İş № 2(105)-3143/2016
AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN
Azərbaycan Respublikası
Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının
Q Ə R A R D A D I
19 dekabr 2016-cı il
Sumqayıt şəhəri
Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova
Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Rəhimov Elman Gülbaba oğlu və
Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Abdullazadə Turan Elşad
oğlunun katibliyi ilə, iddiaçı Sumqayıt Bələdiyyəsinin nümayəndəsi Salamov Nizami Məmməd
oğlunun iştirakı ilə, iddiaçı Sumqayıt Bələdiyyəsinin cavabdehlər Quliyev Əliniyaz İbrahim
oğluna, Quliyev Vüqar Əliniyaz oğluna və üçüncü şəxs Əlizadə Məmməd İsa oğluna qarşı
bələdiyyə qərarlarının və alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi tələbinə dair mülki
iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4853/2016 saylı, 17.03.2016-cı il tarixli
qərardadından iddiaçı Sumqayıt Bələdiyyəsinin sədr vəzifəsini icra edən Sultan Əsədov
tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq
M Ü Ə Y Y Ə N
E T D İ :
Sumqayıt Şəhər Məhkəməsinin 17 mart 2016-cı tarixli qərardadı ilə iddiaçı Sumqayıt
Bələdiyyəsinin cavabdehlər Quliyev Əliniyaz İbrahim oğlu və Quliyev Vüqar Əliniyaz oğluna
qarşı Sumqayıt Bələdiyyəsinin 26 yanvar 2015-ci il tarixli, 02 saylı qərarlarının və Sumqayıt
Bələdiyyəsi ilə cavabdehlər arasında bağlanmış alqı-satqı müqavilələrinin etibarsız hesab
edilməsi tələbinə dair iddia ərizəsinin yolverilməzliyinə görə icraata qəbul edilməsindən imtina
edilməsi, iddiaçı Sumqayıt Bələdiyyəsinin hazırkı iddia tələbi ilə bağlı Sumqayıt İnzibati-İqtisadi
Məhkəməsinə müraciət etmək hüququnun olmasının izah edilməsi qərara alınmışdır. (hakim
C.Məmmədov)
Qərardaddan narazı qalan iddiaçı Sumqayıt Bələdiyyəsi şikayət verərək, qərardadın ləğv
edilməsini və işə mahiyyəti üzrə baxılması barədə qərardad çıxarılmasını xahiş etmişdir.
Sumqayıt Şəhər Məhkəməsinin 08 aprel 2016-cı tarixli qərardadı ilə şikayətin təmin
edilməməsi və mülki işlə birlikdə baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə
göndərilməsi qərara alınmışdır.
Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 10 may 2016-cı il tarixli
2(105)-1305/2016 saylı qərardadı ilə iddiaçı Sumqayıt Bələdiyyəsi tərəfindən verilmiş şikayətin
qismən təmin edilməsi, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4853/2016 saylı, 17 mart 2016-cı
il tarixli qərardadı və həmin qərardadın qüvvədə saxlanılması barədə 08 aprel 2016-cı tarixli
qərardadının ləğv edilməsi, iş üzrə yeni qərardad qəbul edilməklə, iddiaçı Sumqayıt
Bələdiyyəsinin cavabdehlər Quliyev Əliniyaz İbrahim oğlu və Quliyev Vüqar Əliniyaz oğluna
qarşı Sumqayıt Bələdiyyəsinin 26 yanvar 2015-ci il tarixli, 02 saylı qərarlarının və Sumqayıt
Bələdiyyəsi ilə cavabdehlər arasında bağlanmış alqı-satqı müqavilələrinin etibarsız hesab
edilməsi tələbinə dair iddia ərizəsinin yolverilməzliyinə görə icraata qəbul edilməsindən imtina
edilməsi, iddiaçı Sumqayıt Bələdiyyəsinin hazırkı iddia tələbi ilə bağlı Sumqayıt İnzibati-İqtisadi
Məhkəməsinə müraciət etmək hüququnun olması barədə izahının xaric edilməsi qərara
alınmışdır.
Həmin qərardaddan iddiaçı kassasiya şikayəti vermişdir.
Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının 2(102)-4401/2016
saylı, 20 oktyabr 2016-cı il qərardadı ilə iddiaçı Sumqayıt Bələdiyyəsinin kassasiya şikayəti
qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 10 may 2016-
cı il tarixli 2(105)-1305/2016 saylı qərardadının ləğv edilməsi və işin yenidən baxılması üçün
həmin məhkəməyə göndərilməsi qərara alınmışdır.
İ Ş İ N H A L L A R I :
İddiaçı Sumqayıt Bələdiyyəsinin cavabdehlər Quliyev Əliniyaz İbrahim oğluna, Quliyev
Vüqar Əliniyaz oğluna və üçüncü şəxs Əlizadə Məmməd İsa oğluna qarşı Sumqayıt
Bələdiyəsinin 26 yanvar 2015-ci il tarixli, 02 saylı qərarlarının və Sumqayıt Bələdiyyəsi ilə
cavabdehlər arasında bağlanmış alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi tələbinə dair
qətnamə qəbul edilməsini xahiş etmişdir.
İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir.
Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ VƏ
P R O S E S İ Ş T İ R A K Ç I L A R I N I N İ Z A H A T L A R I :
Məhkəmə kollegiyasının iclasında iddiaçı Sumqayıt Bələdiyyəsinin nümayəndəsi Salamov
Nizami Məmməd oğlu şikayətin dəlillərini müdafiə edərək izahatında bildirmişdir ki, birinci
instansiya məhkəməsinin hazırki iş üzrə iddia ərizəsinin aidiyyatı üzrə inzibati-iqtisadi
məhkəməsinə aid olması səbəbindən icraata xitam verilməsini qanuna zidd hesab edir. Belə ki,
iddia ərizəsindən də göründüyü kimi iddiaçı qismində fiziki şəxs deyil, inzibati orqan olan
Sumqayıt Bələdiyyəsi çıxış edir. Belə olan halda işə mahiyyəti üzrə mülki məhkəmə icraatı
qaydasında baxılmalıdır. Bu müddəa Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin
2.2-ci maddəsinin tələblərindən irəli gəlir. Həmin iddia növlərindən göründüyü kimi inzibati
icraatda cavabdehin hər bir halda inzibati orqan və ya qanuna əsasən inzibati akt qəbul etmək
səlahiyyəti verilmiş şəxs olması mütləqdir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası
Qanunun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan dedikdə, Azərbaycan Respuiblikasının
müqavfiq icra hakimiyyəti orqanları, yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə
qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs
başa düşülür. Hazırki iddia tələbində Sumqayıt Bələdiyyəsinin cavabdeh deyil, iddiaçı qismində
çıxış etməsi, Quliyev Əliniyaz İbrahim oğlu və Quliyev Vüqar Əliniyaz oğlunun cavabdeh
qismində çıxış etməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticənin inzibati prosessual
qanunverciliyin tələbinə zidd olduğunu sübut edir. Qeyd edilənlərə əsasən şikayətin təmin
edilməsini, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4853/2016 saylı, 17.03.2016-cı il tarixli
qərardadının ləğv edilməsini və işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir.
İş üzrə cavabdehlər Quliyev Əliniyaz İbrahim oğluna, Quliyev Vüqar Əliniyaz oğluna və
üçüncü şəxs Əlizadə Məmməd İsa oğluna məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada
xəbərdar
olunmasına
baxmayaraq
məhkəmə
iclasına
gəlməmişdir.
Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə onun
iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R :
Məhkəmə kollegiyası məruzəçi-ha ki min məruzəsini, tərəflərin izahatların dinləyərək,
şikayətin dəlillərini nəzərə alıb və işin faktiki hallarına qiymət verərək hesab edir ki, şikayət
təmin edilməli, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qərardadı ləğv edilərək baxılması
üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilməlidir.
Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 398.0.2-ci maddəsinə əsasən
apellyasiya instansiya məhkəməsinin birinci instansiya məhkəməsinin qərardadını tam və ya
qismən ləğv edib, yaxud dəyişib birinci intansiya məhkəməsinə göndərmək səlahiyyəti var.
Həmin Məcəllənin 398.0.3-cü maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi
qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək
səlahiyyəti vardır.
Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası
məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq
normalarına riayət etməsini yoxlayır.
Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə əsasən apelyasiya instansiyası
məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apellyasiya
üçün müəyyən olunmuş qaydada baxır.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli, 136 saylı
qərarı ilə təsdiq edilmiş inzibati orqanların təsnifatına uyğun olaraq bələdiyyələr inzibati orqan
hesab edilir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə
aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il
tarixli, 4 saylı qərarının 6.1-ci bəndi ilə məhkəmələrə tövsiyyə edilmişdir ki, torpaq
münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən nəzərə
alınmalıdır ki, dövlətin və bələdiyyələrin mülkiyyətində olan torpaqların fiziki və hüquqi
şəxslərin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməsi dövlət orqanının və ya bələdiyyənin
qərarı ilə həyata keçirildiyindən fiziki və hüquqi şəxslərlə hakimiyyət səlahiyyətlərinin
subyektləri olan həmin orqanlar arasında onların torpaqla bağlı qərarlarından, hərəkətlərindən
(hərəkətsizliklərindən) verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır.
“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə
əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların
yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək
səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin qanunun 2.0.2-ci maddəsinə
əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən
(konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı
hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya
digər növ hakimiyyət tədbiridir. Həmin qanunun 65.3-cü maddəsinə əsasən inzibati akt qəbul
etmiş inzibati orqan bu qanunun 65.1-ci maddəsində nəzərdə tutulmuş hallarda öz təşəbbüsü və
ya maraqlı şəxsin müraciəti əsasında həmin aktın etibarsız olduğunu təsdiq etməyə borcludur. Bu
barədə maraqlı şəxslərə həmin qanunun 62-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat
verilir.
Bələdiyyələrin statusu haqqında qanunun 48-ci maddəsinin 4-cü bəndinə əsasən
bələdiyyə qərarları onları qəbul etmiş orqanlar tərəfindən ləğv oluna və ya məhkəmənin qərarı ilə
etibarsız sayıla bilər.
Azərbaycan Respublikasının İnzibati Prossesual Məcəlləsinin 2.2.5. maddəsinə əsasən
inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız
sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia) inzibati məhkəmə
icraatı qaydasında baxılır.
Bələdiyyələrin statusu haqqında Azərbaycan Respublikası qanununun 14.1-ci maddəsinə
əsasən bələdiyyələr Azərbaycan Respublikasının Konstitusiyasına, Azərbaycan Respublikasının
Seçki Məcəlləsinə, bu Qanuna və özlərinin nizamnamələrinə əsasən təşkil edilən, bələdiyyə
üzvlərindən ibarət olan seçkili yerli özünüidarə orqanlarıdır.
Həmin qanunun 14.3-cü maddəsinə əsasən bələdiyyələrin nizamnamələrinə uyğun olaraq
bələdiyyə orqanları yaradılır və onlara yerli özünüidarə məsələlərini həll etmək üçün
səlahiyyətlər verilir.
Həmin qanunun 14.4-cü maddəsinə əsasən bələdiyyələr və onların orqanları dövlət
hakimiyyəti orqanları sisteminə daxil deyildir. Dövlət orqanları və dövlətin vəzifəli şəxsləri
tərəfindən yerli özünüidarənin həyata keçirilməsinə yol verilmir.
Həmin qanunun 33-cü maddəsinə əsasən bələdiyyələr bələdiyyə mülkiyyəti obyektlərini
fiziki və hüquqi şəxslərin müvəqqəti və ya daimi istifadəsinə, icarəsinə verə bilər, qanunla
müəyyənləşdirilmiş qaydada özgəninkiləşdirə bilər, habelə bələdiyyə mülkiyyətində olan əmlak
barəsində başqa əqdlər bağlaya bilər, özəlləşdirilən və ya istifadəyə verilən obyektlərdən istifadə
şərtlərini müqavilə və sazişlərdə müəyyənləşdirə bilərlər.
Azərbaycan Respublikası Konstitusiyasının 146-cı maddəsinə əsasən bələdiyyələr öz
səlahiyyətlərini həyata keçirməkdə müstəqildir.
Məhkəmə kolegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçı Sumqayıt
Bələdiyyəsinin hazırkı iddia tələbi ilə bağlı Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət
etməsi barədə qənaətə gəlməkdə haqlı olmamışdır. Belə ki, Sumqayıt Bələdiyyəsi tərəfindən
torpaq sahəsinin cavabdehlərin mülkiyyətinə verilməsinə dair qərar qəbul etməklə yanaşı eyni
zamanda həmin şəxslərlə alqı-satqı müqaviləsi bağlanılmışdır. İnzibati Prosesessual Məcəlləsinin
2.1-ci maddəsinə əsasən inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati-iqtisadi
məhkəmələr və inzibati-iqtisadi kollegiyalar tərəfindən həyata keçirilir. Göründüyü kimi tərəflər
arasında yaranan mübahisə inzibati hüquq münasibətindən daha çox mülki hüquqi mübahisə
xarakteri daşıyır. Bundan başqa İnzibati Prosessual Məcəllənin 2-ci maddəsində inzibati
məhkəmə icraatı qaydasında baxılmalı olan iddiaların dairəsi müəyyən olunmuşdur. Həmin
maddənin məzmunundan belə nəticəyə gəlmək olur ki, cavabdeh hər bir halda inzibati orqan və
ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş vəzifəli şəxs olmalıdır. Məhkəmə
kollegiyası qeyd edir ki, qanunvericiliyin tələbinə görə inzibati orqan hesab edilən Sumqayıt
Bələdiyyəsi hazırki iş üzrə cavabdeh qismində deyil, iddiaçı qismində çıxış edir. Cavabdehlər isə
fiziki şəxslərdir.
Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə iddiaya mülki məhkəmə
icraatı qaydasında ümumi məhkəmədə baxılmalıdır.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən
mübahisənin ümumi məhkəməyə və ya inzibati-iqtisadi məhkəməyə aidiyyəti işdə iştirak edən
şəxslərin subyektiv tərkibi, yaxud mübahisənin predmeti və ya hüquq münasibətlərinin xarakteri
nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir.
İnzibati Prosessual Məcəllənin 2.2-ci maddəyə əsasən İnzibati məhkəmə icraatı qaydasında
aşağıdakı iddialara baxılır: şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul
edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair
iddialara (mübahisələndirmə haqqında iddia); inzibati orqanın üzərinə inzibati aktın qəbul
edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın
hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); maddədə inzibati
orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin
edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); inzibati hüquq münasibətinin mövcud
olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən
etmə və ya tanınma haqqında iddia; 2.2.6. Azərbaycan Respublikasının Konstitusiya
Məhkəməsinin səlahiyyətlərinə aid olan məsələlər istisna olmaqla, normativ xarakterli aktların
qanunauyğunluğunun yoxlanılmasına dair iddialara (qanunauyğunluq haqqında iddia); inzibati
mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları
(inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə
kompensasiyanın ödənilməsi tələbinə dair iddialara; bələdiyyələrin inzibati nəzarət orqanlarının
hərəkətlərinə qarşı və ya inzibati nəzarət orqanlarının bələdiyyələrə qarşı iddialarına;
Məhkəmə kollegiyası işin araşdırılan bütün hallarını nəzərə alaraq hesab edir ki,
inzibati orqan hesab edilməsinə baxmayaraq Sumqayıt Bələdiyyəsinin 26 yanvar 2015-ci il
tarixli, 02 saylı qərarlarının və Sumqayıt Bələdiyyəsi ilə cavabdehlər arasında bağlanmış alqı-
satqı müqavilələrinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsinə mülki məhkəmə
icraatı qaydasında Sumqayıt Şəhər Məhkəməsində baxılmalıdır.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31.1-ci maddəsinə əsasən
aidiyyət qaydalarının pozulmasına yol verilmir.
Həmin Məcəllənin 13.4-cü maddəsinə əsasən mübahisə edilən hüquq münasibətlərini
tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq
normasına istinad edir.
Məhkəmə kollegiyası işin müəyyən edilmiş hallarını və prosessual qanunun yuxarıda
göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, şikayət təmin edilməli, Sumqayıt Şəhər
Məhkəməsinin 2(060)-4853/2016 saylı, 17.03.2016-cı il tarixli qərardadı ləğv edilməli, mülki iş
aidiyyatı üzrə baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilməlidir.
Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 398.0.1 və 400-cü
maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Q Ə R A R A A L D I :
Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4853/2016 saylı, 17.03.2016-cı il tarixli qərardadı
ləğv edilsin.
Şikayət təmin olunsun.
Mülki iş aidiyyatı üzrə baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilsin.
Qərardad qəbul olunduğu andan qanuni qüvvəyə minir.
Qərardad rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası
Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin
Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən imza:
Hakimlər imzalar:
Əsli ilə düzdür:hakim
Lətifə Məmmədova
Dostları ilə paylaş: |