Giriş Kodlara nəzarət olunması



Yüklə 158 Kb.
səhifə1/6
tarix04.01.2022
ölçüsü158 Kb.
#51007
  1   2   3   4   5   6
1Obyektlərin identifkatlaşdırılması təsnifatlaşdırılması kodlaşdırılması və kataloqlaşdırılması


Giriş

1.Kodlara nəzarət olunması.

2.İnformasiyanın ştrixli kodlaşdırılması və onun əhəmiyyəti.

3.EAN tərəfindən dünya ölkələrinin milli təşkilatlarına verilən kodlar.

4.İdentifikatlaşdırmanın mahiyyəti.

5.İdentifikatlaşdırmanın əsas metodları.

6.Obyektlərin təsnifatlaşdırılmasının mahiyyəti.

Nəticə

Ədəbiyyat siyahısı

Giriş

Kodlaşdırma obyektə və obyektlər qrupuna müəyyən qaydalar üzrə yaradılan kodun verilməsinə deyilir. Kod obyektin adının bir neçə işarələrlə (simvollarla) əvəz olunmasını nəzərdə tutur. Kodların köməyi ilə maksimum qısa üsulla (yəni işarələrin minimum sayı ilə) obyektlərin identifikatlaşdırılması təmin edilir. Obyektləri identifikatlaşdıran işarələrin sayının minimum olması informasiyanın yığılmasının, uçotunun, saxlanılmasının və emalının səmərəliliyinin yüksəldilməsinə kömək edir.

Kod işarələri aşağıdakılarla xarakterizə olunur:


  • kodun əlifbası;

  • kodun struktur quruluşu;

  • işarələrin sayı - kodun uzunluğu;

  • kodlaşdırma metodu.

Kodun əlifbasi müəyyən qaydada tərtib olunmuş işarələr (simvollar) sistemidir. Buraya çap qurğusunun klaviaturasında olan rəqəmlər, hərflər və digər işarələr daxil ola bilər. Bununla əlaqədar olaraq kodlar rəqəmli, hərfli və hərfli-rəqəmli olurlar.

Bizim ölkədə, xaricdə və beynəlxlaq təcrübədə informasiyanın kodlaşdırılması zamanı rəqəmli kodlardan daha çox istifadə olunur. Burada yarımçoxluq 10 obyektdən çox deyildirsə, onda kod bir rəqəmdən ibarət olur - 0-dan 9-dək, 100 obyektdən çox deyildirsə, kod iki rəqəmdən ibarət olur 00-dan 99-dək və s. Müəyyən edilmişdir ki, informasiyanın emalı prosesində ən yüksək səmərəlilik beş və beşdən az rəqəmlərdən tərtib olunmuş rəqəmli kodların tətbiqi zamanı təmin edilir.



Kodun strukturu bir qayda olaraq kodun işarələrinin ardıcıl qrafıki təsvirindən və bu işarələrə uyğun bölgü səviyyələrinin adlarından ibarətdir.

Məhsulun təsnifçisi üçün kodun strukturu aşağıdakı kimi verilə bilər:



XX X X X X

Növ
Yarımqrup

Qrup

Yarımsinif


Sinif


Yüklə 158 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin