Referat elmi rəhbər: Şəhzadə Şirinova Tələbə: Fidan Alekperova, Jalə Mikayılova, Şıxıyeva Firuzə Plan Ə



Yüklə 33,92 Kb.
tarix30.12.2021
ölçüsü33,92 Kb.
#49358
növüReferat
fidan jale firuze audit


BAKI BİZNES UNİVERSİTETİ

Fakultə: İqtisadiyyat və idarəetmə

İxtisas: Maliyyə

Qrup: 619

Kurs: 3

Fənn: Audit

Mövzu: Əmək haqqı və əmək ödəmələri hesabatının uçotu auditi
REFERAT

Elmi rəhbər: Şəhzadə Şirinova

Tələbə: Fidan Alekperova, Jalə Mikayılova, Şıxıyeva Firuzə

 

Plan


1. Əmək haqqı və əmək ödəmələri üzrə əməliyyatlar auditinin məlumat mənbələri

2. Əmək haqqı və əmək ödəmələri üzrə əməliyyatlar auditinin metodikası

3.Əmək haqqı və əmək ödəmələri üzrə əməliyyatların audit-yoxlama nəticələrininyekunlaşdırılması


  1. Əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Əmək haqqının tərkibinə aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar daxildir.
    Tarif (vəzifə) maaşı - işin mürəkkəbliyi, əməyin gərginliyi və işçinin ixtisas səviyyəsinə görə müəyyən edilən əmək haqqının əsas hissəsidir. Əmək haqqına əlavə - əmək şəraiti ilə əlaqədar əvəzödəmək və ya və ya həvəsləndirmək məqsədi ilə işçinin tarif (vəzifə) maaşına, əmək haqqına müəyyən edilən əlavə ödəncdir.
    Mükafat - əməyin kəmiyyət və keyfiyyətinin yüksəldilməsinə işçinin maddi marağının artırılması məqsədi ilə əmək haqqı sistemində nəzərdə tutulan qaydada və formada verilən həvəsləndirici pul vəsaitidir.
    Əmək haqqının minimum məbləği
    İşçinin heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır.
    Minimum əmək haqqı — iqtisadi, sosial şərait nəzərə alınmaqla qanunvericiliklə ixtisassız əməyə və xidmətə görə aylıq əmək haqqının ən aşağı səviyyəsini müəyyən edən sosial normativdir.
    Aylıq iş vaxtı normasını işləmiş və əmək funksiyasını yerinə yetirmiş işçinin aylıq əmək haqqı dövlət tərəfindən müəyyən edilmiş minimum əmək haqqı məbləğindən aşağı ola bilməz.
    Kollektiv müqavilələrdə, sazişlərdə qanunvericiliklə müəyyən olunmuş minimum əmək haqqından daha yüksək məbləğ nəzərdə tutula bilər.
    Əmək haqqı sistemi ilə nəzərdə tutulan mükafatlar, əmək haqqına əlavələr, artımlar, habelə iş vaxtından kənar vaxtlarda görülən işlərə görə verilən ödəmələr və digər ödənclər minimum əmək haqqının məbləğinə daxil edilmir.
    Minimum əmək haqqının məbləği AR Prezidentinin Sərəncamı ilə müəyyən edilir. Minimum aylıq əməkhaqqının məbləği 2019-ci il sentyabr ayının 1-dən 250 manat müəyyən edilibdir.
    Qeyd İşçi müəssisədə yarımştat olaraq çalışırsa, o zaman, yarımştat üçün vəzifə maaşı minimum əmək haqqıdan az (misal üçün, 130 manat) ola bilər. Lakin, minimum aylıq əməkhaqqının məbləğinin 50%-dən aşağı olmamalıdır. Əmək haqqının verilməsi müddətləri Aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) 16 gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir. Kollektiv müqavilədə, yaxud əmək müqaviləsində əmək haqqının verilməsinin başqa müddətləri də müəyyən edilə bilər. Əmək haqqının verilməsi günü istirahət, səsvermə, ümumxalq hüzn günü və ya iş günü hesab edilməyən bayram günlərinə təsadüf etdikdə, o bilavasitə həmin günlərdən əvvəlki gündə verilir . Əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı 1 faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin "Əmək mübahisələri" bölməsində nəzərdə tutulan qaydada həll edilir. İşçilərin haqq-hesab sənədləri İşəgötürən əmək haqqının hesablanması, ödənilməsi və ondan tutulmaların aparılması barədə bütün mühasibat hesablamaları əks etdirilən işçilərin haqq-hesab sənədlərini (kitabçalarını, vərəqələrini, çeklərini) tərtib edir.
    İşçilərin haqq-hesab sənədlərində (kitabçalarında, vərəqələrində, çeklərində) aşağıdakı məlumatlar göstərilir:
    • hesablanmış əmək haqqının ümumi məbləği;
    • əmək haqqına əlavələr, mükafatlar, habelə digər ödənclər, onların növü və məbləğləri;
    • əmək haqqından tutulan məbləğlər - tutulmanın adı, növü, səbəbi və məbləği;
    • faktik ödənilən məbləğ;
    • tərəflərin birinin digərinə ödənilməmiş pul borcu və onun məbləği.
    Haqq-hesab sənədləri (kitabçaları, vərəqələri, çekləri) onları tərtib edən mühasib tərəfindən imzalanır və hər dəfə əmək haqqı verilərkən işçiyə təqdim edilir. Əmək haqqının hesablanması, ödənilməsi və ondan tutulmaların aparılması barədə bütün mühasibat hesablamaları kompüter proqramları vasitəsilə də aparıla bilər. Hər dəfə əmək haqqı verilərkən işçinin tələbi ilə o, kompüter yaddaşında saxlanılan bu hesablamalarla tanış edilir. Bu məlumatlar işçinin xahişi ilə çap edilib ona verilə bilər. Əmək haqqının verilmə yeri, forması və ödənilmə vahidi Əmək haqqı, bir qayda olaraq, işin icra olunduğu iş yerində verilir. Əmək haqqı işçinin istəyi ilə onun bankdakı hesabına köçürülə və ya müvafiq ünvana göndərilə bilər. İşçinin razılığı ilə əmək haqqının 20 faizə qədəri mütənasib dəyərli natura formasında müəssisədə istehsal edilən istehlak malları ilə, lakin spirtli içkilər, tütün məmulatları, narkotik vasitələr və psixotrop maddələr və mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyəsi məhdudlaşdırılmış) digər əşyalar istisna olunmaqla, digər məişətdə işlədilən gündəlik tələbat malları ilə əvəz edilib verilə bilər.
    Əmək haqqı Azərbaycan Respublikasının pul vahidi — manatla ödənilir.
    İnzibati məsuliyyət Onu da qeyd etmək lazımdır ki, işçinin əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə AR İnzibati Xətalar Məcəlləsinin 192.4 maddəsinə əsasən

- vəzifəli şəxslər 700 manatdan 1 500 manatadək məbləğdə cərimə edilir. İşçiyə minimum əməkhaqqından aşağı məbləğdə əməkhaqqı verilməsinə görə AR İnzibati Xətalar Məcəlləsinin 192.3 maddəsinə əsasən
- vəzifəli şəxslər 1 000 manatdan 1 500 manatadək məbləğdə cərimə edilir. İşçilərin saatlıq (gündəlik) tarif dərəcələrinin dəyəri və vəzifə maaşları müəssisənin Ştat cədvəlində göstərilir. Müəssisədə ştat cədvəli adətən ilin əvvəlində insan qaynaqları şöbəsinin işçisi və ya mühasib tərəfindən bir nüsxədə hazırlanır. Ştat cədvəli müəssisə rəhbəri tərəfindən təsdiqlənir. Ştat cədvəlinin hazırlanması müəssisələr üçün məcburi deyil və daxili idarəetmə sənədi hesab edilir. Lakin, müəssisədə işləri aparmaq üçün işçilərin sayının və əmək haqqı məsrəflərinin müəyyən edilməsində ştat cədvəlinin hazırlanması vacibdir. Ştat cədvəli müəssisənin struktur bölmələrinin rəhbərləri və Baş mühasib tərəfindən imzalanır. Hesablama-ödəmə cədvəli müəssisənin hər-bir struktur bölməsi üzrə bir nüsxədə hazırlanır. Hesablama-ödəmə cədvəli üçün "Forma N-1HÖC" forması nəzərdə tutulubdur. Hesablama-ödəmə cədvəli müəssisənin rəhbəri, baş mühasibi və xəzinadar imzalayırlar. Müəssisə rəhbərinin və baş mühasibin imzası olmasa cədvəl əsasında ödəniş aparıla bilməz. Cədvəlin sonunda ümumi ödənilmiş və deponent edilmiş əmək haqqının məbləği qeyd edilir. Cədvəldə əmək haqqının ödənilməsi üçün alınmış pullara görə tərtib edilən kassa məxaric orderinin rekvizitləri də qeyd edilə bilər. Rəsmi təsdiq edilmiş deponentə qoyulmuş əmək haqqı kitabının forması yoxdur. Bu kitab müəssisələr tərəfindən müstəqil hazırlanır. Deponentə qoyulmuş əmək haqqı kitabında hər bir deponent üzrə ayrı sətir ayrılır. Hər bir sətirdə işçinin tabel nömrəsi, soyadı, adı, atasının adı və deponentə qoyulmuş əmək haqqı məbləği qeyd edilir. İşçiyə əmək haqqı ödənildikdən sonra kitabda xüsusi qeyd aparılır. Deponentə qoyulmuş əmək haqqı kitabı 1 illik tərtib edilir. Deponentə qoyulmuş əmək haqqının uçotu kitablarının saxlanma müddəti, sənədli təftişin tam başa çatması şərtilə, 3 ildir. Mübahisələr, fikir ayrılığı, istintaq və məhkəmə işləri zamanı son qərar qəbul edilənədək saxlanılır. Deponentə qoyulmuş əmək haqqları banka təhvil verilir, və təhvil verilmiş məbləği kassa məxaric orderi yazılır. Deponent edilmiş əmək haqqlarından gəlir vergisi dövlət büdcəsinə ödənilmir. Müəssisə vergini işçi əmək haqqını aldığı günü köçürməlidir. Belə ki, AR VM, İşçi işə çıxdıqdan sonra deponent edilmiş əmək haqqı hesablaşma hesabından çıxarılır və kassa məxaric orderi əsasında işçiyə ödənilir. Həmin kassa məxaric orderinin nömrəsi və tarixi "Deponentə qoyulmuş əmək haqqı kitabı"-nda qeyd edilir. İşçi vəfat edərsə əmək haqqı vəfat edənin vərəsələrinə ödənilir. "Şəxsi hesab" forması qanunvericilikdə müəyyən edilməyib, və sərbəst formada tərtib edilə bilər. Lakin, bu sənəddə ilkin sənədlərdəki zəruri olan rekvizitlər olmalıdır. "Şəxsi hesab" hər-bir işçi üçün ildə bir dəfə bir illik tərtib edilir. Şəxsi hesaba işçinin işi barədə bütün məlumatldar daxil edilir: işə gəbul əmrinin nömrəsi və tarixi, hesablanmış əmək haqqları, məzuniyyətlərdən istifadə haqqında məlumatlar, əmək haqqından tutulmalar və s. Şəxsi hesabların saxlanma müddəti aşağıdakı kimidir:

  1. fəhlə və qulluqçuların - 75 il «Y» EYK *

  2. təqaüd və sosial müavinət alanların (təqaüd və sosial müavinət verilməsi dayandırıldıqdan sonra) - 10 il

*Qeyd: Siyahıda konkret sənəd növlərinin qarşısında qoyulmuş «EYK» onu bildirir ki, belə sənədlərin bir hissəsi elmi-tarixi əhəmiyyətə malikdir və müəyyən edilmiş qaydada dövlət arxivinə verilir. Saxlanma müddəti 75 il — "Y" EYK göstərilmiş sənədlərin saxlanma müddəti işin kargüzarlıqda başa çatdığı anda şəxsin yaşı nəzərə alınmaqla hesablanır və "Y" hərfi ilə işarə edilir. Məsələn, hər hansı bir idarənin işçisinin şəxsi işi kargüzarlıqda onun 28 yaşı olarkən qurtarmışdırsa həmin iş 47 il saxlanmalıdır (75-28=47).


2.Əmək haqqı və əmək ödəmələri üzrə əməliyyatların auditinin metodikası Əmək haqqı və əmək ödəmələrinə dair əməliyyatların yохlama-еks­pеr­­tiza işlərinin aparılmasında vacib məqamlardan biri də yохlama üçün lazımi məlumatların əldə еdilməsidir. Əmək haqqı və əmək ödəmələrinə dair məlumatları təyinatına, хaraktеrinə və məzmununa görə bir nеçə katеqоriyaya bölmək mümkündür:

•  əmək münasibətlərini хaraktеrizə еdən ilkin məlumatlar və оnların qanunauyğunluğu;

•  yеrinə yеtirilən iş və хidmətlərə  istifadə оlunmuş faktiki iş vaхtını özündə əks еtdirən məlumatlar;

•  əmək haqqı və əmək ödəmələrinin icrasını хaraktеrizə еdən məlumatlar;

•  əmək haqqı və əmək ödəmələrinin uçоt-hеsabatını хaraktеrizə еdən məlumatlar;

Əmək münasibətlərini хaraktеrizə еdən məlumatlara müəssisə və iş­çi­­lər arasında bağlanmış müqavilələr (kоntraktlar), işçilərin işə qəbul еdil­­məsinə dair ərizələr, müraciətlər, əmrlər aid еdilir.



Yеrinə yеtirilən iş və хidmətlərə sərf оlunmuş iş vaхtına dair məlu­mat­lar müəssisə və təşkilatlarda iş vaхtını uçоta alan tabеl vərəqələri, fak­ti­­ki iş və хidmətlərin həcmini təsdiq еdən təhvil-təslim aktları, sərf еdil­miş ma­tеrial хərclərinə dair ilkin sənədlər və sair əsasında əldə оluna bilər. Əmək haqqı və əmək ödəmələrinə dair məlumatlar əmək haqqını hе­sab­layıb - ödəmə cədvəlləri, kassa mədaхil-məхaric оrdеrləri, ödəmə tap­şı­rıqları və digər ödəmə fоrmalarını əks еtdirən sənədlər də оla bilər. Əmək haqqı və əmək ödəmələrinə dair ilkin sənədlərin auditi və qiymətləndirilməsi dedikdə, fəhlə və qulluqçular işə qəbul edilən zaman standart formaların tətbiqinə əməl edilməsi başa düşülür. Yəni fəhlə və qulluqçular işə qəbul edilən zaman onların kadr uçotu haqqında anketlərin doldurulması, əmək münasibətlərinin qurulması üçün ərizələrin, kontraktların düzgün tərtib edilməsi, kadrlar şöbəsində əmək münasibətlərinin qurulmasına dair müvafiq əmrin rəsmiləşdirilməsi səviyyəsi, fəhlə və qulluqçuların işdən azad edilməsi, yaxud iş fəaliyyətlərinin dayandırılmasına dair sənədlərin lazımi qaydada tərtib edilməsi və digər əmək münasibətləri haqqında sənədləşmələrin düzgün, mübahisəsiz, qanunverici
normativ hüquqi aktların tələblərinə uyğun olaraq təşkili nəzərdə tutulur. Əmək haqqı və əmək ödəmələrinin auditinin metodikasının tərkib hissələrindən biri də ödənilmiş əmək haqqı sistemində tətbiq olunan tarif cədvəlləri və onlardan düzgün istifadə olunmasıdır. Tarif cədvəlləri fəhlə və qulluqçuların vaxtamuzd və işəmuzd əmək haqqı ödənilməsində onları bilik və bacarıqlarının kateqoriyaları üzrə qiymətləndirən sistemdir. Belə ki, hər bir fəhlə və qulluqçunun bilik və bacarığını qiymətləndirmək üçün müvafiq attestasiya komissiyaları fəaliyyət göstərir. Sahələr üzrə fəaliyyət göstərən attestasiya komissiyaları mövcud qayda və standartlara əsasən fəhlə və qulluqçuların peşə səviyyəsini müvafiq dərəcələrə bölür və onları fərqləndirmək üçün fərqli tarif dərəcələri müəyyənləşdirir. Bu, əmək haqqı və əmək ödəməsi sistemində təcrübədən keçirilmiş müsbət bir haldır. Ona görə də əmək haqqı və əmək ödəmələri üzrə audit yoxlama-ekspertiza işləri aparılan zaman onların əməyinə verilən ödəniş müəyyənləşdirilmiş müvafiq tarif dərəcələrinin əsaslı olması qiymətləndirilməlidir. Bir sıra hallarda fəhlə və qulluqçular attestasiyadan keçirilmədən onlara istənilən tarif dərəcələri tətbiq edilir. Belə hallarda maddi maraq prinsipi pozulmaqla yanaşı, iş yerlərində qeyri-sağlam əhval-rühiyyə yaranır.


3.Əmək haqqı və əmək ödəmələrinin auditinin son mərhələsi yoxlama-ekspertiza işlərinin nəticələrinin rəsmiləşdirilməsidir. Bu mərhələdə əmək haqqı və əmək ödəmələri üzrə aparılmış yoxlama-ekspertiza nəticəsində aşkar edilmiş qanun pozuntuları, yol verilmiş nöqsanlar, çatışmamazlıqlar, mənimsəmələr və digər neqativ hallar təfsilatı ilə şərh edilməli və qiymətləndirilməlidir. Digər sahələrdə aparılan yoxlama-ekspertiza işlərindən fərqli olaraq, əmək haqqı və əmək ödəmələrinin auditində olduqca müxtəlif yanaşmalar və üsullardan istifadə edilir. Çoxillik təcrübə göstərir ki, bu sahədə yol verilmiş çatışmamazlıqlar, nöqsanlar və mənimsəmələr əksər hallarda birbaşa təsərrüfatdaxili nəzarət sisteminin lazımi səviyyədə qurulmaması ilə bağlı olur. Təsərrüfatdaxili nəzarət funksiyasının çox hissəsi uçot-hesabat işlərinin üzərinə düşür. Müəssisə və təşkilatlarda uçot-hesabat
işlərinin dəqiq və şəffaf qurulması əmək haqqı, əmək ödəmələri üzrə yol verilə biləcək mənimsəmə hallarının qarşısının alınmasına birbaşa təsir edir. Əmək haqqı və əmək ödəmələri üzrə əməliyyatlarda yol verilmiş hətta xırda nöqsanlar belə birbaşa olmasa da, dolayı yolla müəssisədə uçot-hesabat işlərinin necə qurulmasından
asılıdır. Ona görə də auditor yoxlama-yekun arayışında müəssisədə əmək haqqı və əmək ödəməsi üzrə uçot-hesabat işlərinin vəziyyəti, onların tətbiq olunma formaları, müasir kompüter texnikasından istifadə edilməsi səviyyəsi, bu sahədə işləyən əməkdaşların təhsili, peşə bacarığı, iş təcrübəsi haqqında öz rəyini şərh etməlidir. Əmək və əmək haqqı ödəmələri üzrə audit yoxlama-ekspertiza işi yekunlaşdırılan
zaman daxili auditin apardığı mütəmadi yoxlamalar və araşdırmaların nəticələrinə diqqət yetirilməsi vacibdir. Auditor əmək və əmək ödəmələri üzrə aparılan yoxlama ekspertiza işlərində mövcüd risklərin ehtimal səviyyəsini azaltmaq məqsədilə daxili auditin bu sahədə apardığı yoxlamaların nəticələrinə geniş meydan verməlidir. Əmək haqqı və əmək ödəmələri üzrə audit yoxlamaekspertiza yekunlaşdırılan zaman auditin bu sahədə aşkar etdiyi faktlara və nöqsanlara konkret olaraq istinad edilməsi vacibdir.

Ona görə də auditor bu kimi hallarda maddi-məsul şəxsləri dəqiq təyin etməlidir. Lakin bütün bu və digər neqativ hallar da müəssisənin və təşkilatın direktorununrəhbərinin, baş mühasibin məsuliyyətdən yayınmasına əsas vermir. Ona görə də auditor müəssisə və təşkilatlarda yoxlama-ekspertiza işləri aparan zaman əmək haqqı və əmək ödəmələri üzrə təsərrüfatdaxili nəzarətin təşkili, aparılması və nəticələri haqqında öz rəyini verməlidir. Çoxillik təcrübə göstərir ki, bu sahədə yol verilmiş çatışmamazlıqlar, nöqsanlar və mənimsəmələr əksər hallarda birbaşa təsərrüfatdaxili nəzarət sisteminin lazımi


səviyyədə qurulmaması ilə bağlı olur. Təsərrüfatdaxili nəzarət funksiyasının çox
hissəsi uçot-hesabat işlərinin üzərinə düşür. Müəssisə və təşkilatlarda uçot-hesabat işlərinin dəqiq və şəffaf qurulması əmək haqqı, əmək ödəmələri üzrə yol verilə biləcək mənimsəmə hallarının qarşısının alınmasına birbaşa təsir edir. Əmək haqqı və əmək ödəmələri üzrə əməliyyatlarda yol verilmiş hətta xırda nöqsanlar belə birbaşa olmasa da, dolayı yolla müəssisədə uçot-hesabat işlərinin necə qurulmasından asılıdır. Ona görə də auditor yoxlama-yekun arayışında müəssisədə əmək haqqı və əmək ödəməsi üzrə uçot-hesabat işlərinin vəziyyəti, onların tətbiq olunma formaları, müasir kompüter texnikasından istifadə edilməsi səviyyəsi, bu sahədə işləyən əməkdaşların təhsili, peşə bacarığı, iş təcrübəsi haqqında öz rəyini şərh etməlidir. Əmək və əmək haqqı ödəmələri üzrə audit yoxlama-ekspertiza işi yekunlaşdırılan
zaman daxili auditin apardığı mütəmadi yoxlamalar və araşdırmaların
nəticələrinə diqqət yetirilməsi vacibdir. Belə ki, tabeçilikdə olan törəmə
müəssisələr baş təşkilatın müvafiq strukturları ilə qeyri-sağlam münasibətlərdən öz məqsədlərinə istifadə edirlər. Həmin şəraitdə daxili auditin yoxlama-ekspertizası bir çox hallarda nəticəsiz qalır. Beləliklə, törəmə müəssisələrin fəaliyyətində yol verilən nöqsanlar davam etdirilir, dərinləşdirilir və bəzən mənimsəmə halları ilə tamamlanır.Əmək haqqı və əmək ödəmələri çoxşaxəli əməliyyatlarla bağlı olduğu üçün daxili auditin bu sahədə yerinə yetirdiyi işlər diqqət mərkəzində olmalıdır. Auditor əmək və əmək ödəmələri
üzrə aparılan yoxlama-ekspertiza işlərində mövcüd risklərin ehtimal səviyyəsini
azaltmaq məqsədilə daxili auditin bu sahədə apardığı yoxlamaların nəticələrinə
geniş meydan verməlidir. Əmək haqqı və əmək ödəmələri üzrə audit yoxlamaekspertiza yekunlaşdırılan zaman auditin bu sahədə aşkar etdiyi faktlara və nöqsanlara konkret olaraq istinad edilməsi vacibdir.

MÜSTƏQIL AUDITORUN HESABATI


“ABC” ASC -nin Rəhbərliyinə
Mənfi Rəy

“ABC” ASC üzrə 01.01.2021-ci il tarixdən 31.12.2021-ci il tarixədək olan hesabat ilinə əmək haqqı və əmək ödəmələri haqqında hesabatın düzgünlüyünü təsdiq etmək məqsədi ilə tərəfimizdən, həqiqətən də, həmin audit keçirildi.

Hesab edirəm ki, Auditə təqdim edilmiş məlumatların auditinə dair müəssisə barədə mənfi təsəvvür formalaşdırır.
Mənfi Rəy üçün əsaslar;

Əmək haqqı və əmək ödəmələri haqqında hesabatda qeyd olunan məlumatlar da səhv olduğu ortaya çıxdı. Belə ki, X adlı şəxsin şəxsi hesabat sənədində göstərilən rəqəmlə, hesablama- ödəmə cədvəlində olan rəqəmlə eyni deyil. Buda Beynəlxalq audit standartlarına uyğun olmadığı üçün mənfi rəy yaradır.


Rəhbərliyin məsuliyyəti;
Uçot hesabat senedlerinin düzgün ve vaxtında auditə təqdim olunmasına görə Cəmiyyətin Rəhbərliyi məsuliyyət daşıyır.

Auditorun məsuliyyəti;


Auditin nəticələrinə dair müvafiq Auditor Rəyinin düzgün formalaşdırılmasına auditor məsuliyyət daşıyır. Auditor, həmçinin, əldə olunan audit sübutuna əsasən, müəssisənin fəaliyyətin fasiləsizliyi prinsipinə əsasən fəaliyyətə davam etmək qabiliyyətinə dair əhəmiyyətli şübhələr yaradacaq və auditor hesabatı üçün nəticələri müəyyənləşdirəcək hadisələri audit sübutuna əsasən qərarlaşdıracaqdır.

Auditor:
Yüklə 33,92 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin