Mövzu11. Sığorta təşkilatlarında işçi heyəti ilə hesablaşmaların
Uçotu.
Plan:
1.Əməyin uçotu və ödənilməsinin ümumi qaydaları
2.Sığorta təşkilatlarında işçi heyətinin uçotunun sənədləşdirilməsi
3.Sığorta orqanlarında əməyin təşkili və ödənilməsi sistemi
4.İşçilərin əmək haqqının hesablanması
5.Əmək haqqından tutulmalar və əmək haqqının ödənilməsi
Azərbaycanda bazar iqtisadiyyatının inkişaf etməkdə olduğu müasir şəraitdə əmək məsələləri və onun ödənişinin təşkili sosial-iqtisadi əsaslara malikdir.Əmək və onun ödənişinin sosial-iqtisadi və hüquqi əsasları Azərbaycan Respublikasının Konstitusiyası və onun əsasında yaradılmış qanunvericilik bazası ilə müəyyən edilir.
Müasir dövrdə ölkə iqtisadiyyatının bütün sahələrində olduğu kimi sığorta təşkilatlarında da əməyin ödənişi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən işlənib hazırlanmış və Respublika Nazirlər Komitəsi tərəfindən təsdiq edilmiş Vahid Tarif Cədvəli (VTC)əsasında aparılır.
Bütün müəssisə və təşkilatlarda olduğu kimi ,sığorta təşkilatlarında çalışan işçilərin əməyinin ödənişi aşağıda göstərilən formalar üzrə təşkil edilir:
-işəmuzd ödəniş forması
-vaxtamuzd ödəniş forması
-işəmuzd-mükafatlı ödəniş forması
-vaxtamuzd-mükafatlı ödəniş forması
-akkord ödəniş forması və.s
Sığorta təşkilatlarında işçilərin əməyinin ödənişi işəmuzd-mükafatlı və vaxta-muzd mükafatlı əmək haqqı sistemi əsasında təşkil edilir.Bu sistemin mahiyyətinə əsasən işçilərin əsas əmək haqqı iki hissədən ibarətdir ki,bunun da birinci hissəsini işəmuzd və vaxtamuzd norma və tariflər əsasında yerinə yetirilmiş iş vaxtının həcminə görə hesablanan əmək haqqı məbləği,ikinci hissəsini isə mükafatlandırma sistemi əsasında işlərin artıqlaması ilə yerinə yetirilməsinə görə verilən mükafatlar təşkil edir.
Əmək ödənişi üzrə işçi heyətilə hesablaşma əməliyyatları,bir qayda olaraq,əmək haqqı hesablama və ödəniş cədvəllərinin tərtib edilməsi ilə sənədləşdirilir.Bununla yanaşı əmək ödənişi üzrə işçi heyəti ilə hesablaşma əməliyyatlarının sənədləşdirilməsi üçün işçilərin işə qəbulu,başqa işə keçirilməsi və işdən azad edilməsi haqqında əmrlər,iş vaxtından istifadə cədvəlləri(tabellər),işlərin yerinə yetirilməsi haqqında arayış və hesabatlar,mükafatların verilməsi haqqında əmrlər və digər sənədlər tərtib edilir.Bu sənədlər əsasında işçilərə əmək haqqı hesablanır.
Bütün müəssisə və təşkilatlarda olduğu kimi,sığorta təşkilatlarında da işçilərə hesablanmış əmək haqqı məbləğindən tutulmalar qüvvədə olan qanunlar və qaydalar əsasında aparılır.01 yanvar 2019 –cu il tarixdən tətbiq olunan vergi qanunvericiliyinə əsasən işçilərin əmək haqqlarından gəlir vergisinin tutulması ləğv edilmişdir. Yeni qanunvericiliyə əsasən işçilərin əmək haqqından aşağıda göstərilən məbləğlər tutulur:
-DSMF-na üzvlük haqqı 10%
-Məhkəmə orqanlarının icra vərəqələri üzrə tutulan məbləğlər.
-Nisyə alınmış mallara görə borc məbləği
-Alınmış kreditlərə görə ayliq ödəniş məbləği
-Xörda əskikgəlmə və dəyərlilərin xarab olmasından vurulmuş ziyana görə
-Təhtəlhesab məbləğlərin müvafiq normalardan artıq xərclənmiş ziyana görə məbləğlər.
Əmək haqqından tutulmalar müvafiq balans hesablarında ikili yazılış tərtib olunmaqla rəsmiyyətə salınır. Məsələn:
Əmək haqqından pensiya fonduna tutulmalar hesablanıb DT533-KT522
Təhtəlhesab şəxsin əmək haqqından tutulmuşdur DT533-KT244
Əksikgəlmə təqsirkar şəxsin əmək haqq.tutulmuşdur DT533-KT213.1
Məhkəmənin icra vərəqinə əsasən tutulub DT533-KT538.1
Və.s.
İşçilərə əmk haqqı hesablandıqda isə DT711-KT533 formada mühasibat yazılışları tərtib olunur.
İşçilərə əmək haqqı verilməsi əməliyyatları kassadan nağd formada verildikdə DT 533- KT 221, şəxsin bank kartına keçirildiyi halda isə
DT533-KT223 formalı mühasibat yazılışları tərtib olunur.
Dostları ilə paylaş: |