Informatikanın bir elm kimi formalaşması keçən əsrin ikinci yarısına təsadüf edir. İnformatika elmi kibernetika elminin əsasında yaradılmış və təkmilləşdirilmişdir. İnformatika elmi komkret informasiya proseslərinin (texnologiyalarının) hamısına aid olan ümumi qanunauyğunluqları öyrənir. Məhz informasiya texnologiyaları və prosesləri informatika elminin obyektini təşkil edir.
İnformatikanın predmeti bu el-minin müxtəlif tətbiq sahələrinin olması ilə müəyyən edilir. Belə ki, İnsan həyatı-nın fərqli sahələrində (iqtisadi proseslərin Idarə olunmasında, tibbdə, maliyyə əmə-liyyatlarında, təhsil sahəsində və s.) istifadə və tətbiq edilən informasiya prosesləri ümumi cəhətlərə malik olmaqla yanaşı, bir-birlərindən fərqlənirlər. Bunun sayəsin-də müxtəlif əməliyyat və prosedur qaydalarına malik, müxtəlif texnikadan istifadə edən predmet sahələri yaranır. Bu sahələrin arasında xüsusi əhəmiyyətə malik olan bir sahə təhsil sahəsidir. Məhz infor-matikan təhsildə tətbiqləri ilə məşğul olan predmet məktəb informatikası adını almışdır. İlk dəfə bu termin rus alimi A.P.Yer-şov tərəfindən işlədilmişdir. Məktəb informatikasının məzmununun nədən ibarət olduğunu aydınlaşdıraq.
Məktəb informatikası informatikanın məktəbdə kompüter texnikasının tətbiqi ilə proqram, texniki, tədris-metodiki və təşkilati təminatının öyrənilməsi məsələləri ilə məşğul olan sahəsidir. Məktəb informatikasının proqram təminatı məktəblərin informasiya sistemlərinə əsaslanır. Bu sistemlər isə məktəbin bütün kollektivinin – məktəblilər, idarə edənlər və müəllimlərin fəaliyyətini uzlaşdırır. Məktəb informatikasının texniki təminatı dedikdə isə məktəbdə təlim-tərbiyə işinin optimal təşkili üçün nəzərdə tutulmuş bütün texniki avadanlıqlar başa düşülür. Tədris metodiki təminat məktəblərdə tədris olunan və informatika elmi ilə müəyyən dərəcədə əlaqəsi olan bütün fənlər üzrə istifadə edilən dərsliklər, elmi-metodiki vəsaitlər və s.-dir. Məktəb informatikasının təşkilati təminatı daim yenilənən və inkişaf edən informasiya texnologiyalarının dinamikliyi səbəbindən çox mürəkkəbdir. Buraya məktəb informatikasının texniki bazasının yaradılması, bütün səviyyələrdə yeni informasiya texnologiyalarından bacarıqla istifadə edə bilən və informatikadan şagirdlərə digər fənlərin öyrənilməsi üçün zəruri bacarıqları aşılaya bilən pedaqoji kadrların hazırlanması daxildir.
Ibtidai siniflərdə informatika dörd əsas bölmə üzrə öyrədilir. Bunlar aşağıdakılardır:
· informasiya və informasiya prosesləri;
· formallaşdırma, modelləşdirmə, alqoritmləşdirmə və proqramlaşdırma;
· kompüter, informasiya-kommunikasiya texnologiyaları və sistemləri;
· cəmiyyətin informasiyalaşdırılması.
Yarım əsrdən çoxdur ki, məktəblərdə hesablama riyaziyyatı, alqoritm və proqramlaşdırma, məntiq elmi, diskret riyaziyyatın elementləri tədris edilir. Fundamental elm sahəsi kimi informatikanın tədrisi metodikası informatika, fəlsəfə, pedaqogika, psixologiya və s. Elmləri ilə sıx bağlıdır. Kibernetika elminin banisi sayılan amerikalı alim Norbert Viner 1948-ci ildə çap edilən “Kibernetika” kitabında bu elmin əsaslarını şərh etmişdir. İnformatika və kibernetika elmlərinin ümumi cəhətləri çoxdur. Kibernetika (yun. Επιστήμη συστημάτων) – yunan sözü olub, hərfi mənası «idarə etmək bacarığı» deməkdir. Kibernetika əks əlaqəyə malik olan texniki sistemlərin idarə olunması haqqında elmdir. İnformatika isə sosial sistemlərdə və təbiətdə informasiyanın hərəkətinin ümumi qanunauyğunluqlarını öyrənir. Hər iki elm informasiya anlayışından istifadə edir.
İTM-in obyekti təbiətdə və cəmiyyətdə informasiya prosesləri və informasiya tex-nologiyalarıdır.
İTM-in predmeti təbiətdə və cəmiyyətdə informasiya proseslərinin ümumi xüsusiyyətləri və qanunauyğunluqlarıdır.