Psixopatiya
Psixopatiya yunan sözü olub “psyche” – beynin xüsusi funksiyası: əqli, hissi, mənəvi, idrak və s.
qabiliyyətinin bütün formalarını əhatə edən anlayış, “patos” isə pozuntu (xəstəlik), istirab
deməkdir. Psixopatiya dedikdə xasiyyətin anomliyası və ya şəxsiyyətin patologiyası nəzərdə
tutulur.
1808-cu ildə F.Pinel xasiyyət anomaliyalarını təsvir etmiş və onların psixi xəstəlik olmamasını
qeyd etmişdir.
S.Priçard psixopatiyaların kliniki tədqiqinin elmi əsasını qoymuşdur. O, 1835-ci
ildəpsixopatiyaların bir neçə formasını təsvir etmiş və onları “mənəvi havalanma”
adlandırmışdır.
1891-ci ildə V.Kox xasiyyət anomaliyasının məlum olan bütün formalarını bir yerə cəmləyərək
psixopatiyalaradı altında birləşdirmişdir
P.B.Qannuşkin 1933-cü ildə psixopatiyaların ümumi sistematiasını yaratdı. İlk dəfə o,
psixopatiyaların həyat prosesi ərzində dəyişə bilməsi fikrini söylədi və bu xəstəliyin
dinamikasının qanunauyğunluqlarını şərh etdi