Marketinqin məqsədi müəyyən edilərkən aşağıdakı tələblərə əməl edilməlidir



Yüklə 13,09 Kb.
tarix02.12.2022
ölçüsü13,09 Kb.
#71882
ingilis serbest iş AZE 2


Marketinqin məqsədi. Marketinqin məqsədi dedikdə, bu fəaliyyəti həyata keçirməklə müəssisənin nəyə nail olmaq istəməsi, bu fəaliyyət nəticəsində nə əldə etmək istəməsi başa düşülür və sahibkarlıq fəaliyyətinin məqsədləri ilə müəyyən edilir. Buna uyğun olaraq marketinqin məqsədi (məqsədləri) a) strateji (başlıca) məqsədə (və ya məqsədlərə) və b) taktiki (lokal) məqsədə (və ya məqsədlərə) bölünür.
Marketinqin strateji (başlıca) məqsədi istehlakçıya yönümlülük, istehlakçının və cəmiyyətin tələbatının ödənilməsi şərti ilə maksimum mənfəət əldə etmək, daha effektli marketinq tədbirləri həyata keçirməklə müəssisənin başlıca məqsədinə nail olmaqdır. Ümumiyyətlə, müəssisənin və marketinqin uzunmüddətli strateji məqsədi istehlakçıların tələbatının ödənilməsi və digər bazar subyektlərinin maraqlarının nəzərə alınması şərti ilə maksimum mənfəət əldə edilməsidir. Lakin müəyyən dövr üçün müəssisə və onun marketinq fəaliyyəti qarşısında digər strateji məqsədlər, məsələn, mümkün qədər yüksək istehlaka nail olunması, yüksək istehlakçı razılığına nail olunması, geniş çeşiddə məhsul təklif edilməsi və ya həyat keyfiyyətini yüksək həddə çatdırmaq məqsədi qoyula bilər.
Marketinqin taktiki (lokal) məqsədlərinə strateji məqsədlərə nail olunmasını təmin edən məqsədlər aid edilir. Məsələn, mənfəətin məbləğinin və səviyyəsinin artınlması strateji məqsədinə nail olunması üçün müəssisə özünün marketinq fəaliyyəti qarşısında satışın həcminin və bazar payının artırılması, xərclərin aşağı salınması, məhsulun yenidən mövqeləşdirilməsi və bu tip digər taktiki (lokal) məqsədlər qoya bilər.
Marketinqin məqsədi müəyyən edilərkən aşağıdakı tələblərə əməl edilməlidir:
1. Marketinqin məqsədini müəyyən edən, qərar qəbul edən şəxslər məqsədyönlü fəaliyyət göstərməli və məqsədin qiymətləndirilməsini nəzərə almalıdırlar;
2. Marketinqin məqsədi dəqiq müəyyən edilməlidir;
3. Marketinqin məqsədi real olmalıdır;
4. Marketinqin məqsədi ölçülə və müqayisə edilə bilən olmalıdır; 5.Marketinqin məqsədi aydın ifadə edilməli və onun haqqında
informasiya almağa imkan olmalıdır;
6. Marketinqin məqsədi yazılı şəkildə rəsmiləşdirilməlidir. Marketinqin vəzifəsi. Marketinqin məqsədinə nail olmaq üçün o
bir sıra vəzifələr yerinə yetirməlidir. Ümumi formada marketinqin vəzifəsi istehlakçıların tələbatlannın ödənilməsi, problemlərinin daha effektli həll edilməsi və bunun sayəsində müəssisənin maksimum mənfəət əldə etməsi məqsədi ilə tələbin səviyyəsinə, verilmə vaxtına və xarakterinə təsir etməklə optimal istehsal və satış həcminə nail olunmasıdır. Marketinqin vəzifəsini aşağıdakı üç qrupda birləşdirmək olar:
- müəssisənin bazar fəaliyyətinə aid olan vəzifələr. Bu vəzifələr tələbatın ödənilməsi və tənzimlənməsi ilə əlaqədardır;
- müəssisənin özünə aid vəzifələr. Bu tip vəzifələr müəssisə qarşısında qoyulan məqsədə nail olmağa imkan verən siyasətin və maraqlann uzlaşdırılması ilə əlaqədardır;
- ətraf mühitlə və ictimai qurumlarla əlaqədar olan vəzifələr. Bu vəzifələr marketinqin cəmiyyət və ətraf mühit qarşısında sosial məsuliyyətini həyata keçirməsini təmin edir.
Marketinqin funksiyaları. Marketinqin funksiyası dedikdə, qarşıya qoyulan məqsədə nail olmaq üçün marketinq prosesində həyata keçirilən ixtisaslaşmış fəaliyyət növləri və ya bu cür fəaliyyət növlərinin kompleksi başa düşülür.
Yüklə 13,09 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin