1.Azərbaycan Respublikasında sığorta orqanlarında tətbiq olunan mühasibat
uçotu hesabları və onların xüsusiyyətləri .
2.Sığorta orqanlarında tətbiq olunan hesablar planının təsnifatı,əhəmiyyəti
və əsas prinsipləri.
3.Hesabların quruluşu,debet,kredit,son qalıq.
4.Hesablarda ikili yazılış,dıvriyyə qalıq cədvəli.
5.Hesabların iqtisadi məzmununa və təyinatına görə quruluşu.
Müəssisənin təsərrüfat fəaliyyəti prosasində baş vermiş əməliyyatlar onun vəsaitinin və onların əmələgəlmə mənbəyinin müxtəlif formada dəyişməsinə səbəb olur.Təsərrüfat fəaliyyəti prosesində baş verən dəyişiklikləri balansda düzgün əks etdirərək ,ardıcıl və xronoloji qaydada qeydiyyata aımaq üçün onları qruplaşdırmaq lazımdır.Belə qruplaşdırma mühasibat hesablarından istifadə etməklə aparılır.Mühasibat uçotunun hesabları müəssisənin təsərrüfat fəaliyyətində baş vermiş çoxsaylı təsərrüfat əməliyyatlarının onların iqtisadi məzmununa görə qruplaşdırılmasına xidmət göstərir. Beləliklə,mühasibat hesabları mühasibat uçotunun əsas elementlərindən biri olub,təsərrüfat prosesində baş vermiş əməliyyatların iqtisadi məzmununa,xarakterinə və balansda tutduğu mövqeyinə görə qruplaşdırıilması üçün nəzərdə tutulmuşdur.
Hər bir hesa üzrə aşağıdakı elementlər əks olunur:
-dövrün əvvəlinə qalıq (ilk qalıq)
-dövr ərzində debet üzrə təsərrüfat əməliyyatları
-dövr ərzində kredit üzrə təsərrüfat əməliyyatları
-debet dövriyyəsinin məbləği
-kredit dövriyyəsinin məbləği
-dövrün sonuna qalıq(son qalıq,saldo)
Hər ayın sonunda hesablar üzrə dövriyyə və qalıq məbləğləri hesablanır.Hesab üzrə cari ayin əvvəlinə olan qalıq,keçən ayın sonuna olan qalıqla eyni olur.
Mühasibat uçotunda hesabların bəziləri aktiv,bəziləri passiv Bəziləri isə gah aktiv,gah da passiv olur.Aktiv və passiv hesablar bir – birindən fərqlənir.Hesabların aktiv və passiv hesablara bölünməsi onların bəzilərinin müəssisənin əmlakını,bəzilərinin isə onların əmələgəlmə mənbələrini xarakterizə etməsilə əlaqədardır.
Aktiv mühasibat hesabında ilk və son qalıqlar,eləcə də hesabı artıran təsərrüfat əməliyyatları hesabın debitində,hesabı azaldan təsərrüfat əməliyyatları isə kreditində əks olunur. Aktiv mühasibat hesabında son qalığı tapmaq üçün ilk qalığın üzərinə debet dövriyyəsinin məbləğini gəlib,kredit dövriyyəsinin məbləğini çıxmaq lazımdır.
Passiv mühasibat hesabında ilk və son qalıqlar,eləcə də hesabı artıran təsərrüfat əməliyyatları hesabın kreditində,hesabı azaldan təsərrüfat əməliyyatları isə debetində əks olunur.
Passiv mühasibat hesabında son qalığı tapmaq üçün ilk qalığın üzərinə kredit dövriyyəsi məbləğini gəlib,debet dövriyyəsi məbləğini çixmaq lazımdir.
Təsərrüfat əməliyyatlarının bir hesabın debetində,digər hesabın kreditində qeydə alınması ikitərəfli yazılış adlanır.İkitərəfli yazılış mehasibat uçotunun əsas üsulu olub,uçotda tarazlıq prinsipinin gözlənilməsinə xidmət edir.Həmin üsulun mahiyyəti ondan ibarətdir ki,hər bir təsərrüfat əməliyyatının iqtisadi məzmununa uyğun olaraq ,onun məbləği bir hesabın debetində,digər hesabın isə kredetində əks etdirilir.
Kommersiya təşkilatlarında mühasibat uçotunun yeni Hesablar planı Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2006-cı il 18 aprel tarixli İ-38N-li əmri ilə təsdiq edilmişdir.
Təsdiq edilən hesablar planı 9 bölmədən,45 maddədən,144 hesabdan ibarətdir.Bölmələrin 2-si aktivə,7-si kapital və öhdəliklərə,maddənin 15-i aktivlərə,30-u kapital və öhdəliklərə,hesabların isə 61-iaktivlərə,83-ü kapital və öhdəliklərə aiddir.