Qədim Misir, Yunanıstan Roma da rəsim təlimi metodları İnsan cəmiyyətin meydana gəlməsi ilə eyni vaxtda yaranmış təsviri sənət uzun mürəkkəb bir inkişaf yolu keçmişdir. Min illər boyu bu sənət dəyişmiş yrni5üsullar yrni məktəblər yaranmışdır. Rəsim çəkmə bacarığı həmişə mühüm əhəmiyyətə mlik olmuş ,Ondan istifadə olunmasə insanlar arasında ünsiyyət üsullarından biri olmuşdur.Hələ ilk ibtidai insan cəmiyyətində rəsm qabiliyyətin inkişaf etdirilməsinə mühüm əhəmiyyət verilirdi.Xətlərin naxışların heyvan və insan təsvirlərinin rəs edilməsi təcrübsəi min illər boyu toplanmışdır. İbtidai insan rəsm çəkmək üçün kömürdn və ucu itilənmiş daşdan istifadə edirdilər Əvvəlcə kömürlə şəkli çəkir sonra daşla xətlər üzrə oyurdularİbtidai İnsanlar rəsmlərə sehirli mahiyyət verir onlardan müxtəlif dini mifik mərasımlərdə köməkçi vasitə kimi istifadə edirdilər.Beləliklə rəsm həmdə insn fikirinin ifadə vasitəsi kimi çıxış edirdi. Rəsmin bu cəhəti sonralar yazının meydana gəlməsinə və inkişaf etməsinə təkan verdi. İbtidai insan rəsm vərdişlərini bilavasitə müşahidə və yansılama vasitəsilə Nail olurdu.İbtidai insan cəmiyyətində rəsm təlimi Anlayəşı hələ mövcud deyildi. Rəsm qabiliyyətində müxtəlif məmulatlarön xüsusilə dulusçuluq məmulatların bəzədilməsi üçün istifadə olunmağa başldı buzaman dulusçu sənətkarlar öz şagirdlərinin rəsm vərdişlərinə yiyələnməsi qayğısına qalmaya bilməzdi.Şagird onun üçün yalnız köməkçi yox, həmdə sənətin sonrakı davamçısı deməkdir.buna görədə ustalar hərhansı bir naxışın yerinə yetirilməsini şagirlərinə səylə öyrədirdilər.Beləlikıədə sənət təlimi metodları və üsulları yaranmağa bşladı lakin təlimin dəqiq prinsipləri hələ mövcud deyildi. Həqiqi təşkili yalnız mədəni cəmiyyət dövründə formlaşmağa başladı. Bu barədə danışarkən birinici növbədə yüksək inkişaf səviyyəsinə çatmış, ilkin qədim misir mədəniyyətini yada salmaq lazımdır. Tarixi sənədlər göstərirki qədim misir məktəblərində rəsmxətlə yanaşı, rəsmdə təsvir olunurdu.məktəbi bitirən Gənclər başqa vərdişlərlə yanaşı rəsm vərdişlərinə də yiyələnirdilər.Beləliklə ilk dəfə qədim misirdə rəsm ümumi təhsil Fənni səviyyəsinə qaldırıldı.Uşaqların rəsm qbuliyyətinin inkişaf etdirilməsində Misirlilər müxtəlif predmetlərin şəklinin çəkilməsinə xüsusi önəm verirdilər. Qədim misirdə təlim və tərbiyə sistemi çox sərt qoyulmuşdi.şagirdlər qoyulmuş qaydadan azacık çıxması üstündə cəzalandırdılar.bununla belə qədim misirin tədris sistemi rəsm təlimi çox mühüm mərhələdir.İlk dəfə burada rəsm təlimi təsadüf yox, sistemli xarakter daşıyırdı. Qədim misrdə bütün rəsm müəllimləri eyni təlim metodlarından istifadə edirdilər. Çünki qeyd etdiyimiz kimi tədris sistemi qoyulmuş qaydalardan kənara çıxmağa icazə vermirdi.qədim misirlilər rəsm nəzəriyyəsinində əsasını qoymuşdur.bular ilk dəfə təsvir etmə və bu sənətin gənclərə öyrədilməsə qanunlarını öyrətmişdilər.təlim prosesi nəzəriyyəsi didktikada ibtidai səviyyədə olsada mövcud idi. Qədim Misirdə rəsm təlimi ətraf aləmin dərk olunmasına deyil sxem və qaydaların əzbərlənməsinə nümunələrin təkrar edilməsinə əsaslanırdı.rəsm təlimi şagirləri təbiyəti müşahidə etməyə və öyərnməyə yoxpredmetlərin formaların Şblon üzrə təsbir olunması qaydalarını öyənməyə istiqamətləndirilirdi.Naturdan istifadə edilmirdi.qədim misirin rəsm təlimin tarixi məhdudluğu bu səbəblərlə izah olunurdu
Qədim yunan rəssamları rəsm təlimi problemlərinə yeni üsullarla ynaşaraq zənginləşdirdilər.onlar gənc rəssamları real aləmin diqqətlə öyrənməyə gözəlliyi aşgara çıxartmağ istiqamətlənirdilər.Yunan rəssmları öz nəzəri əsərlərində dünyanın ciddi qanunauyğunluğuna malik olduğu qeyd edir, və göstərirdilərki gözəlliyin mahiyyəti ciddi qanunauyğunluqda simmetriyada hissələrlə tmın harmoniyasında düzgün riyazi tənasüblərdə ifadə olunur. Yeni eradan əvvən 4cü əsrdə Yunanıstanda bir neçə rəsm məktəbləri mövcud idi.Sikion məktəbi xüsusuilə böyek şöhrət qazanmışdı.Bu məktəb yalnız rəsm təlimi metodunu yox ,həmdə təsviri sənətin sonrakı inkişafına böyük təsir göstərmişdir. BU məktəb təlimin elmi metodlarən əsaslanaraq şagirdi təbiətə yaxınlşdırmağa onun qanunauyğunluqlarının aşkra çıxartmağa təbiətin gözəlliyini öyrənməyə çalışırdı.Sikion rəsm məktəbi təbiətşünaslığın elmi məlumatlarına əsaslanırdı və təbiət qanunlarına ciddi şəkildə riayət edirdi.Sikion məktəbinin başçısı Pamfil ilk dəfə təsviri sənətin elmi əsərlərinə diqqətlə yerinə yetirməyə başladı.Bu rlmi prinsipləri incəsənətə tədbiq etməyə çalışırdı. Pamfil həndəsə problemlərində yaxından məşğul olurdu və belə hesab edirdi ki bu elm fəza düncəsinin inkişf etdirilməsinə xidmət edir. Onun fikrincə həndəsəni yaxşı bilmədən yaxşı rəsm çəkmək olmaz.Göl məktəbinin qapısı üzərində bu sözlər yazılmışdı “ Həndəsəni bilməyənlər içəri buraxılmırdılar.” Pamfilin ciddi nəzəri əsasları olan öz rəsm təlimi metodikası və sistemi mövcud idi. Bu sistəmə yiyələnməl üçün uzun müddət lazim idi. Məktədəbdə tədirs 12 il davam edirdi. Gördüyümüz kimi Sikion məktəbində incəsənətin elmi şəkildə dərs olunması Və elmi metodlarlatədeisi prinsiplrəi irəli sürülürdü. Yunanıstanda rəsm müəllimləri ilk dəfə olaraq naturadan rəsmə əsaslanan təlim metodunan istifadə etməyə başldırlar qədim yunanıstanda rəsm bütün ümumtəhsil məktəblərinin proqramlarına daxil edildi.Pamfilin ən böyük xidməti ondan ibarət idiki o ilk dəfə olaraq rəsmin yalnız ətraf aləmin predmetlərinin təsvirinin çəkilməsindən ibarət oldugundan deyil həm də onların quruluş qanunauyğunluqlarının dərk olunması vasitəsi oldugunu başa düşmüşdü.
Qədim roma dövründə gözlənildiyinin əksi olaraq yunan rəssam pedaqoqlarının naliyətləri inkişaf etdirilmədi.Romad incəsənət əsərlərinə böyük hörmətlə yanaşılırdı lakin onlar rəsm tədris metodikasına ciddi bir yenilik gətirmədilər. Onlar yanlız yynanların bu sahədiki naliyyətlərindən istifadə etməklə kifayətləndilər.və hətta onlar bir sıra rəsm tədirisi metodikasının bir sira qiymətli naliyətlərini mühafizə edə bilmədilər.YUNANINSTANDAN Fərqli olaraq romanın pedqoq rəssamları yüksək problemlərin həllinə elmi prinsiplərindən istifadə olunmasına demək olarki cəhddə etmədilər.Onlar birinci növbədə texniki sənətkarlıq nümunəsi adlandırırdılar. Ən yaxşı halda onlar yunan rəssmlarını metodlarını təkrar etməklər məşgul olurdular