Polis akademiyasi fakültə: Hüquq Fənn: Hüquq mühafizə orqanları Müəllim: Eyvazov Hikmət



Yüklə 31,33 Kb.
tarix02.01.2022
ölçüsü31,33 Kb.
#35982
növüQaydalar
Dövlət vergi orqanlarında xidmət keçmənin anlayışı


POLİS AKADEMİYASI

Fakültə: Hüquq

Fənn: Hüquq mühafizə orqanları

Müəllim: Eyvazov Hikmət

Tələbə: Məmmədov Sahib

BAKI-2021

Sərbəst iş № 9. Dövlət vergi orqanlarında xidmət keçmənin anlayışı

Bu Əsasnamə Azərbaycan Respublikasının Dövlət vergi orqanlarında (bundan sonra «vergi orqanları» adlanacaq) xidmətin qaydalarını və vergi orqanlarının vəzifəli şəxslərinin hüquqi vəziyyətinin əsaslarını müəyyən edir.

1. Vergi orqanlarında xidmət – Azərbaycan Respublikasının icra hakimiyyəti orqanları sisteminə daxil olan vergi orqanlarının funksiya və məqsədlərini öz peşəkar fəaliyyətləri ilə həyata keçirilən Azərbaycan Respublikası vətəndaşlarının (bundan sonra «vətəndaşlar» adlanacaq) dövlət qulluğunun xüsusi növüdür.

2. Vergi orqanlarında xidmət haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının Vergi Məcəlləsindən, Dövlət qulluğu haqqında Azərbaycan Respublikasının qanunundan, bu Əsasnamədən və vergi orqanlarında xidmətin qaydalarını tənzimləyən Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarından ibarətdir.

3. Vergi orqanları öz səlahiyyətləri çərçivəsində hüquq mühafizə orqanlarının səlahiyyətlərini həyata keçirirlər.

4. Bu Əsasnamədə vergi orqanlarının vəzifəli şəxsləri dedikdə vahid sistem təşkil edən Azərbaycan Respublikasının vergi orqanlarında vəzifəli tutan və bu Əsasnamədə nəzərdə tutulmuş qaydada xüsusi rütbələr verilmiş vətəndaşlar başa düşülür.

5. Vergi orqanlarının vəzifəli şəxslərinin xüsusi rütbələrinə uyğun olaraq xüsusi geyim forması və fərqlənmə nişanları müəyyən edilir.

Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanı geyim formasının və fərqlənmə nişanlarının nümunəsini, onların təchizat normasını və istifadə müddətlərini müəyyən edir. Xüsusi geyim forması pulsuz verilir.

5-1. Vergi orqanlarının vəzifəli şəxslərinin şəxsi işinin aparılması qaydası “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 15-1-ci maddəsi nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

6. Vergi orqanlarının vəzifəli şəxslərinə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş nümunə əsasında xidməti vəsiqələr verilir.

 7. İrqindən, milliyətindən, dilindən, cinsindən, sosial mənşəyindən, əmlak vəziyyətindən, yaşayış yerindən, dini mənsubiyyətindən, əqidəsindən, ictimai və digər birliklərə mənsubiyyətindən asılı olmayaraq, müvafiq vəzifənin tələblərinə uyğun peşə hazırlığına malik olan və Azərbaycan Respublikasının dövlət dilini sərbəst bilən Azərbaycan Respublikası vətəndaşlarının vergi orqanlarında xidmət etmək hüququ vardır.

8. Vergi orqanlarına xidmətə qəbul «Dövlət qulluğu haqqında» Qanunla və bu Əsasnaməyə uyğun olaraq aparılır.

Bir qayda olaraq vergi orqanlarında xidmətə ali təhsil olan, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada yaşı 35-i keçməmiş vətəndaşlar qəbul edilirlər.

9. Vətəndaş aşağıdakı hallarda vergi orqanlarında xidmətə qəbul oluna bilməz:

1) məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə məhdud fəaliyyət qabiliyyəti və ya fəaliyyəti olmayan hesab edildikdə;

2) üzərindən məhkumluğu götürülmədikdə və ya ödənilmədikdə.

Qanunla müəyyən olunmuş müddətli həqiqi hərbi xidmət keçməmiş (qanuni əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olanlar və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilənlər istisna ol-maqla) çağırış yaşlı vətəndaşlar dövlət vergi orqanlarında xüsusi rütbələr nə-zərdə tutulmuş vəzifələrə xidmətə qəbul edilmirlər.

10. Vergi orqanlarının vəzifəli şəxslərinin:

1) vergi məsələləri üzrə üçüncü şəxslərin müvəkkili olmağa;

2) vergi işi ilə əlaqədar mülki-hüquqi xarakterli işləri müqavilə ilə yerinə yetirməyə;

3) təsərrüfat subyektlərinin idarə edilməsində bilavasitə və ya nümayəndə vasitəsilə iştirak etməyə;

4) tətillərdə və dövlət orqanlarının işin pozan digər hərəkətlərdə iştirak etməyə;

5) sahibkarlıq fəaliyyəti ilə (o cümlədən vasitəçilərin köməyi ilə) məşğul olmağa, üçüncü şəxslərə qanunvericilikdə nəzərdə tutulmayan hər hansı bir yardım göstərməyə və bunun müqabilində haqq almağa, imtiyazlar və xidmətlər əldə etməyə, əvəzçilik qaydasında istənilən haqqı ödənilən işi görməyə (elmi-pedaqoji və yaradıcılıq fəaliyyətindən başqa) ixtiyarı yoxdur.

11. Vergi orqanlarına xidmətə qəbul edilən şəxslər üçün, onların peşəkarlıq səviyyəsini, müvafiq əmək funksiyasını icra etmək bacarığını yoxlamaq məqsədi ilə 3 aya qədər sınaq müddəti müəyyən edilə bilər.

12. Sınaq müddəti vergi orqanının vəzifəli şəxsinin vergi orqanlarındakı xidmət stajına daxil edilir, xidmət illərinə görə əlavələrin ödənişində və pensiya təyin olunarkən nəzərə alınır.

Sınaq müddəti dövründə sınağın nəticəsi qənaətedici olmadıqda vergi orqanının vəzifəli şəxsinin xidmətinə bu Əsasnaməyə uyğun olaraq xitam verilir.

13. Vergi orqanlarında xidmətə qəbul zamanı baş rəis heyəti vəzifələrinə və ondan yuxarı vəzifələrə təyin olunanlara, habelə elmi dərəcəsi olan şəxslərə sınaq müddəti müəyyən edilmir.



14. Vergi orqanlarının vəzifəli şəxslərinin peşə hazırlığı, yenidən hazırlanması və ixtisaslarının artırılması, habelə vergi orqanları üçün mütəxəssislərin hazırlanması müvafiq icra hakimiyyəti orqanının tədris mərkəzində, Azərbaycan Respublikasının digər təhsil müəssisələrində habelə xarici dövlətlərin təhsil müəssisələrində müqavilə əsasında həyata keçirilə bilər.


Yüklə 31,33 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin