İkinci qrup prinsiplərə aşağıdakılar daxildir:
informasiyaların yetərliliyi prinsipi;
maddi və mənəvi stimullaşdırma prinsipi;
məqsədlər üzrə uyğunlaşdırma prinsipi;
informasiya yetərliliyinin ekspert izlənməsi prinsipi;
idarəetmənin kollektivin inkişaf səviyyəsinə uyğunluğu prinsipi.
Taktiki təhlil və layihələndirmə üzrə prinsiplərə aşağıdakılar daxildir:
rəhbərliyin peşəkarlığı prinsipi;
mənfəətlilik və səmərəlilik prinsipi;
idarəetmənin mərkəzləşdirilməsi və qeyri-mərkəzləşdirilməsi prinsipi;
vahid başlanğıc və kollegiallıq prinsipi;
nəzarət prinsipi;
səlahiyyətlərin bölgüsü prinsipi;
təşkilati layihələndirmə və reflektiv davranış prinsipi;
təşkilkati normalaşdırma prinsipi və s.
Nəticə
Marketinqin idarə edilməsi dedikdə məhsul və xidmətlərə tələbin formalaşdırılması, təkrar istehsalının intensivləşdirilməsi, satışın və mənfəətin artırılması üzrə tədbirlərin planlaşdırılması, təşkili, əlaqələndirilməsi, ona nəzarətin, auditin və stimullaşdırılmanın həyata keçirilməsi ilə əlaqədar olan idarəetmə fəaliyyəti başa düşülür.
Marketinqin idarə edilməsi sosial-iqtisadi sistemin bütün səviyyələrində marketinq fəaliyyətinin idarə edilməsinin funksional və institusional mahiyyətini özündə birləşdirir.
Marketinqin məqsədi dedikdə, bu fəaliyyəti həyata keçirməklə müəssisənin nəyə nail olmaq istəməsi, bu fəaliyyət nəticəsində nə əldə etmək istəməsi başa düşülür və sahibkarlıq fəaliyyətinin məqsədləri ilə müəyyən edilir. Buna uyğun olaraq marketinqin məqsədi (məqsədləri) a) strateji (başlıca) məqsədə (və ya məqsədlərə) və b) taktiki (lokal) məqsədə (və ya məqsədlərə) bölünür.
Marketinqin idarə edilməsi prosesində yüksək göstəricilərə nail olunması onun məqsədi, marketinq idarəetmə konsepsiyaları və prinsipləri haqqında geniş təsəvvürə malik olmanı tələb edir.
Ədəbiyyat
1.N.D.Verdiyev. Marketinqin idarə edilməsi, dərs vəsaiti, ATU, 2012
2.Т.П.Данко.Управление маркетингом:Учебник, 2-ое изд., ИНФРА-М,
2001
3.Н.Капон, В.Колчанов, Дж.Макхалберт. Управление маретингом,
СПб.: Питер, 2010
Dostları ilə paylaş: |