Qərar bakı şəhəri İş №2-1(112)-1520/2022



Yüklə 147,12 Kb.
Pdf görüntüsü
səhifə1/2
tarix29.06.2022
ölçüsü147,12 Kb.
#62520
  1   2
pensiya



Azərbaycan Respublikası adından
QƏRAR
Bakı şəhəri
İş № 2-1(112)-1520/2022
25.05.2022
BAKİ İNZİBATİ MƏHKƏMƏSİ
Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi,
Əsgərzadə Qələmzər Nizami qızının katibliyi,
İddiaçının nümayəndəsi X1,
Cavabdeh iştirakları ilə,
İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalı̇nı̇n Sosı̇al Müdafı̇əsi Nazı̇rlı̇yı̇nin
tabelı̇yı̇ndə Dövlət Sosı̇al Müdafı̇ə Fondunun Xüsusi Şərtlərlə Təyı̇nat üzrə Mərkəzı̇
Fı̇lı̇alının Cavabdeh qarşı “artıq ödənilmiş pensiya məbləğinin ödənilməsi” tələbinə dair
inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə
iclasında baxaraq,
Müəyyən etdi:
İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalı̇nı̇n Sosı̇al Müdafı̇əsi Nazı̇rlı̇yı̇nin
tabelı̇yı̇ndə Dövlət Sosı̇al Müdafı̇ə Fondunun Xüsusi Şərtlərlə Təyı̇nat üzrə Mərkəzı̇ Fı̇lı̇alı
Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Cavabdeh
artıq ödənilmiş 11787,87 manat pensiya məbləğinin Azərbaycan Respublikası Əmək və
Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi
Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının hesabına ödənilməsi barədə qərar qəbul
edilməsini xahiş etmişdir.
İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmək və
Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mütəmadi olaraq aparılan araşdırmalar
nəticəsində vətəndaşların pensiya hüquqlarının təsbiti ilə bağlı əsaslı şübhələr
yarandıqda, həmçinin əmək pensiyası və əmək pensiyasına əlavələrin verilməsi
şərtlərinə uyğun olmayan hallar aşkar edildikdə təyin edilmiş əmək pensiyasının ödənişi
“Əmək
pensiyaları
haqqında”
Azərbaycan
Respublikası
Qanununun
37.8.3-cü
maddəsinin tələblərinə uyğun olaraq dayandırılır. Cavabdehə vaxtilə əmək pensiyası
təyinatı aparılarkən əsas götürülmüş halların pensiya qanunvericiliyinin tələblərinə
uyğunluğu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial
Müdafiə Fondunun Daxili nəzarət departamenti tərəfindən araşdırılmışdır. Belə ki, “Əmək
pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək
Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam
əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş
qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan
Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş
“Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə
uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320
nömrəli Qərarı ilə təsdiqlənmiş 2 №-li siyahıya görə 25 il ümumi stajı olan və bu stajın ən
azı 12 il 6 ayını güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə
yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci
maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və
ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş


siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar
2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək
pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın
bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və
təmiri bölməsinin (29) fəhlələr bəndinin (a) yeraltı kanalizasiya şəbəkələrində daim
məşğul olan qəza-bərpa işlərinin çilingərləri peşəsi nəzərdə tutulmuşdur. Vaxtilə
cavabdehə pensiya təyin edilərkən təqdim olunmuş sənədlərdə xx.xx.2003-cü il
tarixindən hal-hazıradək "xxxx" ASC-nin kanalizasiya şəbəkələrinin istismarı üzrə qəza-
bərpa işləri üzrə çilingər peşəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi cavabdehin
işlədiyi qəza-bərpa işləri üzrə çilingər peşəsi yuxarıda qeyd olunan yeraltı kanalizasiya
şəbəkələrində daim məşğul olan qəza-bərpa işlərinin çilingərləri peşəsinə uyğun deyil. Bu
səbəbdən də onun güzəştli iş stajı 12 il 6 aydan az (1 il 9 ay) təşkil edir. Araşdırma
zamanı yuxarıda göstərilənlərə əsasən ona xx.xx.2016-cı il tarixindən Dövlət Sosial
Müdafiə Fondunun Nizami rayon şöbəsi tərəfindən qanunvericiliyə zidd olaraq 57 yaşdan
güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edildiyi aşkar olunmuşdur. Qeyd
olunanlara əsasən Fondun Daxili nəzarət departamenti tərəfindən ona xx.xx.2016-
xx.xx.2020-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 11787,87 manat artıq pul
vəsaitinin ödənildiyi müəyyən edilmiş və həmin artıq ödənilmiş pul vəsaitinin büdcəyə
qaytarılması Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala tapşırılmışdır. Həmin artıq
ödənilmiş vəsaitin qaytarılması ilə əlaqədar “Əmək pensiyaları haqqında” Azərbaycan
Respublikası Qanununun 39.1-ci maddəsinin tələblərinə uyğun qaydada yazılı razılığının
Mərkəzi Filiala təqdim edilməsi barədə cavabdehə tərəflərindən xx.xx.2021-ci il tarixli
**********8 nömrəli məktubla müraciət edilmiş, əks halda həmin maddəyə uyğun olaraq
əmək pensiyasından tutulmanın aparılması üçün məhkəməyə müraciət ediləcəyi
bildirilmişdir. Lakin ötən dövr ərzində cavabdeh tərəfindən sözügedən razılıq Mərkəzi
Filiala təqdim olunmamışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası
Qanununun 39.1-ci maddəsinə əsasən artıq ödənilmiş əmək pensiyası və əmək
pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin
edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur.
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə
əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.
İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual
Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış
və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia
ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur.
Cavabdehin iddiaya yazılı etirazı məhkəməyə təqdim edilməmişdir.
Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddia ərizəsinin məzmununa uyğun
izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
Məhkəmə iclasında iştirak edən cavabdeh iddiaya etiraz edərək, iddia tələbinin
təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki,
iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir.
İşin hallarından müəyyən olunur ki, Cavabdeh 57 yaşdan, yəni xx.xx.2016-cı il
tarixindən Dövlət Sosial Müdafiə Fondunun Nizami rayon şöbəsinin xx.xx.2017-ci il tarixli
qərarı ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş və həmin tarixdən
ödənilmişdir. İddiaçıya təyin edilmiş əmək pensiyasının ödənişi xx.xx.2020-ci il tarixdən
dayandırılmış, əmək pensiyasının dayandırılması haqqında xx.xx.2021-ci il tarixli,
**********0 nömrəli qərar qəbul edilmiş, hazırkı iddia üzrə iddiaçı qismində çıxış edən
inzibati orqan cavabdehin pensiya təyin edilməsi üçün güzəştli iş stajına malik olmadığı
halda ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edildiyini, buna görə də
xx.xx.2016- xx.xx.2020-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 11787,87 manat
artıq pul ödənildiyini bildirərək həmin məbləğin geri qaytarılmasını məhkəmə qaydasında
tələb edir.
«İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan


Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında
göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən
şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də,
iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi
dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin
bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).
Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş
iddianın mümkünlüyünü qiymətləndirir.
Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1.1-ci
maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv
edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını,
prinsiplərini və prosedur qaydalarını müəyyən edir.
Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan
Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər
qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti
verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir.
Qeyd olunan normaların tələblərinə görə sözügedən Qanun inzibati orqanlar və ya
qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş fiziki və ya hüquqi şəxslər
tərəfindən publik hüquq sahəsində həyata keçirilən inzibati fəaliyyətə tətbiq edilir. İnzibati
hüquq münasibətləri idarəçilik sahəsində ümumi (publik) hüquq münasibətləri olaraq
dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində yaranır və bilavasitə dövlət
idarəetmə fəaliyyətinin həyata keçirilməsi prosesində inzibati orqanın vəzifə və
səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlıdır. İnzibati məhkəmə icraatı da məhz inzibati
hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. İnzibati mübahisələrin predmetini
inzibati orqanlar tərəfindən ümumi publik hüquq sahəsində qəbul edilmiş və ya qəbul
edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə
münasibətdə faktiki xarakterli hərəkətləri (hərəkətsizliyi) təşkil edir.
İnzibati Prosessual Məcəllənin 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin
həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati
aktları)

ya
hərəkətləri
(hərəkətsizliyi)
nəticəsində
vurulmuş
ziyana
görə
kompensasiyanın ödənilməsi tələbinə dair iddialar inzibati məhkəmə icraatı qaydasında
baxılan iddia növlərindən biri kimi nəzərdə tutulmuşdur.
Məhkəmə qeyd edir ki, sözügedən normada söhbət aşkar surətdə təkcə
vətəndaşın inzibati orqana qarşı iddia qaldıra bilməsindən deyil, ümumi olaraq əmlak
tələbinə dair iddialardan gedir ki, bunlar da həm vətəndaşlar, həm də inzibati orqanlar
tərəfindən qaldırıla bilər.
Beləliklə, məhkəmə hesab edir ki, pensiya ödənişləri ilə bağlı münasibətlər publik
hüquq münasibətlərindən irəli gəldiyindən, tərəflər arasında mülki hüquqdan irəli gələn
münasibətlər olmadığından, artıq ödənilmiş pensiya ödənişinin geri qaytarılması ilə bağlı
tələb inzibati mübahisənin həlli ilə əlaqədar əmlak tələbi olmaqla iddiaçı inzibati orqan
düzgün olaraq inzibati məhkəmə icraatı qaydasında iddia qaldırmışdır. İddia mümkün
iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə
tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati
məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri).
İddia mahiyyət üzrə əsassızdır.
“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun:
-1.2-ci maddəsinə əsasən bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya
hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil
olunur.
-2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik)
hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək
məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən
hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir.


-2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti
əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra
olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə
müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar
daxilində həyata keçirilən fəaliyyətdir.
-67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq
normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi
nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır.
-67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv
olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə
tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə
mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır.
-67.4-cü maddəsinə əsasən qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə
nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər.
-67.5-ci maddəsinə əsasən maraqlı şəxsin məzmununa etimad göstərdiyi və
həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla
qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı
hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin
nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz
əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul
vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq
iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı
hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir.
-67.6-cı maddəsinə əsasən maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması
hüququna istinad edə bilməz:
67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə
nail olduqda;
67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə
inzibati aktın qəbul edilməsinə nail olduqda;
67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq
nəticəsində bilmədiyi halda.
-67.7-ci maddəsinə əsasən bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda
qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə
mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs
xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur.
Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı
müddəalarına uyğun olaraq müəyyən edilir.
-67.8-ci maddəsinə əsasən başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan
maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli
inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan
yaranmış hüquqi nəticələri aradan qaldırmır.
-68.1-ci maddəsinə əsasən qanuni əlverişsiz inzibati akt, həmin aktın ləğv
olunmasının qanunla birbaşa qadağan edildiyi hallar istisna olmaqla, onu qəbul etmiş
orqan tərəfindən tam və ya qismən ləğv oluna bilər.
-68.2-ci maddəsinə əsasən qanuni əlverişli inzibati akt yalnız aşağıdakı hallarda
ləğv edilə bilər:
68.2.1. inzibati aktın ləğvi qanunla birbaşa nəzərdə tutulduğu halda və ya inzibati
aktın özündə bu barədə müvafiq qeyd olduğu halda;
68.2.2. maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan)
istifadə etmədiyi və ya lazımi qaydada və müddətdə istifadə etmədiyi halda;
68.2.3. inzibati aktın qəbulundan sonra yaranmış hüquqi və ya faktiki hallara görə
həmin aktın qüvvədə qalması dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura
bildiyi halda;


68.2.4. inzibati aktın qəbulu üçün əsas olmuş hüquq normasının dəyişməsi
nəticəsində inzibati orqanın həmin aktı qəbul etməməyə haqlı olduğu və maraqlı şəxsin
inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya ona
münasibətdə inzibati aktla təminat verilmiş öhdəliklər yerinə yetirilmədiyi və ya həmin
aktın qüvvədə qalmasının dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi
hallarda.
-68.3-cü maddəsinə əsasən qanuni inzibati aktın ləğv olunması onun qüvvəyə
mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır.
-68.4-cü maddəsinə əsasən qanuni inzibati akt, həmin aktın ləğv olunmasını
şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər.
Məhkəmə qeyd edir ki, inzibati orqan qüvvədə olan və mübahisələndirilə bilməyən
əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir
halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövqeyinə
görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat
aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən
halların mövcudluğunu müəyyən etməyə borcludur. Bu zaman inzibati orqan tərəfindən
şəxsin həmin inzibati akta etimad hüququnun mövcudluğu, şəxsin etimadının qanunla
qorunub-qorunmadığı da “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5-
67.13-ci maddələrinin müddəaları baxımından yoxlanılmalıdır. İnzibati orqan yalnız bu
halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya
inzibati aktın ləğvi və ya dəyişdirilməsindən imtina barədə qərar (inzibati akt) qəbul
etməyə haqlıdır.
Nəzərə almaq lazımdır ki, şəxsə ödənilmiş vəsaitin geri tələb olunması onun
iqtisadi maraqları sferasına və əmlak hüquqlarına müdaxilə ilə bağlı olduğu üçün inzibati
orqan həmin pensiyanın təyin olunması barədə qərarın qəbulu ilə nəticələnmiş inzibati
icraatı təzələməyə, icraat çərçivəsində pensiyanın artıq ödənilib-ödənilməməsini və
bunun səbəblərini müəyyən etməyə, etimad hüququnun qorunması prinsipinin tələbləri və
“İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5-67.13-ci maddələrinin
müddəaları baxımından həmin məbləğin tələb edilməsinin mümkünlüyünü yoxlamağa və
yalnız bundan sonra şəxsin razılığı və ya məhkəmə qaydasında geri tələb edilən məbləğ
barədə qərar qəbul etməyə haqlı ola bilər. Hazırkı iş üzrə iddiaçı inzibati orqanın qeyd
edilən tələblərə riayət edərək inzibati icraatı apardığı müəyyən olunmur.
Hər bir halda məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hazırkı inzibati məhkəmə
mübahisəsinin həlli, yəni artıq ödənilmiş əmək pensiyası məbləğinin geri qaytarılmasının
qanuni hesab edilib-edilməməsi iddiaçının istinad etdiyi pensiyanın təyin edilməsi barədə
inzibati aktın qanuni və qanunsuzluğundan öncə, bu aktın əliverişli və ya əliverişsiz
inzibati akt olub-olmamasını, bu aktın ləğvinin yarada biləcəyi hüquqi nəticələrin
araşdırılmasını tələb edir. Pensiya məbləğinin geri qaytarılması pensiya təyin edilməsi
barədə qərarın qanuni hesab olunmasına əsas yaratmadığı kimi, pensiya təyinatı barədə
qərarın qanunsuz olması əsası da ödənilmiş vəsaitin birmənalı olaraq geri qaytarılmasını
tələb etməyə əsas vermir.
Yuxarıda qeyd olunan normalara əsasən müəyyən olunur ki, qanunvericilik
qanunsuz əliverişli inzibati aktın ləğv olunmasına icazə verir, lakin həmin aktın yaratdığı
hüquqi nəticələrin aradan qaldırılmasını müəyyən hallarla şərtləndirir:
- maraqlı şəxs etimad hüququna istinad etmək imkanına malikdirmi;
- başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət
maraqlarına və ya ictimai maraqlara ziyan vurma halı mövcuddurmu;
- maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə
etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı
təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı ehtimalı varmı.
Hazırkı məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun “X.Mustafayevanın
şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral
2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına
uyğunluğunun yoxlanılmasına dair” 19 noyabr 2021-ci il tarixli Qərarında ifadə olunmuş,


etimad hüququnun inzibati icraatın təməl prinsiplərindən biri qismində çıxış etməsi ilə
bağlı hüquqi mövqeyinin nəzərə alınmasını zəruri hesab edir.
Qərarda qeyd edilmişdir ki, “... etimadın qorunması prinsipinin mahiyyətinə görə,

Yüklə 147,12 Kb.

Dostları ilə paylaş:
  1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin