Mühasibat uçotunun predmeti-müəssisənin bütün əmlakının tərkibi və yerləşdirilməsinə görə,eləcə də öhdəliklərin,onları dəyişdirən təsərrüfat əməliyyatlarını və onların nəticələrini əks etdirən informasiya sistemidir.
Mühasibat uçotunun metodu-onun predmetinin öyrənilməsi üsullarını əhatə edir.Mühasibat uçotunun metodunun əsas elementləri bunlardır: sənədləşdirmə,inventarizasiya,hesablar,ikitərəfli yazılış,qiymətləndirmə,kalkulyasiya,balans və hesabat.
Sənədləşdirmə təsərrüfat əməliyyatları haqqında məlumatların kağız daşıyıcısında əks olunmasından ibarətdir.Sənədləşdirmə üsulunun tətbiqi əsasında,müəssisənin təsərrüfat fəaliyyətində baş verən ayrı-ayrı təsərrüfat əməliyyatları müvafiq qaydalara uyğun sənədləşdirilir.
İnventarizasiya dedikdə,müəssisənin müəyyən növdən olan əmlakının sayılması və bu haqda müvafiq siyahının tərtib edilərək,əmlakın faktiki mıvcudluğu haqqında məlumatların uçot məlumatları ilə üzləşdirilərək,artıq və əksikliyin müəyyən edilməsi başa düşülür.