Qərbi Kaspi Universiteti SƏRBƏst iŞ



Yüklə 149,55 Kb.
səhifə1/2
tarix22.04.2023
ölçüsü149,55 Kb.
#101461
  1   2
Azərbaycan dilində sonorlar





Qərbi Kaspi Universiteti

SƏRBƏST İŞ


  • Fənn:Fonetika

  • Fakultə:Flologiya və tərcümə məktəbi

  • İxtisas:Filologiya

  • Qrup:3/332F1

  • Müəllim haqqında məlumat:Filologiya üzrə fəlsəfə doktoru,dosent Rasim Arif oğlu Heydərov

  • Tələbə:Nahidə Əkbərova

  • Mövzu:Azərbaycan dilində sonorlar

BAKI 2022




Mündəricat
GİRİŞ

  1. Əlifbada sait səslər....................................4

  2. Samit hərf və səslər....................................5

  3. Sonor samitlər və mahiyyəti.......................6

Nəticə
Ədəbiyyat

GİRİŞ

Əlifba hərflərin müəyyən sıra ilə düzülüşünə deyilir. Əlifba sözü ərəb əlifbasında ilk iki hərfin adını bildirən (əlif, bə), yunan dilində isə alfa və beta hərflərinin birləşməsindən ibarət olan alfabet şəklində işlənir.


İlk əlifbanı finikiya tacirləri tərtib etmişlər. Dünyada ən çox işlənən əlifbalar ərəb, kiril və latın əlifbalarıdır. Hərflərin çap və əl yazısı şəkli, böyük və kiçiyi olur. Danışıq səsləri daha ilkin və qədim olan şifahi dilin, hərflər isə nisbətən sonralar yaranan yazılı dilin göstəriciləridir. Hərflər danışıq səslərinin yazıdakı şərti işarələridir. Azərbaycan əlifbasında 32 hərf var. Bu hərflərdən ikisi ilə – ı və ğ hərfləri ilə söz başlanmır. Hərfləri onların əlifbadakı adları ilə göstərmək lazımdır.
Tələffüz zamanı ifadə etdiyimiz səslər danışıq səsləri adlanır.Danışıq səslərinin yaranmasında dodaqlar, dil və səs telləri fəal iştirak edir.Danışıq səsləri şifahi nitqin vahidləridir.Yazılı nitqdə isə bu, hərflərlə öz əksini tapır.

1. Əlifbada sait səslər


Saitlər ağız boşluğunda sərbəst və maneəsiz tələffüz olunur. Buna görə də onlar aydın şəkildə və avazla səslənir. Saitlərin daha bir xüsusiyyəti heca əmələ gətirməsidir.[1]
Dilimizdə 9 sait var: [a], [e], [ə], [i], [ı], [o], [ö], [u], [ü]. Yaranma vəziyyətinə görə saitlərin aşağıdakı üç bölgüsü var:


  • Qalın və incə saitlər

  • Dilin arxa və ön hissəsində deyilməsinə (dilin üfüqü vəziyyətinə) görə:

Qalın saitlər (dil arxası): [a], [ı], [o], [u].


İncə saitlər (dil önü): [e], [ə], [i], [ö], [ü].
Qapalı və açıq saitlər
Dilin üst damağa doğru yuxarı qalxması və nisbətən aşağı enməsi vəziyyətinə (dilin şaquli vəziyyətinə) görə:

Qapalı saitlər (dar saitlər): [i], [ı], [u], [ü] Qapalı saitlərin tələffüzündə alt çənə yuxarıya doğru qalxır.


Açıq saitlər (gen saitlər): [a], [e], [ə], [o], [ö].
Dodaqlanan və dodaqlanmayan saitlər
Dodaqlanan saitlər: [o], [ö], [u], [ü]. Dodaqlanan saitlərin tələffüzündə dodaqlar bir qədər irəliyə gəlir və dairəvi şəkil alır.[1]
Dodaqlanmayan saitlər: [a], [e], [ə], [i], [ı].


Yüklə 149,55 Kb.

Dostları ilə paylaş:
  1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin