Mühasibat uçotunda hesabların tətbiqi müəssisənin təsərrüfat fəaliyyətini təşkil edən çoxsaylı təsərrüfat əməliyyatlarının mühasibat hesabları üzrə qruplaşdırılmasına xidmət edir.İkitərəfli yazılışın mahiyyəti isə baş vermiş təsərrüfat əməliyyatlarının bir hesabın debetində və digər hesabın kreditində qeydə alınmasından ibarətdir.
Qiymətləndirmə və kalkulyasiya mühasibat uçotu prosesinin əsas üsullarından biri olub,idarəetmə məqsədlərinə xidmət edir.Qiymətləndirmənin mahiyyəti hər hansı təsərrüfat əməliyyatının,hadisənin,əklakın və ya onun əmələ gəlməsi mənbəyinin müəyyən ölçülər vasitəsilə ölçülərək qiymətləndirilməsindən ibarətdir.
Kalkulyasiya üsulu qiymətləndirmənin tərkib hissəsi olub,məhsulun,işin və xidmətin maya dəyərinin müəyyənləşdirilməsinə xidmət edir.
Balans üsulunun mahiyyətinə əsasən müəssisənin təsərrüfat prosesində baş vermiş əməliyyatlar balanslaşdırılır. Bu əməliyyatlar nəticəsində müəssisənin əmlakı və onun əmələ gəlməsi mənbələri balans vasitəsilə yekunlaşdırılır.
Hesabat üsulunun tətbiq edilməsinin mahiyyəti hər bir dövrə aid,yəni ay,rüb,il və ya digər zaman daxilində müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin yekunlaşdırılması və onun nəticələrinin hesablanaraq,müəyyən hesabatlarda əks etdirilməsindən ibarətdir.
Mühasibat uçotunun metodunun elementlərini təşkil edən bu üsulların köməyi ilə müəssisədə mühasibat uçotu qarşısında duran funksiya və vəzifələr yerinə yetirilir.