Qərbi Kaspi Universiteti Sərbəst iş Kafedra: FƏLSƏFƏ



Yüklə 115,14 Kb.
tarix29.12.2021
ölçüsü115,14 Kb.
#48789



Qərbi Kaspi Universiteti

Sərbəst iş

Kafedra: FƏLSƏFƏ

TƏLƏBƏ: Əkbər Əkbərli



FAKÜLTƏ:Biznens və İqtisadiyyat

İXTİSAS: Istehlak mallarının ekspertizasi ve marketinqi

QRUP: 529İMEM

KURS:2

FƏNN:Multikulturalizmə giriş

SƏRBƏST İŞİN MÖVZUSU: ABŞ multikulturalizimi “Əridən qazan” siyasəti

MÜƏLLİM: Jalə Əsədova

PLAN

Giriş

Mövzu- ABŞ multikulturalizimi “Əridən qazan” siyasəti

Nəticə

Ədəbiyyat siyahısı

GIRIŞ


Multikulturalizm dünyada sabitliyi və harmoniyanı qoruya biləcək ən mükəmməl bəşəri bQərbsayağı multikulturalizmin formalaşmasında II mərhələyə Avropa dövlətlərinin müstəmləkə sisteminə xidmət edən ideologiya kimi baxmaq olar. Bu zaman 2 fərqli yanaşma müşahidə olunur. Birincisi, Avropa dövlətlərinin müstəmləkə ölkələrin əhalisinə yanaşması. Avropa dövlətləri Qərb dəyərlərinin dominantlığı üzərində formalaşdırdıqları ideologiyanı müstəmləkə ölkələrində yeganə üstün sivilizasiyalı mədəniyyət kimi təqdim etməyə çalışır və yerli mədəniyyətlərə qarşı etinasız yanaşırdılar. Yalnız Qərb mədəni və dini dəyərlərinin üzərində qurulan Avropa cəmiyyəti dünya miqyasında universal standart kimi təqdim olunurdu. Belə olmasaydı Amerika qitəsində qədim Mayya mədəniyyəti, Afrikada Misir mədəniyyəti, Şərqi Asiyada Hind, Malay, Çin kimi ilkin sivilizasiya mədəniyyətləri yalnız istismara məruz qalmazdı. Maraqlıdır ki, bu gün işçi qüvvəsi kimi Avropaya gələn miqrantların Qərb dəyərlərini qəbul etmədiyi üçün multikulturalizmin məğlubiyyətə uğradığını iddia edənlər bir neçə əsr əvvəl okeanın o tayında nə yerli xalqların, nə də zorla Afrikadan gətirdikləri qulların mədəni müxtəlifliklərini nəinki qəbul etmir, hətta məhv edirdilər. Nədənsə o zaman belə münasibət multikulturalizmin böhranına səbəb kimi qiymətləndirilmirdi.

İkincisi şərti olaraq "Amerikan modeli" adlandıracağımız multikultural yanaşmanı fərqləndirmək olar. Avropa xalqları "Köhnə qitə"dən kənarda yeni dünya ölkələrində Amerikada, Avstraliyada, Yeni Zelandiyada yerli mədəniyyətləri qəbul etməməklə bərabər, öz aralarında mədəni cəhətdən daha da yaxınlaşdılar. Yəni Avropada bir-birindən fərqlənən protestant, katolik, pravoslav dini daşıyıcılar, eləcə də anqlo-saks, german, latın dil qrupu təmsilçiləri Amerikada və ya Avstraliyada vahid mədəni dəyərlərin yaradılmasına doğru istiqamətləndirildi. ABŞ-da bu nəzəriyyəni "əridici qazan" (melting pot) adlandırırlar. Bu zaman multikulturalizm konsepsiyası bütün millətlərin bir xalq kimi birləşdiyi "əritmə qazanı" konsepsiyası ilə qarşılaşdırılır.

Belə olan halda Qərbsayağı multikulturalizmdə milli dəyərlər öz əvvəlki əhəmiyyətini itirmiş oldu və yeni vahid universal bir Qərb dəyərinin yaranmasına keçid başlandı. "Amerikan modeli" dəqiq millət anlayışı olmayan, vahid vətəndaş identikliyi əsasında dövlətin yaranmasına təkan verdi. Misal üçün, ABŞ-da Amerikan identikliyi - anqlo-saks ideologiyası üzərində qurulsa da, hər hansı bir millətin milli dəyərlərini əks etdirmir. Bu model daha çox yeni yaradılmış dəyərlərin əks olunduğu mozaik birləşmədir. Lakin bu mozaik birləşmədə yerli xalqların mədəni dəyərləri əks olunmur. Aborigen xalqlar hələ də cəmiyyətdən təcrid olunmuş şəkildə yaşayırlar. Misal üçün, hazırda Avstraliyanın yerli əhalisinin əksəriyyəti rezervasiya adlanan əlahiddə yaşayış məntəqələrində məskunlaşdırılmışdır. Onlar demək olar ki, yüksək mədəniyyətə yaxın buraxılmırlar. Eyni proses digər yeni dünya ölkələrində də izlənilir.

Qərbsayağı multikulturalizmin formalaşmasında II mərhələ bir ölkədə fərqli millətlərin və mədəniyyətlərin birgə mövcud olduğu və dəqiq millət anlayışı olmayan dövlət modelinin yaranması ilə nəticələndi. Bu gün "Köhnə qitə" və ondan kənardakı Qərbsayağı multikulturalizm arasında yaranmış fərqlərin də səbəblərini burada axtarmaq lazımdır. Avropanın multikulturalizmin iflası və ya böhranı haqqında danışdığı bir halda okeanların o tərəfindəki Qərb modellərində (ABŞ, Kanada, Avstraliya, Yeni Zelandiya və s.) çoxmədəniyyətliyə dövlətlərin inkişafına təkanverici qüvvə kimi baxılır. Bu fərqin yaranmasında ilk növbədə tarixi ənənə faktoruna diqqət yetirmək lazımdır. Yəni uzun əsrlər bir-biri ilə rəqabət aparan Avropa dövlətlərinin vahid Qərb mədəniyyətini milli dəyərlərdən üstün tutması daha çox vaxt aldı. Yeni torpaqlarda isə belə bir tarixi qarşıdurma olmadığı üçün "əridici qazan" daha tez və effektiv işləməyi bacardı. "Amerikan modeli"nin uğurundan danışdıqda başqa bir incə məqama da fikir vermək lazımdır. Multikulturalizmin uğurlu modelindən danışdığımız regionlara nəzər saldıqda bu məkanda yerli mədəniyyət daşıyıcılarının tam sıxışdırıldığını, məhv edildiyini, qalanlarının isə rezervasiyalarda saxlanıldığının şahidi oluruq.

Konkret olaraq ABŞ-da isə yerli xalqlarla bərabər Afrikadan köçürülən əhali də uzun müddət bu multikultural mühitə daxil edilməmişdir. Hətta 1965-ci ilədək ABŞ-da bəzi ştatlarda qaradərililərin səsvermə hüququ da yox idi. Maraqlı bir mənzərənin şahidi oluruq. Avropalıların zorla Afrikadan gətirdikləri əhali quldarlığın ləğvindən sonra hələ uzun müddət irqi ayrı-seçkiliyə məruz qalmışdır. Avropalılar qul ticarəti vasitəsilə öz iqtisadiyyatlarını gücləndirdilər, amma eyni zamanda milyonlarla insanı öz vətənlərindən, həyat tərzlərindən ayıraraq zorla Amerikaya gətirdikləri azmış kimi, həm də Afrika xalqlarının mədəniyyətlərinə, ənənələrinə, sosial həyatlarına tolerant yanaşmadılar. Ona görə multikulturalizmin "Amerikan modeli"nin uğurundan danışdıqda bunun hansı məhrumiyyətlər hesabına əldə edildiyini nəzərə almaq lazımdır. Bu uğura gedən yol yerli xalqların kütləvi şəkildə qırğını, irqi ayrı-seçkilik kimi çətin sınaqlardan keçmişdir. Tarixin mühakiməsinə buraxsaq isə, bəlkə heç keçə də bilməmişdir.

Avropalıların ələ keçirdikləri ərazilərdə yerli əhalinin çoxluq təşkil etdiyi ölkələrdə isə multikultural dəyərlərin dialoqu ilə deyil, toqquşması ilə rastlaşırıq. Cənubi Afrika Respublikasını buna misal göstərmək olar. Sayca üstünlük təşkil etməyən qərblilər bu ölkəyə Qərb dəyərlərini zorla sırıya bilmədilər. Təsadüfi deyil ki, XX əsr boyunca bu ölkə dünyada irqi ayrı-seçkiliyin təcəssüm olunduğu ölkə kimi yaddaşlarda qalmışdır. Beləliklə, "Köhnə qitə"dən kənar ölkələrdə Qərbə məxsus multikulturalizm modeli bu gün nə qədər uğurlu hesab edilsə belə, aborigen xalqlara münasibətdə bu ideologiya özünü doğrulda bilməmişdir.igəyaşayış formasıdır

Bəşər sivilizasiyasında qloballaşma prosesləri gücləndikcə, millətlər və dinlərarası münasibətlərin tənzimlənməsi də, günün aktual problemlərindən birinə çevrilir. Bununla belə, bu problemlərin fövqündə duran və çoxmədəniyyətliliyi özündə ehtiva edən multikulturalizm anlayışına münasibət heç də birmənalı deyil.

Baxmayaraq ki, müasir dünymızda yeni bir termin kimi meydana gələn multikulturalizm özü ilə bərabər bəşəriyyətə həm də yeni bir birgəyaşayış formasını gətirmiş oldu. Məlumdur ki,  multikulturalizm hərfi mənada çoxmədəniyyətlilik kimi anlaşılsa da, eyni zamanda həm də tolerantlığın bir nümunəsi kimi qəbul edilir. Bu gün dinlər və millətlərarası münasibətlərin tədqiqi ilə məşğul olan bir çox tədqiqatçılar öz araşdırmaları nəticəsində belə bir iddia ilə çıxış edirlər ki, multikulturalizm, yalnız yüksək səviyyədə inkişaf etmiş ölkələrdə mümkündür.

Bu da məlumdur ki, multikulturalizm bir termin olaraq ilk əvvəl Kanada da meydana gəlib. Bu səbəbdən də multikulturalizmin mahiyyətini daha aydın göstərmək üçün əsasən, Kanadanı nümunə göstərirlər və onu bütün mədəniyyətləri vahid bir axına salmaq üçün "əridən qazan"a malik Amerika ilə müqayisə edirlər.

"Əriyən qazan" ifadəsi isə mahiyyət etibarı ilə "kiçik xalqlar"ın "böyük xalqlar"ın içində əridilməsini özündə ehtiva edir. Bu gün Avropanın bəzi dövlətlərində multikulturalizmin iflasa uğraması iddiasının meydana gəlməsi də, bu cəmiyyətlərdə əks proseslərin baş verməsi oldu. Yəni "kiçik xalqlar" "böyük xalqlar"ın içində ərimək istəmədilər və bütün cəhdlərə baxmayaraq, özünəməxsusluqlarını nəinki qoruya bildilər, hətta daha da inkişaf etdirdilər. Bu da həmin ölkələrdə disbalansın pozulması ilə nəticələndi.

Hələ 1995-ci ildə xalqlar arasında münaqişələri güc və sanksiyalar tətbiq etmədən həll etmək məqsədiylə YUNESKO tərəfindən tolerantlıq prinsipi- deklarasiyası qəbul edildi. Məlumdur ki, multikulturalizmin də funksiyalarından biri, məhz "mədəniyyət" problemini ön plana çıxartmaqla müasir cəmiyyətin struktur probleminə göz yummaqdır. Bununla belə maraqlıdır ki, mədəniyyət probleminin ön plana çıxarılmasını struktur problemlərinin dəyişdirilməsi kimi başa düşən bəzi mütəxəssislərin fikrinə görə, multikulturalizmin tərəfdarları ya sosial gerçəkliyi romantikləşdirmə və mənəviyyat, ya da "postmodernizmə" xas olan analitik ciddiyyətdən imtina yolunu əsas götürürlər.

Qeyd etmək lazımdır ki, multimədəni, yaxud mədəni plüralist bir cəmiyyətdə hər şeydən əvvəl aparıcı hakim bir mədəniyyət yoxdur və burada "mədəniyyət" anlayışı "etnos" anlayışı ilə əlaqələndirilmir. Burada "özünün" və "özgənin" mədəniyyəti anlayışı da ortadan qalxır. Ona görə də, bunu etnik müxtəliflikdən, mədəni rəngarənglikdən daha çox, həyat tərzinin, mədəni cərəyanların, meyllərin müxtəlifliyi kimi qəbul etmək lazımdır.

Burada vacib faktlardan biri də, bu mədəni plüralizmin əsas ideyasının ayrı-ayrı identik mədəniyyətlərin paralel şəkildə mövcudluğu deyil, qarşılıqlı əlaqədə olması, bir-birinə təsir göstərməsi və transformasiyasıdır. Buna görə də, söhbət hər hansı mədəniyyətlər, hətta etnoslararası dialoqdan yox, etnikliyin fövqündə duran bir cəmiyyətin - vahid bir cəmiyyətin formalaşdırılmasından gedə bilər.

Qeyd olunur ki, burada müəyyənləşmiş, aydın şəkildə strukturlaşmış dinamik bir formanın yerinə fərqli bir forma gəlir ki, tanınmış fransalı filosoflar Jil Delyoz və Feliks Quattari onu "rizoma" termini kimi xarakterizə edirlər. "Rizoma- çoxluğun nizamsız yaranışı, əsas istiqaməti olmayan, növbəti mərhələsi proqnozlaşdırıla bilməyən bir hərəkətdir". "Özünün- yad" anlamlarının fərqli sözlərlə ifadəsi olan "mərkəz-kənar" qarşıdurmasını aradan qaldıran rizoma ideyası, həm də ona işarə edir ki, mərkəzin özü struktursuzlaşır və müəyyən mənada bu mərkəz həm sistemin daxilində, həm də kənarında mövcud olur.

Bütün deyilənlərdən sonra, multikulturalizmə olan mənfi münasibətləri, neqativ mövqeyi anlamaq heç də çətin deyil.

Əlbəttə, bəzi tədqiqatçılar vurğulayırlar ki, multikulturalizm yüksək inkişaf etmiş ölkələrə xasdır. Bununla belə, digər qrup tədqiqatçılar da göstərirlər ki, əksinə, belə ölkələrdə mültikulturalizm elə də böyük uğur qazanmayıb. Məsələn, Almaniya, Fransa və Böyük Britaniya kimi inkişaf etmiş ölkələrin başçıları - Merkel, Sarkozi və Kameron etiraf ediblər ki, onların ölkələrində multikulturalizm tənəzzülə uğrayıb və multikulturalizm milli identikliyin zəifləməsinə səbəb olub.

Bu məsələyə münasibət bildirən Rusiya Konstitusiya Məhkəməsinin sədri Valeriy Zorkin problemə daha elmi yanaşaraq, bunu azlığın çoxluq üzərində üstünlük qazanması kimi dəyərləndirib və qeyd edir ki, "multikulturalizm şəxsiyyəti nəinki öz identikləşmiş qrupunun əsirinə çevirir, həm də faktiki olaraq azlığı əldə etdikləri hüquq müqabilində çoxluğun üzərində qoyur. Bu isə münaqişənin çox ciddi faktorlarından biridir!". Zorin həmçinin bildirib ki,» multikulturalizm "vahid olanı, yüzillər boyu qurulan milli dövlətin hüquq sferasını parçalayır ki, buradan da neqativ nəticələr çıxır". Problemə daha çox siyasi mövqedən qiymət verən, siyasi elmlər doktoru, "Böyük Rusiya" partiyasının sədri Andrey Savelyev isə multikulturalizmi "dövlətin altına qoyulmuş saatlı mina" adlandırır.

Bütün bunları ciddi araşdırdığımız zaman belə məlum olur ki, alman, fransız və ingilis xalqlarının milli şüuru iqtisadi, siyasi sahə ilə yanaşı, mədəni identikliyi də elə bir səviyyədədir ki, başqa mədəniyyətləri özləri ilə ya eyni sıraya qoya bilmir, ya da qoymaq istəmir. Yəni "Milli ruh" "özününkü"nü "yad"la eyniləşdirə bilmir. Onlar nə qədər qloballaşmanın önündə getsələr də,  öz alman və ya fransız ruhunu unutmurlar. Çünki məhz bu, onlara öndə durmaq, istənilən güclü axına qoşulmaq, hətta onu istiqamətləndirmək imkanı verir.

Maraqlıdır, özünü demokratiyanın beşiyi sayan Amerika niyə mədəniyyətləri "əridən qazanı"nda da eyni tolerantlığı göstərmir? Amerikanın gələcəyi, proqressiv ideyaları barədə yazan esseçi-şair, filosof və din xadimi -Ralf Uold Emersonun əsərlərini şərh edərək, Amerikanı Avropa ilə müqayisə edən Uold Uitmen deyir: "Amerikanın məqsədi ilk dəfə dünya tarixində, Yerin nəhəng və müxtəlif məkanlarında -qərbdə, şərqdə, şimalda, cənubda - böyük, çoxqəbiləli həqiqi Xalq yaratmaqdır. Bu ada layiq, qəhrəman şəxsiyyətlərdən, qadın və kişilərdən ibarət Xalq - bax, Amerika bunun üçün yaşayır". Vahid xalq yaratmaq istəyən bir dövlət isə təbii ki, daha sabit qalmaq üçün "əridən qazan"dan imtina edə bilməz və bu formanı davam etdirmək zorundadır.

Məsələnin digər bir tərəfi bütün deyilənlərin kütləvi mədəniyyət səviyyəsində özünü göstərməsidir. Onu da qeyd edək ki, kütləvi mədəniyyət XX əsrin ortalarından, yəni kütləvi informasiya vasitələri bütün sosial təbəqələr arasında yayılmaq imkanı qazanandan sonra meydana gəlib.

Bir faktı da diqqətinizə çatdıraq ki, hələ XX əsrin əvvəllərində sovet hakimiyyəti qurulanda yüksək mədəniyyəti xalqın səviyyəsinə endirmək məqsədi ilə alman marksisti Roza Lüksemburqun "İncəsənət xalq üçün anlaşıqlı olmalıdır" fikrini əsas götürmüşdülər. Lakin sonradan aydın oldu ki, əslində R. Lüksemburq "Xalq incəsənəti anlamalıdır" deyib. Əgər birinci ifadə də incəsənətin, ümumiyyətlə mədəniyyətin sadələşdirilməsindən söz gedirsə, ikinci halda xalqın ümumi intellektual və mədəni səviyyəsinin yüksəlməsindən bəhs edilir. Bəs bu gün kütləvi mədəniyyət nəyə xidmət edir? Məlumdur ki, kütləvi mədəniyyət elit və xalq mədəniyyətinə nisbətdə daha az bədii dəyərə sahib olsa da, daha geniş auditoriyanı əhatə edir. Eyni zamanda qeyd edilməlidir ki, daha çox əhalinin gündəlik maraqları üçün nəzərdə tutulan kütləvi mədəniyyət təbii ki, yüksək mədəniyyətlə müqayisə edilə bilməz. Yüksək və milli mədəniyyət xalq və ya etnos tərəfindən deyil, cəmiyyətin savadlı və intellektual təbəqəsi - yazıçılar, rəssamlar, filosof və alimlər tərəfindən yaradılır. Başqa sözlə desək, milli nüvəni formalaşdıran və qoruyan da, məhz bu intellektual şəxlər və ziyalılardır.

Bu gün informasiya texnologiyalarının imkanlarının artması, həm də kütləvi mədəniyyətin daha geniş miqyas almasına imkan verib. Kütləvi mədəniyyət daha çox populyar, primitiv, eyni zamanda, xüsusi dəyər kəsb etməyən keyfiyyətlərin tərənnümüdür və bu səbəbdən onların hər gün dəyişməsi, itirilməsi az qala bir zərurət halını alıb. Yəni kütləvi mədəniyyətdə bir nihilist ruh hakimdir. İnsanın mənəviyyatsızlaşmasına istiqamətlənən və hansısa xarici qüvvələr tərəfindən məqsədyönlü şəkildə idarə olunan verilişlərin, filmlərin, musiqilərin yayılmasına xidmət edən kütləvi mədəniyyət o dərəcədə geniş miqyas alıb ki, kəmiyyət keyfiyyəti çoxdan  üstələyib və kütləvi mədəniyyət artıq xalq, hətta elit mədəniyyət kimi təqdim olunur. Bunun təhlükəli tərəfi də məhz ondadır ki, kütləvi mədəniyyət bütün məkanı doldurmaqla bir tərəfdən yüksək mədəniyyətin xalqa açılan yolunu kəsir, digər tərəfdən, daha geniş auditoriyanı əhatə etməklə və bir növ yeganə mədəniyyət növü kimi qalmaqla xalqın təfəkkürünün, ümumiyyətlə mənəvi dünyasının istiqamətvericisinə çevrilir.

NƏTİCƏ

Bütün qeyd etdiklərimiz ilk baxışda çox ziddiyyətli görünə bilər. Buna görə də məsələyə bir qədər aydınlıq gətirməyə çalışacağıq. Qeyd etmək lazımdır ki, multikulturalizmin bərqərar olması üçün siyasi və iqtisadi yüksəliş azdır, mənəvi inkişaf da əsas şərtlərdən biridir. Elə bir inkişaf ki, özünü dərk edən "milli mən" başqalarından qorxmur və onları tanıya-tanıya, özü ilə müqayisə edə-edə özünün müsbət keyfiyyətlərini ortaya qoyur. Bu mənada multikulturalizmin Azərbaycan modeli ən mükəmməl nümunələrdən biridir. Məsələn, muğamını dünyaya tanıdan Azərbaycan, həm də bir çox musiqi festivallarına ev sahibliyi edir. Bütün bunlara əsaslanaraq demək olar ki, multikulturalizm və tolerantlıq bütün mənfi və müsbət cəhətləri ilə bu gün dünyada sabitliyi və harmoniyanı qoruya biləcək ən mükəmməl bəşəri bigəyaşayış formasıdır. Azərbaycan dövləti də bu formanı qoruyaraq inkişaf etdirməyə çalışır



Ədəbiyyat siyahisi

http://multikulturalizm.gov.az/



http://www.anl.az/down/meqale/


Yüklə 115,14 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin