Qar dənəcəkləri (bir DƏLİnin gundəLİYİ Seriyasindan)



Yüklə 0,92 Mb.
Pdf görüntüsü
tarix02.01.2022
ölçüsü0,92 Mb.
#2413



 


 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 



 

Ramiz Atabəy 

 

Qırmızı

 

qar dənəcəkləri 

(bir DƏLİnin GUNDƏLİYİ - Seriyasindan) 

 

 



Qirmizi qar d

ənəcikləri 

Ramiz Atab

əy 

 

 

 

 

 

 

                                                     REDAKTORLAR:    QOŞQAR  SADAYZADƏ 

                                                                                      NƏRMİN ABDULLAYEVA 

                                                 QRAFİK DİZAYN:     NURLAN BAYRAMOV 

                     ÜZ QABİĞININ HAZIRLANMASI:     NURLAN BAYRAMOV 

                                                      MƏSLƏHƏTÇİ:     RAMİN MAHMUDOV 

 

 

bu loqonun mənası Ramiz Atabəy-in imzası 



Copyright MyCorp © 2012

 

 



 

 



 

Qırmızı qar dənəcikləri 

  

    Boş  vərəqlərlə  üzbəüz  dayandığında  sən,  sanki,  kimliyindən  çıxırsan...    Əlin  qələmə  sarılır  və  yazmağa 



başlayırsan...  Düşünmürsən,  bunu  oxuyan  nə  düşünəcək,  sadəcə  yazırsan...  Amma  nə  yazdığını  da  bilmirsən, 

elə hey yazırsan... Sanki,  lalsan... Bu yazdıqlarını  deyə də bilərsən... Amma yazmağı daha ideal sayıb, hərflərə 

sığınırsan...  Hər  cümlədən  sonra  qoyduğun  üç  nöqtə  fikrini  uzaqlara  aparır,  amma  yeni  sitat,  yeni  başlanğıc 

səni  uzaqlardan  çəkib  çıxarır...  Düşüncələrarası  labirint...  Cümləni  bitirib  sonluğa  doğru  qaçmağa  çalışırsan, 

amma səni sıxan kölgən, səninçün döyünən ürək və kirpiklərinin etdiyi sinxronik hərəkət səni yazmağa vadar 

edir... Nöqtəni qoymağa tələsmirəm mən. Hər nöqtə məni neçə hərfdən ayırır. Bu balaca zərrəcik bitmiş fikir 

adlandırdığımız cümləni necə sona çatdıra bilər, axı? Cümlə heç də cılız məna kəsb etmir. Sanki, hər şey kimi 

içimiz də qloballaşıb. Artıq yazmağa başladığımda iki şeyi düşünürəm: bir – bitməyən gecəni, iki – bitəcək və 

qabda yoldaşlarının yanına yan alacaq olan siqaret dənələrini... Yazılarımın bir fəlsəfi önəmi var: hərflər boş - 

boşuna yan – yana durmayıb. Sadəcə göz nəzəri ilə baxma yazılara, həyat həvəsi ilə bax. Gündəlik tələbata görə 

yox,  ömürlük  mənəviyyata  görə  bax  yazılara...  Bu  yazdığım  vərəqdəki  qaraltı  deyil.  Bu,  fikir  altına  alınacaq, 

düşünüləcək və əməl olunacaq bir yazı nümunəsidir... Bəs, gözlər. Onlar sadəcə görmək üçün yaradılıb, məgər? 

Neçə  rəngdə,  neçə  formada  yaradıb  Yaradan...  Biz  insanlar  yalnız  görmək  istədiyimizi  görür,  baxmaq 

istədiyimizə baxırıq. Amma bu heç də düz baxış deyil, mənə görə. Bəs görmədiklərimiz? Onlar nə olacaq? O da 

görülmək  üçün yaradılıb.  Görülüb  hiss  edilmək  üçün  mövcuddur.  Amma  biz...  Biz,  mən  və  sən  kimilər...  Bizə 

maraqlı  gəlmir.Ya  biz  maraqlı  deyilik,  ya  da  görmək  istəmədiklərimiz...  İdeya  boşluğu  içində  olan  bir 

cəmiyyətdə  yer  alırıq...  “Həyat  bizim,  biz  həyatın”  prinsipi  ilə  yaşayırıq...  Əsil  üzlərdən  qaçır,  qaranlıqlarda 

sığınırıq...  Artıq  çoxları  mərkəzlərdən qaçır.  Arxalarda  yer  almağı,  gülməyi  və  “Redbull”  içərək qanadlanmağı 

sevən  ictimaiyyət  formalaşır.  Pul  əsas  rol,  hisslərsə  tapdaqaltı  olub...  Mənim  pulum  var  və  məndən  yoxdu!... 

Biznesim var olsun!... Qadınlarım çox olsun!... Luks bir maşınım, qədəhimdə viskim olsun... Sabir demişkən:” 

Kimə nə olur, olsun. Yalnız mən olum” prinsipi...  

    Sizə  nədən  danışım?  İtirib  sahib  ola  bilmədiklərimizdən,  yoxsa  əllərimizin  gah  dolub,  gah    da 

boşalmasından?  Biz  adlandırdıqlarımızın  bizə  “siz”  deməsi  içimizdə  sadəcə  bir  qığılcım  yaradır.  Əslindəsə  bu 

faciədir.  Elə  bir  dövrdə  yaşayırıq  ki,  nə  olduğumuz  yer,  nə  olduğumuz  məkan,  nə  də  yaşadığımızdan  fərqli 

olmayaraq  biz  bir  quluq.  Demək  istədiklərimizi  ya  divarlara,  ya  partalara,  ya  da  oturduğumuz  oturacaqlara 

yazırıq. Görmədiklərimizi görmək arzusuyla çırpınıb gördüklərimizi də itiririk. Boş tarixi faktlara sığınır, ya da 

“Gey”ləşən   cəmiyyətə  üz  tuturuq.  Bəs,  qadınlar?  Onlar  tarixin  sınma  nöqtəsi,  bir  başlanğıcdır.  Qadınların  nə 

istədiklərini bilmək heç asan deyil. Onlar azadlıq ruhunda yaşamağı çox sevir. Kimi əyləncəli, kimisi isə bədbin 

olur.  Amma  onlar  çox  kövrəkdilər.  Biz  isə  bir  qadını  bir  zirvə  adlandırmalıyıq...  Adəm  və  Həvva  eşqi  hamıya 

məlumdur. Bəzən cəmiyyətdə təklənən və xəyanətlərə düçar olan da qadınlardır. Kimi hicaba sığınır, kimi dar 

ətəyə... Bəzi qadınlarsa kişi sevgisini təpikləyər, qadın qollarında həzzini tapar... Həyat adlandırdığımız bu fəza 

neçə  koordinat  nöqtəsi  ilə  özünü  göstərsə  də,  bu  nöqtələrə  paralel  olan  xətlərdə  ömrümüzü  başa  vururuq. 




Müsbət və mənfilərlə özümüzə çıxarışlar edir, gecəni sadəcə yatmaqla, gündüzləri isə iş kariyerasına və ya ailə 

öhdəliklərinə  qurban  veririk.  Kimi  gündüzlərdən  çox  gecəni  sevər,  günəş  qədər  işıq  saçmayan  ayın  o  ağ 

simasına  aşiq  olar,  gecəni  onunla  keçirər.  Kimi  özünə  şərabı  dost  seçər,  onunla  qalxar,  onunla  yatar,  dərdini 

danışar,  süzülən  qədəhlərdə  təskinlik  tapar.  Kimi  “seks”  adlandırılan  məhfuma  pərəştiş  edər.  Qarşındakı  

insanı, sadəcə, həzz adlandırar... Və beləcə neçə növ kimsələr var...  

    Yaşadığımız  bir  ildə  neçə  əlamətdar  gün  keçiririk.  Soyuqqanlı  şəkildə  “ad  günü“  adlandırdığımız  günü  yola 

verir,  soyuq  təbriklər  və  ya  isti  öpüşlərlə  günü  keçiririk...  14  fevral...  Bir  rahibə  həsr  olunmuş  gün  “sevgililər 

günü” adlanır... Həmin gün bəzi telefonlar susmur, bəzi oturacaqlarsa heç boşalmır. Neçə sevgili ya əl - ələ, ya 

yan  -  yana,  ya  da  sevişərək  keçirirlər  bu  günü...  “8  mart”  da  belə  günlərdən  biridir...  “Azad  qadınlar”  günü... 

İslama zidd bayramı hər kəs keçirir. 

        Indi isə  bu sadaladığım günlərdən hansı sizə daha yaxındır ondan danışım. Daha könlünüzcədir... Biz insanlar 

kütlə  arxasıyca  qaçır,  bizim  olmayanları  sevirik.  Uşaq  vaxtı  gələn  bayram  günlərini  elə  şən  qarşılayardıq  ki, 

sanki,  o  bayram  bizə  stimul  verir,  yeni,  daha  da  artan  uğurlarımıza  səbəb  olur.  Indi  isə  gələn  hər  bir  bayram 

sadəcə  ötəri  bir  gündür.  Boş  gülüşlü  simalarla  dolu  bir  gün...  Əlbəttə  ki,  bu  hamı  üçün  bir  deyil  və  bunu  da 

bilirik ki, “Jeep”in şüşəsindən çöl və ətraf tamam başqa cür görünür... 

    Bəzən  ayaqlarımız  çox  yorulur,  çiyinlərimiz  kimi...  Ayaqlar  bizi,  çiyinlərsə  əməllərimizi  daşıyır.  Bir  mənzil 

başımız var... Çoxları “Əraf”a  istiqamət alıb... Nə ondan deyil, nə də bundan... Amma biz şüurumuz və əqlimiz 

varsa, cənnət və cəhənnə arasında seçim etməliyik... Hədəf və məqsədə doğru qaçmaq hissi çox ideal, “nə olar 

olar” düşüncəsi isə çox sadədir...  

          Dəyişkən  hisslər...  Hələ  də  anlamadığımız  müqəddəs  varlıq...  Bu  danışdığım  sevgidir.  Biz  sevgi  nədir 

bilirikmi? Qadın kişi münasibətinin tək ortaq məxrəcini sevgidə birləşdirmək çox yanlış bir fikirdi. Dostluq və 

yaxın münasibət düşüncəsi çox azlıq təşkil edir beynimizdə...  

    Sevgi  nədir?!  Sadəcə  ülvi  və  müqəddəs  hiss...  Yaranış  və  məqsəd  səbəbi  bizi  Yaradanı  sevməkdir...  Heç  də 

çirkin əməl deyildir. Sevgi ürəklərə hüzur və şəfayət gətirər... Gözləri açar və dilləri danışdırar... Amma biz ??? 

Yenə  “biz”ə  gəldik...  Biz  sevgini  başqa  bədənlərdə,  başqa  əllərdə  və  başqa  məkanlarda  axtarırıq...  Əslində  isə 

ürəyimizə  baxmaq  bunun  sadə  həlli  və  yeganə  yoludur...  “İNDİKİ  SEVGİLƏR  BOŞDUR  ,  İNDİKİ  GƏNCLƏR 

SƏFEHDİR  ”  deyə  bilmərik...  Sadəcə  məqsəd  və  niyyətlər  yanlışdır.  Kimi  sevgini  yataqda  bitdiyini  ,kimi 

sevginin öpüşdən başladığını zənn edir. Əslindəysə sevgi hardan başlayır heç bilirsiz ???  

  Sevgi  həyatımıza  ilk    qədəmini  dünyaya  gəldiyimiz  saniyədə  içimizdə  qoyur...  Ana  və  övlad  sevgisi...  Yanlış 

düşüncə  deyil  bu  ,sadəcə  mürəkkəb  düşüncədir...Əllərimiz  böyüdükcə  ürəyimiz  də  böyüyür...  Biz  genişlənən 

ətrafımızda yeni sevgilər tapırıq...Özümüzü kəşf etdiyimiz saniyədə qadına aşiq oluruq... Biz aşiq olmanı nədə 

görürük?...  Beləcə  içimizdə  hər  şeyi  dəyişir,  sevgini  qəbul  edir  və  sevirik.  Əllərimiz  başqa  istəklərlə  qarşılaşır, 

başqa əllərin istisini dərk edir və tutuluruq... 

     “Kaş bir şam olsaydım” - deyirəm... Bilirəm boş və mənasız gəlir bu sözüm, amma mənə həyatda mənalı bir şey 

göstərin ki, qaranlıqda mənə ay tək sadiq qalsın.  “Kaş ki bir şam dənəsi olsam”-deyirəm. Və düz düşünürsüz. 



Mən  bildiyimiz  qaranlıqda  və  ya  xristianların  kilsədə  yandırdıqları  şam  dənəsindən  danışaram...  Diqqətlə 

düşünün, sanki, bir şamsınız. Qutudan çıxardıldığınızda başqa əllərdən keçib bir şamdana qoyarlar sizi və sakit 

nə vaxt yandıracaqları anı gözləyirsiniz. Fitili bükülmüş və sadəcə donaraq dayanmış bir şam dənəsi. Çaxmaq 

yandırılaraq  sənə  doğru  gəlir.  Içindəki  qorxu  onun  isti  olması  deyil,  içindəki  qorxu  sənin  yanaraq  damla  – 

damla  bitməndir...  Yandıqca  yanından  keçənlər  süni  bir  külək  yaradar.  Və  sən  sönəcəyindən  qorxub  əsərsən. 

Əsdikcə  içini  qorxu  bürüyər,  ölümlə  salamlaşar,  işıq  saçan  həyata  vida  edər  kimi  olarsan.  Əllərin  olmasa  da 

ayaqların üstə durarsan və beləcə yandığın hər anın qarşısında sən ətrafa işıq saçar, ətraf isə sənə verdiyi qəpik 

–  quruşa  görə    başqsının  ətini  çeynər.  Heç  bir  adiyyatı  yoxdur  ki,  səni  harda  yandırırlar:  məzar  üstündə,  xaç 

önündə  ya  səməni  ətrafında  və  ya  romantik  adlanan  yemək  zamanı...  Onlar  üçün  əsas  odur  ki  ,səni 

yandırırlar...Və  sən  yanıb  bitdiyində  tərəddüd  içində  qalmayaraq  yeni  bir  şam  yandıracaqlar...  Bax,  insanlar 

belədir...Daha doğrusu, BİZ beləyik... 

 

   Qaraltdığım  bu  sətirlərə  dönsək,  qara  və  gözlə  görünən  cızmaya  rastlayarıq.  Hər  cümlənin    üç  nöqtə  ilə 



bitməsi,  əslində  bitmədən  üç  nöqtə  ilə  davam  etməsi    hər  şeydə  bir  səhv  axtaran  varlıqlara  inad  demək 

istədiyimdir.  Bu  bizim  şam  əslində  bir  az  gizli  və  gizli  olduğu  qədər  də  önəmli  bir  fikiraltı  məna  idi... 

Düşünmədən qazılan torpaq məzar da ola bilər, su quyusu da. Məzar həyat sonu, su isə həyat cövhəridir... Hər 

şey  sudan  başlar.  “Dama  –  dama  göl  olar”  misalı  yox,  damladan  yaradılan  başlanğıcdır  mənim  demək 

istədiyim...  

         Bəzən  yağış  yağar...  Fərqi  yoxdur  necə  yağar.  Əsas  odur  ki,  sən  yağan  yağışın  sənə  doğru  pıçıltı  ilə  səslənən 

sözlərini  duya  biləsən.  Bunu  bilmək  şərtdir.  Necə  ki,  səhərlər  insanlara  “sabahın  xeyir”  kəlməsini  deməyə 

borclusan.  Onda  bunu  da  bilməyin  borcdur.  Bu  həyatda  heç  nə,  yəni  hər  bir  şey  boş  deyildir.  Göylərə  ucalan 

tüstüdən  yerə  damlayan  göz  yaşlarınadək  hər  şeyin  mənası  var...  Bizdən  tələb  olunan  daşın  yaşını  və  ya 

pəhrizin  düzgün  bilinib  əməl  olunması  deyil.  Bizdən  tələb  olunan  tələbkarın  sevgisinə  qarşılıq  verib  tələb 

olunan hər zərrəciyə görə ömrünü fəda etməkdir. Bir şam dənəsi kimi səni qabdan çıxarıb şamdana taxarlar. Bu 

şamdan  dünyaya  doğulmuş  körpənin  bələyə  sarılmasına  bənzər...  Və  sakit  səni  nə  vaxt  yandıracaqlarını 

gözləyərsən.  Bu  gözləmə  mərasimi  isə  bizim  böyümə  mərhələmizdir...  Acı  günlərə,  soyuq  illərə  və  süni 

gülüşlərə doğru atdığımız addımların nəhayətində səni yandırırlar. Və sən əriyərək yerə yapışırsan. Axan damla 

qanından, keçən dəqiqə isə canından gedər və sən məhv olarsan. Səndən üç şey qalacaq: adın daşa yazılacaq, 

rəsmin divardan asılacaq və əgər arxanca ağlayan olarsa, bir damla yaş axacaq... 

         Heç  əllərinizə  diqqətlə  baxmısınız???  Fərqi  yoxdur  kişi,  ya  qadın  əli...  Əsas  odur  ki,  içində  niyəsini 

bilmədiyimiz xətlər olan, cəld hərəkət edən, bükülüb açılan varlıqdır onlar... Ayaqlarımız bizi yerdə saxlayırsa, 

əllərimiz həyatda saxlayır... İçində, sanki, əyri – üyrü xətlərdə bir gizli mesaj var! Düşünək. Belə yazılıb o ülvi 

mesajda:  “Heç  nəyə  toxunma,  yanarsan”.  Qorxulu  gələ  bilər,  amma  biz  gözlə  görmədiyimizdən  çox  da 

qorxmarıq. 

         Boş  bir  otağın    bir  divarı...  Ora  bir  mismar  vurmaqla  hər  hansı  bir  asqı  asaraq  bəzək  halına  gətirə  və  ürək 

oxşaya  bilərik...  Həyatda  bəzi  baxıb  doymadıqlarımız  var.  Kimi  vitrinlərdən  doymaz,  kimi  bitkinlərdən 

yorulmaz...  Amma  hər  nə  olsa  da,  hər  aşiqin  bir  dövranı,  hər  küləyin  əsmə  meydanı  var.  Varlardan  yoxlara, 




olanlardan  olacaqlara,  bitmişlərdən  davama, məndən  sənə  və  səndən  də böyük  cahana  kimi    hər gün  hər  şey 

başqa cür olacaq...İnandınızmı??? İnanmazsınız.... 

    Sizə küləkdən danışım... Qoxusu və hardan gəldiyi bilinməyən sevdamdan danışım... Sizə vurğunu olduğum 

dəryadan, dəryalararası əlaqədən danışım... Bu dünyada iki şeyə heyranam: durmadan əsən küləyə və yoluma, 

həyatıma  görkəmi və yoldaşlığı ilə işıq saçan “ay” adlanandırılan məfhuma... Küləyə elə aşiqəm ki, danışsam, 

ömür bəs etməz. Ikisi də yalqız gecələrimə şahiddir. Nə ay, nə də külək  elə hey durmadan  tabe olan tərəfindən 

bizə pulsuz xidmət göstərir...Küləyə bəzən “dəli külək”, aya isə “Ağ varlıq” deyirlər. Hara getdiyini, niyə əsdiyini 

və nədən var olduğunu belə anlamayan varlıqdır külək. Bizlə bərabər neçə insan həyatına əsər, hər həyatda bir 

iz  qoyar,  neçə  dənizdə  tüğyan  edər,  neçə  yeri  viran  edər  külək.  Küləklə  ilk  sevdam,  ilk  dostluğum  bir  xeyli 

zamandır  ki,  başladı.  Görüşə  gəlməyən  sevgilimin  zəng  edib:  “Bitdi  hər  şey”-  deməsi  oturduğum  oturacağa 

əsəbiləşərək  vurduğum  yumruğa  səbəb  oldu.  Əlimi  dizimə  qoyub  dərin  bir  ah  çəkdim  və  içimdə  dedim:  “Bu 

qədər asan???”. Elə bu anda, sanki, yel oynadı. Qarşımdakı bir, iki zibil parçası küləyə qovuşaraq getdi. Güclü 

külək  əsməyə  başladı.  Bunu  görüb,  sanki,  içimdə  demək  istədiklərimi  küləyə  danışdım.  Parkda  tək  idim:  bir 

külək,  bir  də  mən...  Mən  qışqıraraq  danışır  o,  səs  salaraq  əsirdi.  Və  birdən  mən  sözümü  bitirincə  külək  də, 

sanki,  susdu.  Küləklə  o  anda    dostluğumuz  başladı  və  elə  həmin  gün  ilk  dəfə  evin  pəncərəsindən  aya  tərəf 

boylandım.  Bu  qədər  gözəl  və  şəffaf,  bu  qədər  incə  və  möhtəşəm varlıq...  Sanki,  dura  bilmədim  və  danışdım. 

Mən danışdım, o dinlədi. Bilirəm ki, heç nəyim də olmasa bir qucaq xatirəm, bitməsinə az qalan siqaret və məni 

sevə - sevə dinləyən iki sirdaşım var: külək və ay. 

         Bəzən  gecənin  səssizliyini  həzin  musiqi  ilə  pozmaq  istərəm...  Amma  əlim  gəlməz...  Dinləməyə  çalışaram, 

səbrim çatmaz və içim danışmağa başlar... Gizli gələn zənglər və ya görüb də tanımadıqlarımız günün sonunda 

bizi  düşündürər.  Amma  biz  gecəyə  boylanaraq  onun  qaranlığındakı  zənginliyini  görsək...  Hər  gecə  ulduzlara 

baxdıqda  onlar,  sanki,  bir  söz  deməyə  çalışır,  amma  məsafə  uzaqdır  deyə  işıldayaraq  gizli  sözcüklər 

söyləyərlər...  Yolunu  itirmisənsə,  dan  ulduzunu  tap  və  yoluna  davam  et...  Bəs  həyatını  itirmisənsə???  Bax  o 

zaman özünə bir rahat yer seç və rahatlan bir az. Hekayəm başlayır.  Sadəcə nəfəs alma... Bəzən də qışqır, səsin 

üçün geniş alan tap... Düşün ki, onu duymaq istəyən var...  

            Küləkli  bir  axşam  idi.  Bakını  küləksiz  təsəvvür  etmək  olmaz.  Küləyin  təsirindən  əyilən  ağaclar, 

dayanacaqda  duran  insanlar  bu  halla  tez-tez  qarşılaşırdılar.  Çiskin  yağışda  şütüyən  maşınlara,  yol  boyu  

sarmaş-dolaş gəzən sevgililərə və yem üçün dolanan balaca sərçələrə rast gəlmək olar. Açıq səmaya tay olan uca 

bəzəkli binalar, binaların kölgəsində qaralan tarixi saraylarla yanaşı beş mərtəbələr, köhnə evlər, dar məhələlər 

çox şeyə şahid idi. Bakı...Küləklər şəhəri... Kim üçün əl çatmaz, kim üçün isə hər günü lənətə bərabər olan bir 

şəhər.  Bəyaz  olduğu  qədər  çirkli,  çirkli  olduğu  qədər  də  şöhrətli  bir  diyardır  Bakı.  Bir  rəsim  tablosunda  Bakı 

bulvarı eycaskar təsvir olunub. Xəzərə bir açılışdır Bakı...Dünyaya çağırışdır Bakı... 

            Nağıllar  belə  başlar.  Biri  vardı-biri  yox...Varlar  yoxlardan  bixəbər,  yoxlar  varlarsız  həyat  sürər...Külək 

fırtınasının ahənginə qoşulub Bakı küçələrini dolaşmaq istədim. Çox mənzil başı seçdim, neçə oturacaq gəzdim, 

neçə  dalanda  durdum.  Yol  yoldaşım  küçə  pişikləri,  ac  sərçələr  oldu.  Çox  insanla  qarşılaşdım.  Payız  küləyinin 

sevincindən çərpələng uçurdan uşaqları seyr etmək dayandığım dayanacaqlarda sevimli məşğuliyyətim idi. Yol 

boyu rastlaşdığım (xüsusən də gecələr)  insanlar çox müxtəlif idi. Lüks maşınlardan səslənən musiqilər gecənin 



səsizliyini  pozurdu.  Boş  bir  dayanacaqda  əyləşmişdim.  Qarşımda  şose,  işıq  dirəkləri  və  ağaclıq  vardı. 

Qulağcıqdakı  musiqinin  dinləyərkən  əyləşdiyim  oturacaqda  yuxulayırdım.  Birdən  bir  qaraltının  mənə  doğru 

yaxınlaşdığını hiss etdim. “Qaqaş, yandıranın olmaz???”-deyə səs eşitdim. Başımı qaldırdığımda sarı saçlı qısa 

geyimli bir qızın qarşımda durduğunu gördüm. Tələsik cibimdən yandıranı çıxardaraq: “buyurun”- deyə təqdim 

etdim. Siqaretini yandırdığında ağzındakı tüstü ilə bərabər “çox sağ ol”- deyə aldığı yandıranı mənə tərəf uzatdı. 

Sadəcə  seyr  edirdim.  “Dəyməz”-deyib  susdum...  Adımlayaraq  yol  kənarında  durdu.  Mən  isə  durduğum 

dayanacaqdan  ona  tərəf  boylandım.  İşıq  dirəyinin  ahəngi  altında  geyindiyi  don  daha  cəlbedici  idi.  Sanki  heç 

qadın görməmiş kimi onu süzürdüm. Hündür ayaqqabıları, küləkdə uçuşan saçları ona ecaskarlıq verirdi. “Bu 

gecə  maraqlı  olacaq”-  deyə  içimdə  bir  səs  var  idi.  Bir  müdət  keçdi,  yüksək  səsli  bir  maşın  onun  qarşısında 

durdu.  Maşının  enmiş  pəncərəsinə  boylandı  və  qısa  söhbətdən sonra yuxudan  oyanmağıma  səbəb  olan  qadın 

maşına  əyləşərək  uzaqlaşdı.  Mənə  isə    arxasıyca  seyr  etmək  qaldı.  Ayağım  düşərli  oldu  deyəsən.O  getdi.Yenə 

şəhər...Yenə səssiz bir gecə...Diqqətimi yolun o tayindakı hündür ağaclarla yanaşı duran beşmərtəbənin beşinci 

mərtəbəsi  cəlb  etdi.  Ağacların  budaqlarındakı  işıq  izləri  beşinci  mərtəbədən  saçırdı.  Heyranlıqla  izləyirdim. 

“Görən orda nə var”- deyə maraqla ora zillənmişdim.Qulağımdakı qulaqcığa səs verib əllərimi qoltuq altına alıb 

ayaqlarımı  üst-üstə  keçirib  gecənin  ritminə  düşürdüm  ...  Amma  elə  hey  marağım  beşinci  mərtəbədə  qalıb  ... 

İçinizdə bir sual var.  Beşinci mərtəbə ??  

             Bakının çox yerlərində “Xruşovka”  adlanan beşmərtəbələrə rast gəlmək mümkündür .. Sovetin möhtəşəm 

tikintiləri  silsiləsindən...  Sadə  və  orta  yaşama  malik  əhalinin  məskunlaşdığı  evlərdən  ibarətdir  bu 

beşmərtəbələr...Demək olar ki, bizim anlatacağımız hekayə bu beşmərtəbələrdən birində baş verir.  

 

            Hər  zaman  küləktək  səsli-sözlü  və  sehirli  olmağı  çox  istərdim.  Düşündüyüm  yerə  sızaraq  getməyi,  ayaq 



dəyməyən yerlərdə olmağı arzulardım. Külək firtınasının ahənginə qoşulub küləyi izləməyə başladım. Yolun bu 

tayından  o  tayına  buralaraq  yan  aldı.  Ağacların  arasıyla  qovrularaq  yuxarı  qalxmağa  başladı.  Suallarla  dolu 

izlədiyim beş mərtəbənin önündəki ağacın zirvəsinə doğru qalxdı. Sadə bir eyvan. Həmin eyvandan asılmış ip 

və  üzərində  bir  neçə  paltar.  Taxta  qapı  deşiklərindən  çölə  sızan  işıq  şüaları,  çirkli  ayna.  Çirkli  aynadan  evin 

içərisi  kirli  görünürdü.  Qapı  aralı  idi.  Qırmızı  divarlı  və  qara  oturacaqlı  yerə  köhnə  xalı  sərilmiş  otaq.  Yerdə 

şərab şüşəsi, bir neçə kitab, qəzet parçaları və bir rəsm çərçivəsi vardı. Otaqda səsizlik hökm sürürdü. Otağın 

divarları səsizliyin  ahəngi, döşəmədəki şərab şüşəsi və kitablar səsizliyin söhbəti idi. Tozlu masa, qara divan və 

qırmızı divarlar nədən danışırdı dediyimdə ayaq səsləri eşidildi. İçəri orta boylu,  uzun saçlı-saqqallı bir oğlan 

daxil  oldu.  Qulağındakı  küpə,  əynindəki  əlbisə  onun  yaşının  az  olmasının  sübutu  idi.  Evinin,yaşamının, 

geyiminin,  görünüşünün  halından  məlum  olur  ki,  kiçik  qəhramanımız  yalnızlığın  insanıdır.  Şərablı  gecələr, 

tüstülü  səhərlər  yalnızlıqla  sevişən  bir  gəncin  günlük  rejimi  idi.  Səssiz  gecələr...  Yuxusuz  həftələr...Qadınsız 

aylar... Siqaretli  illər... Bir gənc hər gün ölürdü.  Qatili yalnızlıq idi. Hər gün çıxdığında o şüalar gözünü  dəlir, 

qapının  çürük  taxta  deşiklərindən  içəri  sızan  şəhərin  səs-küyü  onu  məhv  edirdi.  Günahkar  bədən  bir  rəsm 

çərçivəsinə  və  qara  yazılı  ağ  vərəqlərə  (kitablara)  məhkum  olmuşdu.  Dəfələrlə  izlənilən  rəsm  çərçivəsi  və 

oxunan kitablar hələdə onun qəlbində iz saxlamışdı.  



           Onu seyr etdiyimiz bu gecə ilk tanışlıq gecəmiz idi. Biz bu gecə onunla qovuşduq. O, bizi hiss etmədi, çünki 

biz bir xəyal, o isə gerçək idi. Otağa daxil olduqda səsizcə divana yaxınlaşdı...Əyilərək yerdəki kitablardan birini 

götürüb  divana  əyləşdi.  Üzünə  dağılmış  saç  tellərini  əli  ilə  kənara  itələyib  əyləşdiyi  yerdə  rahatlandı.  Kitabın 

qatlanmış vərəqini düzəldərək gözlərini qara həriflər üzərində gəzdirməyə başladı. Dadsız və iysiz kəlmələr ona 

ürək  sıxıcı  gəldiyində  gecələrinin  havasını  və  formasını  dəyişən  yalnızlığının  yoldaşı  olan  siqaretə  əl 

uzadırdı.Hər tüstüsündə ölür,öldükcə dirilirdi. O, siqareti, siqaret isə dəqiqələri, mənasız axan zamanı bitirirdi. 

Dumanlı  baş,  can  sıxıcı  kəlmələr...Bəzən  ağız  dadını  dəyişmək  üçün  zamanın  və  özünün  digər  qatilinə  doğru 

uzanırdı. Badəyə süzülmüş qırmızı şərab hər damlasında ona həzz verirdi.Yalnızlığın həzzi. Ayın qürub etməsi 

ideal görüntü idi. Badəni yerə qoyaraq kitabını qatladı. Əyləşdiyi qara divandan qalxaraq ayı seyr etmək üçün 

pəncərə önünə gəldi. Əlini uzadıb otağın işığını söndürdü və qırmızı divarlı ev bir anlıq qaranlığa qovuşdu. Ayı 

heyranlıqla seyr edirdi. Hər ikisi yalnız idi. Üzündəki saqqalını qaşıyaraq, dişlərini qıcıyıb, yoldakı seyrək halda 

şütüyən və işıqforun qırmızı işığıda duran maşınlara nəzər yetirdi. Gileyli halda qara divana yaxınlaşıb gözünü 

qırmızı divardakı qara cızıqlarla dolu qaraltıya zilləyərək yuxuya daldı. Beləcə ömrdən bir gün, yalnızlıqdansa 

bir gecə keçdi.  

           Gecələr... Qaranlıqla ay işığının birgəliyindən qopan, yaradanın xaliq əsərinin vicdanını sızlatan, kimlərinsə 

əyləncəsinə, kimlərinsə istirahətinə, kimlərininsə yalnızlığına səbəb olan bir zaman tuneli...  

            Səs  küylü  Bakı  səhəri  idi.  Bulvar  yeni  günə  hazırlaşırdı.  Sahil  boyu  uçuşan  qağayılar  yem  üçün  suya  baş 

vurur,  çirkli  sudan  heç  nə  tapmadığından  məyus  halda  uçaraq  sahildən  uzaqlaşırdı.  Boş  skamyalar...  Yerdəki 

siqaret  kötükləri  hər  bulvar  sakinini  arxasınca  qoyduğu  bir  iz  idi.  Neçə  sevişmə  pozasına  şahid  olmuş  ağaclar 

küləyin  mehindən  əsir,  günəş  şüalarında  qızınırdılar.  Günəş  şüalarının  bərli-bəzəkli  binaların  şüşələrinə 

saçması ətrafa gözəllik verirdi.Bahalı butiklərin önündən keçən ac insanlar işə tələsir, işiqforun qırmızı işığında 

duran maşınlar səs-küy salırdı.  

            Özünün  belə  xəbəri  olmadan  yuxuya  dalan,  evi  günəş  şüaları  tərəfindən  işğal  edilən  sahib  mürgüləyərək 

yatdığı yerdə oyan-buyana çevrilirdi. Qəfil qapı zəngi çaldı. Yuxudan dik atılan qəhramanımız “bu səhər-səhər 

kimdir gələn ??!” - deyib dodağının altında deyindi. Qolundakı saata baxıb “ Ooo... saat  üçdür və mən hələ də 

yatıram”-  deyib  yerindən  yorğun  halda  qalxaraq  qapıya  yaxınlaşdı.  “Kimdir”-  deməyib  dərhal  qapını  açdı. 

Qarşısında yaşlı, orta boylu bir şəxs durmuşdu. Göz nəzərindən keçmiş şəxsə dilləndi; 

- Salam. Nə lazımdir ?? 

- Hər vaxtıniz xeyir. Ceyhun Əkbərlinin mənzildir ??? 

- Bəli, düz gəlmisiniz. 

- Sifariş verdiyiniz kitabları gətirmişəm. Buyurun, buranı imzalayın - deyə sənədləri Ceyhuna uzatdı. Qələmi 

götürüb  imzaladı,  təşəkkür  etdi  və  kitabları  qucağında  tutaraq  içəri  girdi.  Asta  yerişlə  kitabları  nəzər  edərək 

gecəni keçirdiyi divanda əyləşdi. Kitab oxumağa  böyük həvəs duyan Ceyhun dərhal kitabları bir bir vərəqlədi. 

Sevimli  yazarlarının  məhşur  kitablarını  oxumağa  tələsirdi.  Son  qəpiyini  belə  kitaba  tərəddüdsüz  xərcləməyə 

hazır olan bir insan küçədə baş verən səs-küyə doğru əyləşdiyi divandan pəncərə önünə ordanda eyvana keçdi. 



Qarşı binaların birinin önündə toplaşmış insanlar polislərlə nə isə mübhisə edirdi. Əllərində “RƏDD OLUN !” 

yazısıyla  binanın qarşısında durmuş qışqıraraq səs-küy salırdılar .. Nələrin baş verdiyini qısa zamanda anlayan 

Ceyhun  içində  sadəcə  bunları  düşündü:“qarşı  binada  yaşayan  cinsi  azlıqların  bir  neçə  nümayəndəsinə  qarşı 

başlamış  bu  nümayiş  onlara  qarşı  zorakılıq  idi.  Tolerantlığın  mövcud  olduğu  bir  şəhərdə  cinsi  azlıqlar 

taptalanır???    Öz  hisslərini  sizin  marağınıza  satmayacaqlar  ”-deyib  əminliklə  evin  qapısını  açdı.  Qapını 

arxasıyca  yavaşca  örtərək  evdə  gəzişməyə  başladı.  Saat  5:30-da  iş  görüşməsinə  gedəcək  olan  Ceyhun  heç  də 

bahalı  və  dəbdəbəli  olmayan  geyimlərini  göz  nəzərindən  keçirir,  nə  geyinəcəyi  barədə  həyacanlanırdı.  Tozlu 

rəfdən  aldığı  tikinti  layihəsi    nəhayət  bu  gün  insan  arasina  çıxacaq  və  təqdim  olunacaqdı...  Saat  artıq  vaxtına 

yetişir..Kütlə arasında nəzərdən itən Ceyhun dayanacaqda durdu... Qarşısından keçən insanlar ona sərt baxışda 

diqqət yetirir,  bu baxışların qarşısında onlara heç baxmır  belə.  

Kütlənin  istisini  hiss  etmək  Ceyhuna  soyuğun  istisinə  qızınmağa  bərabər  idi.  İllərdir  insanlardan  qaçan 

Ceyhundan  danışım  sizə.  Ceyhun...İllərini  vərəqləsəm,  göz  yaşı,  səssizlik  və  durğunluq  tapsam  da  Ceyhun  bir 

insan  övladının  yaşamadan  sarsıntı  keçirəcəyi  bir  şəkildə  həyat  sürmüşdü.  Həyatdan  ilk  zərbəsini  atasından 

alsa  da  həyat  onun  üçün  hələ  də  davam  edirdi.  On  beş  yaşında  bir  gənc  pöhrə  açıldığı  yerdə  donurdu 

ləçəklərində. Ümid yeri anası, iki kiçik qardaşı, dörd küncdən ibarət ev və “gözə görünməz” idi. İşdən yorğun 

halda  qayıtdığı  bir  gündə  təhsili  uğrunda  atdığı  addımların  arxasıyca  qaçmağa  məcbur  idi.  Əllərində  bir  neçə 

dəftərlə    yanmış  bir  mənzilin  qırıq  şüşəli  pəncərələrini,  qaralmış  divarlarını  və  təcili  yardımda  xəstəxanaya 

gedən  cəsədləri  salamlayırmış  kimi  durmuşdu  bir  boşluqda.  Həyatdan  ikinci  və  sonsuz  yarasını  alan  Ceyhun 

evlərindən bir neçə xırda əşya və bir rəsm çərçivəsi xilas edə bilir. Yanmış cəsədlər torpağa basdırılır.Bir kiçik 

başdaşına ana və iki balanın adı yazılır.Göz yaşlarına qərq olmuş gənc ona verilən təskinliklərə rəğmən həyatın 

soyuq  küləklərini  elə  həmin  qəbirstanlıqda  hiss  edir.  Bir    məzara  üç  cəsəd,  bir  bədəndə  üç  iz  …  Gün  keçdi 

desəm,  yanılaram.İllər  ötdu.Bir  gənc  sadəcə    boy  atdı  bir  lalə  tək.  Bitəcək  zamanını  gözləyəcək  bir  gül  tək 

məyus, qəddar həyata qarşı məğlub idi.Uca binalı bir təhsil ocağından əlində diplomla çıxması ,atdığı addımları 

daha da dürüst atmasına səbəb olurdu Ceyhunun.Kiçik nöqtəli uğurlar ,nidalı sarsıntının önündə əyilmiş suala 

bənzər.  

Qara xətlər... Pərgar arasından,  qara qələmdən sonra qalan izlər Ceyhunun səssiz həyatına səs salan (qazanc  

gətirən  mənasında  )  görüntülər  idi.  Ağdamlı    (Qoşqar    –  hər  kəs  ona  ağdamlı  deyə  muraciət  edir  )  adıyla 

məhşur  bir  iş  adamı.  Ceyhun  sifarişlə  çəkdiyi  çertyojları  Ağdamlıya  təhvil  verir.  Qarşılığında  azca  məvacib 

alaraq dəniz sahilində gəzişir, müəyyən ərzaq, siqaret və şərab alır mənzilinə yol alırdı.  

      Ağdamlıyla görüşə yol alan Ceyhun mənzil başına çatdığında çertyojun müqabilində hər zamankından çox 

məvacib alaraq süni sevinclərlə   təşəkkür edib ofisdən ayrıldı.Yeni dayanacağa gəldi. Hər dayanacaq onun üçün 

bir  başlanğıc  idi.  Avtobus  söhbətləri  hər  zaman  maraqlı  olur  insanlar  üçün  .  Kimi  sevdiyindən,  kimi 

sevildiyindən, kimi gizli zənglərdən, kimi gizli simalardan, kimi söhbətlərdən danışar. Hər zaman aktual xanım 

söhbətləri avtobusların sevimlilərindəndir. Qarşısında əyləşmiş iki xanım elə hey gileyli halda söhbətləşir.Ayaq 

üstə  duran  Ceyhun  digər  önündəki  gənc  qızın  telefonda  yazışdığı  smsləri  göz  nəzəriylə  məqsədsiz  şəkildə 

oxumağa başlayır. Əvvəl inanmır. Bu qədər insanın arasında “virtual seks” adlanan yazışma ?? Biz axı qadınla 

kişini yalnız yataqda kəşf edirdik gənc vaxtı .On altı yaşlarında qız tanışı ilə bir iki poza seçərək sevişirsə, onlar 



ya  inkişafdadır,  ya  da  intiharda.  İnanmıram.  Qız  nəzər  cəlb  etmədən  bədəninə  toxunur  ,qarşılıq  olaraq 

düymələri bərk sıxıb hissini cümlələrə tökürdü. Bu eynən əsirlikdə olan bir insanın yaxınlarına yazdığı qorxulu 

və düşüncəli cümlələrə bənzəyir. Gördüklərindən heyran qalan Ceyhun təəccüblü şəkildə suallarla dolu qızı bir 

daha  süzərək  növbəti  dayanacaqda  düşdü.  Dükanlardan  birindən  əli  dolu  çıxan  Ceyhun,  sevdiyi  şərab 

növlərindən,  tez  hazırlanan  qidalardan  ibarət  çantayla  beş  mərtəbənin  pilləkənlərini  sevdiyi  musiqini 

mürgülüyərək  çıxırdı.  Qapını  tələsik  açıb  ,sanki,içini  şəraba  boğub  yeni  kitablara  atmaq  ,itirdiyi  zamanı 

məsuliyyətli şəkildə ört-basdır etməyə tələsirdi Ceyhun.Bu gün günlərdən on dörd sentyabr  saat 21:oo, gecənin 

səssizliyi    Ceyhunun  sükutu  adlandıraq  bu  zamanı,  fırtına  öncəsi  səsizlik  adlanan  bir  sükut  var.  Bu  gün 

Ceyhunun  evi  ,sanki,  olacaqlara  şahidmiş  kimi  ,seyrə  yığışmış  izləyici  görüntüsündədir.Qara  divan,qırmızı 

divarlar,bir  sərxoş  bəyin  kitab  oxuması.Siqaret  dənələrinin  yan-yana  külqabına  yol  alması  kitabdakı  yazıların 

şiddətindən  xəbər  verirdi.Bir  anlıq  kitabdan  ayrılıb  nəsə  yeni  bir  iş  istədi  Ceyhunun  könlü.Bu  dəfə  imdadına 

pəncərə  kandarında  qalmış  toz  içində  bir  radio  qurğusu  dəydi.Cəld  olmayan  ,sərxoşyana  radio  qurğusuna 

yaxınlaşaraq  onu  yandırdı.  Xırıltılı  radio  dalğalardan  başqa  heç  nə  tapmayıb  ümidsiz  şəkildə  yenidən  çarxı 

döndərən  Ceyhun  bu  dəfə  xırıltılı  bir  musiqi  tapdı  .Səs  getdikcə  yüksəlməyə  başlayırdı,  bu  bəstə  idi.  Tam  da 

mənim gecəmə aid deyib səs verdi qurğuya. Əyləşdiyi divana yayxanaraq dinləməyə başladı musiqini. Getdikcə 

səs azalır .” Hər vaxtınız xeyir əziz dinləyicilər.Biz yenə efirdəyik.Bu gecə səssizliyimizi musiqiylə pozduq.İndi 

isə  varlıqlarla,gizli  varlıqlarla  pozacayıq  .Nömrələrimiz  xatırlanılacaq  indi.Əvvəlcə  mövzumuz..  Biz  bu  gün 

yalnızlıqdan  danışacağıq.  Yalnızlıqdan  danışacaq  bu  gün  o  dillər.  Gecikmədən  zəng  edin  ,səslənin  duydurun 

səsinizi  “  deyə  dj  səslənirdi.İçində  həvəsi  sönmüş  bir  insana  yalnızlığın  ünvanında  yalnızlıqdan  danışmaq 

ağılsızlıq olar. Ceyhun da bu düşuncədəydi...  

 “Məndən  yaxşı  kim  bilə  bilər  yalnızlıq  nədir.Məndən  gözəl  kim  anlada  bilər  yalnızlıq  nədir.yalnızlıq  ?! 

Bədənimin  ,ruhumun  ahəngidir.Yalnizliq  damarda  qanımdır.Yalnızlıq  sözdə  əməlimdir.Şərabımıdır 

yalnızlıq.Bitən  siqaretimdir  yalnızlıq.Yalnızlıq  bu  oxuduğum  kitablardır”-  deyə  əlindəki  kitabı  divara  çırpır. 

Radionu söndürüb yerinə qoyur.Əsəbini payız küləyinin ağuşuna buraxır.Eyvanda dayanmış əlində siqaret,gözü 

yolda… Sarı işıqlı yollar… Ağ xətli yollar… Bizi ayıran yollar, ana, bizi ayıran yollar –deyə Ceyhun içində bir əsəb 

keçirirdi.Gecənin bu tərzdə getməsi yenilik, yaxud felakət demək idi. Üşüyərək evinə qayıdan gənc oğlan otağın 

işığını  söndürərək  yerdə  əyləşir  və  bir  şam  yandırır.  Pərvanətək  gözünü  şama  dikir  ,elə  hey  düşünürdü.Uzun 

dırnaqlarıyla saqqalını qaşıyır ,bəzəndə əsnəyirdi.Gözünü şamın işığından çəkmirdi Ceyhun.Səssizliyə daldıqca 

bir səs kəşf edir .Kimse hıçqıltıyla ağlayır .”Yenə Mariya xanımdır”- deyib sakitləşir. Çox vaxt həyat yoldaşının 

zərbələrinə tuş gələn bu xanım ailə faciəsinin son həddini gecə göz yaşlarıyla qarşılayır.Onun ağlamasını zənn 

edən qəhrəmanımız bu ağlayışın son dərəcədə həssaslığın dinləmir. Ağlayış səsinin daha gur gəlməsi Ceyhunu 

düşündürür.Yerindən  qalxaraq  şamın  küləklə  təmasından  Ceyhunun  kölgəsi  ,eyvana  doğru  yolda  divarda 

əsərək  iz  salır.Qapını  asta  açıb  ağlayış  səsini  dinləməyə  başlayır.  Səsin  aşağıdan  gəldiyini  duyur  ,sanki. 

Eyvandan boylanaraq aşağıya zillənir.Qara kölgə, qara qaraltı tərpənir. Ceyhun tərəddüdsüz evə qayıdır , çoxda 

təmiz və dəbdəbəli olmayan gödəkçəsini geyinərək beş mərtəbənin pilləkənlərini maraq dolu həyəcanla düşür. 

Ayaqları  məkana  tələsir  ,görmə  həvəsi  isə  onu  qabaqlayırdı.Ceyhun  ağacların  yol  kənarına  düşən  kölgələrini 

heyranlıqla  seyr  edirdi.Bir  qaraltı  ona  doğru  gələn  Ceyhunu  gördüyündə  ayaqlarını  daha  da  yığıb  hıçqırtıyla 

ağlamağa  başladı.Ceyhun  kölgənin  yol  işığıyla  ahəngindən  qaraltıya  daha  da  yaxınlaşır,  o  varlığı  kəşf 




edirdi.Qarşısında  qırmızı  qısa  ətəkli  bir  donda  ,saçları  sarı  və  düzənli,  ətri  isə  sehirli  bir  qoxuya  malik  bir 

qadınla  rastlaşır.  Sadəcə  seyr  etmək  kifayət  deyil  bu  gözəlliyi.  Ağladığından  gözündəki  tuş  yanaqlarına  doğru 

axmış və gözləri qızarmışdı. Həm qorxu, göz yaşı, həm də soyuq hava qadını haldan salmışdı. Ceyhun ona yaxın 

gələrək səslənir : 

     - Salam (cavab gəlmir). 

     - Salam. 

     -  Rədd  ol…Heç  kəsi  istəmirəm…Nə  baxırsan?  Sən  bildiyin  küçə  qızlarından  deyiləm..Hə,  ağlında 

düşündüyün məni yatağına aparmaqdır? Gəl, götür qollarına bir onu mənə etməyiblər səndə onu et ! 

-Xanım  qız  …  Heç  də  siz  düşündüyünüz  kimi  deyil.  Ağlayış  səsinizə  gəldim.  Sizi  gördüm.  Əgər  məni 

başqalarıtək olduğumu düşündünüzsə, təşəkkürlər. Axı, başqa necə düşünə bilərdiz ki! - deyib Ceyhun xanımın 

yanından  ayrılmağa  başladı.  Amma  ayaqları  getmək  istəmir.  Başı  arxaya  çevrilmək  istəyir.  Ceyhun  qürurlu 

olmasa da istənilmədiyini anlamışdı. Atdığı hər addım Ceyhuna zərbə kimi gəlirdi. Xoş niyyəti pis qarşılandığı 

anda  :  Hey,  getmə,  dayan  -  deyə  qırmızılar  içində  yanan,  sarı  saçlı  və  ilk  baxışdan  Ceyhunu  məst  etmiş  qız 

Ceyhuna səsləndi. Ceyhun  geri  dönərək xanımın yanına gəlir. Başını qaldırıb çiyninə qoyur. Bu halından çox 

yorulmuş  xanım  başını  Ceyhuna  yastladığında  mürgüləməyə  başlayır.  Xanımı  qısa  zamanda  əyləşdiyi  yerdən 

qoynuna alaraq ağaclıqdan çıxır. Beşmərtəbənin pilləkənlərini çıxmağa başlayır. Bilirəm içinizdə bir sual var . 

Kimdir o xanım ?  

Gece vaxtı yol kənarında … Cazibədar bir geyimdə …Hıçqırtılı göz yaşları... 

Lalə  ...    Cəmiyyətimizə  görə  imkanlı  bir  ailədə  dünyaya  göz  açan  qız.  Ailəsinin  gözü  qarası,  ata  və  anasının 

birdənəsi, ən yüksək təsil alan, arzularının bir-bir həyata keçməsində ailəsinin sonsuz dəstəyini alan bir gənc. 

Atası  yüksək  bir vəzifə  sahibi,  tanınmış  bir  şəxs. Ətrafı  daim    zəngin  ailə  uşaqları  ilə  dolu.  Hər  istəyinə  çatan 

qaraqaşlı,  ortaboylu  gözəl  bir  qızdır  Lalə.Bahalı  geyimlər,  lüks  maşınlar,sərbəst  insanlarla  əhatələnən  Lalə 

içində böyütdüyü bir  xəyalın arxasıyca getməyi çox istəmişdi. Kiçik yaşlarında ağ  vərəqlərdə çəkdiyi bir neçə 

rəsmi  ata-anasına  göstərərək  şirin  bir  öpücük  alaraq  yeni  rəsmlər  çəkməyə  doğru  qaçırdı.  Rəssamlıq  Lalənin 

daxili aləmində gizli bir dünyaydı... 

Ən böyük istəyi pul-para yolu ilə yox, öz gücü bu arzusuna çatmaq idi. Kiçik Lalə böyüyür, böyüdükcə çəkdiyi 

rəsmlər  daha  dərin  mənalar  kəsb  edirdi.  Amma  həyat  Laləyə  ilk  sürprizini  göstərməkdən  usanmır.  Lalə  ilk 

zərbəsini  həyatında  ən  böyük  dəstəyini  aldığı  atasından  aldı.  Qəfl  ölüm  ailəni  sarsıtdı.  Şirkət  səhmləri,  ailə 

problemləri  başçını  itirmiş  bir  gənci  sarsıtdı.  Atasının  qardaş  dediyi  dostları  şirkət  səhimlərinə  qanun 

qarşılığında Lalənin ailəsinə təskinlik verirdi. Atasının vəfatından öncə Lalə Şərqin ən böyük incəsənət diyarı 

olan  Kapadokya  incəsənət  məktəbinə  çəkdiyi  rəsmlərini  və  lazım  sənədləri  yollamışdı.  Göndərilən  rəsm  və 

sənədlərdən xəbər çıxmamışdı. Həyat Laləni böyük zirvələrdən yerə vurmuş, ailə vəziyyəti pisləşmiş, ətrafdakı 

dostlar, rəfiqələr Lalədən qaçmağa başlamışdı. Hər kəsin çətinliyə ilk gələcəyi olan Lalə indi çalınacaq sonuncu 

ünvan  idi.  Hardan-hara  Lalənin  donlarını,  cəvahiratlarini  geyənlər  Laləyə  yad  ,Laləgilin  dostları  onlara  qərib 

olmuşdular. Hər şeyi çox yaxşı anlayan Lalə evə qapanır.Bəzi ödənişlərin qarşılığından başqa anlamdan seçmək 



istəmirdi.  Atasının  bir  dənəsi  hər  şeyi  anlamışdı.  Günlərin  bir  günü  Lalə  ona  puluna  və  şan-  şöhrətinə  görə 

deyil, səmimi münasibətdə olduğu yaxın rəfiqələrindən birinin doğum gününə hazırlaşırdı.  Təlaşla geyinəcəyi 

paltarı  rəflərdən  çıxarırdı.  Sırayla  hər  paltarı  çıxardığında:  “bunu  Türkanın  toyuna,  bunu  Əminənin 

partisinə...Bunu da keçən həftə öz doğum günümə geymişəm. Bəs nə geyinim”- deyib əlinə qırmızı qısa ətəkli 

paltarını    götürüb  güzgü  önündə  dayandı.  Paltara  bir  də  özünə  baxdı.  Hər  zaman  bir  paltarı  ikinci  dəfə 

geyməyən dəbdəbəli xanımımız çarəsiz idi. Amma Lalə heç də heyifslənmirdi. Bir gün hər şeyin gözəl olacağına 

inanırmış  kimi  ümid  bəsləməyə  başlayır.  Qırmızı  əlbisəsini  geyinərək,  sanki,  arıqlamış  kimi  özünə  sual  dolu 

baxışlarla  yaxınlaşmağa  başladı.  Bəzək  olaraq  boynuna  donun  şərfini  bağladı,  gözləri  solğun  görünən  Lalə 

hazırlığını  tamamlayaraq  evdən  çıxdı.  Saat  22:04  radələrində  evə  şən  əhvalda  gəldi.  Bu  günlərdə  yaşadığı 

günlərdən ən gözəlini yaşayırdı. Mətbəxdəki anasını öpərək doğum günü xatirələrini  bölüşürdü. Amma anası 

Lalənin bu xoş təəssüratlı cümlələri qarşısında süni şəkildə gülümsəyir. Yaşadığı gözəl günün əhvalından Lalə 

bunu hiss etmir. Masanın  üstündəki  məktub Lalənin diqqətini cəlb edir. Bu nədir? Deyə açıqçanı əlinə götürür. 

Açıqçanın  üstündə  Türkiyə  Cümhuriyyəti  (T.C)  Kültür  Başkanlığının  adı  yazılmışdı.  Suallarla  dolu  gözlərlə 

açıqçadan  çıxacaq  vərəqi  gözləyirdi.  Məktub,  nəhayət  ki,  açıldı.  Məktubda  belə  yazılır:  “Sayın  Lalə 

Kahramanova,  bizə  etdiyiniz  başvuru    için  teşekkür  ederiz.  Sizin  Kapadokya  sanat  merkezine  yollandığınız 

başvurun  onaylanmış.  Resimleriniz  bizi  çok  mutlu  etdi.  Aşağda  gösterilmiş  zamana  kimi  sıralarımıza  dahil 

oluna bilirsiniz”. 

     Lalə: Ana bu gündən gözəl gün ola bilərmi? Çox şükür, rəbbim. Düz deyiblər: Allah bir qapını bağlar, digər 

qapını  açar.  Çox  gözəl,  ana...  Qızlara  bu  xəbəri  deməliyəm,  deyib  əlinə  telefonunu  alır.  Bir  neçə  düyməni 

basaraq  telefonu  qulağına  tutur.  Bu  halda  anasına  göz  nəzəri  yetirir.  Anası  üzgün  halda  qızının  baxışlarından 

qaçır.  “Niyə  üzgünsən,  ana?  Qızın  həyatının  təklifini  alıb.  Atam  da  rəssam  olmağımı  istərdi,  ana.  Şans 

ayaqlarıma gəlib. Sevin, ana, sevin”- deyərək telefondakı şəxsə səslənir: Arzu, super xəbər almışam. 

        Arzu: Nə, Lalə, de, ürəyim partladı. 

        Lalə: Arzu, Kapadokyaya çağırırlar. 

        Arzu: Nəhayət, Lalə, çox sevindim, eee bizi unutmazsan oralara gedib. 

        Lalə: Qız, nə unutmaq, sizin üçün darıxacam. 

       Arzu:  Gördün,  Lalə,  bayaq  içdiyin  çay  fincanının  üstü  köpüklənmişdi.  Sənə  demədim  ki,  şad  xəbər 

alacaqsan. Uğurlar, şirinim. Səni çox istəyərəm. Bizi unutma haaa, unutma. 

       Lalə: Hə, Arzu, düz deyirdin. Hə, mən daha gedim, sevincimi sənlə böldüm sağ ol. 

       Arzu: Sağ ol. Bir daha təbriklər.  

“Təşşəkkür”- deyib Lalə telefonu kənara qoydu. Anacan nə baş verib, qızın ən böyük arzusuna çatıb. Sənsə buna 

sevinmirsən. Lalənin anası sükutu pozaraq dillənməyə başladı. 

       Qızım…  Bilirəm  sevincinin  hədd-  hüdudu  yoxdu.  Amma  danılmaz  bir  fakt  var  ki,  biz  hər  zamankı  kimi 

deyilik. Daha doğrusu, ailəmiz həmin zamanlardakı kimi qüvvəli, hər işin öhdəsindən gələn gücdə deyil. Atanı 




itirdikdən sonra xərcləri zor qarşılayırıq. Sənin yaşının artması xərclərini artırıb. Bilirəm, sənin üçün çox gözəl 

fürsətdi, amma, qızım, mən buna imza ata bilmərəm, bu yükün altına girə bilmərəm. 

      -Ana …?! Zarafat edirsən yəqin?  

      -Yox, Lalə… olduqca ciddiyəm… 

      -Nə... ciddiyət ? nə ?! Ana, nə danışdığının fərqində deyilsən .…Ana, atamın ruhu necə şaddır 

indi. Qızının orda təhsil alamasını hər şeydən çox istərdi. Ana, mənə yox demə, məni məhv etmə. Onsuzda hər 

şey  dəyişib.  Artıq  hər  kəs  məndən  qaçır,  ana  mən  həyatımın  fürsətini  qaçıra  bilmərəm.  Bəsdir  artıq  sənin  

yoxlarınla oturdum bu dörd divar arasında. Nəyimiz var bax! Nəyimiz … gündə bir insan bizə arxa  çevirir…Hər 

gün bir əşya ya sınır, ya xarab olur ... Ana, mən gedirəm, yoxam artıq. Sondaydım, ana, indi isə lap  bitdim .  

Bu sözləri söyləmək Laləyə həyatın son zərbəsiymiş kimi kənardan exoyla qulağına sızırdı.. Lalə heç vaxt belə 

qışqırmamışdı.  Son  sözcüklərini  dediyində  belə  səsi  xırıltılı  gəlirdi…  Həyatından  küsgün  yaşayan  bir  gəncin 

pəncərəsinə  göyərçin  qonmuşdu.  Yem  olmadığından  bu  göyərçini  geri  qaytarmağa  razı  deyildi  bu  gənc. 

Kəlmələrinin  ağzından  necə  çıxdığının  belə  fərqində  olmayan  Lalə  çantasını  götürərək  evdən  çıxdıqda  çönüb 

anasına  baxdı.  Anası  hiddətlər  içində  qızını  izləyirdi.  Sanki,  bu  qapı  açılsa,  Lalə  bir  daha  geri  gəlməyəcək, 

amma,  Lalə  qapını  açaraq  çölə  çıxdı.  Ayaqyalın  olduğunda  yol  kənarında  çox  gəzə  bilmədi.  Kənardan  ötən 

maşınlardakı  sürücülər  ona  suallar  altında  baxdığından  qarşısına  çıxan  ilk  taksiyə  əyləşərək  ünvansız  yoluna, 

bəlkə  də,  həyatının  son  çıxışına    başlanğıc  xəttinə  doğru  irəliləyirdi.  Göz  yaşları  durmaq,  heç  cür  kəsilmək 

bilmirdi.  İşiq  dirəkləri  bir-bir  ötdükcə  yol  boyu  göz  yaşları  onu  izlər  kimi  damla-damla  axırdı.  Sürücünün 

güzgüylə  onu  izləməsi  Laləni  heç  düşündürmürdü.  Tək  ehtiyacı  qışqırmaq,  ağlamaq,  yalnız  qalmaq  idi. 

Həyatının  fürsətinə  əlvida  deməyə,  yeni  başlanğıc  tapmışkən  keçmişə  qayıtmağa  hazır  olmalıydı.  Maşının 

radiosu susurdu sürücünün baxışları tək. Lalə sıxıldığnı hiss etdiyində:” yaxın ağaclığın yanında saxlayarsınız”- 

deyərək  fərqinə  belə  varmadan  əlindəki  pulun  elə  hamısını  sürücüyə  uzadaraq  maşından  düşməyə  tələsdi. 

Taksinin arxasıyca qoyduğu qırmızı arxa işıqları Lalənin göz yaşlarını üzünü bir anlıq fərqli göstərdi. Yeriməyə 

halı  olmadığını  görən  bu  qəhrəmanımız  yanında  dayandığı  ağaclığın  içinə  doğru  girərək  ayaqlarına  batan 

daşlara, üstündə gəzdiyi torpağa baxmadan bir ağacın altında əyləşdi...Ağacdan sızan yol işıqları onun donunu, 

saçlarını işıqlandırırdı. Bəzən ağlamaq istəyib ağlaya bilmədiyimizdə çıxardığımız hıçqırtılı göz yaşları Lalənin 

qonağı idi bu gün… 

        Elə  bu  gün  Ceyhun  bilmədən  həyatının  qadınına  rastlaşdı.  Qadınlar  külək  kimidir,  gələr  və  gədər. 

Gəldiyində  səssiz  gələr  getdiyində  arxasıyca  nələr  atar  gedər.  Bu  dəli  küləyləri  idarə  etməyin  bir  yolu  var. 

Onlara  istədiyi  hər  şeyi  verin.  Ceyhunsa  Laləyə  ilk  tanıdığı  dəqiqədən  diqqətini  sonra  isə  qadın  telinə  həsrət 

qalan  qollarını  vermişdi.  Gecə  olduğundan  neçə  illik  qonşuları  eşitməsin  deyə  səssiz  halda  Laləni  qucağında 

pilləkənlərdən yuxarı qaldır. Başını isti qucağa söykənmiş Lalə havanın soyuq olmasından daha narahat deyildi. 

Doğum günü qonaqlığının yorğunluğu və bu şok hadisə Laləni sarsıtmışdı. İstədiyi tək şey isti yer və sakitlik idi. 

Ceyhun  evdən  çıxdığından  qapını  açıq  qoymuşdu.  Rahatca  evə  girən  Ceyhun  qucağındakı  Laləni  qara  divana 

uzadaraq onu rahatladı. Dərhal ayaqlarını yığan Lalə harda olduğunu belə fərq etmədən mürgüləyərək yuxuya 

getməyə  başlayırdı.  Evin  çoxda  isti  olmaması  Ceyhunu  narahat  etdi.  Əynindəki  gödəkçəni  Ceyhunun  Lalənin 




yarıçılpaq  bədəninə  örtməyə  başladı.  İşıqların  sönük  olması  və  bayaq  yandırdığı  şam  bir-  birini  tanımayan, 

adlarını  belə  bilməyən  son  günlərin  böyük  sevgilisi  olacaq  bu  iki  gənci  işıqlandıran  tək  vasitə  idi.  Ceyhun 

Lalənin  uzandığı  qara  divana  paralel  divara  söykənərək  Laləni  izləyirdi.  İkisi  arasındakı  şam  iki  insanı  bir- 

birinə  bağladığı  qədər  də  simaları  ayrırdı.  Ceyhun  evinə  yad  bir  qonağı  öz  divanında  rahlamış  özü  isə 

heyranlıqdan  donmuşdu,  sadəcə  izləyirdi.  Tüstülər  içində,  qədəhlərlə  dolu  gecələrin  sonu  bir  qadın  mı  idi  ? 

“Səhər o, duracaq və gedəcək. Mənə  isə baxmaq qalacaq, amma, baxmadan dayana bilmirəm” - Ceyhun bunları 

düşünürdü.  Şam  işığında  Lalənin  siması  elə  görünürdü  ki,  sanki,  onu  göylərdən  göndəriblər.  Ceyhun  nə 

etdiyini,  hətta,  sevinməli,  yoxsa    üzülməli  olduğunu  belə  bilmirdi.  Bir  gecə  bir  qadın  gələcək,  onu  bu  seriala 

dönmüş,  sonu  bitməz  səsizlikdən  çıxardacağı  haqda  eşidmişdimi  görən  …  Gecə  ötür,  şam  əriyir,  Ceyhun  hər 

şam  zərrəsində  Laləyə  aşiq  olur.  Ayaqlarını  qucaqlayaraq  bir  bədənə,  bir  simaya  tutulurdu.  Nəhayət,  səhərə 

yaxın Ceyhun yerdə divara söykənmiş formada yataraq qalır. 

      Gözünü  üzünə  düşən  payız  günəşinin  işıqları  altında  açan  Lalə  həyatının  ona  oynadığı  tanqo  rəqsini 

unutmuşdu. Yavaşca yerindən qalxdı .Gözləri şişmiş başı isə çox ağrıyırdı. Ətrafa  heyrətlə baxır, qarşısında bir 

oğlan,  köhnə səliqəsiz  bir  ev,  hətta, yatdığı  divan  belə köhnəliyin  simasıydı.  Əlləri  ilə  saçlarını  üzündən  yığdı, 

ətrafa  diqqətlə  baxmağa  başladı.  Az-az  yaşadıqları  göz  önünə    gəldiyində  düşünməyi  dayandırıb  içində  səssiz 

bir  səslə:”Mən  hardayam?”-  sualına  cavab  axtarmağa  başladı.  Ayaqyolundan  gələn  damcı-damcı  su  səsi  evə 

yayılır, yerdə yatmış insanı Laləyə daha da tanıtmağa başlayırdı. Lalə əyləşdiyi divandan ayağa qalxır, yerdəki 

axıb əriyən şamın və Ceyhunun ayaqlarının yanından ötərək evi kəşf etməyə başlayır. Qırmızı divarda qara bir 

rəsm, köhnə  divan,  bir-  iki  yarı  çəkilmiş  çertyoj, çirkli  pərdələr,  çürük  taxtalı qapı,  bir  rəsm  çərçivəsi  və  necə 

xırda əşya. Bu “x” qəhrəmanımızın Lalə üçün kəşfi uğurla gedirdi, çünki Lalə “x”i elə adı ilə kəşf edir. Ceyhunun 

ailəsində  qalmış  tək  real  izi  Lalə  əllərində  tuturdu  indi.  Rəsm  çərçivəsinə  maraqla  baxırdı.  Ağ-qara  bir 

rəsm...Rəsim  taxtadan  bir  çərçivədəydi  ,amma  arxasında  bir  yazı  olduğu  o  an  hiss  olunurdu  .  Lalə  zaman 

itirmədən  şəkli  çərçivədən  çıxarır,  əlini  şəkildəki  bir  gənc  ana  və  üç  balanın  cizgilərində  gəzdirir.  Şəklin 

arxasında:  “atam  bizi  tək  qoyduğu  üç  il  tamam  olurdu  bu  rəsm  çəkildiyi  vaxt,  ana.  Sizi  isə  itirdiyim  on  yeddi 

ildir.  Oğlun  Ceyhun”.  Cənab  “X”  i  tapdığına  sevinsin  mi,  yoxsa  ailə  faciəsinə  üzülsün  mü  bilmirdi  Lalə,  onu 

evində  qonaq  edən  qəhrəmanını  öyrənməyə  həvəsi  çox  böyük  idi.  Çünki,  səhər  artıq  açılıb,  indi  Ceyhun 

oyanacaq və Lalə bir azdan evi tərk edərək gedəcəkdi. Yazı masasındakı çertyojlara nəzər yetirən Lalə Ceyhunu 

az-az  kəşf  edirdi.  Nəzərini  çox  sayda  kitab  və  külqabındakı  siqaretlər  də  cəlb  etdi  .  Amma  gözləri  bir  anlıq 

divardakı  bir  rəsimə  kilitləndi.  Xəyalında  artıq  Ceyhunu  formalaşdırırdı  Lalə.  Ceyhuna  bir  addım  daha 

yaxınlaşdı  Lalə.  Qırmızı  divardakı  bu  qara  qələmlə  çəkilmiş  rəsm  bir  rəssam  qızın  hisslərini  oyatmağa  əsil 

səbəb oldu.. Günəş işığı öz əksi üzərinə düşdükdə qara qələmlə çəkilmiş bu günəş və onun xətlərlə əhatələnmiş 

şəfəqləri rəsmi tamamlayırdı. Divardakı rəsmdə bir günəş çəkilmişdi, amma bu günəşdən çıxan hər şəfəq kiçik 

dairələrlə əhatələnmişdi. Bu kiçik dairələrin içərisində Ceyhunun arzuları vardı. Xırda hərflərlə yazılmış neçə 

kəlmə Laləni rəsmin dərinliynə çəkirdi. Amma bu yazılar arasında bir bağlantı, yəni günəşin mərkəzində böyük 

sual  işarəsi  Lalənin  göz  yaşlarına  səbəb  oldu.  Bu  insana  təxəyyülünün  yüksəkliyindən  danışırdı.  Lalə  hər 

addımda  Ceyhuna  aşiq  olurdu.  Heç  vaxt  sevməyi  dadmayan  qadın  ötəri  sevgilərdə  məna  tapmadığından  bir 

neçə saatdı evində olduğu Ceyhuna aşiq olmanın dəryasında batırdı. İllərdi gözlədiyi bir şəxsiyyət  qarşısında 

dururdu. “İncəsənət adamı duyğulu olur”- deyillər. Lalə yerdə yatan bu bəyi yuxudan oyadıb:- “eyy, sən mənim 




illərdir  gözlədiyimsən”  -deməyə  tələsirdi.  Gözünü  divardakı  rəsmdən  ayıra  bilməyən  Lalə  Ceyhunan  yavaş-

yavaş  oyandığını  görüb  dərhal  divana  qayıdır.  Yuxudan  oyanmağa  tələsməyən  Ceyhun  gözlərini  açdığında 

qarşısında  dünən  gecədən  davam  edən  qırmızı  donlu  qadının  nağılının  bitmədiyini  görüb  sevinir.  Laləyə  sual 

dolu  nəzərlərlə, Lalə isə ona əminliklə, qürurla baxırdı. Onu yuxudaykən kəşf edən Lalə həyatının insanına bu 

boşluğu pozaraq səsləndi: 

      -Salam. 

      -Salam.sabahınız xeyir 

      -Sabahın xeyir, Ceyhun.  

       

      Adını  eşidən  Ceyhun  suallarla  dolu  cavab  verməyə  tələsirdi.  Nə  desin?!  Necə  müraciət  etsin  ?  Qırmızı? 

Ceyhunun  cavabını  gözləmədən  Lalə  durğunluğu  ayağa  qalxaraq  çirkli  pəncərlərə  yaxınlaşaraq  çölə  baxıb 

pozdu: 


     -Bilmirəm,  Ceyhun,  təşəkkür  edim,  ya  minnətdar  olum.  Səhər  durduğumda  heç  nəyi  anlamırdım,  amma  

indi  hər  şeyi  bilməsəm  də  adını  biləcək  qədər  sənə  yaxınam.  Gecə  çətin  olub  ikimiz  üçün  də.  Ən  azından  

beşmərtəbəni  çıxacaq  qədər  sənə  yüklənmişəm …  Hə,  birdə  yerdə  yatmısan  mənə  görə…Üzr  diləyim  ?  -deyib 

gülümsəməyə başladı. 

        -Yox,  narahatlığa  görə  deyirsənsə,  heç  də  narahat  olmamışam.  Dünən  çox  narahat  idim,  sizə  görə  səhərə 

yaxın  yatıb  qalmışam.  Həm  də  ki,    dünən  gecə  evimin  və  həyatımın  keçirdiyi  bir  şənliyin  baş  qəhrəmanı 

olmusunuz. Mənzilim heç də gözə görünməyən bir qonağı qəbul etdi. Bir yalqızın evində bir qadın…  İnsanlara 

danışsam,  yalan  bilib  mənə  gülərlər.  Amma  qırmızı  donlu  bir  xanım  səhər  məni  oyadaraq  salam  vermək 

cəsarətindədirsə,  hər  kəsə  bu  yalanı  danışa  bilərəm…  Bu  vaxt  Lalə  pəncərə  önündən  çəkilərək  Ceyhunun 

oturduğu divarın yanına gəlib əlin Ceyhuna uzadaraq : 

       - Mən Lalə… 

Qırmızı geyimli bir qadın adıtək zərif görünürmüş...  

       -Cox şadam, gərək yoxdu, amma məndə Ceyhun… 

 

       Beləcə  neçə  dildə  danıışlacaq  iki  qəhrəmanım  tanışdı.  Ayrı  ürəklərdə  döyünən  ürəklər  əl  toxunuşuyla 



birləşdi desəm, yanılmaram. Əllərin təması içindəki tale yazılarıyla toqquşduğunda adları üstəgəllə yazıldı. Lalə 

və  Ceyhun.  Yalnızlığın  və  yalqızlığın  insanları.  Eyni  günün  bir  gecəsində    qarşılaşıb  bir  səhərində 

salamlaşdılar…  Baxışlar  təəccüblü,  gözlər  sual  dolu,  ürəklər  yanğılı,  dillər  sözlü,  dodaqlar  öpüşsüz,  onlar 

xoşbəxt idilər. Ceyhun Laləyə gecə şam işığında, Lalə Ceyhuna rəsmdəki günəş şəfəqində aşiq oldu. Həyata yeni 

doğulmuş  uşaqtək  bir-birlərini  öyrənməyə  çox  həvəslidirlər,  amma  heç  kəs  cəhd  edib  sual  vermir.  Cəsarətli 

baxışlar  Ceyhunu  Laləyə,  Laləni  isə  həyata  qaytardı.  Bir  qadın  bədənindən  uzaq,  nəvazişsiz  bir  gənc  qadın, 




həyatının fürsətini itirmiş qadın isə  yeni nəfəs ,yeni yaşam, yeni insanı kəşf etdi. Ceyhunun yalnızlıqla dolu evi 

neçə  söhbəti,  neçə  gülüşü,  neçə  musiqini  qonaq  edirdi.    Ilk  öncə  gözlər  tanışdı.  Sonra  baxışma  bəzədi  onları, 

kəlmələr  rəng  qatdı  səssizliyi  pozaraq.  Neçə  gülüş  xoşbəxtlik  zəngiydi.  İsti  çay  ürəkləri  isidirdi.  Gün  sonu 

gecələrə gətirirdi onları. Toxunuşsuz qalmaq insanı məhv edər. Sevgi zərrəcikdən başlayır. O zərrəcik dodaqdan 

qopsa,  unudulmaz  qalardı.Ceyhunun  dar  ,amma  yumşaq  divanı  “səni  sevirəm”  deməmiş  iki  gənci  bir-birinə 

sevdirdi.  Yenə  şam  şahid  olmuşdu  onlara,  çünki  işıqların  kəsilməsi  hər  yeri  qaranlıq  etmişdi.  Sevgililəri  çox 

yaxına  gətirdi  qaranlıq.  Şamdan  saçan  şəfəq  bədənlərdə  itib-batırdı.  Hər  cingilti  yalnızlıqla  dolu  evi  parıltılı 

brilyanta  bənzədirdi.  Şam  işığının  ahəngiylə  iki  sevgillinin  bədəni  divarda  bir-birindən  doymayan,  ayrıldıqca 

birləşən,  yüksələn  zirvələrdən  enməyən  görüntüdəydi.  Qadın  bədəninə  həsrət  bir  insanın  özünü  onda  tapdığı 

anda  itirmək  qorxusu  onu  dəli  edirdi.    İki  ruhun  birləşdiyi  gecələr…  İki  bədənə  göylərdə,  sevgi  saraylarında 

mələklərin  müşayiəti  ilə  nigah  kəsilirdi.  Qarasıyla,  şərabıyla,    tütünüylə  yadda  qalan  gecələr  indi  Ceyhunda 

Laləsiylə qaldı… Eləcə gecələr səhəri, səhərlər gecəni qovurdu… Zamanın nə anlama gəldiyini sevdiyinin öpüşü 

və xoş sözləriylə keçirdikdə dərk etmək olmur. Beləcə üç möhtəşəm gün keçdi. Lalə Ceyhunu hər şeyini  tanıdı, 

amma  Ceyhunsa  Lalənin  sadəcə  adını  və  ən  böyük  arzusunu  bilir.  Nə  yalan  deyim  onları  yazacaq  başqa 

cümlələr  tapa  bilmədim.  Çünki  gözlə  görüləsi  mümkün  olmayan  bir  məfhumu,  hadisəni  necə  canlandırmaq 

olarsa  məndə  iki  dəlini  belə  sözə  gətirdim.  Ceyhun  yalnızlıqdan  çıxmış,  hətta  keçmişinə  aid  bu  günlərdə  sual 

belə  versən  ən  azı  iyirmi  saniyə  donaraq  düşünmək  istər.  Lalə  isə  həyatının  təklifinin  üstündən  xətt 

çəkildiyindən o xəttin davamı üzərinə Ceyhunu əlavə etdi.  

         Neçə  neçəylə  bitməz  söhbətlərdən  ibarət  bir  gecənin  səhəri.  Evə  pəncərə  arxasından  nəzər  yetirsək, 

səliqəsiz şəkildə yerə tökülmüş paltarlar, yerdə yıxılmış və döşəməyə dağılmış qırmızı şərab şüşəsi. Gecə yaxşı 

ki,  burda  olmamışıq,  əziz  oxucum,  yoxsa  nələrə  şahid  olardıq…  Bilirəm  gülümsünürsən,amma  səhərə  tez  göz 

açan  Ceyhun yerində  yoxuydu.  Duş  səsi  evə yayılırdı.  Lalə  yuxudan  oyanmış  o  məhşur qara  divanda  uzanmış 

Ceyhunu gözləyirdi. Üç günün yorğunluğu və sevinci bir bədənə sığışmırdı. Bu vaxt Ceyhunun telefonu səs salır. 

Bu sms səsidir. Lalə əminliklə telefonu əlinə alaraq smsi oxuyur: 

         “Salam  Ceyhun.  Bəlkə  də  narahat  edirəm,  amma  sənə  yazacaq  bir-iki  kəlməm  var.  Bu  üç  gündə  heç 

axtarmadın məni. Bu üç gündə məni tək qoydun . Onunla  birgə məni tək qoydun. O, danışa bilmir elə hey məni 

dinləyirdi,  Ceyhun.  Məni  tək  qoymayacaqdın.  Sən  söz  vermişdin,  Ceyhun.  Sənə  inanmışdım,  Ceyhun. 

Təşəkkürlər, Ceyhun. İmza:  Könül”  

          Əlindəki  telefonu  yerinə  qoyur.  İlk  divardakı  rəsmə,  sonra  işıq  saçan  günəşə  baxmağa  çalışır.  Yavaşca 

durub  əlini  bədəninə  tutaraq  yerdən  paltarlarını  yığır,  cəld  geyinərək  getməyə  tələsir.  Sinəliyini  arxasıycada 

qırmızı donunu geyinir. Ağlamadı, amma susmadı da. Onu sındıran yazıya qarşılıq vərəqə bu sözləri qeyd etdi: 

“səni  mələk  bilirdim…  Qollarımda  çiçək  bilirdim…  Sənin  mələyin  də  varmış,  çiçəyin  də”.  Kiçik  vərəqi  yatağa 

qoyaraq    qapıya  doğru  gedir.  Qucaqda  gəldiyi  yerdən  yaralı  halda  qayıtmaq  onu  öldürürdü.  Beləcə  üç  günün 

möhtəşəm  nağılı  başladı.  Olaylardan  xəbəri  olmayan  Ceyhun,  sanki,  o  duşdan  çıxmayacaqmış  kimi  gecikirdi 

Laləsiz otağa. İçinizdən: “Ceyhun çıx duşdan Lalə getdi” - deməyiniz gəlsə də bizim Ceyhun musiqi oxuyur su 

altında.  Bir  yalnızın  dəli  könlü  açılıbsa,  onu  durdurmaq  olmaz  ,amma  kimsə  gedən  zamanı  durdurmaq 

borcunda. Ceyhun otağa girir əynində ehram. Otaq boş. İki sevgilini divarlardan qoruyan örtük yerdə, Lalə yox. 



“Onun paltarları ?”- deyə Ceyhun gözlərini evdə gəzdirməyə başladı ,sanki kitab axtarırdı bu böyüklükdə. Onu 

görən  gözlər  axtarırdı  Laləni.  Ona  toxunan  əllər  axtarırdı  Laləni.  Ey,  həyat,  bu  qədər  sadəydimi?  Yalnızlığın 

adamına film göstər ve lenti qır ? Ceyhun düşüncələrdən qorxaraq : 

       -Laləəəə (cavab gəlmir). 

       - Laləəəə…. Cavab ver hardasan ?  

Səs gəlmir, beləcə Ceyhun əynindəki ehramla  birgə divana əyləşir, rəngli vərəqdəki yazıya baxır: “Səni mələk 

bilirdim…Qollarımda  çiçək  bilirdim…Sənin  mələyin  də  varmış  ,çiçəyin  də”.  Bu  nə  anlama  gəlir  ?  Bu  nə 

deməkdir ? Suallar bir-bir göz önünə gəlir . Düşüncələrin arxa fonu Lalənin  

gülüşü ,ya səsi.Onsuzluq .Geri qayıdan yalnızlığı qarşılamaq gücündə deyildi Ceyhun.Telefonuna gələn növbəti 

sms Ceyhunu düşüncələr arasi labirintdən çıxardı. Əlini telefona atdığında Könülün ilk smsni oxudu. Gözlərinə 

inanmır:  

      -Yox  mən  buna  görə  Laləni  itirə  bilmirəm.  Bir  insanı  həyatda  saxlamaq  üçün  verdiyim  söz  öz  həyatımı 

itirməyə səbəb oldu ? Könül ? Heç bilirsən Laləm Könül kimdir. Heç bilirsən o mələk, o çiçək?! 

          Könül… Ceyhunun uşaqlıqdan bəri  yaxın insanları arasında Tahir adlı bir dostu vardı. Onlar demək olar 

ki,  bir  böyümüşdülər.  Hər  zaman  onları  bir  görmək  olardı.  Ceyhunun  həyatına  qonan  yalnızlığın  Tahirlə  də 

əlaqəsi  vardı.  Ceyhuna  gələn  bu  sms  də  elə  dostu  Tahirlə  bağlıydı.  Dostu  Tahirin  uzun  illər  sevdiyi  bir  xanım 

vardı . Könül adında bu xanım Tahirlə keçməkeşli sevgi yaşamışdılar.Ceyhun hər zaman onların yanında olan 

bir  varlıq  idi.  Nəhayət,  çətinliklərə  baxmayaraq  Könül  və  Tahir  evlənirlər.  Onlar  bu  xoşbəxtliyi  dadmağa 

başladıqları  ilk  illərdə  ailə  faciəsiylə  rastlaşırlar.  Tahirin  keçirdiyi  avtomobil  qəzası  onu  Könulsüz  qoydu. 

Dünyaya bir balaca bala  gətirən Könul həmin gün qəza yerinə gəldiyində Ceyhunda ordaydı. Könülün fəryadı 

insanları  ağlatdığında  Ceyhun  qarşısında  diz  çökərək  yaxın  dostunun  qadınına:”  səni  heç  vaxt  tək 

qoymayacağam Könül, biz yenə üç nəfər olacağıq. Sil göz yaşlarını”. O, Könülə bu sözlərlə söz verdi. Hər zaman 

tutmağa borclu bir söz. Tahiri itirmək Könülü ev  dustağı  etdi. Balaca   Çingiz balanı dünyaya gətirmək və onu 

atasız  boyütmək  bir  ana  üçün  çox  çətin  idi.  Ceyhun  Laləylə  keçirdiyi  üç  gün    də  həyatdan  təcrid  olmuşdu. 

Könüllə heç vaxt bu müddət qədər əlaqəsiz qalmamışdı. Könül Ceyhuna Tahirdən qalan iki xatirədən biri kimi 

baxırdı.  Bu  üç  gündə  Ceyhundan  heç  bir  xəbər  gəlmədiyini  görən  Könül  yuxarıdakı  smsi  yazmaq 

məcburiyyətində qalır. 

          Ceyhun  …  Yaşamadığı  həyatın  yaşıyacaq  çox  şey  gətirəcəyini  gözləyirdi,  amma  Laləsiz  gələcək  heyatı 

istəmirdi  Ceyhun.  İçində  “gələcək  ya  sənlə  gələcək,  Lalə  ,ya  da  sənlə  gedəcək”  düşüncəsiylə  yaşayır  Ceyhun. 

Lalədən ona  bir qucaq xatirə bir ad və bir iz qalıb. Xatirələr bitib tükənməz, ad unudulmaz, izsə xatırladılacaq 

şüardır. Lalə haqda nə bilir Ceyhun ? Yalnız həvəsgar rəssam olmasını .. Elə bu ? Yox .Bakıda qalmasını, yaşını 

da  bilir,  amma  nə  ünvan,    nə  nömrə,  nə  şəkil  heç  nə  qalmayıb  ondan.  Ceyhunun  üstünə  Laləylə  birgə  xoş 

anların  izi  hər  küncdən  hücüm  çəkir.  Otağa  doluşan  gecənin  qaranlığı  Laləylə  işıq  saçırdı.  Bəs  Laləsiz  ?!  Bəs 

Lalə harda ? Suallar artıq Ceyhunu idarə edirdi. Bəzən pəncərə önündə durmuş onu qarşıladığı ağaclığa doğru 

baxırdı. Sanki, qırmızı donlu xanım yenə orda… Xülyalar Ceyhunu məhv edirdi. Yenə gecəyə əsir düşmüş gənc 



susurdu.  Siqaret…siqaret…siqaret.  Onunla  yalnız  tüstülər  danışırdı…  Gecə  saat  iki  arxasıyca  üçü  gətirir. 

Ceyhunsa dinməz söyləməz qara divanda Lalənin ətirylə dolu evdə onsuzluğu qeyd etməyə başlamışdı. Ceyhun 

nədənsə diksinir, cəld eyvana qaçıb ağaclıq tərəfə baxır. Evə geri dönüb qapıya tərəf gedir: “ O, burdadı. O gəlib. 

Bilirdim  gələcəksən.  Məndə  sənsiz  qala  bilmədim  .  Laləm,  gəldim  Laləm”  -  deyərək  artıq  ağaclığa  çatmışdı. 

Qaranlıq  və  yol  işıqlarının  ahəngində  heç  nəyin  olmadığını  görür.  “Yox,  de  burdasan,  burda,  sən  burdasan 

Lalə”- deyib göz yaşlarını saxlaya bilmir.  

         Lalə  Ceyhunun  evindən  didərgin  halda  çıxaraq  üç  gündür  söndürdüyü  telefonunu  yandırdı.  Qəbul 

etmədiyi zəngləri görmək, yaşadığı bu üç günün xülyasından çıxmasına kömək etdi. Rəfiqələrindən  gələn zəng 

onu  evinə  gedən  yolda  sürətləndirdi.  Qapı  zəngini  yavaşca  basan  Lalə  anasının  ümidsiz  şəkildə  qapı  açma 

tərzini hiss etdi. Qapı ağzında Laləni gördüyündə özünü  itirib: 

        -  Lalə…Qız,  sən  hardaydın,  gəl  gözümün  nuru.  Heç  bilirsən  nə  günə  qalmışam  sənsiz?  Bir  daha  getmə 

qızım, axtarmadığım yer qalmayıb. 

        -Ana… sadəcə dincəlmək istəyirdim deyib Ceyhungildə olanları xatırladığında göz yaşlarını saxlaya bilmədi.  

       -Qızım,  səni  itirmək  istəmirəm.  Səni  o  dediyin  yerə  yollayacağam,  qızım  .Təki  sən  mənim  ol  mənim 

yanimda qal. Atanın ölümü məni çox əydi, səndə olmasan mən nə edərəm- deyib Laləni qucaqladı.  

        Çoxlarınız Lalənin Ceyhunla yaşadıqlarına üzülmədiyini düşünürsünüz ? Amma yanılırıq, əziz oxucu… Lalə 

Ceyhunun  evindən  çıxdığı  o  saniyyədən  bilir  ki,    Ceyhunu  boş  bir  səbəbdən  itirib  və  Ceyhun  kimisi  bir  daha 

onun  qarşısına  çıxmayacaq.  Ceyhunla  yaşadığı  bu  sevgi  qığılcımı  hər  zaman  onunla  olacaq  onun  qəlbində, 

amma tale onları ayırdı. Bir qəzetdə oxumuşdum sevgi üçlərdən ibarətdir: üç gün, üç ay , üç il… Üç əsr mümkün 

olmadığından ideal sevgi elə üç ilə qalır,amma Ceyhun Laləni bir ömür hər şeyində yaşadacaq qədər sevdi bu üç 

gündə. Lalə isə Ceyhunu bu üç gündə bir daha gəlməyəcək qonaq tək rahladı həyatında. 

         Ceyhun həyata yeni adaptasiya olmağa başladığında bir qadın ətri onu yaşamağa sürükləyirdi. Lalədən geri 

qalan  tək  bir  şey  daha  vardı.  Bu  onun  o  ilk  gecə  Ceyhunun  evinə  gəldiyində  boğazına  bağladığı  qırmızı 

yaylığıydı.  Laləsiz  gecələrin  birində  divanin  altından  tapılan  yaylıq  o  gecədəki  Lalənin  ətrini  verdiyindən 

Ceyhun onu bir anlıq da olsa kənara atmır. Soyuq sevgi, qaynar baxış, yad insanlar. Artıq Lalə Türkiyəyə uçmuş, 

Kapadokyaya  yərləşmişdi.  Bizim  Ceyhunsa  Bakıdakı  yad  planetli  həyatına  yalnızlıq  deyil  Laləsizlik  adıyla 

adlandırmağa  başlamışdı.  Gündüzləri  Laləylə  sevən  Ceyhun  gecələri  əzab  çəkir.  Ən  azından  “bir  görsəm,  hər 

şeyi izah etsəm. Mənim səndən başqa qadınım olmayıb, Laləm. Həyatıma gəlmiş tək mələk, tək çiçək sənsən. 

Səninçün payız çox tez gəldi. Yarpaqlar solduğu an Laləmdə soldu”. 

        Türkiyə,  Kapadokya  mahalı.  İncəsənət məktəbi,  adı  və  təbiyyəti,  incəsənəti  ilə  zəngin  bir  məkan. Lalə  ilk 

bura gəldiyində sevincli və çox həvəsliydi. Həyat onun üçün parlayırdı bir şəfəq tək. Donub geriyə baxdığında 

Ceyhun onu xoşbəxt etmişdi ilk, indisə Kapadokya onu xoşbəxt edir. Lalə bura isnişməyə başlayır. Noyabr ayı 

olmasına  baxmayaraq  havalar  isti  keçirdi.  Azəri  qızı  insanlar  arasında  fərqlənirdi.  Hər  kəs  ondan  azəricə 

öyrənməyə  başlamışdı.  Ətrafına  xeyli  insanı    cəlb  etməyi  bacarmışdı.  Lalə  artıq  kətan  üzərində  də  əl  işlərini 

insanlara  sevdirirdi.  Yeni  rəfiqələr  tapmış  Kapadokya  məktəbinin  yeni  nəfəsinə  çevrilmişdi.  Bir  rəssamın 



yaşaya biləcəyi sadə heyatın ən üstününü yaşayırdı burda. Bura gəldiyindən yataqxanada tanış olduğu Nillə çox 

yaxın münasibətdəydi. Cazibəsiylə Qafqazli qız hər kəsin başında dururdu. Beləcə, Lalə uğur qazanmağında biz 

Bakımıza dönüb Ceyhunun evinə səyahət edək. Artıq altı ay keçirdi. Təqvimdən qopan bir vərəq Laləni o ana 

qədər yaxın edirdi. Laləni gətirən bir gecə yenə  gələrmi? Laləni aparan səhər bir gün bitərmi? Hər günü əzabla 

dolu olan Ceyhun, mənasiz həyatda məna axtarmaqa calışır. Unutmaqmı  istəyirdi Laləni? Yox! Umid dolu gecə 

bitəcək və bir sabah Lalə geri dönəcək. 

         Anadolu yaylasında yerləşən Kapadokya şəhəri Laləni qoynuna almışdı. Artıq beləcə yay fəsli yaxınlaşırdı. 

Bakı üçün darıxan Lalə tezliklə geri dönməyi düşünürdü…Kurs işi tamamlaması üçün gecələr bir rəsm tablosu 

üzərində  çalışmağa  başlayır.  Bu  rəsmi  çəkmək  üçün  elə  hey  gecə  ay  işığına  baxır,  səhər  günəşin  çıxma  anını 

gözləyirdi. Dərslə birgə Lalə Kapadokyanın dar küçələrini gəzməyi sevirdi. Yataqxanada qaldığına görə gecə gec 

qayıtmaq  mümkün  olmadığından  Lalə  gəzintisini  qısa  bir  günə  həsr  edir.  Otağına  gəldiyində  heç  kəsin 

olmadığını  gördü.  Rahatlanması  üçün  paltarını  çıxardığı  an  qapı  açılır.  “Nil,  sənsən  ???”-  deye  Lalə  səslənir. 

Qarşılıqlı  cavab  gəlmir.    Yarı çılpaq  kimin  gəldiyinə  baxmaq  istədiyində   kimsə  Lalənin  ağzından  tutaraq  onu 

arxası  üstə  yıxdı.  Lalə  təcavüzə  uğradığını  bildi.  Bu  Nilin  flört  etdiyi  oğlan  dostuymuş.  Qapı  azca  açıq,  hava 

qaranliq.  Lalənin  qışqırmaq  şansı  sıfırdı.  Bir  yeni  açmış  gül  üçün,  qanad  çalmış  mələk  üçün  bu  bir  faciyədi, 

özdə otaq yoldaşının sevdiyi ilə. Lalənin orasına burasına əliylə toxunana qarşı Lalə üsyankar hərəkətlər edirdi. 

Amma  qarşı  durmaq  mənasız  idi,  artiq.  Lalə  onun  olmuşdu.  Göz  yaşları  bir-bir  yanağından  axır,  axdıqca 

anasını, atasını düşünür ve sonda Ceyhunada o an xəyalında yer ayıra bilir. Artıq bir oğlanın etdiyi hərəkətlər 

həzz  deyildə  nifrət  yaradırdı.  İşini  bitirdiyində  yanağından  “təşəkkür  şəkərim”-  deyib  yanağını  dartmaq 

istədiyində Lalədən sillə yeyir. Laləni təhdid edərək otaqdan çıxır və beləcə Lalə üçün yeni çıxmış bir ulduz belə 

sönür.  Amma  bu  dəfə  ki  yara  çox  ağır  idi.  Sınma  nöqtəsi  yaxınlaşmişdı.  Həyatının  insanı  Ceyhunun  cəsarət 

etmədiyini başqası etdi. Ayaqlarındakı əl  izləri, yerdəki bir az qan Lalənin gözlərini qaraltdı. Xəyalən yüksəyə 

qalxır,  qaralan  havayla  bərabər  öz  həyatını  qaraldan  insanlara  qoşulub  boğazına  ipi  keçirərək  son  nəfəsini 

səssiz verir.  

          Verilən  nəfəs  səs  qoparır  Türkiyədə.  Xəbəri  anası  aldığında  xəstəxanalıq  olur.  Bakı  cəsədin  gəlməsini 

gözləyir. Hər kəs Lalənin ölümünə ağladığı vaxt  Ceyhun yalnız Lalənin onu atıb gedişinə ağlayırdı.  Həyatdan 

bixəbər  gəzən  Ceyhun  öz  günəşinə  üsyan  edir.  Bir  gecə  divarda  çəkdiyi  o  arzular  günəşini  qara  qələmlə 

oxunmaz  hala  gətirir.  Laləsiz  o  arzularin  heç  olduğunu  anlayır.  Artıq  bir  ilə  yaxın  müddət  keçib.  Çölə  yalnız 

Ağdamlıyla görüş üçün çıxırdı. Belə günlərdən birində yol kənariyla yeridiyində rəsm  qalereyası  afişini gördüş. 

Lalə adlı bir rəssamın sərgisiydi bu. Ceyhun, nəhayət, qəfil axtarışın nəticəsinə sevinir, ünvanı və sərgi gününün 

tarixinin bu gün olduğunu öyrənib yoluna həvəslə davam edir. Bir neçə saat sonra  Laləyə hər şeyi izah edəcək 

və onlar qovuşacaqdlar. Ağdamlıdan aldıqı məvacibi geyimə verib özünü əl gəzdirdi.Laləyə ondan tək yadigar 

qalan  qırmızı  yaylığını  da  verəcək  Laləni  hər  kəsin  əlindən  alıb  evinə  yenə  qucağında  getirəcəkdi.  Vaxt  çatıb 

artıq.  Ürək  döyüntüləri  addımlar  tək  sərgiyə  yaxınlaşır.  Salonda  gəzişən  insanılar  rəsmlər  önündən  keçərək 

rəsmləri müzakirə edirdilər. Əksər insanlar sonda sərgi edilmiş bir rəsmə daha diqqətlə baxırdı. Ceyhun məkanı 

gəzir  insanlar  arasında  Laləni  axtarırdı.  Bəlkə  “bu  mənim  Laləmin  sərgisi  deyil”  deyib  ümidsiz  şəkildə 

gəzişərkən  bir  neçə  insanın  toplaşaraq  seyr  ediyi  rəsmə yaxınlaşır.  Bu  o  idi.  Ceyhunun  arzular  günəşi.  İçində 

əminliklə Lalənin sərgisində olduğu qənaətinə gəlir ve çox sevinir. Lalə onu unutmayıb. Ən başda onun, daha 




doğrusu,  onların  rəsmini  yerləşdirib.  Həzin  musiqini  bir  xanım  səsi  pozur.  Ceyhun  Lalənin  səsi  zənn  edib 

tələsik halda səs gələn tərəfə baxır.  

          “Hörmətli  qonaqlar  diqqətinizə  görə  təşəkkürlər.  Bu  diqqət  bir  gənc  rəssama  göstərilibsə,  biz  necə  də 

xoşbəxtik”. Bu sözlər səsləndik qədər Ceyhun: “indi söz Laləyə veriləcək. O, indi qapıdan içəri girəcək, bəlkə də 

mikarofana  deyil  ilk  mənə  yaxınlaşacaq”-  düşüncəsinde  idi.  Xanım  sözünə  davam  edir.  “Gənc  rəssama 

deyiləcək bu gün çox sözümüz var. Amma biz ən yaxşısı onu  dünyaya getirən anaya söz versək, daha yaxşı olar” 

- dedi”. Mikrafona Lalənin anası yaxınlaşır. Kövrək bir səslə “hər kəsə teşəkkür edirəm. Qızıma göstərdiyiniz bu 

dəstəyə görə minnətdaram. Bir ana kimi qızımla, bu rəsmlərlə fəxr edirəm. Amma bu ürək yanğılı sözlərinizi, 

təriflərinizi  mənə  deyildə  kaş  Laləmə  deyərdiz.  Onun  bu  sərgisi  soyuq  qiş  ayında  keçirilsədə  qızım  həyatının 

bahar çağında dünyasını dəyişdi.” Anası kövrələrək mikrafonu tərk etdi. Eşitdiylərinin kölgəsində qalan Ceyhun 

huşunu  itirərək  yerə  yıxılır.  Sevgilisinin  həsrətini  görüşüylə  məhv  edəcəyini  düşünən  Ceyhun  ölüm  xəbəriylə 

ağlını  itirir.  Klinikaya  yerləşdirilən  Ceyhunun  imdadına  Ağdamlı  yetişir.  Onun  xəstəxana  məsrəflərini 

qarşılayan iş adamı müalicəsinə nəzarət edir. Elə hey Laləm deyib ağlayan Ceyhun qaranlıq palatada ətrindən 

doymadığının  ölüm  xəbəri  arasındakı  sərhəddən  çıxa  bilmir.  Baxıcı  həkimindən  Laləsinin  qırmızı  yaylığını 

istətərək qırmızıyla yaşamağa başlayır. Gecə boyu klinikada: “ Laləm, qırmızı, o öldü”- kimi sözlər sayıqlayırdı. 

İki ay  ötdüyündən artıq Ceyhun depresiyyadan çıxmışdı. Amma bəzən əl qol hərəkətləri pozuntusu qalmışdı. 

Xəstəxanadan  Ağdamlıyla  birgə  çıxan  Ceyhun    onu  görməyə  gələn  Könül  yol  kənarında  olduğunu  görür. 

Xəstəxananın  əsas  qapısından  çıxdıqında  Könül  onlara  tərəf  gəlir.  Ceyhunun  qoluna  girmiş  Ağdamlı  qarlı 

pilləkənlərdən  Ceyhunu  endirərək    Könülün  olduqu  yerə  gətirir.  Könül  tərəfə  gəldiyindən  ayağı  sürüşərək 

Könülün ayaqları altına yıxılır. Ağdamlı onu qaldırmağa başladığında Könül əyilərək Ceyhunu diz üstə qaldırır. 

Başını yuxarı qaldırıb könülə baxır. “Laləm…Laləm”- deyib asta-asta sayıqlayır. Çarəsiz qalmış gənc baxışlarını 

Könüldən  çəkərək  üzünə  yağan  qar  dənəciklərinə  baxir.  İki  ay  müddətində  qırmızı  yaylığla  yaşayan  gəncin 

üzünə yağan qar eyni rəngə bürünüb onun üzünə qonur. Beləcə QIRMIZI QAR DƏNƏCIKLƏRI yaranır. 

 

Təşəkkür edirəm : Ucuz tütünə, qadin ətrinə ve bir də dəli sevdama... 



                                        

                                                                                        Ramiz atabey 



Copyght MyCorp © 2012 

 

Kataloq: files -> books -> file
file -> ƏSƏRİn təkrar çapi və ya hər hansisa bir hiSSƏSİNİN Çapi qadağandir!
file -> Təhsildə İkt html-in əsasları kursu üzrə VƏSAİt tərtib edənlər: Abdulla Qəhrəmanov
file -> MEŞƏLİ KƏNDİNİn yay güNLƏRİ
file -> "Mədəniyyətin üstünlüyu" "Journal of Democracy", 1995-ci il
file -> Azərbaycan-Avrasiya Araşdırmaları Mərkəzinin Türk Dünyası Filologiyası sırasından Prof. Dr. Mustafa isen təZKİRƏDƏN
file -> Elnur və Arzu pəncərə qonşuları idilər. Üz-üzə dayanmış binalarda yaşayırdılar. Onlar neçə vaxt idi ki, pəncərə qonşusu idilər. Ancaq bir-birilərindən xəbərləri belə yox idi
file -> Şirvani Ədilli MƏNİm odlar diyarim
file -> İntellektual-Elektron Kitabxananın təqdimatında
file -> Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı ədəbi tənqiddə

Yüklə 0,92 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə