Mövzu Sığorta orqanlarında mühasibat uçotunun əsasları. Plan: Təsərrüfat uçotu haqqında anlayış Mühasibat uçotunun tərkib hissələri və onların xarakteristikası



Yüklə 73,96 Kb.
səhifə1/41
tarix02.01.2022
ölçüsü73,96 Kb.
#36193
  1   2   3   4   5   6   7   8   9   ...   41
kitab (2)


Mövzu 1. Sığorta orqanlarında mühasibat uçotunun əsasları.

Plan:
1.Təsərrüfat uçotu haqqında anlayış
2.Mühasibat uçotunun tərkib hissələri və onların xarakteristikası
3.Sığorta təşkilatlarında mühasibat uçotunun aparılmasının əsas tələbləri və vəzifələri
4.Mühasibat uçotu-sığorta təşkilatlarının idarəetmə və informasiya sisteminin əsası kimi.
5.Sığorta təşkilatlarında mühasibat uçotunun tənzimlənməsi.

Təsərrüfat uçotuna təlabat insan cəmiyyəti inkişafının ilk mərhələlərində meydana gəlmiş və ictimai-iqtisadi formasiyalarda öz təsirini göstərmişdir.Bazar münasibətlərinə keçid prosesində iqtisadi əlaqələrin köklü dəyişikliyi baş verir.İqtisadi əlaqələrin bazar yönümlü meyli təsərrüfat fəaliyyətinin effektli formalarındandır.


Azərbaycan Respublikasının “Mühasibat uçotu haqqında” Qanunun 4-cü maddəsində qeyd olunmuşdur ki,ütün müssisə və təşkilatlarda mühasibat uçotunun tətbiqi məcburidir.Yəni,hər bir təsərrüfat-subyekti öz Nizamnamə fəaliyyətinə uyğun olaraq mühasibat uçotunu tətbiq etməlidir.
Azərbaycan Respublikasında fəaliyyət göstərən sığortaçılar,muhasibat uçotunu Azərbaycan Respublikası muhasibat uçotu qanunvericiliyinə və “Sığorta təşkilatlarının maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotunun hesablar planı və onun tətbiqinə dair Təlimat”ın tələblərinə uyğun olaraq təşkil etməklə fəaliyyətlərinin başladığı gündən öz əmlakının,ıhdəliklərinin,kapitalının,dıvriyyə vəsaitlərinin və ümumiyyətlə,bütün maliyyə-təsərrüfat fəaliyyətinin natural göstəriciləri əsasında,pul ifadəsində,fasiləsiz,başdan-başa,sənədləşdirilmiş,bütün təsərrüfat əməliyyatlarının mehasıbat hesablarına ikili yazılış üsulu ilə yığılmaqla sistemləşdirilir.
Sığorta təşkilatlarında sintetik və analitik uçot hesablarının vahid sistemini özündə əks etdirən mühasibat uçotundan istifadə edilir.Ümumiyyətlə,uçotun bir-birilə qarşılıqlıəlaqədə olan 3 növü vardır:
1.Mühasibat uçotu 2.Statistik uçot 3.Operativ uçot

Yüklə 73,96 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin