Q Ə T N A M Ə
Azərbaycan Respublikası adından
13 oktyabr 2016-cı il İş № 2(106)-1494/2016 Şirvan şəhəri
Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası: hakimlər Cəbrayılov Vüsal
Adil oğlu (sədrlik edən və məruzəçi), Mirzəyev Nüsrət Fətulla oğlu və Heydərov Tofiq
Xudayar oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ələskərov Sənan Adil oğlunun
katibliyi, iddiaçı Həsənova Ramiyyə Ayaz qızının, onun nümayəndələri Fərəcov Salman
Böyükağa oğlunun və Həsənov Ayaz Niyaz oğlunun, cavabdeh Bağırov Kənan Gülağa
oğlunun nümayəndəsi Bağırov Gülağa Gülbala oğlunun iştirakı ilə,
İddiaçı Həsənova Ramiyyə Ayaz qızının cavabdeh Bağırov Kənan Gülağa oğluna
qarşı hədiyyə edilmiş qızıl-zinət əşyalarının, cehiz əmlakının və şəxsi əşyalarının
qaytarılması tələbinə dair mülki iş üzrə Sabirabad rayon məhkəməsinin 02 may 2016-cı il
tarixli 2(056)-456/2016 saylı qətnaməsindən iddiaçı Həsənova Ramiyyə Ayaz qızı və
onun nümayəndəsi Fərəcov Salman Böyükağa oğlu tərəfindən birgə verilmiş apellyasiya
şikayətinə açıq məhkəmə iclasında baxaraq,
M Ü Ə Y Y Ə N E T D İ:
Sabirabad rayon məhkəməsinin 02 may 2016-cı il tarixli 2(056)-456/2016 saylı
qətnaməsi ilə (sədrlik edən hakim Təyyar Abbaslı) iddia tələbi qismən təmin edilərək
cavabdeh Bağırov Kənan Gülağa oğlundan 1 ədəd gəlinlik güzgüsü, dəyəri 35 manat
olan 1 ədəd xəmiryoğuran, hər birinin dəyəri 15 manat olmaqla 2 ədəd toxunma süfrə,
dəyəri 10 manat olmaqla 1 bir ədəd yay mövsümü üçün odeyal, hər birinin dəyəri 10
manat olmaqla 2 ədəd əl-üz dəsmalı dəsti, hər birinin dəyəri 2 manat olmaqla 6 ədəd
böyük və hər birinin dəyəri 1 manat olmaqla 6 ədəd kiçik mətbəx üçün dəsmalı, hər
birinin dəyəri 15 manat olmaqla 4 ədəd stəkan silən dəsti, hər birinin dəyəri 4 manat
olmaqla 2 ədəd balış üzü dəsti, hər birinin dəyəri 6 manat olmaqla 2 ədəd məhraba,
dəyəri 30 manat olmaqla 1 ədəd hamam xalatı dəsti, dəyəri 5 manat olmaqla 1 ədəd
mətbəx dəsmalı, dəyəri 15 manat olmaqla 1 ədəd taxta qaşıq dəsti, dəyəri 4 manat
olmaqla 1 ədəd kofeyni padnos, dəyəri 14 manat olmaqla 1 ədəd yeddi formalı bıçaq
dəsti, dəyəri 4 manat olmaqla 1 ədəd su qrafini, hər birinin dəyəri 1 manat olmaqla 2
ədəd su fincanı, hər birinin dəyəri 5 manat olmaqla 2 ədəd ayaqlı vaza, dəyəri 25 manat
olmaqla 1 ədəd stolüstü böyük vaza, hər birinin dəyəri 3 manat olmaqla 2 ədəd şamdan,
dəyəri 10 manat olmaqla 1 ədəd lampa, dəyəri 1 manat 50 qəpik olmaqla 1 ədəd baş
örtüyü, dəyəri 15 manat olmaqla 1 ədəd hava feni, dəyəri 30 manat olmaqla 1 cüt qara
rəngli ayaqqabı, dəyəri 28 manat olmaqla 1 ədəd ağ gəlinlik ayaqqabısı, dəyəri 20 manat
olmaqla 1 ədəd qırmızı çemodan, hər birinin dəyəri 15 manat olmaqla 2 ədəd lasin, hər
birinin qiyməti 15 manat olmaqla 2 ədəd cins, hər birinin dəyəri 15 manat olmaqla 1 ədəd
süd rəngli və 1 ədəd qırmızı rəngli parçadan olan şalvar, hər birinin dəyəri 55 manat
olmaqla 1 ədəd qısa və 1 ədəd uzun dəri pencək, hər birinin dəyəri 50 manat olmaqla 1
2
ədəd uzun və bir ədəd qısa parça pencək, həmin əşyalar olmadıqda isə onaların dəyərinin
alınıb iddiaçıya verilməsi, iddiaçı tərəfindən ödənilmiş 10 (on) manat dövlət rüsumunun
cavabdehdən alınıb iddiaçıya verilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin
edilməmişdir.
İŞİN HALLARI:
İddiaçı Həsənova Ramiyyə Ayaz qızı cavabdeh Bağırov Kənan Gülağa oğluna qarşı
məhkəmədə iddia qaldıraraq hədiyyə edilmiş qızıl-zinət əşyalarının, cehiz əmlaklarının,
geyim və ya digər şəxsi əşyalarının qaytarılması, həmin əmlaklar mövcud olmadıqda isə
onların dəyərinin cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını
xahiş etmişdir.
Birinci instansiya məhkəməsində işə baxılarkən iddiaçı Həsənova Ramiyyə Ayaz
qızı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən
iddia tələbinin həcmini azaldaraq ərizəsində göstərmişdir ki, məhkəmə icraatı zamanı
məhkəmənin qərarına əsasən icra məmurlarının vasitəsi ilə iddia ərizəsində qeyd etdiyi
əşyaların bir qismini götürmüş, qızıl-zinət əşyaları və bəzi cehiz əmlakları cavabdehdə
qalmışdır.
İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, cavabdehin evindən elə
vəziyyətdə çıxmışdır ki, qızıl-zinyət əşyalarını özü ilə götürmək imkanı olmamışdır.
Cavabdehin ona zülm verməsi nəticəsində o, hamiləliyinin pozulması və qanaxma ilə
birbaşa Xəstəxanaya yerləşdirilmiş və orada iyirmi gün müddətinə stasionar şəraitdə
həkim nəzarəti altında müalicə almışdır. Bu barədə xəstəlik tarixəçəsindən çıxarışın
surətini məhkəməyə təqdim etmişdir. Ona məxsus qızıl-zinət əşyaları və digər cehiz
əmlakı cavabdehin evində olmaqla onun istifadəsindədir. Odur ki, cavabdehdən bir ədəd
xəmiryoğuran, bir ədəd güzgü, ağ və qara qaşlı iki ədəd stol üstü süfrə, üç ədəd dəsmal
dəsti, iki ədəd məhraba dəsti, bir ədəd yay mövsümü üçün odeyal, iki ədəd əl-üz dəsmalı
dəsti, altı ədəd mətbəx üçün böyük və altı ədəd mətbəx üçün kiçik dəsmal, dörd ədəd
stəkan silən dəsti, iki ədəd balış üzü dəsti, yeddi ədəd Rusiya istehsalı olan yataq dəsti,
dörd ədəd döşlük, bir ədəd əlcək naboru, iki ədəd məhraba, iki ədəd toxunma süfrə, bir
ədəd süfrə (skarter), bir dəst ağ rəngdə mətbəx dəsmalı naboru, bir ədəd hamam xalatı
dəsti, bir ədəd dəmirli mətbəx dəsmalı, bir ədəd taxta qaşıq dəsti, bir ədəd kofeyni
podnos, bir ədəd yeddi formalı bıçaq dəsti, bir ədəd su kuzəsi, iki ədəd su fincanı, iki
ədəd ayaqlı vaza, bir ədəd stolüstü böyük vaza, iki ədəd şamdan, bir ədəd lampa, bir
ədəd yaylıq, bir ədəd hava feni, altı ədəd ev məsti, iki ədəd qara rəngli biri qaşlı, digəri
isə sadə qara dərili koblok ayaqqabı, bir ədəd ağ gəlinlik ayaqqabısı, bir ədəd krem rəngli
qaşlı ayaqqabı, bir ədəd qara qaşlı ayaqqabı, bir ədəd qırmızı çemodan, iki ədəd
kosmetika çantası, iki ədəd qara dəri çanta, bir ədəd qəhvəyi rəngli parça çanta, bir ədəd
çəhrayı rəngli koşlyok, bir ədəd tiqrovı laklı koşlyok, bir ədəd içərisi qırmızı, üzü qara
dərili koşlyok, iki ədəd lasin, iki ədəd cins, bir ədəd süd rəngli və bir ədəd qırmızı rəngli
parçadan sadə şalvarlar, səkkiz ədəd qara rəngli sadə yubkalar, beş dəst gündəlik evdə
geyinilən geyim dəsti, bir ədəd adidas markalı idman geyim dəsti, iki ədəd penjama, otuz
dörd ədəd sadə koftalar, yeddi ədəd sadə don, iki ədəd qara rəngli manto, bir ədəd qısa va
bir ədəd uzun dəri pencək, bir ədəd uzun və bir ədəd qısa parça pencək, bir ədəd maloçnı
va bir ədəd qara rəngli yubka-pencak dəsti (kostyum), bir ədəd qara rəngli zamoklu
kurtka, bir ədəd qara rəngli pencək, iki ədəd böyük ten naboru, beş ədəd qol saatı,
3
bujuteriya qutusu (sep 4 ədəd, qolbaq 3 ədəd, üzük 2 ədəd, sırğa 3 cüt, böyük sep bir
ədəd), bir ədəd nişan üzüyü, 750 əyarlı Belqiya istehsallı, bir ədəd komplekt (sep, qolbaq,
sırğa, üzük) qarnitur, 750 əyarlı Belqiya istehsallı, bir cüt qızıl sırğa, (quş formasında) 10
(on) qramlıq, 583 əyyarlı Rusiya istehsalı bir ədəd komplekt (sep qolbaq) yolçnı Rusiya
istehsallı, 583 əyarlı, bir ədəd komplekt (sep-qolbaq) kare ağ qızıl, bir cüt sığra (gül
formasında) 750 əyarlı Belqiya istehsallı, bir cüt qızıl sığra (uzun setka formasında), bir
ədəd qaşlı gül formasında qızıl üzük, Privacy duxu-sprey, Miss dor ətiri, 2 ədəd ŞHE
(qırmızı və bənöşəyi), Straleyt sprey, Eclat yağ ətiri, Today ətiri, D-G ətiri, nivca naboru,
Coca Chance ətiri, Jadore ətiri, La petile ətiri, Evidence ətiri, Si (armoni) ətiri, Pink Dress
ətiri, Emotion ətiri, 1 ədəd çəhrayı qablı Bentli duxu kimi əşyaları hazırda cavabdehin
evindədir. Qızıl-zinyət əşylarının hazırki bazar qiymətləri barədə rəyi təqdim etməklə,
qeyd edilən cehiz əmlaklarını və qızıl-zinət əşyalarının özünün və ya həmin əmlaklar
olmadıqda onların dəyərinin cavabdeh Bağırov Kənan Gülağa oğlundan alınıb ona
verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
Mübahisə yuxarıda göstərilən qaydada həll edilmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ:
İddiaçı Həsənova Ramiyyə Ayaz qızı və onun nümayəndəsi Fərəcov Salman
Böyükağa oğlu Sabirabad rayon məhkəməsinin 02 may 2016-cı il tarixli 2(056)-456/2016
saylı qətnaməsindən apellyasiya şikayəti verərək həmin qətnamənin iddianın təmin
edilməyən hissəsində ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsini xahiş
etmişdir.
İddiaçı Həsənova Ramiyyə Ayaz qızı və onun nümayəndəsi Fərəcov Salman
Böyükağa oğlu apellyasiya şikayətini onunla əsaslandırmışlar ki, birinci instansiya
məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarını pozmuş,
sübutları, mühüm əhəmiyyəti olan bütün halları aradırmamış, təqdim edilmiş sübutlara
(toy diski, qiymətləndirmə rəyi, iddiaçının izahatı, xəstəlik tarixçəsi, fotoşəkillər) deyil,
cavabdehin şifahi izahatına üstünlük vermişdir. İşin hallarından göründüyü kimi, iddiaçı
cavabdehlərin evini xəstə halda tərk etmişdir və bu vəziyyətdə qızıl-zinət əşyalarını özü
ilə apara bilməzdi. Həmçinin qızıl-zinət əşyaları ilə əlaqədar cavabdeh tərəfin verdiyi
izahatlar da əsassızdır. Evə təzə gəlin köçmüş iddiaçının özü ilə hansı qızıl-zinət əşylarını
gətirdiyindən cavabdehin xəbərinin olmaması mümkün deyildir. İddiaçının tələb etdiyi
əşyalar arasında həm onun atası tərəfindən, həm də ər evindən ona hədiyyə edilmiş
əşyalar vardır.
TƏRƏFLƏRİN İZAHATLARI:
Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı Həsənova Ramiyyə Ayaz qızı və
onun nümayəndələri Fərəcov Salman Böyükağa oğlu və Həsənov Ayaz Niyaz oğlu
apellyasiya şikayətinin dəlillərinə uyğun məzmunda izahat verməklə şikayətin təmin
edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edilməyən
hissəsində ləğv edilməsini və həmin hissədə iddia tələbinin tam təmin edilməsini xahiş
etdilər.
Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi Bağırov
Gülağa Gülbala oğlu verdiyi izahatında apellyasiya şikayətinin təmin edilməməsini,
4
birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş
etmişdir.
HÜQUQİ MƏSƏLƏLƏR:
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
- 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu
məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə
baxır.
- 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya
məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını onun düzünə və ya dolayısı ilə
mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya
apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin
predmeti bölünməz olduqda isə tam yoxlayır.
- 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin
dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət
etməsini yoxlayır.
«Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi
Plenumunun 2005-ci il 24 noyabr tarixli 4 saylı Qərarının 17-ci bəndində göstərilir ki,
kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin
qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin
dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin
dəlillərinə və işdə olan sübutlara obyektiv hüquqi qiymət verməklə belə hesab edir ki,
birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış,
mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi
nəticəyə gələrkən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını tətbiq
etmişdir.
Belə ki, iş materiallarına əlavə edilmiş 8 nömrəli şəhər kliniki stasionar xəstəxanası
tərəfindən verilmiş 5261/1074 nömrəli xəstəlik tarixçəsinin surətindən görünür ki,
Ramiyyə Həsənova 09 oktyabr 2014-cü ildən 30 oktyabr 2014-cü il tarixədək stasionar
müalicədə olmuşdur.
İş materiallarına əlavə edilmiş Sabiabad Rayon Məhkəməsinin 09 dekabr 2015-ci il
tarixli 2(056)-1205/2015 saylı qətnaməsinin surətindən görünür ki, Bağırov Kənan
Gülağa oğlu ilə Həsənova (Bağırova) Ramiyyə Ayaz qızı arasında olan 17.06.2014-cü
ildə Sabirabad rayon Qeydiyyat şöbəsində 196 nömrə ilə qeydə alınmış nikahın
pozulmuşdur.
İş materiallarına əlavə edilmiş «Sabirabad rayon İstehsal-İstehlak Kooperativi
Cəmiyyəti» tərəfindən verilmiş qiymətləndirmə rəyindən görünür ki, 1 ədəd 750 əyarlı 7
qramlıq nişan üzüyü 280 manat məbləğində, 1 ədəd 750 əyarlı qızıl komplekt (zəncir,
qolbaq, sırğa və üzük) 3900 manat məbləğində, 1 ədəd 583 əyarlı Rusiya istehsalı 10
qramlıq quş formalı sırğa 380 manat məbləğində, 1 ədəd 583 əyarlı 28 qramlıq komplekt
(zəncir qolbaq) yolka 1064 manat məbləğində, 1 ədəd 22 qramlıq ağ qızıl zəncir qolbaq
komplekti 1012 manat məbləğində, 1 ədəd 750 əyarlı 6 qramlıq Belçika istehsallı qızıl
sırğa gül formasında 228 manat məbləğində, 1 ədəd 583 əyarlı 11 qramlıq uzun setka
formalı 418 manat məbləğində və 1 ədəd 583 əyarlı 6 qramlıq qızıl üzük gül forması 228
manat məbləğində qiymətləndirilmişdir.
5
İş materiallarına əlavə edilmiş 02 mart 2016-cı il tarixli aktından görünür ki,
cavabdeh Bağırov Kənan Gülağa oğlunun yaşadığı Sabirabad şəhəri M.Əsədov küçəsi 3
saylı evdən iddiaçı Həsənova Ramiyyə Ayaz qızına məxsus cehiz əşyalarının bir qismi
götürülmüşdür.
Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı Həsənova
Ramiyyə Ayaz qızı Bağırov Kənan Gülağa oğlu ilə 23.06.2014-cü ildə faktiki,
17.06.2014-cü ildə isə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. İddiaçı cavabdeh
Bağırov Kənan Gülağa oğlunun yaşadığı Sabirabad şəhəri, M.Əsədov küçəsində yerləşən
3 saylı evə gəlin köçmüş və öz şəxsi və cehiz əşyalarını həmin evdə yerləşdirmişdir. Ailə
qurduqdan sonra bir müddət çox mehriban yaşasalar da, sonradan münasibətləri
gərginləşmiş və Sabirabad Rayon Məhkəməsinin 09 dekabr 2015-ci il tarixli qətnaməsi
ilə onların arasında olan nikah pozulmuşdur. İddiaçı cavabdehə qarşı iddia qaldıraraq
cehiz əmlaklarının və qızıl-zinət əşyalarının, həmin əmlaklar olmadıqda isə onların
dəyərinin cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
İşə məhkəmədə baxılarkən iddiaçı iddianın təmini tədbiri barədə vəsatətlə müraciət
edərək, ona məxsus olan əmlakın siyahıya alınmasını xahiş etmiş və məhkəmənin
qərardadı əsasında əmlakın bir hissəsi saxlanılması üçün iddiaçıya verilmiş, bir qismi isə
aşkar edilməmişdir.
Birinci instansiya məhkəməsi milli adət-ənənlərə, məişət xüsuiyyətlərinə görə cehiz
əşylarının zəruri tərkib hissəsi olan 1 ədəd gəlinlik güzgüsünün, dəyəri 35 manat olan 1
ədəd xəmiryoğuranın, hər birinin dəyəri 15 manat olmaqla 2 ədəd toxunma süfrənin,
dəyəri 10 manat olmaqla 1 bir ədəd yay mövsümü üçün odeyalın, hər birinin dəyəri 10
manat olmaqla 2 ədəd əl-üz dəsmalı dəstinin, hər birinin dəyəri 2 manat olmaqla 6 ədəd
böyük və hər birinin dəyəri 1 manat olmaqla 6 ədəd kiçik mətbəx üçün dəsmalın, hər
birinin dəyəri 15 manat olmaqla 4 ədəd stəkan silən dəstinin, hər birinin dəyəri 4 manat
olmaqla 2 ədəd balış üzü dəstinin, hər birinin dəyəri 6 manat olmaqla 2 ədəd
məhrabanın, dəyəri 30 manat olmaqla 1 ədəd hamam xalatı dəstinin, dəyəri 5 manat
olmaqla 1 ədəd mətbəx dəsmalının, dəyəri 15 manat olmaqla 1 ədəd taxta qaşıq dəstinin,
dəyəri 4 manat olmaqla 1 ədəd kofeyni padnosun, dəyəri 14 manat olmaqla 1 ədəd yeddi
formalı bıçaq dəstinin, dəyəri 4 manat olmaqla 1 ədəd su qrafininin, hər birinin dəyəri 1
manat olmaqla 2 ədəd su fincanının, hər birinin dəyəri 5 manat olmaqla 2 ədəd ayaqlı
vazanın, dəyəri 25 manat olmaqla 1 ədəd stolüstü böyük vazanın, hər birinin dəyəri 3
manat olmaqla 2 ədəd şamdanın, dəyəri 10 manat olmaqla 1 ədəd lampanın, dəyəri 1
manat 50 qəpik olmaqla 1 ədəd baş örtüyünün, dəyəri 15 manat olmaqla 1 ədəd hava
feninin, dəyəri 30 manat olmaqla 1 cüt qara rəngli ayaqqabının, dəyəri 28 manat olmaqla
1 ədəd ağ gəlinlik ayaqqabısının, dəyəri 20 manat olmaqla 1 ədəd qırmızı çemodanın, hər
birinin dəyəri 15 manat olmaqla 2 ədəd lasin, hər birinin qiyməti 15 manat olmaqla 2
ədəd cins, hər birinin dəyəri 15 manat olmaqla 1 ədəd süd rəngli və 1 ədəd qırmızı
rəngli parçadan olan şalvarların, hər birinin dəyəri 55 manat olmaqla 1 ədəd qısa və 1
ədəd uzun dəri pencəyin, hər birinin dəyəri 50 manat olmaqla 1 ədəd uzun və bir ədəd
qısa parça pencəyin bir qadın və gəlin olaraq iddiaçının cavabdehin evinə aparmasını real
saymış və iş materillarında həmin əşyaların iddiaçıya təhvil verilməsini təsdiq edən
sübutlar olmadığına görə iddia tələbini bu hissədə əsaslı hesab etmiş, məhkəmə iş üzrə
təqdim olunmuş sübutları bir-biri ilə mübahisəli şəkildə təhlil etməklə, hər bir sübutu öz
mənbəyinə, mənsubiyyətinə və mötəbərliyinə görə qiymətləndirərək iddia tələbini qalan
hissədə əsassız hesab etmişdir.
6
Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə qiymət verərək həmin
dəlilləri əsassız sayır.
Belə ki, iş materiallarına əlavə edilmiş qiymətləndirmə rəyi iddiaçı tərəfin sözü ilə
həmin əşyalara baxış keçirilmədən tərtib olunmuşdur.
Məhkəmə araşdırması zamanı iddiaçının tələb etdiyi həmin qızıl-zinət və digər
əşyaların mövcud olması və yaxud həmin əşyaların cavabdehin evində qalması halları
sübuta yetirilməmişdir, ona görə də həmin qiymətləndirmə rəyi iddianın təmin edilməsi
üçün əsas ola bilməz.
İddiaçı Həsənova Ramiyyə Ayaz qızının nümayəndəsi Fərəcov Salman Böyükağa
oğlunun vəsatətinə əsasən məhkəmə kollegiyası Sabirabad rayon məhkəməsinin 04 fevral
2016-cı il tarixli 2(056)456/2016 saylı icra vərəqəsinə əsasən cavabdehin yaşadığı evdən
bəzi qızıl-zinət və digər cehiz əşyalarının götürülməsini təmin edən Sabirabad rayon İcra
Şöbəsinin icra məmurları Mövsümov Mirqasım Seyid oğlunun, Əzizov Gülmalı Bəxtiyar
oğlunun və Sabirabad rayon Polis şöbəsinin polis sahə rəisi Salmanov Elbrus Saday
oğlunun iş üzrə şahid qismində dindirilməsini zəruri hesab etmişdir.
Onlar məhkəmə kollegiyasına verdiləri izahatda Sabirabad rayon məhkəməsinin 04
fevral 2016-cı il tarixli 2(056)-456/2016 saylı icra vərəqəsinə əsasən 02 mart 2016-cı il
tarixdə borclunun yaşadığı Sabirabad şəhəri M.Əsədov küçəsi 3 saylı ünvanda yerləşən
evdə olmuşlar. Borclunun yaşadığı mənzildə Sabirabad rayon məhkəməsinin icra
vərəqəsində qeyd olunan əşyalardan aşkar olunanlar götürülmüş və buna uyğun akt tərtib
olunmuşdur. İddiaçının tələb etdiyi başqa hər hansı bir əmlak isə aşkar edilməmişdir.
Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilən Sabirabad rayon İcra
Şöbəsinin icra məmuru Mövsümov Mirqasım Seyid oğlu ifadəsində bildirmişdir ki, 02
mart 2016-cı il tarixdə iddiaçının iştirakı ilə borclunun yaşadığı evdə olmuşdur.
Sabirabad rayon məhkəməsinin 04 fevral 2016-cı il tarixli 2(056)-456/2016 saylı icra
vərəqəsində qeyd olunan əşyalardan aşkar olunanlar götürülmüş və iddiaçıya təhvil
verilmişdir. Tələbkar Ramiyyə Həsənova aktı imzalamış və icra hərəkətləri ilə bağlı hər
hansı bir irad və şikayət bildirməmişdir. İş üzrə borclular aktı imzalamaqdan imtina
etmişlər.
Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilən Sabirabad rayon İcra
Şöbəsinin icra məmuru Əzizov Gülmalı Bəxtiyar oğlu və Sabirabad rayon polis şöbəsinin
polis sahə rəisi Salmanov Elbrus Saday oğlu da icra məmuru Mövsümov Mirqasım Seyid
oğlunun ifadəsi ilə eyni məzmunlu ifadə vermişlər.
Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tələb etdiyi qızıl-zinət
əşyalarının və digər əşyaların həqiqətən də cavabdehin evində qalmasını sübut edə
bilməmişdir. Ona görə də birinci instansiya məhkəməsi haqlı olaraq iddia tələbinin
qismən təmin edilməsi qərarına gəlmişdir.
İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26
iyul 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları
qiymətləndirərkən, bir qayda olaraq, «affirmanti, non neganti incumbit probation» (yəni,
sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur.
Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan,
həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.
Azərbaycan
Respublikası
Konstitusiyasında
ədalət
mühakiməsinin
həyata
keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq
bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin II hissəsi),
7
məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin VII
hissəsi) təsbit olunmuşdur.
Azərbaycan Respublikası MPM-nin 76.1 və 76.2-ci maddələrinin tələbinə görə
tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün
əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən
edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi
məlumatlar sübut hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin
rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə,
işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
Azərbaycan Respublikası MPM-nin 9.3-cü maddəsinə əsasən hakim öz qərarını yalnız
tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla,
sənədlərlə əsaslandırmalıdır.
Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim
etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız
məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Həmin Məcəllənin 184.2-ci maddəsinə əsasən hakimin işdə iştirak edən şəxslərə təklif
etməsinə baxmayaraq, onların iddia ərizəsinə dair rəyi (etirazı) və ya əlavə subutları
təqdim etməməsi, işdə olan mövcud materiallar əsasında işə baxılmasına mane olmur.
Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi
aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa
sübutlarla təsdiq oluna bilməz.
Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz,
hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına
müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən
edilmiş qüvvəsi yoxdur.
Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə qətnamə
qəbul edərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməklə qanuni və
əsaslı nəticəyə gəlmişdir. Digər tərəfdən apellyasiya şikayətində göstərilən dəlillər formal
mülahizə xarakteri daşıyır və mübahisələndirilən qətnamənin ləğvi üçün əsas ola bilməz.
Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya
məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün
olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin
372, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrinin rəhbər tutaraq məhkəmə
kollegiyası,
Q Ə T E T D İ:
İddiaçı Həsənova Ramiyyə Ayaz qızı və onun nümayəndəsi Fərəcov Salman
Böyükağa oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin.
Sabirabad rayon məhkəməsinin 02 may 2016-cı il tarixli 2(056)-456/2016 saylı
qətnaməsi dəyişdirilmədən saxlanılsın.
8
Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay
müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali
Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə,
qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: imza var
Hakimlər: imzalar var
Düzdür:
Sədrlik edən:
Vüsal Cəbrayılov
9
Sədrlik edən:
Vüsal Cəbrayılov
Hakimlər:
Tofiq Heydərov
Nüsrət Mirzəyev
Dostları ilə paylaş: |