4.Marketinqin idarə edilməsinin prinsipləri Tələbələr bu mövzunu mənimsəməklə marketinqin idarə edilməsinin mahiyyəti, məqsədi, funksiyaları və marketinq idarəetmə prosesi ilə tanış ola biləcəklər. Deyilənlərlə yanaşı, mövzu ilə tanışlıq marketinq idarəetmə konsepsiyalarının mahiyyətini başa düşməyə, hər bir konsepsiyanın tətbiqi şəraitinə aydınlıq gətirməyə imkan verir. Mövzunu mənimsədikdən sonra tələbələr marketinqin idarə edilməsi üzrə hər bir mərhələdə hansı tədbirlərin reallaşdırılmasını aydın dərk edə biləcək və bu tədbirlərin həyata keçirilməsinə dair düzgün qərar qəbul edə biləcəklər.