Mühasibat uçotu- sığorta fondunun pul formasında mövcud vəziyyətini və hərəkətinin fasiləsiz əks olunduğu bir sistemi ifadə edir.Digər növlərdən fərqli olaraq o,başdan-başa bütün pul əməliyyatlarını əhatə edir.Bəzi hallarda o.natural göstəriciləri (əsas vəsaitin uçotunu)əks etdirsə də mütləq pul ifadəsini də özündə əks etdirir.
Statistik uçot-kütləvi sığorta əməliyyatlarının natural və pul göstəriciləri üzrə sistematik yığılmasını nəzərdə tutur.Onun göstəriciləri,məsələn,sığorta obyektinin və sığorta tədiyyələri statistik hesablarda ümumiləşdirilir.
Operativ uçot-sığorta tədiyyələrinin daxil olmasına nəzarət məqsədilə cari il üçün informasiyanın dövri yığılmasını özündə əks etdirir.Onun köməyi ilə məlumatlar əsasında hər bir vəzifəli işçinin iş keyfiyyətinə nəzarət etmək mümkün olur.Operativ uçotun fərqli xüsusiyyəti odur ki,onun məlumatları hesablarda öz əksini tapmır.
Sığorta əməliyyatlarının bütün uçot növləri qarşılıqlı əlaqədə olub,vahid sistemi təşkil edir.
Sığorta orqanlarında mühasibat uçotunun qurulmasının əsaslarını aşağıdakılar təşkil edir:
1.Sığorta orqanlarında mühasibat uçotunun normativ tənzimlənməsi
2.Sığorta orqanlarında mehasibat uçotunun səmərələşdirilməsi və təkmillləş-
dirilməsi.
3.Mühasibat uçotunun dinamikliyinin təmin edilməsi və uçot prosesinin qənaətliyi-
nin təmin edilməsi
4.Sığorta orqanlarında daxili və kənar istifadəçilərin mühasibat uçotu informasiyası
ilə təmin edilməsi.
5.Mühasibat uçotunda idarəetmənin ümumi prinsiplərinin tətbiqi.
Söğorta orqanlarında mühasibat uçotunun normativ tənzimlənməsi dedikdə,qanunvericilik və icraedici hakimiyyət şəxsində dövlətin müvafiq qanunları və digər qanunvericilik aktlar vasitəsilə mühasibat uçotunun təşkili və aparılmasının və hesabatların nəşr olunma qaydalarının hüquqi və metodoloji əsaslarını təyin edir və mühasibat uçotu informasiyasının düzgünlüyünü təmin edən tədbirlər həyata keçirir.Sığorta orqanlarında mühasibat uçotunu tənzimləyən normativ aktlara misal olaraq aşağıdakiları göstərmək olar:
1. Azərbaycan Respublikası Prezidentinin 29 iyun 2004 cü il tarixli fərmanı ilə təsdiq edilmiş “Mühasibat uçotu haqqında Qanun”
2.Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2007 –ci il tarixli,519-IIIQ nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sığorta fəaliyyəti haqqında Qanun”
3.Mühasibat uçotunun beynəlxalq standartları (2006)
4.”Maliyyə Hesabatlarının 4N-li Beynəlxalq Standartları” Sığorta müqavilələri
5.”Sığorta fəaliyyəti sahəsində bir sira məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Maliyyə Nazirliyinin kolleqiyasının 27 mart 2014-cü il tarixli Q-08 saylı Qərarı. Və.s.
Azərbaycan Respublikasında fəaliyyət göstərən Sığorta təşkilatları hüquqi və təşkilatı baxımında Azərbaycan Respublikası Prezidenti Aparatı nəzdində “Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət” Palatasına, metodoloji baxımdan isə Azərbaycan Respublikası Maliyyə Nazirliyinə tabedir.
Sığorta şirkətlərində uçot prosesi sahənin özünun səciyyəvi xüsusiyyətlərindən və qəbul edilmiş uçot siyasətindən çıxış edilərək şirkətin özü tərəfindən təşkil edilir.Əsas təsərrüfat proseslərinin səciyyəvi xüsusiyyətləri (sığorta olunanlara göstərilən xidmətlər,yerinə yetirilən işlər) mühasibat uçotunun təşkili xüsusiyyətlərini şərtləndirir.
Sığorta şirkətləri respublikamızın bazar münasibətlərinə keçidi və bu münasıbətlərin tələbləri ilə bağlı olaraq mühasibat uçotunda gəlir və xərclərin tanınmasının hesablama metodunu istifadə edir.
Mühasibat uçotu formalarına gəldikdə isə qeyd etmək lazımdır ki,sığorta şirkətləri mühasibat uçotunun “Memorial-order”,”Jurnal-order” və digər formaları ilə deyil,uçotun tam kompüterləşdirilməsi sisteminə keçmişdir.