızdırma

C) Kardit

D) Ocaqlı infeksiya

E) Ümumi halsızlıq
Ədəbiyyat: Амосова Е.Н. Клиническая кардиология. К.: «Книга плюс». 2002.
242) Qeyri-steroid iltihab əleyhinə dərmanlar hansı halda məsləhət görülmür?
A) Revmatizmdə

B) Reaktiv artritdə

C) Posttravmatik artritdə

D) Verlhof xəstəliyində

E) Revmatoid artritdə
Ədəbiyyat: Кардиология детского возраста /Под ред. П.С.Мощица, В.М.Сидельникова, Киев: Здоровье. – 1986.
243) Qeyri-steroid iltihab əleyhinə dərmanlar qrupuna aid olmayan hansıdır?
A) Diklofenak

B) İndosid

C) Lornoksikam

D) Asetilsalisil turşusu

E) Prednizolon
Ədəbiyyat: Бекетов А.И. Фармакотерапия в практике семейного врача. Симферополь. -2006.
244) Ağciyərlərin ödemi zamanı nə müşahidə olunmur?
A) Sidik ifrazının tezləşməsi

B) Ağciyərlərdə çox miqdarda yaş xırıltılar

C) Ortopnoe

D) Sidik ifrazının azalması

E) Təngnəfəslik
Ədəbiyyat: Кардиология детского и подросткового возраста / Под ред. Казак С.С.- Донецк, 2004.
245) Ortastatik kollapsı hansı preparat törədə bilər?
A) Prednizolon

B) Anaprilin

C) Dibazol

D) Papaverin

E) Prestarium
Ədəbiyyat: Бекетов А.И. Фармакотерапия в практике семейного врача. Симферополь. -2006.
246) Kəskin ürək-damar çatışmazlığı zamanı hansı preparat göstəriş deyildir?
A) Dopamin

B) İnfuzion terapiya

C) Mezaton

D) Prednizolon

E) Propranolol
Ədəbiyyat: Бекетов А.И. Фармакотерапия в практике семейного врача. Симферополь. -2006.
247) Aortanın koarktasiyası zamanı hipertenziyanın differensial diaqnostikası üçün aşağıdakılardan hansı daha çox informativdir?
A) Sidikdə aldosteronun artması müşahidə edilir

B) Arterial təzyiq yuxarı ətraflara nisbətən ayaqlarda yüksəkdir

C) Arterial təzyiq ayaqlarda yuxarı ətraflara nisbətən aşağıdır

D) Sidikdə 17-ketosteroidlərin normal tərkibi müşahidə edilir

E) Sidikdə katexolominlərin səviyyəsinin azalması müşahidə edilir
Ədəbiyyat: Кардиология детского и подросткового возраста / Под ред. Казак С.С.- Донецк, 2004
248) Paroksizmal taxikardiyanın diaqnostikası üçün təcili müayinə hansıdır?
A) FKQ

B) Qanda kaliumun təyini

C) EKQ

D) EXO-kardioqrafiya



E) Rentgenoqrafiya
Ədəbiyyat: Белозеров Ю.М., Болбиков В.В. Ультразвуковая семиотика и диагностика в кардиологии детского возраста. М: Медпресс. - 2001.
249) Qan dövranı çatışmazlığı olan postvirus miokarditi zamanı nə təyin etmək lazımdır?
A) Kordiamin

B) Kofein

C) İnderal (anaprilin)

D) Diqoksin

E) Kapoten
Ədəbiyyat: Амосова Е.Н. Клиническая кардиология. К.: «Книга плюс».- 2002.
250) Mitral qapağın prolapsının diaqnostikası üçün hansı müayinə daha informativ sayılır?
A) Ultrasəs müayinəsi

B) Reoqram

C) FKQ

D) Ürəyin rentgenoqramı



E) EKQ
Ədəbiyyat: Белозеров Ю.М., Болбиков В.В. Ультразвуковая семиотика и диагностика в кардиологии детского возраста. М: Медпресс. - 2001.
251) Aşağıdakılardan hansı düz antikoaqulyantlara aiddir?
A) Tiklid

B) Dipirdamol

C) Heparin

D) Dikumarin

E) Fenilin
Ədəbiyyat: Бекетов А.И. Фармакотерапия в практике семейного врача. Симферополь. -2006.
252) Aşağıdakılardan hansı qeyri-steroid iltihab əleyhinə dərmanlara aid deyil?
A) Naproksen

B) Lornoksikam (ksefokam)

C) Diklofenak

D) Piroksikam

E) Desferal
Ədəbiyyat: Бекетов А.И. Фармакотерапия в практике семейного врача. Симферополь. -2006.
253) Aşağıdakılardan hansı ürək çatışmazlığının səbəblərinə aid deyil?
A) Anadangəlmə ürək qüsuru

B) Qeyri-revmatik kardit

C) Ağciyər xəstəlikləri

D) Kəskin zəhərlənmə

E) Mədə xəstəlikləri
Ədəbiyyat: Кардиология и ревматология детского возраста / под ред. Г.А. Самсыгиной и М.Ю.Щербаковой - Медпрак.- 2004.
254) Hansı xəstəliyi keçirmiş uşaqlar revmatizmin inkişafı üçün təhlükəli hesab olunur?
A) Bağırsaq infeksiyası

B) KRVİ


C) Hepatit

D) Skarlatina

E) Bronxit
Ədəbiyyat: Кардиология и ревматология детского возраста / под ред. Г.А. Самсыгиной и М.Ю.Щербаковой - Медпрак.- 2004.
255) Hansı klinik lamət revmatizm üçün xarakterik deyil?
A) Xoreya

B) Poliartrit

C) Abdominal sindrom

D) Proteinuriya

E) Kardit
Ədəbiyyat: Кардиология и ревматология детского возраста / под ред. Г.А. Самсыгиной и М.Ю.Щербаковой - Медпрак.- 2004.
256) Miokarditin əlamətlərinə aid olmayan hansıdır?
A) Arterial təzyiqin yüksəlməsi

B) Funksional küyün əmələ gəlməsi

C) Hipotoniya

D) Ürək ritminin pozulması

E) Ürək sərhədlərinin genişlənməsi
Ədəbiyyat: Кардиология детского и подросткового возраста /Под ред. Казак С.С.- Донецк, 2004.
257) Hansı xəstəlikdə dırnaq falanqalarının osteolizi spesifik əlamət sayılır?
A) Dermatomiozit

B) Revmatoid artrit

C) Şəkərli diabet

D) Sklerodermiya

E) Dırnaqların göbələk mənşəli zədələnməsi
Ədəbiyyat: Попов П.Н. Ревматические болезни и редкие синдромы (клиника, диагностика, лечение) Учебное пособие. Москва. 1985.
258) Kəskin damar çatışmazlığı üçün xarakterik əlamət hansıdır?
A) AT aşağı düşməsi

B) AT yüksəlməsi

C) Qarında ağrılar

D) Qaraciyərin böyüməsi

E) Temperaturun yüksəlməsi
Ədəbiyyat: Амосова Е.Н. Клиническая кардиология. К.: «Книга плюс».- 2002.
259) Hansı xəstəlikdə yüksək dozada kortikosteroidlərin təyini patogenetik olaraq əsaslandırılmayıb?
A) Qlomerulonefrit

B) Sklerodermiya

C) Revmatizm (revmatik qızdırma)

D) Revmatoid artrit

E) Dermatomiozit
Ədəbiyyat: Кардиология и ревматология детского возраста / под ред. Г.А. Самсыгиной и М.Ю.Щербаковой - Медпрак.- 2004.
260) 3 aylıq uşaqda mədəciklərarası çəpərin böyük deffekti zamanı aşağıdakı əlamətlərdən hansı olmayacaq?

A) Taxikardiya

B) Hipotrofiya

C) Qıcolmalar

D) Təngnəfəslik və fiziki yükə qarşı dözümsüzlük

E) Ağ ciyər arteriyasında II tonun aksenti


Ədəbiyyat: Кардиология детского и подросткового возраста / Под ред. Казак С.С.- Донецк, 2004
261) Hansı anadangəlmə ürək qüsuru zamanı doğulan kimi sianoz qeyd edilir?

A) Aortanın stenozu

B) Fallo tetradası

C) Böyük damarların transpozisiyası

D) Mədəciklər arası çəpərin defekti

E) Arterial axacağın açıq qalması


Ədəbiyyat: Кардиология детского и подросткового возраста / Под ред. Казак С.С.- Донецк, 2004.
262) 10 yaşlı uşaqda diz və aşıq-daban oynaqlarında ağrılar və şişkinlik müşahidə olunur, hərarəti 38 ºC-dir. Ürəyin sol hüdudu 2 sm genişlənib. Ürək tonları karlaşmışdır. 1 həftə əvvəl anginası olub. Sizin ilkin diaqnozunuz?

A) Septik kardit

B) Sistem qırmızı qurdeşənəyi

C) İnfeksiyadan sonrakı miokardit

D) Revmatizm

E) Revmatoid artrit


Ədəbiyyat: Дж. Грефа «Педиатрия» 1997г
263) Kisel-Conson -Nesterevə görə revmatizmin əsas meyarları hansılardır?

A) Abdominal sindrom

B) EKQ-də T dişciyinin uzanması

C) Antistreptolizin O-nun yüksək titri

D) EKQ-də T dişciyinin qısalması

E) Poliartrit


Ədəbiyyat: Дж. Грефа «Педиатрия» 1997г.
264) Uşaqlarda qazanılmış ürək qüsurlarının əsas səbəbi hansıdır?

A) Fibroelastoz

B) Sistem qırmızı qurd eşənəyi

C) Septik endokardit

D) Revmatoid artrit

E) Revmatizm


Ədəbiyyat: Кардиология детского и подросткового возраста / Под ред. Казак С.С.- Донецк, 2004.
265) İlkin diaqnozu revmatizm olan uşaqlara nə təyin etmək lazımdır?

A) Kardiorevmatoloqun konsultasiyası

B) Ambulator şəraitdə qanın klinik müayinəsi

C) Hospitalizasiya

D) Ambulator şəraitdə EKQ

E) Ambulator şəraitdə qanın biokimyəvi müayinəsi


Ədəbiyyat: Шабалов Н.П. «Детские болезни» 2006г
266) İlkin diaqnozu “Revmatizmin aktiv fazası” olan uşaq hospitalizasiya edilməyibsə ona nəyi təyin etmirlər?

A) Penisillin təyini

B) Diaqnostik mərkəzdə ExoKQ

C) Evdə EKQ

D) Aspirin və ya ibuprofen təyini

E) Evdə qanın klinik müayinəsi


Ədəbiyyat: Шабалов Н.П. «Детские болезни» 2006г
267) Revmatizm diaqnozu ehtimal olunan uşağa hospitalizasiya olunana qədər ev şəraitində nə təyin etmək məqsədəuyğundur?

A) Deksametazon

B) Prednizalon

C) Betametazon

D) Suprastin

E) İbuprofen+suprastin


Ədəbiyyat: Шабалов Н.П. «Детские болезни» 2006г
268) Revmatik həmlənin ilkin mərhələsində xəstəyə nə təyin olunmalıdır?

A) Levomisetin

B) Bisilin

C) Penisillin

D) Fortum (seftazidim)

E) Seporin


Ədəbiyyat: Шабалов Н.П. «Детские болезни» 2006г
269) Uşaq stasionarda 2 ay ərzində müalicə alıb. Revmatizmin aktivliyi sakitləşib. Evə yazıldıqdan sonra nə məsləhət görülməlidir?

A) Penisillin

B) Prednizalon

C) Bissilin-3

D) Eritromisin

E) Aspirin və Bissilin-5


Ədəbiyyat: Шабалов Н.П. «Детские болезни» 2006г
270) Revmatizm həmlə keçirmiş uşaqların poliklinika şəraitində reabilitasiyasına kim cavabdehdir?

A) Müalicə bədən tərbiyə həkimi

B) Şöbə müdiri

C) Sahə pediatrı

D) Fizioterapevt

E) Ftiziatr


Ədəbiyyat: Шабалов Н.П. «Детские болезни» 2006г, Кардиология и ревmатология детского возраста / под ред. Г.А. Саmсыгиной - Mедпрак.- 2004.
271) 8 yaşlı uşaq 2 dəfə revmatik həmlə keçirib. Uşaqda mitral çatışmazlıq yaranıb. Belə vəziyyətdə bissilinlə aparılan profilaktika nə qədər davam etməlidir?

A) 1 il


B) 3 il

C) 10 il


D) 5 il

E) 2 il
Ədəbiyyat: Кардиология и ревmатология детского возраста / под ред. Г.А. Самсыгиной и M.Ю.Щербаковой - Mедпрак.- 2004.


272) Revmatizmli uşaqlara sanatoriyada nə təyin olunur?

A) Sadalananların hamısı

B) Bissilin profilaktikası

C) İnfeksiya ocaqlarının sanasiyası

D) Əmək müalicəsi

E) Müalicə bədən tərbiyəsi


Ədəbiyyat: Кардиология и ревmатология детского возраста / под ред. Г.А. Самсыгиной и M.Ю.Щербаковой - Mедпрак.- 2004.
273) Kəskin ürək-damar çatışmazlığı əlamətlərinə aşağıdakılardan hansı aid deyil?

A) Təngnəfəslik

B) Dəri örtüyünün solğunluğu

C) Qusma


D) Arterial təzyiqin enməsi

E) Sapvari nəbz


Ədəbiyyat: Кардиология детского и подросткового возраста / Под ред. Казак С.С.- Донецк, 2004.
274) Arterial hipertenziya adətən hansı xəstəlikdə müşahidə olunur?

A) Hemorragik vaskulit

B) Sistem qırmızı qurdeşənəyi

C) Açıq arterial axacaqda

D) Düyünlü poliarteriit

E) Aortal çatışmazlıqda


Ədəbiyyat: Шабалов Н.П. «Детские болезни» 2006г
275) Aşağıdakı qüsurlardan hansı arterial hipertenziya ilə müşayət olunur?

A) Mədəciklərarası çəpərin deffekti

B) Qulaqcıqlararası çəpərin deffekti

C) Aortanın koarktasiyası

D) Aortanın stenozu

E) Ağciyər arteriyasının stenozu


Ədəbiyyat: Кардиология детского и подросткового возраста / Под ред. Казак С.С.- Донецк, 2004.
276) Uşaqlarda ilk dəfə aşkar olunmuş adəti ekstrasistoliya zamanı nə edilməlidir?

A) Fiziki yük azaldılmalıdır

B) Yataq rejimi və revmatizm əleyhinə müalicə təyin olunmalıdır

C) Evdə sitoxrom C və aktovegin təyin olunmalıdır

D) Xəstə müayinə məqsədi ilə hospitalizasiya edilməlidir

E) Nəzarət altında daxilə inderal təyin olunmalıdır


Ədəbiyyat: Кардиология детского и подросткового возраста / Под ред. Казак С.С.- Донецк, 2004.
277) Bakterial infeksion kardit üçün xarakter olmayan simptomlar hansılardır?

A) Hipokoaqulyasiya

B) Qızdırma

C) EÇS-in artması

D) Aortal qapağın zədələnməsi

E) Hiperkoaqulyasiya


Ədəbiyyat: Кардиология детского и подросткового возраста / Под ред. Казак С.С.- Донецк, 2004.
278) Postvirus miokarditin diaqnostikasında əhəmiyyətli üsul hansıdır?

A) Xolte EKQ

B) Ürəyin rentgenoqramması

C) FKQ


D) Reoqramma

E) ExoKQ
Ədəbiyyat: Кардиология детского и подросткового возраста / Под ред. Казак С.С.- Донецк, 2004.


279) İnfeksion toksik kardiomiopatiya zamanı hansı preparatın təyini məqsədəuyğundur?

A) Prednizalon

B) Kordiamin

C) Penisillin

D) Kalium oratat

E) B12 Vitamin


Ədəbiyyat: Кардиология детского и подросткового возраста / Под ред. Казак С.С.- Донецк, 2004.
280) Ürək hüdudlarının öyrənilməsində ən dəqiq müayinə üsulu hansıdır?

A) Palpasiya

B) Perkussiya

C) Rentgenoqrafiya

D) Rentgenoskopiya

E) ExoKQ
Ədəbiyyat: Кардиология детского и подросткового возраста / Под ред. Казак С.С.- Донецк, 2004.


281) Dilatasiyalı kardiomiopatiyaya xarakter hal hansıdır?

A) Sağ mədəciyin hipertrofiyası

B) Anomal trabekula

C) Mədəcik boşluğunun böyüməsi

D) Mədəciklərarası çəpərin hipertrofiyası

E) Sol mədəciyin hipertrofiyası


Ədəbiyyat: Кардиология детского и подросткового возраста / Под ред. Казак С.С.- Донецк, 2004.
282) Kəskin ürək-qan-damar çatışmazlığınınn əlamətlərinə hansı aid deyil?
A) Dərinin hiperemiyası

B) Təngnəfəslik

C) Arterial təzyiqin düşməsi

D) Sapvari nəbz

E) Dərinin avazıması
Ədəbiyyat: Н.П.Шабалов. Детские болезни. Том 2. «Питер», Санкт - Петербург, 2004
283) Paroksizmal taxikardiyanın əsas əlaməti hansıdıır?
A) Ürək döyüntüsü dəqiqədə 140

B) Ürək döyüntüsü 160-180, ürək yığılmalarının ritmikliyi

C) Ürək döyüntüsü dəqiqədə 120

D) Ürək yığılmalarının dizritmiyası

E) Ürək döyüntüsünün arabir itməsi
Ədəbiyyat: Н.А.Белоконь, М.Б.Кубергер. Болезни сердца и сосудов у детей. Том 2, «Медицина», Москва, 1987.
284) Paroksizmal taxikardiyanın mədəcik formasında xarakterik EKQ əlamətləri hansılardır?
A) Ürək döyüntüsü dəqiqədə 160,müntəzəm,QRŞ kompleksi kəskin deformasiyalı

B) Ürək döyüntüsü dəqiqədə 150,qeyri-müntəzəm,QRŞ kompleksi daralmış

C) Ürək döyüntüsü dəqiqədə 140,QRŞ kompleksi genişlənib

D) Ürək döyüntüsü dəqiqədə 130 müntəzəm, QRŞ kompleksi daralmış

E) Ürək döyüntüsü dəqiqədə 180-dan yuxarı supraventrikulyar QRŞ kompleksi
Ədəbiyyat: Н.А.Белоконь, М.Б.Кубергер. Болезни сердца и сосудов у детей. Том 2, «Медицина», Москва, 1987.


Kataloq: snsk -> file
file -> Cü il tarixində Stomatologiya ixtisası üzrə keçirilmiş sınaq test imtahanının nəticələri
file -> Cü il tarixində Stomatologiya ixtisası üzrə keçirilmiş sınaq test imtahanının nəticəsi
file -> Cü il tarixində Stomatologiya ixtisası üzrə keçirilmiş sınaq test imtahanının nəticələri
file -> Cü il tarixində Stomatologiya ixtisası üzrə keçirilmiş sınaq test imtahanının nəticələri
file -> Cü il tarixində keçirilmiş Stomatologiya ixtisası üzrə sınaq test imtahanının nəticəsi
file -> AZƏrbaycan respublikasi səHİYYƏ naziRLİYİ azərbaycan tibb universiteti
file -> Gigiyena ixtisası üzrə test suallarının nümunələri Qida gigiyenası
file -> Üz–çənə cərrahiyyəsi Bölmə Gicgah-çənə oynağının xəstəlikləri və zədələnmələri 1 Çənə oynağının çıxığının əsas səbəbi nədir?
file -> Üz–çənə cərrahiyyəsi Bölmə Gicgah-çənə oynağının xəstəlikləri və zədələnmələri 1 Çənə oynağının çıxığının əsas səbəbi nədir?
file -> Üz–çənə cərrahiyyəsi 11. 11. 2014-cü il tarixində əlavə və dəyişikliklər edilmişdir. 1 Çənə oynağının çıxığının əsas səbəbi nədir?

Yüklə 1,06 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə