Qrup: 172 Fənn: Azərbaycan tarixi



Yüklə 68,42 Kb.
tarix28.11.2023
ölçüsü68,42 Kb.
#168253
A. Bakıxanovun


BAKI DÖVLƏT UNİVERSİTETİ

Sərbəst iş №1


  • Fakültə:Filologiya

  • İxtisas:Azərbaycan dili və Ədəbiyyat

  • Qrup:172

  • Fənn: Azərbaycan tarixi

  • Müəllim:Nuru Məmmədov

  • Tələbə:Niyazova Nəzrin

  • Mövzu: A.Bakıxanovun "Gülüstani- İrəm" əsərindən Az-tarixi məsələləri


BAKI 2023
“Gülüstani-İrəm” əsərinin müəllifi Abbasqulu ağa Bakıxanov 1794-cü il iyun ayının 23-də Abşeron yarımadasının Əmircan kəndində anadan olmuşdur. Abbasqulu aga Bakıxanov Azərbaycanın böyük feodallarından olan Bakı xanı Mirzə Məhəmməd xanın oğludur. İbtidai təhsilini ərəb və fars dillərində alan A. Bakıxanov sonralar rus dilini də mükəmməl surətdə öyrənmişdir. O, rus dilini öyrənməklə rus mədəniyyəti və ədəbiyyatı ilə yaxından. tanış olur, fəlsəfə, tarix, ədəbiyyat, astronomiya, coğrafiya və s.elmləri öyrənir.
Gülüstani-İrəm — Abbasqulu ağa Bakıxanovun Şirvan və Dağıstanda yaşayan tayfa və xalqların tarixinə həsr etdiyi əsəri. «Gülüstani-İrəm»ə qədər Azərbaycan tarixinə aid yazılmış ümumi bir tarix əsərinə təsadüf edilmir. A.Bakıxanov bu sahədə birinci olaraq Azərbaycan tarixinə aid olan materialları toplamış, onları müəyyən bir sistemə salmış və təsviri yolla «Gülüstani-İrəm» əsərini yazmışdır. A. Bakıxanov «Gülüstani - İrəm» əsərini yazarkən təqribən yüzdən artıq mənbədən istifadə etmişdir. Bu mənbələr içərisində Herodot, Strabon, Tatsit, Plutarx, Moisey Xorenski, Təbəri, Məsudi, İbn Hövqəl, İbnələsir, Yaqut Həməvi, Əbülfida, Həmdullah Qəzvini, Mirxond, Xandəmir, Şərəfəddin Yəzdi, Məhəmməd Pəfi Şirvani, Katib Cələbi, Qolikov, Karamzin, Ustryalov və s. bu kimi məşhur yunan, Roma, rus, erməni, Azərbaycan, ərəb və fars müəlliflərinin əsərləri vardır.
Abbasqulu Bakıxanov farsca yazdığı «Gülüstani-İrəm» əsərini rus dilinə də tərcümə etmişdir. Bu tərcümənin bəzi hissələri birinci dəfə 1846 və 1848-ci illərdə Tiflisdə «Qafqaz» qəzetində çap olunmuşdur.
A. Bakıxanov "Gülüstani-İrəm" əsərini yazarkən təqribən yüzdən artıq mənbədən istifadə etmişdir. Bu məxəzlər içərisində Herodot, Strabon, Tasit Kornelli, Plutarx, Movses Xorenli, Təbəri, Məsudi, İbn-Hövqəl, İbn əl-Əsir, Yaqut Həməvi, Əbülfida, Həmdullah Qəzvini, Mirxond, Xondəmir, Şərəfəddin Yəzdi, Məhəmməd Pəfi Şirvani, Katib Cələbi, Qolikov, Karamzin, Ustryalov və s. bu kimi məşhur yunan, Roma, rus, erməni, Azərbaycan, ərəb və fars müəlliflərinin əsərləri vardır.
A. Bakıxanov yalnız bu mənbələrlə kifayətlənməmiş, dövrünün tələbinə görə arxeologiya, epiqrafika, numizmatika, maddi mədəniyyət abidələri, xalq arasında yayılmış rəvayət və əfsanələrdən də istifadə etmişdir. Onun tətbiq etdiyi bu üsul Azərbaycan xalqının zəngin tarixini göstərməkdə birinci addım olmuşdur.
«Gülüstani-İrəm»in mətnindən anlaşılır ki, A. Bakıxanov yuxarıda adları çəkilən məhbələrdən başqa qədim, orta və yeni dövrlərə aid daha bir çox məxəzlərdən geniş surətdə istifadə etmişdir. Lakin bu məxəzlərdən bəzisi bizə məlum deyildir. Buna görə, «Gülüstani-İrəm »in bizə gəlib çatmayan bu mənbələrə əsasən yazılmış müəyyən hissələri indi əsas məxəz şəklini almış olur.
1820-ci ildə Tiflisdə general Yermolovun idarəsində xidmətə daxil olan A. Bakıxanov rus ordusunda polkovnik rütbəsinə qədər yükcəlir. A. Bakıxanov rus dilini və mədəniyyətini dərindən öyrənən tərəqqipərvər Azərbaycan alimlərindən biri olmuşdur. A. Bakıxanov XIX əsrin birinci yarısında İran, Türkiyə və s. şərq ölkələrinə nisbətən Rusiyanın qabaqcıl və qüdrətli bir ölkə olduğunu dərindon başa düşmüş və Azərbayçanın Rusiyaya birləşməsini müsbət bir hadisə olaraq qiymətlondirmişdir.1847-ci ildə vəfat edən A. Bakıxanov hərbi və mülki xidmətlərdə çalışmasına baxmayaraq, həyatının çox hissəsini elmi və ədəbi fəaliyyətə həsr etmişdir. Qeyd etmək lazımdır ki, o öz fəlsəfi yaradıcılığında islam dininin təsirindən qurtarmamış, onun dünyanı dərk etməsi idealistcəsinə olmuşdur. Şübhə yoxdur ki, A. Bakıxanovun idealist dünyagörüşü onun mənsub olduğu iri feodal sinfinin ideolojisi ilə sıx surətdə əlaqədardır.

“..... Bakıxanov idealisdir, ömrünün axırına qədər mömin müsəlman olaraq qalmışdır, həqiqətdə bakılı bəylərin və xanların silk imtiyazlarını müdafiə edirdi”. A. Bakıxanovun Azərbaycan tarixinə həsr etdiyi ”Gülüstani-İrəm” əsəri, müxtəlif mövzularda yazdığı əsərlər içərisində, şübhəsiz ki, birinci yer tutur. A. Bakıxanova qədər, Azərbaycan tarixinə aid zəngin və qiymətli materiallara, ancaq pərakəndə halda tarixi və çoğrafi əcərlərdə, cəyahətnamələrdə, calnamələhdə fərman və sair bu kimi yazılı cənədlərdə təsadüf olunurdu. A. Bakixanov isə ilk dəfə olarag, bu pərakəndə materialları toplamış və onları əsasən ”Gülüstani-İrəm” adlı əsərini yazmışdır.


“Gülüstani-İrəm" əsərində A. Bakıxanov Azərbaycan xalqının, xüsusilə Şirvan vo Dağıstanda yaşayan tayfa və xalqların tarixini qədim devrlərdən başlayaraq 1813-cü il “Külüstan müahidəsi”nə qədər təsvir edir. Bu əsər, əsas etibarilə, müqəddimə, beş fəsil və nəticədən ibarətdir. Əsərin müqəddimə hissəsində müəllif Şirvan və Dağıstan xalqlarının mənşəi haqqında məlumat verir. O, islam dininin, istifadə etdiyi şərq məxəzlərinin, eyni zamanda ozünün idealist görüşləri əsasında ümumiyyətlə xalqların, xüsusilə Şirvan və Dağıstanda yaşayan xalq və tayfaların mənşəini təhrif edilmiş bir tərzdə izah etməyə çalışmışdır.
“Gülüstani-İrəm” əsərində müəllif tərəfindən buraxılan əsaslı nöqsanlardan biri də, Azərbaycan tarixinin dövrlərə bolünmə məsələsidir. A. Bakıxanov, “Külüstani-İrəm”in müqəddiməsində gorüldüyü kimi, Azərbaycan və Dağıstan xalqlarının tarixini iqtisadi, ictimai və siyasi quruluşa görə deyil, xarici işğalçıların istila və hakimiyyət dövrlərinə görə tərtib etmişdir.
A. Bakıxanov istifadə etdiyi ilk məxəzlərə, tənqidi surətdə yanaşmamışdır. O, qədim və orta əsr muəlliflərinin yazdıqlarını öz əsərinə köçurmüş və tənqid suzgəcindən keçirməmişdir. Bu hal isə şubhəsiz ki, müasir oxucuların diqqətini cəlb etməyə bilməz.
Göstərmək lazımdır ki, A. Bakıxanov orta əsr məxəzlərini verdiyi əfsanəvi məlumata əsasən yerli Azərbaycan sulalələrinin bir çoxunun mənşəini təhrif edir, bəzi Azərbaycan şəhərlərinin adını və təsis edilməsini sasani və ərəb istilaçılarının adı ilə əlaqələndirir. Buna görə də onun irəli sürduyü mulahizələrə və elmi usullara tənqidi surətdə yanaşmaq lazımdır.
A. Bakıxanov “Gülustani-İrəm” əsərində əsas etibarilə siyasi hadisələrin təsvirinə artıq yer vermişdir. O, xalqın iqtisadi və ictimai həyatına və onun tarixi inkişaf məsələlərinə fikir verməmişdir. Heç şübhə yoxdur ki, şərq tarixçilərinin təsirindən tamamilə öz yaxasını qurtara bidməyən A. Bakıxanov bundan irəli gedə bilməzdi. “Gülustani-İrəm”də bu və ya digər tərzdə daha bir çox nöqsan vardır. Butun bu qusurlardan öz yaxasını qurtara bilməyən muəllif əsərin muqəddiməsində belə yazır: “Ümid varəm ki, həqiqətə bələd olan oxucular bu əsərin qüsur və noqsanını vaxtın darlığına, qabiliyyətimin zəifliyinə, halımın pərişanlığına və vəsaitin azlığına həml edib, onun islah və təkmilinə çalışarlar”.
Gülüstani-İrəm» əsərində A. Bakıxanov Azərbaycan xalqının, xüsusilə Şirvan və Dağıstanda yaşayan tayfa və xalqların tarixini qədim dövrlərdən başlayaraq 1813-cü il «Gülüstan müqaviləsi»nə qədər təsvir edir. Bu əsər, əsas etibarilə, müqəddəmə, beş fəsil və nəticədən ibarətdir.
Abbasqulu ağa Bakıxanov 1841-ci ildə farsca yazdığı bu əsəri ilə Azərbaycan tarixşünaslığının əsasını qoymuşdur.
Bu əsəri də Abbasqulu ağa Bakıxanov müqəddimə ilə başlayır. Müəllif yığcam, lakin dolğun məzmunlu bu müqəddimədə tarix elminə qısa bir tərif verir, onu cəmiyyət və xalq üçün ən faydalı elmlərdən sayır. Tarixə müasir elmin tələbləri nöqteyi-nəzəri ilə yanaşan müəllif bəşəriyyətin keçmiş həyatını təcrübə adlandırır. Hal-hazırdakı və gələcək həyatı yaxşı qurmaq üçün, bu təcrübədən istifadə etməyi lazım bilir.
“Gülüstani-İrəm”in müqəddiməsində Azərbaycanın və Dağıstanın qısa coğrafi təsviri, qədim yunan, erməni, ərəb və rus mənbələrinə istinad edilərək bu ölkələrin xalqlarının mənşəyi, dili və dinləri haqqında maraqlı məlumat verilir. Azərbaycan və Dağıstan xalqlarını tarixini Abbasqulu ağa Bakıxanov bu xalqların öz daxili həyatlarına və tarixin ümumi inkişafına görə deyil, mühüm tarixi hadisələrə görə 5 dövrə ayırmış və buna əsasən də əsərini 5 fəslə bölmüşdür:

  • İslam dövlətinin zühurundan ərəb qoşunlarının gəlməsinə qədər Şirvan və Dağıstan ölkələrində baş verən qədim hadisələr.

  • Ərəb qoşunlarının Azərbaycana gəlməsindən başlayaraq monqolların istilasına qədər.

  • Monqol istilasından Səfəvilərin zühuruna qədər. Şirvanşahlar sülaləsi və onların səltənətinə aid hadisələr.

  • Səfəvilər dövlətinin zühurundan Nadir şahın vəfatına qədər.

  • Nadir şahın vəfatından “Gülüstan” adlı yerdə Rusiya və İran dövlətləri arasında bağlanan sülh müahidəsinə qədər.

Əsərin birinci fəslində “Tarixi-Təbəri”, “Tarixi-güzidə”, “Nizamüt-təvarix”, “Kitabi-məsalikül-məmalik”, “Xəritətül-əcaib” kimi qədim Şərq mənbələrinə istinadən Nuhun tufanı, onun övladları, Yasəf, Ham və Sam nəsilləri, Yəcuc və Məcuc, skiflər, massagetlər, xəzərlər, Sasani hökmdarlarının Azərbaycandakı hakimiyyəti və s. haqqında yarımelmi, yarıməfsanəvi məlumat verilir. Bu fəsil müqəddiməyə və əsərin sonrakı fəsillərinə nisbətən zəif işləmişdir.
Əsərin ikinci fəsli Azərbaycan və Dağıstan ölkələrinin ərəb işğalçıları tərəfindən istila olunması, ümumiyyətlə, ərəblərin bu ölkələrdəki hakimiyyəti dövrünün tarixinə həsr olunmuşdur. Həmin fəsildə ərəb xəlifələrinin buraya göndərdiyi hakimlər, ərəblərin xəzərlərlə vuruşmaları, xarici işğalçıların istilasına qarşı Babəkin mübarizəsi, onun Bağdadda əziyyətlə öldürülməsi və s. haqqında məlumat vardır. Lakin məşhur Babək üsyanı haqqında verilən məlumat həm müxtəsər, həm də çox ruhsuz və sönükdür. Bu məlumat uzun illər ərəb işğalçılarına qarşı qarşı amasızcasına vuruşan və ərəb xəlifəsinin əmri ilə zülm və işgəncələrlə öldürülən bu cəsur xalq qəhrəmanının fəaliyyəti tarixini qətiyyən işıqlandıra bilmir. Bunun səbəbi müəllifin tarixi hadisələrə xalq azadlıq hərəkatı nöqteyi-nəzərindən yanaşa bilməməsidir.
Abbasqulu ağa Bakıxanov “Gülüstani-İrəm” əsərində məşhur Azərbaycan coğrafiyaşünası Hacı Zeynalabdin Şirvaninin “Riyazüs-səyahət” əsərinə əsaslanaraq, Azərbaycan sözünü Babəkin adı ilə əlaqələndirir.
Üçüncü fəsil Hülakülərin və Teymurilərin hakimiyyəti dövrünü işıqlandırır və Şirvanşahların səltənət və nəsibinə dair tarixi məlumat verir. Bu fəsildə Ağqoyunlular və Qaraqoyunluların mənşəyi və məşhur alim Xacə Nəsirəddin Tusi haqqında da məlumat vardır.
Əsərin ən böyük bir hissəsini təşkil edən dördüncü fəsil Səfəvi padşahlarının və onların süqutundan sonra İran taxtına oturan Nadir şah Əfşarın hakimiyyəti tarixinə həsr olunur.
“Fütuhati-Əmini”, “Tarixi-aləm-arayi-Abbasi”, qolikovun “Böyük Pyotrun fəaliyyəti”, Ustryalovun “I Pyotrun səltənət tarixi” və s. rus, fars və osmanlı mənbələrindən istifadə edilərək, fəsildə I Şah İsmayıl, I Şah Abbas və Nadir şahın hərbi səfərləri, Rusiya və Türkiyə qoşunlarının Dağıstan və Azərbaycan ölkələrinə hücumları, Sultan Səlim Yavuzun qoşunları ilə I Şah İsmayılın qoşunları arasında Təbrizin yaxınlığında gedən məşhur “Çaldıran” döyüşü, bəhs olunan dövrdə yerli əmir və hakimlərin fəaliyyəti haqqında zəngin məlumat toplanılmışdır.
“Gülüstani-İrəm”in beşinci və son fəsli Nadir şahın ölümündən (1747) ta 1813-cü ildə Rusiya və İran dövlətləri arasında bağlanan “Gülüstan” sülh müqaviləsinə qədər 60 ildən artıq bir dövrü əhatə edir. Beşinci fəsil “Gülüstani-İrəm”in ən orijinal hissəsidir. Xanlıqlar dövrünün işıqlandırılması nöqtəyi-nəzərindən beşinci fəslin böyük elmi əhəmiyyəti vardır. “Gülüstani-İrəm” “Nəticə” adı ilə gedən sonluqla bitir. Lakin bu “Nəticə” əsərdə verilən məlumatın yekunu və ya xülasəsindən ibarət deyildir. Bu əsərdə sadəcə bir əlavədir. Əlavədə Azərbaycanın məşhur alimi, yazıçı və şairləri haqqında qısa məlumat verilir.

Azərbaycan və rus dillərində nəşr edilmiş bu əsər sonrakı dövrdə yaşayan tarixçilərimizin stolüstü kitablarından olub, əsasən islamın meydana gəlməsindən tutmuş 1813-cü ildə Rusiya ilə İran arasında bağlanan sülh müahidənaməsinə qədərki dövrdə xalqımızın tarixini tədqiq və təhlil etmək işində mühüm mənbələrdən biridir.
Yüklə 68,42 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin