Q Ə r a r d a d I 19 dekabr 2016-cı IL Sumqayıt şəhəri



Yüklə 185,22 Kb.
Pdf görüntüsü
tarix03.02.2017
ölçüsü185,22 Kb.
#7364

İş № 2(105)-3143/2016

AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN

Azərbaycan Respublikası

Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının

Q Ə R A R D A D I

19 dekabr 2016-cı il

Sumqayıt şəhəri

Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova

Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Rəhimov Elman Gülbaba oğlu və

Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Abdullazadə Turan Elşad

oğlunun katibliyi ilə, iddiaçı Sumqayıt Bələdiyyəsinin nümayəndəsi Salamov Nizami Məmməd

oğlunun iştirakı ilə, iddiaçı Sumqayıt Bələdiyyəsinin cavabdehlər Quliyev Əliniyaz İbrahim

oğluna, Quliyev Vüqar Əliniyaz oğluna və üçüncü şəxs Əlizadə Məmməd İsa oğluna qarşı

bələdiyyə qərarlarının və alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi tələbinə dair mülki

iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4853/2016 saylı, 17.03.2016-cı il tarixli

qərardadından iddiaçı Sumqayıt Bələdiyyəsinin sədr vəzifəsini icra edən Sultan Əsədov

tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq

M Ü Ə Y Y Ə N

E T D İ :

Sumqayıt Şəhər Məhkəməsinin 17 mart 2016-cı tarixli qərardadı ilə iddiaçı Sumqayıt

Bələdiyyəsinin cavabdehlər Quliyev Əliniyaz İbrahim oğlu və Quliyev Vüqar Əliniyaz oğluna

qarşı Sumqayıt Bələdiyyəsinin 26 yanvar 2015-ci il tarixli, 02 saylı qərarlarının və Sumqayıt

Bələdiyyəsi ilə cavabdehlər arasında bağlanmış alqı-satqı müqavilələrinin etibarsız hesab

edilməsi tələbinə dair iddia ərizəsinin yolverilməzliyinə görə icraata qəbul edilməsindən imtina

edilməsi, iddiaçı Sumqayıt Bələdiyyəsinin hazırkı iddia tələbi ilə bağlı Sumqayıt İnzibati-İqtisadi

Məhkəməsinə müraciət etmək hüququnun olmasının izah edilməsi qərara alınmışdır. (hakim

C.Məmmədov)

Qərardaddan narazı qalan iddiaçı Sumqayıt Bələdiyyəsi şikayət verərək, qərardadın ləğv

edilməsini və işə mahiyyəti üzrə baxılması barədə qərardad çıxarılmasını xahiş etmişdir.

Sumqayıt Şəhər Məhkəməsinin 08 aprel 2016-cı tarixli qərardadı ilə şikayətin təmin

edilməməsi və mülki işlə birlikdə baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə

göndərilməsi qərara alınmışdır.

Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 10 may 2016-cı il tarixli

2(105)-1305/2016 saylı qərardadı ilə iddiaçı Sumqayıt Bələdiyyəsi tərəfindən verilmiş şikayətin

qismən təmin edilməsi, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4853/2016 saylı, 17 mart 2016-cı

il tarixli qərardadı və həmin qərardadın qüvvədə saxlanılması barədə 08 aprel 2016-cı tarixli

qərardadının ləğv edilməsi, iş üzrə yeni qərardad qəbul edilməklə, iddiaçı Sumqayıt

Bələdiyyəsinin cavabdehlər Quliyev Əliniyaz İbrahim oğlu və Quliyev Vüqar Əliniyaz oğluna

qarşı Sumqayıt Bələdiyyəsinin 26 yanvar 2015-ci il tarixli, 02 saylı qərarlarının və Sumqayıt

Bələdiyyəsi ilə cavabdehlər arasında bağlanmış alqı-satqı müqavilələrinin etibarsız hesab

edilməsi tələbinə dair iddia ərizəsinin yolverilməzliyinə görə icraata qəbul edilməsindən imtina

edilməsi, iddiaçı Sumqayıt Bələdiyyəsinin hazırkı iddia tələbi ilə bağlı Sumqayıt İnzibati-İqtisadi

Məhkəməsinə müraciət etmək hüququnun olması barədə izahının xaric edilməsi qərara

alınmışdır.

Həmin qərardaddan iddiaçı kassasiya şikayəti vermişdir.

Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının 2(102)-4401/2016

saylı, 20 oktyabr 2016-cı il qərardadı ilə iddiaçı Sumqayıt Bələdiyyəsinin kassasiya şikayəti

qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 10 may 2016-



cı il tarixli 2(105)-1305/2016 saylı qərardadının ləğv edilməsi və işin yenidən baxılması üçün

həmin məhkəməyə göndərilməsi qərara alınmışdır.



İ Ş İ N H A L L A R I :

İddiaçı Sumqayıt Bələdiyyəsinin cavabdehlər Quliyev Əliniyaz İbrahim oğluna, Quliyev

Vüqar Əliniyaz oğluna və üçüncü şəxs Əlizadə Məmməd İsa oğluna qarşı Sumqayıt

Bələdiyəsinin 26 yanvar 2015-ci il tarixli, 02 saylı qərarlarının və Sumqayıt Bələdiyyəsi ilə

cavabdehlər arasında bağlanmış alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi tələbinə dair

qətnamə qəbul edilməsini xahiş etmişdir.

İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir.

Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ VƏ

P R O S E S İ Ş T İ R A K Ç I L A R I N I N İ Z A H A T L A R I :

Məhkəmə kollegiyasının iclasında iddiaçı Sumqayıt Bələdiyyəsinin nümayəndəsi Salamov

Nizami Məmməd oğlu şikayətin dəlillərini müdafiə edərək izahatında bildirmişdir ki, birinci

instansiya məhkəməsinin hazırki iş üzrə iddia ərizəsinin aidiyyatı üzrə inzibati-iqtisadi

məhkəməsinə aid olması səbəbindən icraata xitam verilməsini qanuna zidd hesab edir. Belə ki,

iddia ərizəsindən də göründüyü kimi iddiaçı qismində fiziki şəxs deyil, inzibati orqan olan

Sumqayıt Bələdiyyəsi çıxış edir. Belə olan halda işə mahiyyəti üzrə mülki məhkəmə icraatı

qaydasında baxılmalıdır. Bu müddəa Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin

2.2-ci maddəsinin tələblərindən irəli gəlir. Həmin iddia növlərindən göründüyü kimi inzibati

icraatda cavabdehin hər bir halda inzibati orqan və ya qanuna əsasən inzibati akt qəbul etmək

səlahiyyəti verilmiş şəxs olması mütləqdir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası

Qanunun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan dedikdə, Azərbaycan Respuiblikasının

müqavfiq icra hakimiyyəti orqanları, yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə

qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs

başa düşülür. Hazırki iddia tələbində Sumqayıt Bələdiyyəsinin cavabdeh deyil, iddiaçı qismində

çıxış etməsi, Quliyev Əliniyaz İbrahim oğlu və Quliyev Vüqar Əliniyaz oğlunun cavabdeh

qismində çıxış etməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticənin inzibati prosessual

qanunverciliyin tələbinə zidd olduğunu sübut edir. Qeyd edilənlərə əsasən şikayətin təmin

edilməsini, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4853/2016 saylı, 17.03.2016-cı il tarixli

qərardadının ləğv edilməsini və işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir.

İş üzrə cavabdehlər Quliyev Əliniyaz İbrahim oğluna, Quliyev Vüqar Əliniyaz oğluna və

üçüncü şəxs Əlizadə Məmməd İsa oğluna məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada

xəbərdar

olunmasına

baxmayaraq

məhkəmə


iclasına

gəlməmişdir.

Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə onun

iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.



H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R :

Məhkəmə kollegiyası məruzəçi-ha ki min məruzəsini, tərəflərin izahatların dinləyərək,

şikayətin dəlillərini nəzərə alıb və işin faktiki hallarına qiymət verərək hesab edir ki, şikayət

təmin edilməli, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qərardadı ləğv edilərək baxılması

üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilməlidir.

Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 398.0.2-ci maddəsinə əsasən

apellyasiya instansiya məhkəməsinin birinci instansiya məhkəməsinin qərardadını tam və ya

qismən ləğv edib, yaxud dəyişib birinci intansiya məhkəməsinə göndərmək səlahiyyəti var.

Həmin Məcəllənin 398.0.3-cü maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi

qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək

səlahiyyəti vardır.


Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası

məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq

normalarına riayət etməsini yoxlayır.

Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə əsasən apelyasiya instansiyası

məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apellyasiya

üçün müəyyən olunmuş qaydada baxır.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il  28 avqust tarixli, 136 saylı

qərarı ilə təsdiq edilmiş  inzibati orqanların təsnifatına uyğun olaraq bələdiyyələr inzibati orqan

hesab edilir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə

aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il

tarixli, 4 saylı qərarının 6.1-ci bəndi ilə məhkəmələrə tövsiyyə edilmişdir ki, torpaq

münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən nəzərə

alınmalıdır ki, dövlətin və bələdiyyələrin mülkiyyətində olan torpaqların fiziki və hüquqi

şəxslərin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməsi dövlət orqanının və ya bələdiyyənin

qərarı ilə həyata keçirildiyindən fiziki və hüquqi şəxslərlə hakimiyyət səlahiyyətlərinin

subyektləri olan həmin orqanlar arasında onların torpaqla bağlı qərarlarından, hərəkətlərindən

(hərəkətsizliklərindən) verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır.

“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə

əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların

yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək

səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin qanunun 2.0.2-ci maddəsinə

əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən

(konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı

hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya

digər növ hakimiyyət tədbiridir. Həmin qanunun 65.3-cü maddəsinə əsasən inzibati akt qəbul

etmiş inzibati orqan bu qanunun 65.1-ci maddəsində nəzərdə tutulmuş hallarda öz təşəbbüsü və

ya maraqlı şəxsin müraciəti əsasında həmin aktın etibarsız olduğunu təsdiq etməyə borcludur. Bu

barədə maraqlı şəxslərə həmin qanunun 62-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat

verilir.

Bələdiyyələrin statusu haqqında qanunun 48-ci maddəsinin 4-cü bəndinə əsasən

bələdiyyə qərarları onları qəbul etmiş orqanlar tərəfindən ləğv oluna və ya məhkəmənin qərarı ilə

etibarsız sayıla bilər.

Azərbaycan Respublikasının İnzibati Prossesual Məcəlləsinin 2.2.5. maddəsinə əsasən

inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız

sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia) inzibati məhkəmə

icraatı qaydasında baxılır.

Bələdiyyələrin statusu haqqında Azərbaycan Respublikası qanununun 14.1-ci maddəsinə

əsasən bələdiyyələr Azərbaycan Respublikasının Konstitusiyasına, Azərbaycan Respublikasının

Seçki Məcəlləsinə, bu Qanuna və özlərinin nizamnamələrinə əsasən təşkil edilən, bələdiyyə

üzvlərindən ibarət olan seçkili yerli özünüidarə orqanlarıdır.

Həmin qanunun 14.3-cü maddəsinə əsasən bələdiyyələrin nizamnamələrinə uyğun olaraq

bələdiyyə orqanları yaradılır və onlara yerli özünüidarə məsələlərini həll etmək üçün

səlahiyyətlər verilir.

Həmin qanunun 14.4-cü maddəsinə əsasən bələdiyyələr və onların orqanları dövlət

hakimiyyəti orqanları sisteminə daxil deyildir.  Dövlət orqanları və dövlətin vəzifəli şəxsləri

tərəfindən yerli özünüidarənin həyata keçirilməsinə yol verilmir.

Həmin qanunun 33-cü maddəsinə əsasən bələdiyyələr bələdiyyə mülkiyyəti obyektlərini

fiziki və hüquqi şəxslərin müvəqqəti və ya daimi istifadəsinə, icarəsinə verə bilər, qanunla

müəyyənləşdirilmiş qaydada özgəninkiləşdirə bilər, habelə bələdiyyə mülkiyyətində olan əmlak

barəsində başqa əqdlər bağlaya bilər, özəlləşdirilən və ya istifadəyə verilən obyektlərdən istifadə

şərtlərini müqavilə və sazişlərdə müəyyənləşdirə bilərlər.

Azərbaycan Respublikası Konstitusiyasının 146-cı maddəsinə əsasən bələdiyyələr öz



səlahiyyətlərini həyata keçirməkdə müstəqildir.

Məhkəmə kolegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçı Sumqayıt

Bələdiyyəsinin hazırkı iddia tələbi ilə bağlı Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət

etməsi barədə qənaətə gəlməkdə haqlı olmamışdır. Belə ki, Sumqayıt Bələdiyyəsi tərəfindən

torpaq sahəsinin cavabdehlərin mülkiyyətinə verilməsinə dair qərar qəbul etməklə yanaşı eyni

zamanda həmin şəxslərlə alqı-satqı müqaviləsi bağlanılmışdır. İnzibati Prosesessual Məcəlləsinin

2.1-ci maddəsinə əsasən inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati-iqtisadi

məhkəmələr və inzibati-iqtisadi kollegiyalar tərəfindən həyata keçirilir. Göründüyü kimi tərəflər

arasında yaranan mübahisə inzibati hüquq münasibətindən daha çox mülki hüquqi mübahisə

xarakteri daşıyır. Bundan başqa İnzibati Prosessual Məcəllənin 2-ci maddəsində inzibati

məhkəmə icraatı qaydasında baxılmalı olan iddiaların dairəsi müəyyən olunmuşdur. Həmin

maddənin məzmunundan belə nəticəyə gəlmək olur ki, cavabdeh hər bir halda inzibati orqan və

ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş vəzifəli şəxs olmalıdır. Məhkəmə

kollegiyası qeyd edir ki, qanunvericiliyin tələbinə görə inzibati orqan hesab edilən Sumqayıt

Bələdiyyəsi hazırki iş üzrə cavabdeh qismində deyil, iddiaçı qismində çıxış edir. Cavabdehlər isə

fiziki şəxslərdir.

Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə iddiaya mülki məhkəmə

icraatı qaydasında ümumi məhkəmədə baxılmalıdır.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən

mübahisənin ümumi məhkəməyə və ya inzibati-iqtisadi məhkəməyə aidiyyəti işdə iştirak edən

şəxslərin subyektiv tərkibi, yaxud mübahisənin predmeti və ya hüquq münasibətlərinin xarakteri

nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir.

İnzibati Prosessual Məcəllənin 2.2-ci maddəyə əsasən İnzibati məhkəmə icraatı qaydasında

aşağıdakı iddialara baxılır: şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul

edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair

iddialara (mübahisələndirmə haqqında iddia); inzibati orqanın üzərinə inzibati aktın qəbul

edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın

hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); maddədə inzibati

orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin

edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); inzibati hüquq münasibətinin mövcud

olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən

etmə və ya tanınma haqqında iddia; 2.2.6. Azərbaycan Respublikasının Konstitusiya

Məhkəməsinin səlahiyyətlərinə aid olan məsələlər istisna olmaqla, normativ xarakterli aktların

qanunauyğunluğunun yoxlanılmasına dair iddialara (qanunauyğunluq haqqında iddia); inzibati

mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları

(inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə

kompensasiyanın ödənilməsi tələbinə dair iddialara; bələdiyyələrin inzibati nəzarət orqanlarının

hərəkətlərinə qarşı və ya inzibati nəzarət orqanlarının bələdiyyələrə qarşı iddialarına;

Məhkəmə kollegiyası işin araşdırılan bütün hallarını nəzərə alaraq hesab edir ki,

inzibati orqan hesab edilməsinə baxmayaraq Sumqayıt Bələdiyyəsinin 26 yanvar 2015-ci il

tarixli, 02 saylı qərarlarının və Sumqayıt Bələdiyyəsi ilə cavabdehlər arasında bağlanmış alqı-

satqı müqavilələrinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsinə mülki məhkəmə

icraatı qaydasında Sumqayıt Şəhər Məhkəməsində baxılmalıdır.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31.1-ci maddəsinə əsasən

aidiyyət qaydalarının pozulmasına yol verilmir.

Həmin Məcəllənin 13.4-cü maddəsinə əsasən mübahisə edilən hüquq münasibətlərini

tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq

normasına istinad edir.

Məhkəmə kollegiyası işin müəyyən edilmiş hallarını və prosessual qanunun yuxarıda

göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, şikayət təmin edilməli, Sumqayıt Şəhər

Məhkəməsinin 2(060)-4853/2016 saylı, 17.03.2016-cı il tarixli qərardadı ləğv edilməli, mülki iş

aidiyyatı üzrə baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilməlidir.



Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 398.0.1 və 400-cü

maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası



Q Ə R A R A A L D I :

Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4853/2016 saylı, 17.03.2016-cı il tarixli qərardadı

ləğv edilsin.

Şikayət təmin olunsun.

Mülki iş aidiyyatı üzrə baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilsin.

Qərardad qəbul olunduğu andan qanuni qüvvəyə minir.

Qərardad rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası

Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin



Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən imza:

Hakimlər imzalar:

Əsli ilə düzdür:hakim

Lətifə Məmmədova

Yüklə 185,22 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin