Qiymət və qiymətəmələgəlmə Qiymət



Yüklə 350,15 Kb.
tarix23.05.2023
ölçüsü350,15 Kb.
#120307
qiymet


Qiymət və
qiymətəmələgəlmə
Qiymət — satıcının bir vahid mal köçürməyə (satmağa) hazır olduğu pul məbləği. Əslində, qiymət müəyyən bir əmtəənin pula dəyişdirmə əmsalıdır. Qiymət anlayışı əsas iqtisadi kateqoriyadır.
Malların könüllü mübadiləsindəki nisbətlərin (nisbət) qiyməti dəyər adlanır. Bu səbəbdən, qiymət malın vahidinin pulla ifadə olunan dəyəri və ya mal vahidinin pul dəyəri və ya dəyərin pul dəyəridir.
Gündəlik danışıqlarda qiymət çox vaxt bir məhsulun dəyəri ilə sinonimdir və bu sözlər bir-birinin əvəzinə istifadə edilə bilər.
Qiymət dar mənada məhsula və ya xidmətə təyin edilən pul məbləğidir. Daha geniş mənada isə qiymət məhsul və ya xidmətdən istifadə etmək üçün istehlakçıların mübadilə etdiyi dəyərlər toplusudur. Tarix boyu qiymətlər alıcı və satıcılar arasında aparılan danışıqlar nəticəsində təyin olunurdu. Sabit qiymət siyasəti – XIX əsrin sonlarındaəmələ gəlmişdir. Təqribən 100 il keçdikdən sonra, indi, şirkətlərin əksəriyyəti dinamik qiymətqoymadan istifadə edirlər. Dinamik qiymətqoyma-fərdi müştərilərdən və şəraitlərdən asılı olaraq müxtəlif qiymətlərin təyin edilməsidir. İnternet, korporativ şəbəkə və naqilsiz kommunikasiya xidmətləri heç vaxt olmadığı kimi alıcıları və satıcıları əlaqələndirir.
Qiymətqoyma qərarlarına təsir edən amillər 2 yerə bölünür:
Daxili amillər
  • Xarici amillər
  • Daxili amillərə aiddir: Marketinqin məqsədləri, Marketinq kompleksinin strategiyaları, Xərclər, Təşkilati məsələlər

  • Xarici amillərə aiddir: Bazarın və tələbin təbiəti, Rəqabət, Digər ətraf mühit amilləri (iqtisadiyyat, vasitəçilər, hökumət, sosial qayğılar)

Qiymət tələb asılılığının təhlili Şirkət tərəfindən təyin olunmuş qiymət tələbin müxtəlif səviyyələrinə uyğun olur. Təyin olunmuş qiymətin və onun nəticəsi olaraq tələbin səviyyəsi arasında olan asılılıq tələb əyrisi adlanır. Tələb əyrisi bazarda müəyyən vaxt ərzində müxtəlif qiymətə alına biləcək məhsulun miqdarını göstərən əyridir. Normal hallarda tələb və qiymət tərs mütənasib olur, yəni qiymət yuxarı olduqda tələb aşağı olur.
Əsas qiymətqoyma üsulları 3 yerə ayrılır:
        • Xərc yönümlü yanaşma:

        • Orta xərclər üstə gəl qiymət, zərərsizlik nöqtəsinin təyini və məqsəd mənfəətini təmin edən qiymət
  • Dəyər yönümlü qiymətin təyini:

  • Qiymətin satıcıların xərclərinə deyil, alıcıların dəyər qavrayışlarına əsasən təyin edilməsi
  • Rəqabət yönümlü yanaşma:

  • Cari qiymətlər əsasında və qapalı hərraclar əsasında qiymətin təyin edilməsi

Xərc yönümlü qiymətqoymanın duyulan dəyərə əsaslanan qiymətqoyma ilə müqayisəsini bu şəkildə göstərmək olar:
Xərc yönümlü qiymətqoyma
Məhsul » Xərc » Qiymət » Dəyər » Müştərilər
Duyulan dəyərə əsaslanan qiymətqoyma
Müştərilər » Dəyər » Qiymət » Xərc » Məhsul
Yeni məhsula qiymətin təyini strategiyaları :
  • Bazarın qaymağını götürmək

  • Məhsula yüksək qiymət ödəyə biləcək seqmentlərdən maksimum gəlir əldə etmək məqsədilə yeni məhsullara yüksək qiymətlərin təyin olunması
  • Bazara nüfuz etmək üçün təyin olunan

  • Çoxsaylı alıcılar cəlb etmək və böyük gəlirlər qazanmaq məqsədilə yeni məhsullara aşağı qiymətlərin təyin olunması.

Məhsul çeşidlərinə qiymət təyini strategiyaları aşağıdakılardır:
Məhsul çeşidinə qiymət təyini - Rəqiblərin qiymətlərinə, müştərilər müxtəlif xüsusiyyətləri dəyərlənməsinə və məhsullara sərf olunan xərclərə əsasən məhsul xəttinə aid olan müxtəlif məhsullara qiymətlərin qoyulması.
Tamamlayıcı məhsula qiymət təyini - Əsas məhsulla birlikdə satılan əlavə və aksesuar məhsullara qiymət qoyulması.
Ləvazimata qiymət təyini - Yalnız əsas məhsulla birgə istifadə oluna bilən məhsullara qiymətin təyini.
Kənar məhsullara qiymət təyini - Əlavə məhsul təklif etməklə əsas məhsulun rəqabət qabiliyyətini təmin edən qiymətqoyulması.
Məhsul komplektinə qiymət təyini - Bir neçə məhsulun birləşdirilərək dəst halında endirimli qiymətlərlə təklif edilməsi.
Qiymətin tənzimlənməsi strategiyaları :
Endirimli və güzəştli vəsaitlərə qiymət təyini – istehsalçı tərəfindən pərakəndə satıcıya ödənilən həvəsləndirici vəsaitdir ki, əvəzində o istehsalçının məhsullarını bu və ya digər vasitə ilə qaydaya salır.
Seqment üzrə qiymət təyini – məhsul və xidmət iki dəfə və ya daha artıq qiymətə satılır.
Psixoloji qiymət təyini – qiymətlərin sadəcə iqtisadi amillərini deyil, həmçinin onun psixoloji tərəfini öyrənən qiymətqoyma strategiyasıdır.
Həvəsləndirici qiymətqoyma – satışların təcili artması məqsədilə məhsulların qiymətini preyskurant siyahısındakı qiymətlərdən aşağı endirilməsi və bəzən hətta, xərclərin azaldılması.
Coğrafi qiymət təyini – şirkət həmçinin ölkənin və dünyanın müxtəlif yerlərində yaşayan müştərilər üçün öz məhsularını necə qiymətləndirəcəyi haqqında qərar qəbul etməlidir.
Beynəlxalq qiymət təyini – məhsulunu beynəlxalq bazara çıxaran şirkətlər fəaliyyət göstərdikləri hər bir ölkədə qiymətləri müəyyən etməlidirlər.
Bazar münasibətləri şəraitinin tələblərə cavab verən qiymət mexanizminin işlənilməsi və onun düzgün formalaşdırılması mühüm amillərdən biridir. Müasir mərhələdə elmi-texniki tərəqqinin sürətləndirilməsi şəraitində elə çevik qiymətlər sistemi tələb olunur ki, o, bir tərəfdən qiymətlərin sabitliyini, digər tərəfdən isə bazar şəraitində rəqabəti nəzərə almaqla qiymətin daha dinamik olmasını və çəkilən xərclərin azaltma mexanizmini təmin etsin.
Qiymətlər sistemi və təriflər xalq təsərrüfatının idarə edilməsinin ən mürəkəb iqtisadi alətlərindən biridir. O, müəssisələr (firmalar) və təşkilatlar, ayrı-ayrı sahələr arasında əsas istehsal əlaqələrini göstərməklə, tam kommersiya (fəaliyyətini) hesabına keçilməsi, müəssisə və təşkilatların təsərrüfat fəaliyyətlərinin qiymətləndirilməsinə xidmət edir. Odur ki, qiymətlər sistemi iqtisadi və sosial inkişafa mənfi və ya müsbət təsir göstərir.
Qiymətin formalaşmasının əsas şərtlərindən biri, onun ictimai zəruri əmək məsrəflərini hərtərəfli əks etdirməklə, istehsal və tədavül xərclərini ödəməklə yanaşı, müəyyən miqdarda mənfəəti təmin etməsidir. Bundan başqa, qiymətlər daha mütərəqqi məhsul istehsalı və istehlakına, keyfiyyyətin yüksəldilməsinə həvəs (stimul) yaratmalı, müəyyən dövürlərdə artan tələbatı hərtərəfli əks etdirmə və düzgün əsaslandırılmalıdır. Bununla əlqədar olaraq qiymət mexanizminin düzgün təhlil olunması və onun səviyyəsinin elmi cəhətdən əsaslandırılması əsas məsələlərdən biri hesab olunur.
Yüklə 350,15 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin