Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda
fəaliyyət göstərən diplomatik nümayəndəliklərində qulluq edən şəxslərin
icbari sığortası haqqında
AZƏRBAYCAN RESPUBLĐKASININ QANUNU
Maddə 1. Qanunun məqsədi
1.1.
Bu Qanun Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda
fəaliyyət göstərən diplomatik nümayəndəliklərində və konsulluqlarında (bundan sonra -
Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri) qulluq edən şəxslərin icbari sığortası
qaydalarını müəyyən edir.
1.2.
Bu Qanunun məqsədləri üçün Azərbaycan Respublikasının xarici ölkələrdə və
beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərində qulluq edən şəxslər
dedikdə "Diplomatik xidmət haqqında" Azərbaycan Respublikasının Qanununa Müvafiq olaraq
diplomatik xidmət orqanlarında diplomatik vəzifə tutan şəxslər (diplomatik xidmət əməkdaşları)
və həmin orqanların inzibati-texniki xidmətini həyata keçirən şəxslər nəzərdə tutulur.
Maddə 2.
Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində qulluq edən
şə
xslərin icbari sığortası haqqında qanunvericilik
Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində qulluq edən şəxslərin icbari
sığortası Azərbaycan Respublikasının Mülki Məcəlləsi, "Diplomatik xidmət haqqında", "Sığorta
fəaliyyəti haqqında" Azərbaycan Respublikasının qanunları ilə, bu Qanunla və digər normativ
hüquqi aktlarla tənzimlənir.
Maddə 3. Sığorta olunan
"Diplomatik xidmət haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan
Respublikasının diplomatik nümayəndəliklərində qulluq edən Azərbaycan Respublikasının
vətəndaşı olan şəxslər bu Qanuna uyğun olaraq sığorta olunanlardır.
Maddə 4. Sığortalı
Sığortalı Azərbaycan Respublikasının xarici siyasətini həyata keçirən Müvafiq icra
hakimiyyəti orqanıdır.
Maddə 5. Sığortaçı
Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində qulluq edən şəxslərin
sığortaçısı dövlət sığorta orqanıdır.
Maddə 6. Sığorta hadisəsi
6.1.
Sığorta olunanın fərdi qəza (bədbəxt hadisə) nəticəsində həlak olması (vəfat etməsi) və
ya sağlamlığına zərər vurulması (əlillik və (və ya) xəsarət alması) sığorta hadisəsi hesab edilir.
6.2.
Fərdi qəzanın (bədbəxt hadisənin) sığorta olunanın sərxoş halda olması, narkotik
vasitələrdən, psixotrop maddələrdən və ya toksiki maddələrdən istifadəsi, özünə qəsd etməsi
nəticəsində baş verməsi sığorta hadisəsi sayılmır.
6.3.
Sığorta hadisəsi baş verdikdə sığorta olunan və ya sığortalı bu barədə sığortaçım xəbərdar
etməlidir.
Maddə 7. Sığorta məbləği və sığorta haqqı
7.1.
Azərbaycan Respublikasının diplomatik nümayəndəliyinin başçısı on bir min manat, digər
diplomatik vəzifə tutan şəxslər altı min altı yüz manat, inzibati-texniki xidməti həyata keçirən
şə
xslər isə dörd min dörd yüz manat həcmində sığorta edilirlər.
7.2.
Sığorta haqqı sığorta məbləğinin 0,3 faizi miqdarında müəyyən edilir.
Maddə 8. Sığorta ödənişləri
8.1. Sığorta olunan sığorta hadisəsi nəticəsində həlak olduqda (vəfat etdikdə) və ya
sağlamlığına zərər vurulduqda, ona bu Qanunun 7.1-ci maddəsində müəyyən edilmiş sığorta
məbləğindən aşağıdakı miqdarda faizlə sığorta ödənişi verilir:
8.1.1. həlak olması (vəfat etməsi) - 100 faiz; 8.1.2.1 qrup əlillik - 80 faiz;
8.1.3.
II qrup əlillik - 60 faiz;
8.1.4.
III qrup əlillik - 40 faiz;
8.1.5.
ə
lillik qrupu təyin olunmadan ağır xəsarət alması - 20 faiz;
8.1.6.
yüngül xəsarət alması - 10 faiz.
8.2. Sığorta olunan sığorta hadisəsi nəticəsində sağlamlığına vurulmuş zərərdən bu hadisənin
baş verdiyi gündən üç il müddətində vəfat edərsə və ya sağlamlığına zərər vurularsa, sığorta
olunanın bu Qanunun 8.1.2 - 8.1.6-cı maddələrinə uyğun olaraq aldığı Müvafiq sığorta ödənişi ilə
sığortanın tam məbləği arasındakı fərq onun varisinə və ya sığorta olunanın özünə bu Qanunun
8.1.2 - 8.1.6-cı maddələrinə uyğun olaraq sığorta ödənişi ödənilir.
Maddə 9. Sığortanın aparılması qaydaları
9.1.
Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində qulluq edən şəxslərin
icbari sığortası sığortalı ilə sığortaçı arasında bağlanmış müqavilə əsasında aparılır.
9.2.
sığortalı növbəti il üzrə Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində
qulluq edən şəxslərin siyahısını tərtib edir və cari ilin sonunadək sığortaçıya təqdim edir.
9.3.
Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində dövlət qulluğuna qəbul
edilən şəxslər işə qəbul olunduqları tarixdən müvafiq qaydada sığorta olunmuş hesab edilirlər.
9.4.
Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində qulluq edən şəxslərin
icbari sığortası dövlət büdcəsinin vəsaiti hesabına aparılır.
9.5.
Sığorta haqlarının məbləği hər ilin əvvəlində Azərbaycan Respublikasının diplomatik
nümayəndəliklərində qulluq edən şəxslərin sayına uyğun olaraq hesablanır.
9.6.
Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində qulluq edən şəxslərin
icbari sığortası məqsədilə dövlət büdcəsindən ayrılan vəsaitdən tələb olunan sığorta haqlarının
məbləği sığortalı tərəfindən rübdə bir dəfə sığortaçının hesabına köçürülür.
Maddə 10. Sığorta ödənişinin verilməsi müddəti
10.1.
Sığortaçı bu Qanunla nəzərdə tutulmuş şərtlərlə və məbləğdə sığorta olunana və ya
onun varisinə sığorta ödənişini bu Qanunun 11-ci maddəsində göstərilmiş sənədləri aldığı
gündən 7 (yeddi) təqvim günü ərzində ödəyir.
10.2.
Sığorta olunan, yaxud onun varisi sığorta ödənişini bu Qanunla müəyyən edilmiş
hallarda və qaydada almadıqda, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə Müvafiq olaraq
sığorta hadisəsinin baş verdiyi gündən 3 (üç) il müddətində sığortaçıdan tələb etmək hüququna
malikdir.
Maddə 11. Sığorta ödənişinin alınması üçün tələb olunan sənədlər
11.1. Sığorta ödənişinin alınması üçün sığorta olunan, yaxud onun varisi tərəfindən müəyyən
olunmuş formada ərizə, şəxsiyyətini təsdiq edən sənəd və sığorta olunanın qulluq etdiyi
Azərbaycan Respublikasının diplomatik nümayəndəliyində tutduğu vəzifə barədə arayışla
birlikdə sığortaçıya aşağıdakı sənədlər təqdim edilir:
11.1.1.
həlak olması (vəfat etməsi) halında:
11.1.1.1.
sığorta olunanın ölümü haqqında şəhadətnamənin surəti;
11.1.1.2.
vərəsəlik hüququ haqqında şəhadətnamənin notariat qaydasında təsdiq olunmuş
surəti;
11.1.2.
sığorta olunanın sağlamlığına zərər vurulduğu halda:
11.1.2.1.
ə
lillik haqqında (əlilliyin qrupu, səbəbi və təyin edilməsi tarixi göstərilməklə)
Müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş arayışın notariat qaydasında təsdiq edilmiş
surəti;
11.1.2.2.
ağır və ya yüngül xəsarətin alınmasını təsdiq edən tibbi arayış.
11.2. Ağır və yüngül xəsarət növlərinin siyahısını Müvafiq icra hakimiyyəti orqanı müəyyən
edir.
Maddə 12. Bu Qanunun icrasına nəzarət və onun pozulmasına görə məsuliyyət
12.1.
Bu Qanunun icrasına nəzarəti öz səlahiyyətləri daxilində sığortalı və sığortaçı həyata
keçirir.
12.2.
Bu Qanunun müddəalarının pozulmasına görə sığortalının və sığortaçının vəzifəli
şə
xsləri Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar.
Maddə 13. Mübahisələrə baxılması qaydası
Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində qulluq edən şəxslərin icbari
sığortası ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir.
Đ
lham ƏLĐYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 18 may 2004-cü il
№
651-IIQ
Đ
STĐFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRĐNĐN SĐYAHISI
1.
3 mart 2006-cı il tarixli 79-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 3, maddə 223)
2.
17 aprel 2007-ci il tarixli 313-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu
(
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 6, maddə 560)
3.
2 iyun 2008-ci il tarixli
618-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 6, maddə 462)
4.
2 oktyabr 2008-ci il tarixli 699-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu
(“Azərbaycan” qəzeti, 16 noyabr 2008-ci il, № 257)