Postpandemiya dövründə makroiqtisadi sabitliyin qorunması yolları



Yüklə 368,54 Kb.
Pdf görüntüsü
səhifə1/7
tarix02.01.2022
ölçüsü368,54 Kb.
#47424
  1   2   3   4   5   6   7
Rasim-Həsənov Postpandemiya-dövründə-makroiqtisadi-sabitliyin-qorunması-yolları



 

 

 

 

 

 

 

 

“Postpandemiya dövründə makroiqtisadi 

sabitliyin  qorunması yolları”  

mövzusu üzrə  

Hesabat 

 

 

Prof. Rasim Həsənov 

 

 

 

 

 

 

 

          

 

 

 

 

 

 

 


 

 



 

 

 

 

 

 

 

 

 

Giriş 

 

Sivilizasiyanın  inkişafı  sürətləndikcə  onun  bütün  parametrlər  üzrə  dərinləşməsi  və 

genişlənməsi də baş verir. Qlobal inkişafın son 30-40 ili, qeyd etdiyimiz  mülahizələrin 

doğruluğunu təsdiqləyir. XX əsrin son rübündəki elmi-texniki tərqqi və  onun  nəticəsi 

və  ya  şərtləndirici  hesab  edilə  biləcək    iqtisadi  inkişafda  müşahidə  olunan  yeni 

keyfiyyət  mərhələlərinin  sürətlə  qarşılıqlı  əvəzlənməsi  iqtisadi  münasibətlərin  bütün 

spektrlərində ənənəvi yanaşmaların  radikal əsaslarda təkmilləşməsini, təzələnməsini 

zərurətə  və  reallığa  çevirdi.  Məsələn  70-80-ci  illərdə  iqtisadiyyatda  yaranan  klassik 

mənada,  materialsızlaşma  və  enerji  tutumluğunun  azaldılması  meyillərinin 

stimullaşdırılması 

ilə 

yanaşı, 


inkişafın 

ekoloji 


nəticələrinin 

dağıdıcı 

“perspektivlərinin”,  marjinal  faydalılığa    münasibətdə  daha  təsirli  ,  qlobal  “fəlakət” 

amili  kimi  dəyrləndirilməsi,  iqtisadi  siyasətdə  yeni  meyarların  yaranmasına  rəvac 

verdi.  Beynəlxalq  valyuta  tənzimlənməsi  sistemlərinin  formalaşdırlması  təcrübələrini 

nəzərə  almasaq,  faktiki  olaraq  ilk  dəfə  “qlobal”  iqtisadi  siyasət  modeli  hesab  oluna 

biləcək “davamlı inkişaf” paradiqması meydan gəldi. Roma “klubunun” məruzələri ilə 

başlayan  dünya  iqtisadiyyatına  bütöv  “tam”  kimi  baxılması,  inkişafın  

qiymətləndirlməsi  metodologiyasında,  texnoloji,  iqtisadi,  ekoloji,  sosial-humanitar 

aspektlərin vahid yanaşmanın struktur istiqamətləri kimi təsbitini şərtləndirdi. Məhz 

belə təsbit, Rio və postRio bəyannamələrinin, Millenium çağırışlarının komplekslilyini 

və sistemliliyininin əsaslarını təşkil etdi. 

XXI  əsrin  əvvəllərində  isə  qlobal  inkişafa  yeni  yanaşmanın  daha  bir  neçə 

qiymətləndirici  və  yönləndirici  meyarları  əlavə  edildi.  Bunlara  qlobal  iqlim 

dəyişiklərinə  qarşı  birgə  mübarizənin  reqlamentliliyi  və  imperativliyinin 

gücləndirilməsi (Kioto və Paris konvensiyaları), qlobal böhranlara qarşı ilk dəfə olaraq 

aparıcı  güclərin  beynəlxalq  koalisiyasının  formalaşması  (G  20),  aparıcı  dünya 

bazarlarında    dərinləşən  fluktasiyalara    qarşı  mübarizədə  əvvələr  müşahidə 




 

olunmayan  həmrəyliyin  yaranması  (neft  bazarında  tərəddülərə  qarşı  OPEK  plyus 



platforması)  və    nəhayət  qlobal  pandemiyaya  (COVİD-19)  qarşı    davam  edən  birgə 

elmi-texnoloji-tibbi-iqtisadi mübarizə aid edilə bilər. 

Qeyd olunan qlobal inkişaf xüsusiyyətləri və yaranan təsirlər, qloballaşmasının  insan 

cəmiyyətinin  və    dünya  iqtisadiyyanın  bütövləşdirəcəyi  haqqındakı  proqnozların 

özünü doğrulmasının simptomları kimi də dəyərləndirilə bilər. Lakin hesab edirik ki,  

qlobal sistemin geniş diapozanda müxtəlifliyi, birgə səylərlə yanaşı  fərdi və regional 

korporativ  səylərin  əhmiyyətini  və  vacibliyini  daha  da  artırır.  Başqa  sözlə,  hər  bir 

ölkədə mövcud şəraitin individual dəyərləndirilməsi və müvafiq siyasətin aparılması 

yenədə aktual və önəmlidir. 

 


Yüklə 368,54 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin