Qrup: MD2202
Tələbə: Tərxan Qasımov
Müəllim: Tili Əhmədova
Fənn: İxtisasa giriş
Mövzu: Muzey marketinqi
PLAN Marketinq nədir?
Muzeylərin marketinq strategiyaları
Muzey sferasında insan amili
Muzeylərdə maddi mühit
Nəticə və təkliflər
Muzey marketinqi
1.“Marketinq” və onunla əlaqəli olan ənənəvi marketinq, digital marketinq kimi sözlər son zamanların çox eşidilən terminlərindən biridir. Bu anlayış səslənəndə bir çoxlarının ağlına gələn ilk fikir onun “reklam” mənasını verməsidir. Həqiqətən də marketinq sadəcə reklamdır?!
Araşdırma edərkən bir çox təriflə qarşılaşmaq olar. Marketinq sözünün ilkin mənası ingilis dilindəki market (bazar) sözündən yaranıb və Azərbaycan dilində hərfi tərcümədə “bazar fəaliyyəti” mənasını verir.
Əvvəlcə məhsulun inkişafı və məhsul satışı mərhələlərində marketinqin nə üçün zəruri olduğunu düşünə bilərsiniz. Bu çox təbii olsa belə, bir az daha düşünməyə başlayanda sualınızın cavabını tapacaqsınız. Marketoloqlar əslində müştərilərinizə ən yaxın gördüyünüz insanlardır.
Marketoloqlar daim istehlakçıları araşdırır və təhlil edirlər. Onlar fokus qrupları təşkil edir, sorğularla istehlakçıları bir araya gətirir, onların satın alma davranışlarını araşdırır və bütün bunları aşağıdakı sual çərçivəsində edirlər: “İstehlakçı sözügedən bizneslə harada, nə vaxt və necə ünsiyyət qurmaq istəyir?”.
Marketinqin tərifi: Marketinq insanların şirkətinizin məhsulları və ya xidmətləri ilə maraqlanması prosesidir. Bu proses bazar araşdırması, təhlil və ideal müştərilərin maraqlarını anlamaq yolu ilə baş verir. Marketinq məhsulun inkişafı, paylama üsulları, satış və reklam da daxil olmaqla biznesin bütün aspektləri ilə əlaqədardır.