Aktivlər= Kapital +Öhdəliklər
Kapital=Aktivlər-Öhdəliklər
Büradan görünür ki,müəssisənin kapitalının məbləği məcmu aktivlərin məbləğindən məcmu öhdəliklərin məbləğini çıxmaqla alınan məbləğə bərabərdir.
Sığorta təşkilatlarında aktivlərin əmələgəlmə mənbəələri 3 qrupa bölünür:
a) kapital
b)uzunmüddətli öhdəliklər
c)qısamüddətli öhdəliklər
Kapitalın tərkibi aşağıdakılardan ibarətdir:
a)Ödənilmiş nominal(nizamnamə)kapitalı
b)Emissiya gəlirləri
c)Geri alınmış kapital(səhm)
ç)Kapital ehtiyatları
d)Yenidənqiymətləndirmə üzrə ehtiyatlar
e)Digər kapital
Sığortaçıların fəaliyyət göstərməsi üçün tələb olunan ilkin şərtlərdən biri sığortaçının sığortalilar qarşısında öhdəliklərinə təminat verə biləcək məbləğdə nizamnamə kapitalına malik olmasıdır. Nizamnamə kapitalı sığortaçının maliyyə sabitliyi və ödəmə qabiliyyətini təmin edən ən əhəmiyyətli şərtlərdəndir.
Mövcud qanunvericilik sığortaçıların və təkrar sığortaçıların nizamnamə kapitalının minimum məbləğinin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən müəyyən edilməsini nəzərdə tutur.Nazirlər Kabinetinin müvafiq qərarı ilə nizamnamə kapitalının minimum məbləği sığortaçılar üçün 2,0 mlrd.manat,təkrar sığortaçılar üçün 5,0 mlrd.manat məbləğində müəyyən edilmişdir.
Nizamnamə kapitalı müəssisəyə onun yarandığı və müvafiq orqanlarda qeydiyyatdan keçdiyi zaman mülkiyyətçilər tərəfindən qoyulan vəsaitlərin məbləğidir.
hər bir müəssisə özünün təsərrüfat fəaliyyətinin xarakterik xüsusiyyətlərinə,təsərrüfat proseslərinin təşkil olunması,idarə edilməsi qaydalarına və digər bu kimi məsələlərə əsaslanaraq,müxtəlif sərgili fondlar yarada bilər.Məsələn:İstehlak fondları,Yığım fondları,Sosial sfera fondları və.s.Bu fondlar müəssisənin mənfəəti hesabına yaranan fondlardır.
İqtisadi mahiyyət etibarı ilə kapitallar müxtəlif növlərə ayrılır.Bunlara misal olaraq ,səhimdar kapitalı,yoldaşlıq kapitalı,payçı kapitalı,şərikli kapital,şəxsi kapital,ailə kapitalı göstərilə bilər.Mühasibat uçotunda kapitallar növlərə həm onların iqtisadi mahiyyəti,həm də uçotda əks etdirilməsi prinsiplərinə görə bölünürlər.Burada nizamnamə kapitalı,ehtiyat kapitalı,əlavə kapital kimi kapital növləri mövcuddur.Söğorta təşkilatlarında mühasibat uçotunun yeni standartları şəraitində müəssisənin kapitalı nizamnamə kapitalı və ya nominal kapital,geri alınmış kapital və kapital ehtiyatları kimi qruplara bölünür.
Dostları ilə paylaş: |