Marketinqin idarə edilməsinə institusional yanaşmada marketinqin idarə edilməsinə bu fəaliyyətə rəhbərliyi həyata keçirən menecerlər və ya menecer qrupuna verilmiş hüquq və səlahiyyətlərin, həmçinin vəzifələrin ayrı-ayrı işçilər və işçi qrupları arasında bölüşdürülməsi üzrə idarəetmə vasitəsi kimi baxılır.
Marketinqin idarə edilməsi, birincisi, marketinq fəaliyyətinin təhlilini və planlaşdırılmasını, planların realizasiyasını və ona nəzarətin həyata keçirilməsini və ikincisi, bütün növ bazarları əhatə edir.
Marketinqin idarə edilməsinin əsas vəzifəsi mübadilədə iştirak edən bütün tərəflərin, subyektlərin tələbatının ödənilməsinə, heç olmasa onların rəğbətini qazanmağa nail olmaqdır.
Marketinqin idarə edilməsi prosesi: 1) müəssisənin bazar imkanları-
nın təhlilini; 2) məqsəd bazarlarının seçilməsini; 3) marketinq kompleksinin, yəni marketinq-miksin hazırlanmasını və 4) marketinq tədbirlərinin həyata keçirilməsini əhatə edir.
Marketinqin idarə edilməsinin (menecmentin) aşağıdakı fəaliyyət istiqamətləri vardır:
1. Təhlil. Bura:
a) marketinq informasiya sisteminin konsepsiyasının və elementlərinin, marketinq kəşfiyyatının təşkili vəziyyətinin, marketinq qərarlarının himayə edilməsinin və marketinq tədqiqatları sisteminin təhlili;
b) marketinqin müəssisədən kənar mühitinin - mikromühit və makromühit amillərinin təhlili;
c) son istehlakçılar bazarının və istehlakçıların davranışının - istehlakçı davranışı modelinin, istehlakçı davranışına və məhsul alınmasına dair qərarların qəbul edilməsinə təsir edən amillərin təhlili;
ç) işgüzar və institusional bazarların və istehlakçı müəssisələrin davranışının, istehsal təyinatlı məhsullar bazarının və dövlət orqanları bazarının tədqiqi;
d) rəqiblərin təhlili - rəqiblərin aşkar edilməsi, onların məqsədinin və strategiyasının, sayının və imkanlarının, habelə zəif və güclü tərəflərinin müəyyənləşdirilməsi və qiymətləndirilməsi və s. aiddir.
Dostları ilə paylaş: |