Mövzu Sığorta orqanlarında mühasibat uçotunun əsasları. Plan: Təsərrüfat uçotu haqqında anlayış Mühasibat uçotunun tərkib hissələri və onların xarakteristikası


Mövzu 6. Sığorta təşkilatlarında uzunmüddətli aktivlərin uçotu



Yüklə 73,96 Kb.
səhifə9/41
tarix02.01.2022
ölçüsü73,96 Kb.
#36193
1   ...   5   6   7   8   9   10   11   12   ...   41
kitab (2)

Mövzu 6. Sığorta təşkilatlarında uzunmüddətli aktivlərin uçotu

Plan:

1.Qeyri-maddi aktivlərin uçotu
2.Qeyri-maddi aktivlərin amortizasiyası
3.Torpaq,tikili və avadanlıqların uçotu və amortizasiyası
4.Uzunmüddətli debitor borclarının uçotu
5.Sair uzunmüddətli aktivlərin uçotu

Sığorta şirkətlərinin aktivləri dövretmə müddətindən asılı olaraq iki qrupa bölünür:


a)uzunmüddətli aktivlər (xidmət müddəti 1 ildən yuxarı)
b)qısamüddətli aktivlər (xidmət müddəti 1 ilədək)

Uzunmüddətli aktivlərə aşağıdakılar daxildir:


1.Torpaq,tikili və avadanlıqlar
2.Daşınmaz əmlaka investisiyalar
3.Qeyri-maddi aktivlər
4.Təxirə salınmış vergi aktivləri
5.Uzunmüddətli debitor borcları
6.Uzunmüddətli maliyyə aktivləri
a)dövlət qiymətli kağızları
b)qeyri dövlət qiymətli kağızları
c)sair maliyyə aktivləri
7.İştirak pay metodu ilə uçota alınmış investisiyalar
8.Sair uzunmüddətli aktivlər.
İstehsal prosesində bir ildən artıq iştirak edən ,dəyəri 100 manatdan artıq olan,texniki göstəricilərə malık olan,istifadə olunduqca öz dəyərini istehsal olunmuş məhsul üzərinə hissi-hissə keçirərək ,natural formasını saxlayan vəsaitlər əsas vəsaitlər adlanır.Əsas vəsaitlər müəssisənin uzunmüddətli aktivlərinin əhəmiyyətli hissəsini təşkil edir.Əsas vəsaitlərin 2 forması mövcuddur:
1. Istehsal təyinatlı əsas vəsaitlər- yəni istehsal prosesində iştirak edən
2.qeyri istehsal təyinatlı əsas vəsaitlər-istehsal prosesində iştirak etməyən.
Sığorta təşkilatlarınin balansında olan əsas vəsaitlər qeyri istehsal təyinatlı vəsaitlər qrupuna aid edilir.
Əsas vəsaitlər üç dəyərlə qiymətləndirilir:
1.İlkin dəyər (balans dəyəri)
2.Bərpa dəyəri
3. Qalıq dəyəri.
İlkin dəyərdən köhnəlmə məbləği çıxıldıqdan sonra alınan dəyər,əsas vəsaitlərin qalıq dəyəri adlanır.
Əsas vəsaitlər istifadə olunduqca amortizasiyaya (köhnəlmə)uğrayırlar.İstehsal prosesində iştirak edərək öz balans dəyərini istehsal olunmuş məhsulun üzərinə hissə-hissə köçürülməsi əsas vəsaitlərin köhnəlməsi adlanır. Əsas vəsaitlərin köhnəlməsinin 2 forması vardır:
1.Fiziki köhnəlmə- yəni daim istismarda olan
2.Mənəvi köhnəlmə-yəni yeni texnologiyaların tətbiqi ilə.
Əsas vəsaitlərin köhnəlmə dərəcələri aşağıdakı faiz dərəcələri ilə hesablanır:

-binalar-7%-ə qədər (illik)


-qurğular,ötürücü qurğular,nəqliyyatvasitələri və.s- 20%-ə qədər (illik)
-maşın və avadanlıqlar-25%-ə qədər (illik)
Qeyri-maddi aktivlər dedikdə müəssisənin uzunmüddətli aktivləri sırasında maddi şəkildə mövcudluğundan asılı olmayaraq uçota alınan əşya və qeyri-əşya formalı əmlak növləri başa düşülür.Qeyri-maddi aktivlərə misal olaraq,müəssisəyə müəyyən gəlir gətirən hüquqların verilməsini təsdiqləyən sənədlər,patent hüququ,lisenziya hüququ,müəlliflik hüququ,eləcə də ticarət marka və nişanları,kompüter proqramları,əmlak növləri göstərilə bilər.
Müəssisədə əsas vəsaitlərin təsərrüfata daxil olması,daxili yerdəyişməsi,istismarı,məxarici,təsərrüfatdan silinməsi və digər bu kimi təsərrüfat əməliyyatları”əsas vəsait”sözlərinin baş hərflərindən olah “ƏV”seriyalı ilkin sənəd formalarında əks etdirilir.
Uzunmüddətli debitor borcları göstərilmiş xidmətlərin,göndərilmiş məhsulların dəyəri ödənilmədiyi hallarda yaranan aktivlərdir. Belə halların sığorta təşkilatlarında mövcudluğu çox az hallarda təsadüf oluna bilər. Çünki,sığorta təşkilatlarında göstərilən xidmətlər nağd ödənişlər formasında aparılır. Sığorta təşkilatları söğorta xidmətləri göstərdiyinə görə və sığorta müqaviləsində göstərilən sığorta məbləğinə görə sığorta haqqı ödənilməzssə həmin müqavilənin qüvvəyə minməsi qeyri mümkündür. Belə halların mövcudluğuna görə sığorta təşkilatlarında uzunmüddətli debitor borclarının yaranması mümkün deyildir.



Yüklə 73,96 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin