Nitq mədəniyyətini əlaqədar olduğu cəhətlərdən biri də ədəbi dilin normalarıdır. Dil və norma bir-biri ilə bağlıdır. "Norma" sözü latın dilindən alınmış termin olub mənasıq ayda, əsas, nümunə deməkdir



Yüklə 21,53 Kb.
səhifə2/2
tarix16.05.2023
ölçüsü21,53 Kb.
#114113
növüQaydalar
1   2
kommunikasiya prosesinde fonetik hadise ve qanunlar

Normativ üslub: Ədəbi tələffüz normaları əsasında yaranan üslub normativ üslub adlanır. Əgər danışan və ya hər hansı bir mətni oxuyan adamdan, uşaqlar, gəlirlər kimi söz və qrammatik formaları ədəbi tələffüzə uyğun şəkildə adamnan, uşaxlar, gəlillər kimi söyləyirsə, o, normativ tələffüz üslubunda danışmış və ya oxumuş olur. Normativ üslub orfoepiyanın əsasını təşkil edir.
Kitab üslubu: Bu üslubda danışanlar, oxuyanlar sözlərin yazılışını, hərf tərkibini əsas götürür və başa düşürlər ki, sözlər nə cür yazılırsa, elə də tələffüz olunmalıdır. Sözlərin yazıldığı kimi deyilişi ədəbi tələffüz baxımından qüsurlu sayılır.
Adi danışıq üslubu: Dil ünsiyyətinin geniş forması bu üslubda aparılır. Adi danışıq üslubunun özünəməxsus xüsusiyyətləri var. Məs. normativ üslubda mənimçün tələffüz olunan söz danışıq üslubunda məmçün kimi tələffüz edilir.
Ümumiyyətlə, adi danışıq dili şivəyə nisbətən ədəbi dilə yaxın olduğu kimi, onun tələffüz qaydaları da ədəbi dilin tələffüz qaydalarına yaxındır. Adi danışıq dili ilə ədəbi dil arasında ümumi cəhətlər çoxdur. Ədəbi dilin tələffüz norması müəyyənləşdirilərkən adi danışıq dilinin tələffüz şəkilləri üzərində seçmə əməliyyatı aparılır.
Avropa mənşəli alınmalarda unifikasiya normaları tətbiq edilir. Müasir dövrdə Azərbaycan dilinə ərəb və fars dillərindən söz alınmır. Elm və texnikanın inkişafı ilə əlaqədar Avropa dillərindən çoxlu sözlər alınmış və alınmaqdadır. Bu sözlər və terminlər birbaşa yazılı dilə daxil olduğu üçün bütövlükdə onun ümumi qanunları və prinsipləri hüdudunda işlənir. Dilimizdəki Avropa sözlərinin yazılışında Azərbaycan dilinin fonetik, qrafik və morfoloji tələblərinə uyğun prinsiplər əsas götürülür.
Pauza (nitq fasiləsi). İntonasiyanın digər ünsürü fasilədir. Nitq müəyyən dayanacağa malikdir. Tənəffüs məqsədilə danışıq və oxu prosesində edilən bu dayanacaq fasilə (pauza) adlanır. Nitq zamanı zəruri fizioloji tələbatın nəticəsi kimi baş verən tənəffüs – fasilə həm danışanın, həm də dinləyənin nitq orqanlarının müəyyən sakitliyi, rahatlığıdır. Tələffüz prosesində nəfəs və səsin düzgün tənzim edilməsi mühüm şərtlərdəndir. Xüsusən, nəfəsalmaya düzgün əməl olunmaması nitq zamanı darıxmaya, təngnəfəsliyə, diksiyanın pozulmasına və s. kimi hallara gətirib çıxarır. Buna yol verməmək üçün, birinci növbədə, nitqdə normal fasiləyə əməl olunmalıdır.
Nitq fasiləsinin təkcə söyləyən və ya oxuyan üçün deyil, dinləyici üçün də böyük əhəmiyyəti vardır. Dinləyici öz növbəsində danışan və oxuyanın etdiyi fasilə zamanı eşitdiklərini mənimsəyir, “həzm” edir, sonrakı fikri tutmaq üçün diqqətini səfərbərliyə alır. Nitq prosesində normal tənəffüsün rolu böyükdür. Tənəffüs iki funksiyanı yerinə yetirir: o həm insan həyatı üçün zəruri şərt, həm də nitqi yaradan başlıca vasitədir. Həyat üçün lazım olan tənəffüs aşağıdakı ardıcıllığa malikdir, nəfəsalma, nəfəsvermə və fasilə. Nəfəsalma (ciyərlərin oksigenlə doldurulması) tənəffüsdə ən aktiv, şüurdan asılı olmayan prosesdir. Bu prosesdən sonra hərəkətverici əzələlərin gərginliyi azalır, onlar sakit vəziyyət alaraq, növbəti nəfəsalmaya qədər bu vəziyyətdə qalırlar. Həm nəfəsalmaya, həm də nəfəsverməyə sərf olunan vaxt, təxminən, eynidir. Nəfəsvermədə ciyərlər heç bir vaxt havadan tam azad olmur, orada ehtiyat hava qalır. Həyat üçün zəruri olan tənəffüsün ritmik hərəkəti qeyri-şüuri, reflektiv formada icra edilir. Nitq tənəffüsünün isə tamam fərqli xüsusiyyətləri vardır. Bu tənəffüs nitq prosesi ilə bağlıdır və ona xidmət edir. Danışanın məqsədindən, daha doğrusu, nitqin məzmunundan asılı olaraq tənəffüsün, xüsusən nəfəsvermənin adi ritmi pozulur, nəfəsvermə nəfəsalmadan xeyli uzun sürür. Nəfəsvermə və nəfəsalma arasındakı dövretmənin nəticəsində nitqdə uzun və qısa fasilələr əmələ gəlir.
Nitq fasiləsi həm məntiqi, həm də psixoloji funksiya daşıyır. Məntiqi fasilə nitqi məna daşıyan hissələrə bölməklə, onun dəqiqliyini, düzgünlüyünü, aydınlığını təmin edir. Danışan bu fasilənin köməkliyi ilə ifadə edəcəyi fikri dinləyicinin diqqətinə çatdırır, bəzən nitqdə yaranan dolaşıqlığı aradan qaldırır. Fasilə cümlədə vahid məna bütövlüyündə birləşən qrupları həm ayırır, həm də birləşdirir. Buna görə də, ona əlaqələndirici, yaxud birləşdirici fasilə də deyilir. Məsələn:“Çalış, öhdəliyi vaxtında yerinə yetir.” Burada bölgü bildirən fasilə (çalış sözündən sonra) fikrin düzgün ifadə olunmasına xidmət edir. Yaxud:“Oxusan, əlaçı olarsan” cümləsində məntiqi fasilə (oxusan sözündən sonra) cümlənin iki hissəsini (oxusan və əlaçı olarsan) vahid bir məna bütövlüyündə birləşdirir. Fasilənin birləşdirmə funksiyası onun ayırma funksiyasından üstündür. O, nitqə axıcılıq verir, onun təbii oxunaqlığını təmin edir. Bu fasilənin köməyi ilə biz sözdən nitqin məntiqi cəhətdən daha canlı olan digər formasına – sözlərin birləşməsinə keçirik. Fasilə bizim üçün fikrimizi təshih etmək, səhvlərin qarşısını almaqdan ötrü qoruyucu rolunu oynayır. Fasiləsiz, daha doğrusu, məntiqi aydınlığa malik olmayan nitq mənasızdır.
Yüklə 21,53 Kb.

Dostları ilə paylaş:
1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin