Dialekt və şivələrimizin lüğət tərkibindəki sözlər də uzun əsrlərin məhsuludur. Zaman keçdikcə bir sıra sözlər ədəbi dilin lüğət tərkibindən çıxdığı halda, dialekt və şivələrimiz həmin sözləri uzun müddət saxlayır və yaşadır. Bubaxımdan Azərbaycan dilinin də dialekt və şivələri zəngin lüğət tərkibinə malikdir. S.Rəhimovun əsərlərinin lüğət tərkibində tarixi dövrlərin izlərini göstərən etnoqrafik dialketizmlər işlədilmişdir. Bunlar, əsasən, köhnə ay adlarında, köhnə təsərrüfatla bağlı olan sözlərdə, qohumluq münasibətlərini bildirən adlarda və.s özünü göstərir:1) Köhnə ay adları. S. Rəhimovun “Saçlı” romanında 2 köhnə ay adına rast gəlinir: quyruq doğan ay; qışın çilləsi. Çillə sözünü yazıçı əsərdə 2 cümlədə işlətmişdir:... Mən öz ailəmlə bu sərt qışlı dağların ətəyində bizim klubun hicra guşəsində qışın çilləsində donardım (Ic., s.229). ... Zamanın hökmü belədir, qışın çilləsində yayın gününü doğuzdurmaq olmaz! (IIc., s.71).Bu sözə dialekt və şivələrdə “böyük çillə və kiçik çillə” formasında təsadüf olnur. Çillə sözü Quba dialektində həm qış, həm də yay fəslinə aid edilir (2, s.279). Çillə sözü ümumiyyətlə, qış məhfumu ilə bağlıdır. Məsələn, “Çillə hələ girməyib” cümləsində qışın girmədiyi, başlanmadığı ifadə olunur. Lakin maraqlı burasıdır ki, Quba dialektində çillə sözü yay fəslinə də aid edilir, onun müəyyən dövrünü bildirir. Məsələn “Yayın çilləsində...”. Burada quyruğdoğan ifadəsi də işlənilir. Quyruq doğan ay. Yazıçı aşağıdakı cümlədə işlətmişdir: Köçəri dili ilə deyilsə, “quyruq doğub” (II c., s.68). H.Mirzəyev yazır ki, quyruqdoğan ay (quyruk döğən ay) – Avqustun ikinci yarısı. Ordubad rayonunun Nüsnüs kənd şivəsində “qurux doğan ay”, “yayın axır ayı” (6, s.279).2) Qohumluq münasibətini bildirən dialektizmlər. S. Rəhimovun əsərlərinin dilində qohumluq münasibətini bildirən bir sıra sözlərə təsadüf olunur. Bunlar aşağıdakılardır:Dədə romanda ata mənasında işlənir: - Ata, qurban olum. ...qurban olum, dədə! [III c., s.120]. Bu söz Şamaxı, Bakı dialektlərində və Lənkəran şivəsində də ata mənasında işlənir [7, s.326]. Onu da qeyd edək ki, dədə sözü qədim Azərbaycan dilində “böyük, ulu, el ağsaqqalı” mənalarında
işlənmişdir [4, s.270].Yeznə əsərdə aşağıdakı cümlələrdə işlənmişdir: O biri tərəfdən də Göyçənin ata tərəfi
Yarməmmədə kömək edər, - biz qoymarıq yeznəmiz korluq çəksin [IIc, s.29].Yeznə-kürəkən. Bu sözə eyni mənada digər dialekt və şivələrimizdə də təsadüf edilir [3, s.115]. Qubadlı şivələrində “bacının əri” mənasında işlənir (4, s.118).M.Kaşğarinin lüğətində yezna (7, 260). şəklində “böyük bacının əri” mənasında qeydə alınmış həmin termin L.A.Pokrovskayanın yazdığına görə, başlıca olaraq qıpçaq tipli türk dillərində, qismən də başqa türk dillərində eyni mənada işlənir (8,s.64-65). Yeznə sözü qırğız dilində “jezde”, başqırd dilində “eznə” şəklində ifadə olunur.Dadaş. Əsərdə Meşinovun dilində işlədilmiş bu söz dosta müraciət mənasındadır: - Axı, nə barədə, dadaş? – deyə Meşinov dostuna tərəf əyildi [I c., s.87]. Bu söz Ağdam, Göyçay, Qusar, Lənkəran, Ordubad, Şamaxı, Yardımlı, Zəngilan şivələrində 3 mənada işlənir:1. Ata (Zəngilan) – Bizdə dədə də derix, dadaş da derix; 2. Böyük qardaş (Ordubad); 3. Dayı (Yardımlı) [3, s.116]. Göründüyü kimi, bu söz S.Rəhimovun əsərlərində şivələrimizdən fərqli mənada işlənmişdir.Günü. “Kişinin ikinci arvadına verilən ad” mənasında olan bu söz əsərdə aşağıdakı cümlədə işlədilmişdir: Mənsub hansı ağzı sulandırmayıb, hansı müavini sədrinə günü eləməyib [II c., s.106]. Mətndən anlaşılır ki, bu söz “rəqib” mənasında işlənmişdir. Türk dillərində günü sözünə qırğız dilində günü, qazax dilində gündez, başqırd dilində köndəz formalarında rast gəlinir [4, s.271].Bəbə. “Körpə uşaq, çağa” mənasında bu söz əsərdə aşağıdakı cümlədə işlədilmişdir; Təzədən yüz yaşına dönüb bəbə olamyacaq ki? [II, s.297]. Bakı dialektində bebə fonetik variantında təsadüf olunur: Mən belə görürəm ki, məni qorxıdırsan [3, s.39]. Gəncə, Füzuli, Kürdəmir, Qazax, Masallı, Mingəçevir, Naxçıvan, Oğuz, Şəki dialekt və şivələrində bu söz 2 mənada işlənir: 1. körpə uşaq, çağa. – Sən də bəbəsən (Füzuli); - Onun bəbəsi yaman göyçəkdi (Kürdəmir); - Gözünüz aydın, eşitdim sizə təzə bir bəbə gəlir (Oğuz); 2. gəlincik (Gəncə). – A qızım, ala sa bir yaxşı bəbə almışam [3, s.41].Qağa. Əsərdə “...iştahsız nə aparar, Qəşəm qağa?” [I c., s.241] cümləsində işlədilən bu sözün dialekt və şivələrdə müxtəlif mənaları mövcuddur. Bu söz Qazax dialektində, Tovuz, Ağdam, Şirvan, Əli Bayramlı şivələrində qağa, Füzuli, Oğuz rayonu şivələrində qa formasındadır və bu söz “ata, böyük qardaş” mənalarında işlənir. Dərələyəz mahalında “ata” mənasında ağa sözü də işlənir. Dərələyəzin Qovuşaq kəndində bəzi evlərdə uşaqlar atalarına ata//atta deyirlər. Quba dialektində bu sözə “aba” formasında rast gəlinir [2, s.270]. Qubadlı şivələrində ataya, əmiyə, dayıya, əmoğluya, dayoğluya, biboğluya, mamoğluya “qağa” – deyə müraciət edirlər (4, s.118).3) Yemək adlarından ibarət dialektizmlər. İnsanlar yarandığı gündən onları ilk növbədə yemək-içmək, öz tələbatlarını ödəmək üçün qida məhsulları əldə etmək məsələsi düşündürmüşdür. Çünki yemək insanların yaşaması üçün ən vacib faktorlardan biri olmuş və bunsuz insan cəmiyyətinin indiki inkişaf səviyyəsinə gəlib çatması, maddi nemətlər istehsal etməsi qeyri-mümkün olardı. Elə buna görə də demək olar ki, qida məhsullarının əldə edilməsi insan cəmiyyətinin tarixi qədər qədimdir. Yemək adlarının tədqiqi xalqın tarixi, adət və ənənəsi, məişəti, keçmiş yaşayış tərzi haqqında geniş və dolğun material verir. Bu mənada S.Rəhimovun yemək adları ilə bağlı əsərlərində işlətdiyi dialektizmlərin tədqiqi olduqca vacibdir. Yazıçı yemək adları ilə bağlı aşağıdakı dialektlərdən istifadə etmişdir: qovurğa, fətir, ağartı, kömbə, hoppa, əppək, xamraşı, xəşil, qurut, saçarası, şoq, şilə, cad və s.Şilə. Bəzi bölgələrdə bu xörək adına “şiləaşı” da deyirlər. Qərbi Azərbaycanın Amasiya rayonunda yarmadan hazırlanmış xörək “şiləaşı” adlanır (3, s.469). Qarabağ bölgəsində şilə xörəyi düyüdən hazırlanır. S.Rəhimov da “Üzsüz qonaq” hekayəsində bu mənada işlətmişdir: Bir balaca düyülü olsa bəd olmaz! – Yanı şilə? (8 c., 55).Şirə. Dialektoloji lüğətlərdə “çay qırağında qumluqdan süzülüb çıxan duru su” (Zəngilan) mənasında izah edilir (2, s.469). Yazıçı “Üzsüz qonaq” hekayəsində bu sözü tamamilə başqa mənada işlətmişdir. “-Bal” mənasında. Aşağıdakı cümlədə “şirə” sözü “bal” sözünün sinonimi kimi işlənmişdir. “-Bilmirəm bizdə də heç bir şirə varmı? – deyə Ocaqqulu arvadının üzünə baxdı. – Ay arvad, o küpənin dibində o palıd balından bir xəşillik varmı? (8 c., s.56).Cad. Yazıçının hekayələrində (8 c., s.136) işlənən bu dialektizmin mənası “darı çörəyi” (4, s.117) mənasındadır. Qubadlı şivələrində müşahidə edilən termin səciyyəli sözdür (4, s.117).Qovurqa. Əsərdə ... – məktəb qovurqadır məgər cibinə tökəsən? [II c., s.82] cümləsində işlədilmişdir. Bəzi bölgələrdə bahar bayramında sacın içərisində buğda qovururlar. Cəbrayıl şivəsində qovurğa sözü işləkdir. Buğdanı sajın üstə qovururlar. olur qovurqa.Fətir. Əsərdə “... ağartısız uşaqlarımız dolanmaz” cümləsində işlədilmiş bu sözün mənası “inəkdən, qoyundan, camışdan, keçidən alınan süd və qatıq məhsulları” deməkdir. Lüğətlərdə Ağdam şivəsində işləndiyi göstərilir (3, s.18).Kömbə. Əsərdə “... hazırca kömbə tapanlar haradan başa düşər ki, hansı şey haradadır [II c., s.199] cümləsində işlədilmiş bu sözün mənası “yağda un ilə bulamadan və ya yumurtadan bişirilmiş yemək növü” (Qazax) deməkdir [11, s.253].Horra. Əsərdə “... baxanda işləyə elə bil horradır axır...” [II c., s.442] cümləsində işlədilmişdir. Cəlilabad şivəsində balqabaqdan hazırlanır duru xörək adıdır [3, s.228]. Xanlar və Tovuz rayonlarında tərkibində yağı az olan və ya yaxşı qaynadılmayan ayrandan əmələ gələn pis keyfiyyətli şora deyirlər [1, s.227]Əppək sözü yazıçının hekayətlərində “çörək” mənasında işlənmişdir: “Həm əppəklərini yeyib, sularını içib, allaha şükür edib, sonra da yıxılıb yatırdılar (8 c., s.138). “Azərbaycan dialektoloji lüğəti”ndə bu sözün 2 mənası göstərilir: Ağdam, Bolnisi, Gədəbəy, Göranboy, Qarakilsə, Mingəçevir, Şəki, Tovuz, Yevlax dialekt şivələrində “çörək”, Zəngilan şivəsində isə “aşığın hamar tərəfi” mənalarında qeydə alınmışdır (3, s.174-175).Xamralı. Yazıçının “Üzsüz qonaq” hekayəsində “Şordan, şoqdan, caddan, xamralıdan-zaddan...” cümləsində işlətdiyi bu dialekt sözünün mənası “sacda bişirilən çörək” (6, s.219) mənasındadır.Xəşil. Bu sözə dialekt və şivələrimizdə “xəşil-xaşıl-xasıl” formalarında “xəmir xörəyi” mənasında rast gəlirik (6, s.219). Yazıçı bu dialektizmi eyni mənada “Üzsüz qonaq” hekayəsində işlədir: “Vallah, bir xəşil olsa heç bəd olmaz” (8 c., s.56).Qurut. Bu sözə yazıçının “Küp qarısı” hekayəsində 9 dəfə rast gəlirik. Hekayədə “... qarı gözlərini qurut kimi ağardıb” (8 c., s.125) cümləsində “qurudulmuş, dəyirmişəkilli süzmə” mənasında işlədilmişdir. Onu da qeyd edək ki, Qazax, Şahbuz, Ordubad dialekt və şivələrində də eyni mənada işlədilir.4) Geyim adları ilə bağlı dialektizmlər. S.Rəhimov əsərlərində geyim adları ilə bağlı maraqlı dialekt sözləri işlədilmişdir. Bunlar aşağıdakılardır:Laçın sözü əsərdə “ev ayaqqabısı” mənasındadır: O, boz şinelinə bürünmüş, cod qəzilli ayaqlarına yastıdaban lançın keçirmişdi [I c., s.248]. Bu sözə Ağsu, Gəncə, Qazax, Lənkəran, Sabirabad, Şəki dialekt və şivələrində lapçın şəklində təsadüf edilir (3, s.284). Lapçın sözünə eyni şəkildə Ağsu, Qafan, Lənkəran, Sabirabad, Şahbuz, Şamaxı dialekt və şivələrində [3, s.256] rast gəlinir: Lapçını – Lapçını gəti! (Qafan); - Xeyrənsə lapçını itirib (Sabirabad); -Başmaqçiyə üç cüt lapçın tapşırdımArxalıq sözü “Üzsüz qonaq” hekayəsində “yaxası düymələnən, uzun ətək paltar” mənasındadır. Bu sözə Bakı, Şəki, Qazax, Gəncə, Şuşa dialektlərində müşahidə olunur: - Koxa əlini döşünə atıb, möhürü arxalığının cibindən çıxardıb, İmamquluya tərəf tutdu (8 c.. s.61). Daqqa sözü “Üzsüz qonaq” hekayəsində “qaragül dərisindən papaq” mənasında işlənmişdir: - Yüzbaşıdan qalma göy mahud çuxasını geydi, daqqa divan papağını başına qoydu (8 c., s.72). Lüğətdə bu sözün dialekt və şivələrimizdə 4 mənada işləndiyi göstərilir: 1. neft, mazut və su qabı (Kürdəmir, Qazax, Şəmkir, Tovuz); 2. buğda, arpa saxlamaq üçün taxtadan, ağacdan hazırlanmış qab, boçka (Gəncə, Qax, Şəki); 3. lovğa, ədabaz (Bərdə, Hamamlı, Qazax, Yevlax) (3, s.117-118).Dizlik. Lüğətlərdə qeydə alınmayıb. “Dizə qədər uzanan corab” mənasındadır. Bəxti ömründə heç bir dizlik geyməzdi (8 c., s.166).Qılıcı. Bu söz də lüğətlərdə qeydə alınmayıb. Mənası “qılınc kimi düz şalvar” deməkdir: Arvadına yer saldırdı, özü də tüklü qılıcı şalvarda yerə girdi (8 c., s.166).Patava “corabın üstündən ayağa bükülən yun parça” mənasında “Malyeməz” hekayəsində işlənmişdir: -Bəxtinin çarıq-paltavası islandı. Bu dialektizm lüğətlərdə qeydə alınmayıb.Bafta sözü dialektoloji lüğətdə 2 mənada qeydə alınmışdır: 1. əlvan parçadan tikilən haşiyə (Qazax); 2. zərli parça adı (Hamamlı) [3, s.27]. Bu söz əsərdə aşağıdakıcümlədə işlədilmişdir: Göyçək üst tumanının ayağına enli qara bafta tutardı [II c., s.29].Yaşmaq sözü əsərdə “qadınların ağzını, burnunun və üzünün bir tərəfini gizlətmək üçün başlarına saldıqları yaylıq, örtüyün bir hissəsi, örtük” mənasındadır: Qara kalağayısını başına atdı, üzünə xırda yaşmaq tutdu [I c., s.304]. Bu söz Azərbaycan dilinin qərb qrupu dialekt və şivələrində “yemşək//yaşmax” formasındadır [3, s.188]Qırdıma sözü əsərdə “gödək” mənasındadır: - Öyrənərəm, öyrənərəm, ay Xanım bacı öyrənərəm, -deyə qırdıma tuman Gülöymə fır-fıra kimi fırlanırdı[I c., s.69]. Bu söz Cəbrayıl şivəsində “gödək” mənasında işlənir. –Sumuzar bir qızdırma don tikif [3, s.330]Botin sözü əsərdə “qısa böğazlı və ya boğazsız ayaqqabı” mənasındadır: Qulam müəllim botinlərinin dabanları əyilmiş bu uşaqlara daim belə baxırdı [III c., s.15]. Bu da fransız dilinə məxsus söz olub,ədəbi dilimizdən şivə və dialekt kimi yayılmışdırQanavuz sözü əsərdə “parça növü” mənasındadır. Lüğətlərdə qeydə alınmamışdır. Yazıçı aşağıdakı cümlədə işlətmişdir: O, ağ köynəyi üstündən qırmızı qanavuzdan enliqol köynək, onun da üstündən döşü açıq, qolu qırçınlı arxalıq geyib, gümüş kəmər bağladı [II c., s.129].Beləliklə, dialekt keyfiyyətləri yazıçılara öz qəhrəmanlarının həyatını, məişətini və görünüşünü daha realistik təsvir etməkdə kömək edir. Məhz buna görə etnoqrafik və leksik dialektizmlərdən geniş istifadə edilir.