Nitq mədəniyyətini əlaqədar olduğu cəhətlərdən biri də ədəbi dilin normalarıdır. Dil və norma bir-biri ilə bağlıdır. "Norma" sözü latın dilindən alınmış termin olub mənasıq ayda, əsas, nümunə deməkdir



Yüklə 21,53 Kb.
səhifə1/2
tarix16.05.2023
ölçüsü21,53 Kb.
#114113
növüQaydalar
  1   2
kommunikasiya prosesinde fonetik hadise ve qanunlar


Nitq mədəniyyətini əlaqədar olduğu cəhətlərdən biri də ədəbi dilin normalarıdır. Dil və norma bir-biri ilə bağlıdır. “Norma” sözü latın dilindən alınmış termin olub mənasıq ayda, əsas, nümunə deməkdir. Norma cəmiyyətdə müəyyən dövrdə mövcud olan dil vərdişlərinin məcmuyu, cəmiyyət üzvlərinin dildən istifadə qaydalarının məcmuyudur. Norma konkret tarixi dövrdə kollektiv tərəfindən qəbulu etiraf olunan, üslublar arasında nüvafiq şəkildə paylanan və onları təmin edən dil faktlarının müəyyən qanun dairəsində cəmləşən təzahürüdür. Norma tarixi kateqoriyadır. Nitq mədəniyyətinin elm və tədris fənni kimi mövcudluğu dilimizin strujturunun bütün səviyyələrdəki normalarının formalaşması ilə əlaqədardır.
Əgər dilin fonetik, leksik və qrammatik normaları formalaşmasa idi, təbii ki, bu gün ədəbi dilimizdən və nitq mədəniyyətindən danışa bilməzdik. Deməli, dilin normaları olmadan ədəbi dil, ədəbi dil olmadan nitq mədəniyyəti yoxdur. Nitq mədəniyyəti yüksək inkişaf səviyyəsinə çatmış, dilin qanunauyğunluqları ilə tənzimlənən sabitləşmiş qaydlar sisteminə əsaslanır. Nitq mədəniyyətinin normaları yazılı və şifahi nitqin qaydalarından törəmişdir.
Ümumxalq danışıq dilində, dialket və şivələrdə normalar sabit qalmır. ədəbi dilimizdə isə dielakt və şivələrdən, eləcə də onların əsasında formalaşıb təşəıkkül tapmış xalq danışıq dilindəkindən fərqli olaraq hamının qəbul etdiyi nümunəvi normalar vardır. Qmumxalq dilində bəzən bir anlayışın ifadəsi üçün qəbul edilmiş sözün bir neçə variantına rast gəlirik.
Məsələn, “qaçmaq” mənasında “götürülmək”, “daban almaq”, “mıx” əvəzinə “mismar”, “qadax” və başqa sözlərin bir neçə adla işlənməsi mövcuddur. Amma ədəbi dildə onlardan biri, daha doğrusu, fonetik prinsipə uyğun olmaqla ölkəmizin əksər yerlərində işlənən forma əsas götürülmüşdür,q alanları dialektt sözləri kimi yaşayır, aid olduğu yerlərdə ədəbi dildəki variantı ilə paralel işlənir, dialektoloji lüğətlərdə təsbit olunur. Nitq o zaman düzgün, gözəl, təsirli olur ki, işlədilən sözlər fonetik normalar daxilində yazıya və tələffüzə yararlı olur, cümlələr qrammatik normalara cavab verir. Normalar isə təkcə bədii, elmi, publisistik və rəsmi-kargüzarlıq üslublarında möhkən nümunəvi dil qaydalarını deyil, dilin lüğət tərkibini, sözlərin leksik-semantik mənasını, onların tələffüz və yazı işini formalaşdırır, dilin özünün strujturu və sistemindəki obyektiv qanunauyğunluqları da tənzimləyir. Norma təkcə təbiətdə və cəmiyyətdə deyil, eləcə də dildə mövcuddur.
Norma qanuna salınmış və hamı tərəfindən qəbul edilmiş məcburi qaydalardır. Əlbəttə, dil ictimai hadisə kimi dəyişib inkişaf etdiyi kimi, dil normaları da dəyişir və təkmilləşir.
“Fonetika” yunanca “phonetike” sözündən olub, “səsə aid” deməkdir, “dilin səs quruluşu”, “səs tərkibi” mənasındadır. Dilçiliyin bir bölməsi olan fonetika dilin səs sistemini, səs qanunlarını öyrənir. Bir az da əhatəli desək, fonetika dil səslərinin dəyişməsini, səs-fonem problemini, heca, vurğu, intonasiyanı, fonetik qanun və hadisələri araşdırır, nizama salır. ədəbi dilin səs sistemi müəyyən normalar əsasında tənzimlənir. Sözlər ümumxalq dilində müxtəlif şəkildə deyilsə də, dədəbi dildə ancaq bir variantda tələffüz olunur və yazılır. Sözün ədəbi dildəki tələffüz qaydası orfoepik norma, yazılış qaydası isə orfoqrafik norma adlanır. Orfoepik və orfoqrafik normalar birlikdə dilin fonetik quruluşu ilə müəyyənləşir və fonetik normanı təşkil edir. Deməli, sözün düzgün tələffüzü və düzgün yazılışı fonetik norma daxilindədir. Orfoqrafiya qaydaları aşağıdakı xüsusiyyətlərə malikdir:
Orfoqrafiya qaydaları ümumi razılaşmaya, ümumxalq sorğusuna əsaslanır:

  1. Bu qaydalar vahiddir, hamı, ümumi razılaşmaya, ümumxalq sorğusuna əsaslanır;

  2. Orfoqrafiya yazıda ikiliyin qarşısını alır;

  3. Orfoqrafiya qaydalarının əsası sabitdir;

  4. Qaydalarda müəyyən şərtiliyə yol verilir.

Orfoqrafiya ilə orfoepiya arasında fərqi aradan qaldıran, onları bir-birinə yaxınlaşdıran fonetik prinsipdir. Dilimizdə bir sıra sözlərin tələffüzü ilə yazılışı arasında müəyyən fərqlər mövcuddur. Elə sözlər vardır ki, onları tələffüz edildiyi kimi yazmaq, yaxud yazıldığı kimi tələffüz etmək səhvdir. Beləliklə, fonetik norma iki formada özünü göstərir: sözün düzgün tələffüz forması (orfoepiyası) və düzgün yazılış forması (orfoqrafiyası).
Orfoqrafiya qaydaları tərtib olunarkən üç prinsip əsas götürülür: fonetik, morfoloji və tarixi-ənənəvi prinsip.
Orfoqrafiya qaydaları aşağıdakı xüsusiyyətlərinə görə başqa qayda və normalardan fərqlənir: 1) Orfoqrafiya qaydaları ümumi razılaşmaya, ümumxalq sorğusuna əsaslanır. 2) Bu qaydalar vahiddir, hamı, hər bir azərbaycanlı üçün birdir. 3) orfoqrafiya yazıda ikiliyin qarşısını alır. 4) Orfoqrafiya qaydalarının əsası sabitdir. 5) Qaydalarda müəyyən şərtliyə yol verilir.
Dilimizdəki rus və Avropa mənşəli sözlərin müəyyən hissəsi mənbə dillərin orfoepik normalarına uyğun tələffüz olunur, müəyyən qismi isə Azərbaycan dilinin spesifik normaları əsasında tələffüz edilir. Bu sözləri yazılış və tələffüzcə iki əsasa qrupa ayırmaq olar. 1) rus dilinin orfoepik normalarına uyğun tələffüz edilən alınmalar. Bunları üç hissəyə bölmək olar. a) rus dilində tələffüzü yazılışından fərqlənməyənlər.: bint, traktor, temp, fakt, rayon, mexanik, elektrik, orqan, maqnit, matros və.s. b) rus və azərbaycan dillərində yazılışca fərqlənən sözlər: rus dilində - apparat, ballon, massaj, kasseta, şosse, kristall, qramm, Azərbaycan dilində - aparat, balon, kaset, masaj, şose, kristal, qram və.s c) həm mənbə dildə, həm də Azərbaycan dilində yazılışı ədəbi tələffüzdən fərqlənən sözlər. Moskva-Maskva, roman-raman, komediya-kamediya və.s.
2) dilimizin tələffüz normalarına uyğun tələffüz edilən və yazılan alınma sözlər.
Rus dilində Azərbaycan dilində
Planeta, apteka, vedro planet, aptek, vedrə
Orfoqrafiya qaydaları bir neçə hissəyə bölünür.

  1. Kök və şəkilçidəki səslərin hərflə ifadəsinə dair qaydalar

  2. Mürəkkəb sözlərin bitişik, yarımbitişik (defislə) və ayrı yazılmasına aid qaydalar.

  3. Sözlərin baş hərflərinin böyük yazılmasına aid qaydalar.

  4. Sözün hissəsinin sətirdən-sətrə keçirilməsinə dair qaydalar.

  5. İxtisar edilən sözlərin və qısaltmaların yazılışına aid qaydalar

İxtisar olunmuş sözlərin yazılışında aşağıdakı prinsiplərdən istifadə edilir.

  1. İnisial prinsipı: Sözün ancaq ilk hərfinin yazılması inisal prinsip adlanır. Məs. q (qəpik), m (manat), h (hissə) və.s

  2. Suspenziya prinsipi: Sözün yalnız birinci hərfi deyil, onun bir hissəsinin yazılması prinsipinə suspenziya deyilir. Məs. prof. (professor), dos (dosent), yol (yoldaş), akad (akademik)

  3. Kontraksiya prinsipi: Sözün ortasındakı hərfləri ixtisar edərək yazmaq prinsipi kontraksiya adlanır. Məs. f-ka (fabrik), d-r (doktor), z-d (zavod) və.s.

Orfoepik qaydaların müəyyənləşdirilməsində aşağıdakı prinsiplər əsas götürülür.
1. Fonetik prinsip. Bu prinsipə görə orfoepik qaydalar geniş xalq kütləsinin malik olduğu ümumxalq dilinə tamamilə uyğun olmalı, onun tələblərinə cavab verməlidir. Söz və qrammatik formaların əksəriyyət tərəfindən işlədilən tələffüz şəkli orfoepiyada norma kimi əsas götürülür. Məs. Felin şərt şəklinin hekayəsi nitqdə bir neçə variantda tələffüz olunur: görsəydim, görsöydüm, görseydim. Görseydim tələffüz şəkli orfoepiya baxımından məqbul sayılır və norma kimi qəbul edilir. Başqa bir misal. Sonu a, ə saitləri ilə bitən çoxhecalı sözlərə əvvəlində bitişdirici j samiti olan müəyyən şəkilçilər qoşulduqda həmin saitlər ahəng qanununa uyğun olaraq i, ı, u, ü saitlərindən birinə çevrilərək tələffüz olunur. Məs. Meşəyə-meşiyə, arabaya – arabıya, oyna –oynuyar, söyləyir – söylüyür və.s. Əksəriyyətin işlətdiyi bu tələffüz şəkli də dilimizdə orfoepik qayda kimi məqbul sayılır.
2. Morfoloji prinsip. Bu prinsipin tələbinə görə canlı danışıqda (xüsusən dialektlərdə) bir neçə formada işlədilən tələffüz variantlarından biri orfoepik norma baxımından məqbul sayılır. Məs. ev, əv, öy, dəyil, deyil, değil, döyür kimi tələffüz şəkillərindən ev, deyil düzgün sayılır və orfoepik norma kimi qəbul edilir.
3. Qrafik prinsip. Bu prinsipə görə dildə sözün iki tələffüz şəklindən daha tipik olanı – orfoqrafiyada işlədilən forması orfoepiyada əsas götürülür. Məs. darvaza – dərvaza, xalça – xəlçə, qəbul – qabul və.s sözlərin birinci variantı tələffüz üçün düzgün sayılır.
4. Mənbə dilin tələffüz qaydalarına əməl etmək.
Tələffüzdən danışarkən tələffüz üslublarına da diqqet yetirmək lazımdır.

Yüklə 21,53 Kb.

Dostları ilə paylaş:
  1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin