Qrup: 1566 Fənn: Hüquq Nəzəriyyəsi



Yüklə 20,97 Kb.
tarix02.01.2022
ölçüsü20,97 Kb.
#46715
Belge (11)


Sərbəst iş N1

Tələbə:Samir İsgəndərov

Fakültə:Hüquq

İxtisasHüquqşünaslıq

Qrup:1566

Fənn:Hüquq Nəzəriyyəsi

Mövzu:Təbii hüquq və pozitivizm nəzəriyyəsinin müqayisəsi

Təbii hüquq və pozitivizm nəzəriyyəsinin müqayisəsi

Pozitiv hüquq konsepsiyasının əsas xarakterik xüsusiyyətlərinin və özünə xas cəhətlərinin tədqiqatçıları, təbii hüquqda olduğu kimi pozitiv hüququn da dünyada yeganə nəzəriyyəsinin olmadığını diqqət mərkəzinə çatdırırdı. Bu iki nəzəriyyənin az olan oxşar əlamətlərindən biridir.

Elmi hüquq ədəbiyyatında normativizm nəzəriyyəsi, hüququn sosioloji nəzəriyyəsi, analitik nəzəriyyə kimi tanınmış nəzəriyyələr hüquqi pozitivizm nəzəriyyəsi əsasında meydana gəlmişdir. Bu nəzəriyyələr əsasında da öz növbəsində pxixoloji nəzəriyyə tarixi hüquq məktəbi və elmi pozitivizmə aparıb çıxaran çoxlu başqa nəzəriyyələr meydana gəlmişdir.

Təbii hüquq nəzriyyəsindən meydana gələnlərə misal olaraq isə neotomist nəzəriyyə dünyəvi fəlsəfi doktrinalar və s. göstərmək olar. Bununla yanaşı təbii hüquqa dair müasir nəzəriyyələr əvvəlkilərdən fərqlənir.

İlk olaraq azadlıq və təbii hüquqların daşıyıcısı olan insan əvvəlki hüquq nəzəriyyələrindən fərqli olaraq artıq digərləri ilə münasibət və əlaqələrdən kənar bir mücərrəd varlıq kimi deyil, çoxlu sayda ictimai münasibətlərin iştirakçısı kimi nəzərdə tutulur. Sosial münasibətlərin iştirakçısı olan insana məxsus olan ayrılmaz hüquq və azadlıqlar sırasında təkcə şəxsiyyətin dövlətdən, cəmiyyətdən, başqa subyektlərdən müstəqilliyini təmin edən şəxsi hüquqlar deyil, siyasi, sosial-iqtisadi hüquq və azadlıqlar da göstərilir. Məsələn: sərbəst toplaşmaq azadlığı, əmək hüququ, siyasi partiyalarda birləşmək hüququ, istirahət hüququ və s. Müasir hüquq nəzəriyyələrində təkcə bir fərdin insanın deyil, onun digər insanlarla birlikdə daxil olduğu icmaların, sosial qrupların, birliklərin də hüquqları təbii hüquqlar sırasına daxil edilir. Elə buna görə də müasir təbii hüquq nəzəriyyələri xalqın öz konstitusiyasını qəbul edərək idarəçilik formasını seçmək hüququndan, millətlərin öz müqəddəratını təyin etmək hüququndan daha geniş bəhs edir. Göstərilən hüquqlar da digərləri kimi, pozitiv qanunvericiliyin əsasını təşkil etməlidir.

Pozitivizm nəzəriyyəsinin bir növü olan neopozitivizm pozitiv hüququn tarixi inkşafının sonrakı dövrlərində meydana gəlmişdir. Neopozitivizm nəzəriyyəsinin təbii hüqüq nəzəriyyəsi ilə əlaqəsi o idi ki, neopozitivizm nəzəriyyəsi təbii hüquqa məxsus olan bir sıra prinsipləri və müddəaları pozitiv hüququn əxlaqi əsasları qismində onun təsiri altına salmağa dəfələrlə cəhdlər etmişdir. Bundan başqa neopozitivizm “qanunyaradıcı” instut kimi dövlət haqqında təsəvvürlərin genişlənməsinə də səylər göstərmişdir. Neopozitivizm “qanunyaradıcılıq” instutunu dövlət təşkilati cəmiyyətlə eyniləşdirici həddə çatdırmağa çalışmışdır.

Bu iki hüquq nəzəriyyəsinin başqa bir oşarlığı da idealist xarakterdə olmalarıdır.Təbii hüquq nəzəriyyəsinin idealist xarakteristikası tamlıqla qəbul olunsa da, pozitvizmdə bu mübahisəli məsələdir. Hələ çox da uzun olmayan bir tarixi zamanda müxtəlif xarici dovlətlərin hüquq ədəbiyyatında həm təbii hüquq nəzəriyyəsinin həm də pozitivizm hüquq nəzəriyyəsinin idealizmlə əlaqəsi qeyd olunmuşdur. R.İyerinq yazırdı: “Paradoksal səslənsə də hüquq-bu, idealizmdir”. Lakin bu da qəbul olunmalıdır ki, əgər həqiqətən də pozitiv hüquqda idealist xarakteri mövcuddursa onda pozitiv hüququn idealizmi tebii hüququn idealizmi ilə müqayisə olunmada son dərəcə azəhəmmiyətli fenomendir

Təbii hüququn öz-özlüyündə deyil, dövlət-hakimiyyətlə, pozitiv hüquqla qırılmaz əlaqədə mövcud olması mümkünlüyü Spinozanın fikirlərində əsas yer tuturdu. Spinoza belə hesab edirdi ki, “təbiətin hüququ” kimi, təbii hüquq ayrıca fərdə,subyektə deyil, “insanlığın bütün nəslinə” xasdır. Spınozanın fikrinə görə, belə hüquq adətən ali hakimiyyət adlandırılır və o, hakimiyyət kimi mütləq surətdə üzərində ümumi razılıqla idarəetmə işlərinin qayğısı qoyulmuş şəxsin əlində cəmləşir.

Bu iki hüquq nəzəriyyəsi arasındakı fərqlər isə əhəmiyyətli dərəcədə çoxdur. Təbii hüquq nəzəriyyəsi hələ e.ə. V-IV əsrlərdən başlayaraq Qədim Yunanıstan və Qədim Romada formalaşmağa başlamışdır. Pozitivizm hüquq nəzəriyyəsi isə IXX əsrin ikinci yarısında formalaşmışdır. Hüququn mənbə və mahiyyətinin açıqlanmasında hüququn pozitiv və təbii hüquqlara bölgüsu əsas kimi götürülür. Təbii hüquq onyektiv şəkildə mövcud olan insanların ədalətlilik, azadlıq haqqında təsəvvürlərini özündə əks etdirən və pozitiv hüquqdan ötrü bir növ nümunə, təməl, etalon rolunda çıxış edən hüququ bildirir. Lakin bundan fərqli olaraq pozitib hüquq məhkəmə qərarlarından, qanunlardan, həmçinin digər mənbələrdə öz əksini tapan hüquq normalarının məcmusundan ibarətdir, pozitiv hüququn mənnəyini dövlət təşlil edir.

Təbii hüquq nəzəriyyəsimin kökləri lap antik dövrlərə gedib çıxır. Həmin dövrün müttəfikirlərinin və filosoflarının əsərlərində belə bir fikir əsas yer tutur ki, yazılı qanunlarda əks olunan pozitiv hüquqla yanaşı, bütün xalqlar və insanlar üçün eyni olan təbii hüquqlar mövcuddur.Düşünülürdü ki təbii hüququn əsasını adalətlilik təşkil edir və bu ədalətlilik nöqteyi nəzərində qüvvədə olan yazılı hüququ qiymətləndirməli idi.

Təbii hüquq nəzriyyəsinə müxalif mövqe tutan hüquqi doktrina kimi hüquqi pozitivizmin əsasını İngiltərədə filosof Jeremy Benthamın ardıcılları qoymuşdur. Onlar idda edirdilər ki, insan davranışının hərəkətvericisi faydalılıq prinsipidir. Jeremy Benthamin ardıcıllarından biri olar ingilis hüquqşünas John Austin həm “Hüquqşünaslığın predmentinin əsaslandırılması” adlı kitabında həm də “Hüquqşünaslıqdan və ya pozitiv hüquq fəlsəfəsindən mühazirələr” adlı kitabında , əsas diqqət ona yönəldilirdi ki, hüquqşunaslığın predmenti pozitiv hüquq olmalıdır. Təbii hüquq inkar edilmirdi həmçinin dövlətin qəbul etdiyi qanunları digər , daha üstün meyarlar vasitəsi ilə qiymətləndirilməsi qəbul olunurdu.

Hüququ pozitivizm hüquq adı ilə yalnız pozitiv hüquq normalarını tanıyan, istənilən hüququ konkret dövr ərzində və konkret cəmoyyət hüdudlarında qüvvədə olan hüqüq normalarına müncər edən və bu zaman adıçəkilən normaların ədalətli olub-olmaması məsələsini kənara qoyan hüquq anlamına dair əsas yanaşmalardan biridir. Hüququ poztivizm təbii hüququ nəzəriyyəsindən çox uzun bir müddət sonra IXX əsrin birinci yarısında Qərbı Avropada sənaye kapitalizminin bərqərar olunması ilə meydana gəlmişdir. Vahid milli bazarın formalaşması bütün ölkə üçün vahid olan hüquq qaydasının əmələ gəlməsini tələb etdi. Bu isə, öz növbəsində, dəqiq və aydın tərzdə ifadə olunan, rəsmi aktlarda əks edilmiş vahid və məcburi hüquqi müddəaların tətbiqini və qanunvericilik qaydasında nizamlanan ictimai münasibətlər dairəsinin genişləndirilməsini tələb edir.

Digər fərqli cəhətlərdən biri, təbii hüquq barəsində təsəvvürlər İlaho iradədən, insan təbiətindən, insan zəkasından və ümumi əxlaq prinsiplərindən irəli gəlir. Lakin mənnəyinin hansı olmasından asılı olmayaraq təbii hüquq insanlara məxsus olan anadangəlmə və ayrılmaz mütləq haqqlardam ibarətdir. Pozitiv hüquq isə dövlət, qanunverici, məhkəmə və s. tərəfindən verilən qanun və qaydalardan ibarətdir

Təbii hüquq ədalətli və əqləuyğundur, müəyyən zaman və məkanla məhdudlaşmır, dövlət sərhədləri ilə bağlı olmadığına görə bütün ölkələrə və xalqlara şamil etmek olar. Amma pozitiv hüququ bütün ölka və xalqlara aid etmək, şamil etmək olmaz. Çünki o dövlət sərhədləri ilə, müəyyən zaman və məkanla məhdudlaşır.

Təbii hüquqla müqayisədə elmi hüquququn ədəbiyyatında pozitib hüququn əsas fərqləndirici xarakteristikaları və cəhətləri içərisində onun dövriyyəyə dövlət tərəfindən müəyyən edilmiş obyektiv hüquqdan törəmə olan subyektiv hüquq anlayışını daxil etməsi gostərilir.

Təbii hüququn özünün spesifik cəhətləri onu pozitiv hüquqdan aydın şəkildə fərqləndirir. Formaları və nöqteyi-nəzərindən nəzərdən keçirilən təbii hüququn mühüm xüsusiyyəti onun məzmununun formal-hüquqi maddi faktiki xarakteridir ki, bu da pozitiv hüquqla müqüyisədə son dərəcə qeyri-müəyyəndir. Təbii hüququn belə məzmununun qeyri-müəyyən xarakteri ən doğru şəkildə təbii hüquq nəzəriyyəsinə dair təsəvvürlərin və doktrinaların xarakterində əks olunur.

Pozitiv hüquqdan fərqli olaraq təbii hüquq özünün xarakteri və təbiəti üzərində heç bir vəhclə obyektivləşdirilməmiş və formal olaraq təşkil edilməmiş hüquqdur. Bu təbii hüququn formaları, yəni ki təbii hüququn daxili ifadəsinin təşkilati və sair vasitələri barəsində danışarkən əsaslanması hər şeydən vacin olan məsələdir. Təbii hüququn əsas mahiyyətini və məzmumunu təşkil edən mühüm tələblər, prinsiplər, ideyalar və bunlara bənzər təbii-hüquqi komponentlər pozitiv hüquqdan fərqli olaraq nizamlayıcı, sistemləşdirici və formak-təşkilati şəkildə çıxış etmirlər



Təbii hüquq pozitiv hüquqla qarşılıqlı formada və qarşılıqlı hərəkətdə mövcud olduğu müddətdə formalaşdırılmamış, şifahi formada çıxış edən və nəsildən-nəslə verilən hüquq formasında çıxış edir.
Yüklə 20,97 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin