Quyuların kompressor üsulu ilə istismarı



Yüklə 15,91 Kb.
tarix02.01.2022
ölçüsü15,91 Kb.
#45839
quyularin kompressor usulu ile istismari


Quyuların kompressor üsulu ilə istismarı

Hazırda neft yataqları fontan, kompressor və dərinlik nasosu kimi 3 əsas üsulla istismar olunur: Fontan üsulu ilə neft çıxarılma. Bu üsulda nefti quyunun dibinə sıxışdıran və onu çox vaxtı böyük təzyiqlə yer üzərniə qaldıran qüvvə, əsas etibarı ilə, neftin daxilində həll olmuş və eləcə də antiklinal qırışığın tağ hissəsində yüksək təzyiq altında yığılmış qazdır. Bəzi hallarda antiklinal qırışığın qanadlarında yüksək hündürlükdə yığılan su nefti yüksək təzyiq altında sıxışdıraraq yer üzünə qaldırır. Demək, neftlə birlikdə çıxan qaz nefti hərəkət etdirən qüvvədir. Yeni neft yataqlarında qazın təzyiqi olduqca yüksək ola bilər. Quyunun üstündə neft bəzən 50-100 atmosfer təzyiqlə (və daha artıq) kənara çıxır. İstismar kəməri neft və su laylarından sementlə kip ayrıldığından neftin quyuya süzülməsi üçün yol açmaq lazımdir. Bunun üçün perforator adlanan cihaz quyuya geoloqun göstərdiyi dərinliyədək salınır. Bu cihaza elektrik cərəyanı buraxdıqda ondan müxtəlif istiqamətlərdə atılan zirehdeşən güllələr istismar kəməri və sement tabəqəsini deşir. Bu zaman laydakı neftin quyuya daxil olması üçün yol açılmış olur. Quyunun ağzına kimi doldurulmuş su quyunun dibinə, başqa sözlə neft layına, böyük təzyiq göstərir.Məsələn, əgər quyunun dərinliyi iki min metrdirsə, su sutununun quyunun dibində yaratdığı təzyiq 200 atmosferə bərabər olur. Əgər layın təzyiqi su sütunun təzyiqindən azdırsa quyu fontan etməyəcəkdir.



İstismar kəmərində müəyyən miqdarda deşik açıldıqdan sonra quyuya fontan boruları salınır. Sonra fontan armaturu quyu ağzına qoyulur. İndi quyunu işlətmək üçün onda olan su sütununun təzyiqini azaltmaq lazımdır. Bu məqsədlə çox vaxt sıxılmış havadan istifadə edirlər. Kompressordan gələn sıxılmış havanı istismar kəməri ilə fontan boruları arasındakı halqavarı fəzaya vurduqda quyudakı su sıxışdırılaraq fontan borularının içərisilə quyudan xaricə çıxır. Quyudakı suyun səviyyəsi müəyyən həddə qədər azaldıqdan sonra lay təzyiqi üstün gəlir və neft laydan quyuya daxil olmağa başlayır. Beləliklə, layın enerjisi təbii qüvvə vasitəsilə yer üzünə çıxır, yəni quyu fontan vurur. Neft layının təzyiqi yüksək olanda istismar kəmərində bir neçə deşik açılan kimi quyu fontan vurur. Odur ki, fontan borularını belə quyulara istismar kəmərini deşməmişdən əvvəl buraxırlar. Elektrik perforatorunu fontan borularının içi ilə buraxıb borunu həm də istismar kəmərini eyni vaxtda deşirlər. Sonra quyu ağzında fontan armaturu qurulur və fontanla çıxan neft borularla traplara gedir. Traplarda neft qazdan ayrılır və burada neftin təzyiqi aşağı düşür. Qazdan azad olunmuş neft qum və sudan ayrılmaq üçün çökdürücülərə daxil olur. Belə istismar üsulunda quyudan çıxan neft hava ilə təmasda olmur. Odur ki, buna «qapalı fontan»> üsulu deyilir.Fontan armaturundan nefti ortasında kiçik diametrli kanalı olan qalın divarlı bir silindrdən buraxırlar. Bu silindra ștutser deyilir. Ştutser vasitəsilə quyudan kənara istənilən miqdarda neft və ya qaz buraxıla bilər. Neftçilər hər bir fontan quyusu üçün elə bir iş rejimi yaradırlar ki, quyudan az qaz sərf etməklə mümkün qədər çox neft çıxarılsın. Buna optimal rejim deyilir. Optimal rejimdə nefti laydan quyuya gətirən neft qazı qənaətlə sərf olunur. Çünki layda neft qazı nə qədər çox qalarsa, quyunun fontan vurması bir o qədər uzun olur.İndiki fontan quyuları müəyyən müddətdə fontan vuraraq sutkada 300-400 ton və daha artıq neft verir. Kompressor üsulu ilə neft çıxarılması. Quyu fontan vurduqdan müəyyən vaxt sonra neft layındakı təzyiq aşağı düşür və təbii qaz və ya lay sularının basqısi daha nefti yer üzərinə qaldıra bilmir. Beləliklə, quyunun fontan vurmasi kəsilir. Lakin fontan vurma dövründən sonra quyuda neftin səviyyəsi yüksək olur. Fontan dövrünə quyunun gənclik dövrü kimi baxılsa, fontandan sonrakı dövrə quyunun yetişmiş dövrü kimi baxmaq olar. Bu dövrə neft quyusunun ən alverişli istismar üsulu kompressor üsuludur. Kompressor üsulu ilə neft çixarmaq üçün quyuya iki sıra boru kəməri salınır. Böyük diametrli boru kəməri təqribən quyunun dibinədək buraxılır. Bunun içərisindən isə kiçik diametrli boru kəməri buraxılır. Bu boru kəməri birinci boru kəmərinə nisbətən yuxarıda dayanır. Əvvəlcə hər iki boru kəmərində neftin səviyyəsi eyni olur. Kompressor qurğusundan borular vasitəsilə yüksək təzyiq altında sıxılmış hava və ya neft qazı boruya vurulur. Bu zaman sıxılmış hava bu iki boru kəməri arasındakı halqavarı fəzada olan nefti aşağı basacaq və neft qaldırıcı adlanan kiçik diametrli boru kəməri ilə yuxarı qalxacaqdır. Nəhayət sıxılmış hava qaldırıcı borunun axırına çatdıqda qabarcıqlar şəklində qaldırıcı borulara daxil olacaqdır. Bu qabarcıqlar neftlə qarışaraq qaldırıcı borulardakı neft sütununu yüngülləşdirəcək və bu sütun yüngülləşdikcə onun hündürlüyü artacaqdır. Neftdən və hava qabarcıqlarından ibarət olan bu sütun nəhayət quyunun ağzına çataraq quyudan kənara çıxacaq və borular vasitəsilə traplara, oradan da anbarlara gedəcəkdir. Buna iki sıralı qaldırıcı deyirlər.Bəzən iki sıra boru kəməri əvəzinə quyuya ancaq bir sıra boru kəməri salınır. Sıxılmış hava quyuya həmin bir sıra qaldırıcı borularla istismar kəməri arasındakı əmələ gələn halqavarı fəzadan vurulur. Buna bir sıralı qaldırıcı deyirlər.Nefti sixılmış hava ilə çıxarmağa erlift, sıxılmış qaz ilə çıxarmağa isə qazlift adı verilir. Neftin kompressor üsulu ilə çıxarılması Sovet İttifaqında geniş yayılmışdır.Dərinlik nasosları vasitəsilə neft çıxarmaq üsulu. Quyunun kompressor istismarı dövrü də müəyyən müddət davam edə bilər. Quyu işlədikcə neft layının təzyiqi azalır, quyuda neftin səviyyəsi getdikcə aşağı düşür və nəticədə qaldırıcı boruları daha aşağı buraxmaq lazım gəlir. Nəhayət quyuda neftin səviyyəsi o qədər aşağı düşür ki, kompressor üsulu ilə neft çıxarılması daha əlverişli olmur, çünki olduqca az miqdarda nefti çıxarmaq üçün çoxlu miqdarda sıxılmış hava və ya qaz sərf etmək lazım gəlir. Sıxılmış havanın alınmasına isə çoxlu enerji sərf olunur. Odur ki, belə hallarda quyunun kompressor üsulu ilə istismarı əvəzinə dərinlik nasosu ilə istismar üsuluna keçirlər. Bu andan quyunun qocalıq dövrü başlayır.Dərinlnk nasosları neft quyularında necə işləyib? Nasos, nasos boruları adlanan boruların ucuna bərkidilir və quyunun dibinə buraxılır. Nasosun pistonunu (buna plunjer deyilir) yuxarı-aşağı hərəkət etdirmək üçün onu ştanqlara birləşdirirlər. Ştanqların yuxarı ucunu isə mancanaq dəzgahında birləşdirirlər. Elektrik mühərriki mancanaq dəzgahını hərəkətə gətirdikdə nasos boruları içərisində olan ştanqlar yuxarı hərəkət edir. Bu zaman plunjerin yuxarısındakı vurucu klapan bağlanır və plunjer nasos borularının içərisindəki nefti yuxari qaldırır. Eyni zamanda nasosun aşağısında olan sorucu klapan açılır və quyunun dibində olan nasosun silindrinə daxil olur. Sonra nasos borularındakı neft sütunun təzyiqi plunjeri aşağı hərəkət etdirir. Bu zaman sorucu klapan bağlanır, vurucu klapan açılır və nasosun içərisindəki neft plunjerdən keçərək nasos borularına daxil olur. Quyuya neftlə birlikdə daxil olan qumun qarşısını almaq üçün nasosun aşağısına xüsusi süzgəc qoyulur.Sovet İttifaqında neft quyularının xüsusiyyətlərindən asılı olaraq müxtəlif dərinlik nasoslari hazırlanır. Məsələn, dayaz, orta və dərin quyuların hər biri üçün ayrıca nasos vardır. Eləcə də qazsız, qazlı, qumsuz və qum verən quyuların hər biri üçün xüsusi nasos olur. Dərinlnk nasosu ilə çıxarılan neft hava ilə təmasda olmur və buna görə onun çox qiymətli yüngül hissələri itib getmir, yəni bu üsulda da neft qapali yolla çıxarılır.Dərinlik nasosları neftin səviyyəsi aşağı olan quyuların istismarı üçün daha çox əlverişlidir. Neft çıxarılmasının təkrar üsullari. Dərinlik nasoslari ilə də quyu sonsuz işlədilə bilməz, çünki quyu işlədikcə neft layının təzyiqi o qədər aşağı düşür ki, axırda laydan quyuya olduqca az miqdarda neft axır və ya neft axını təmamilə kəsilir. Fontan, kompressor və dərinlik nasosu üsulları ilə neft yatağında olan neftin təqribən üçdə bir hissəsini çıxarmaq olar. Neftin üçdə iki hissəsi isə
Yüklə 15,91 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin