Mühasibat uçotunun predmeti və metodu Учет ремонта земельных участков, сооружений и оборудования



Yüklə 18,28 Kb.
tarix21.10.2022
ölçüsü18,28 Kb.
#65748
Suallar


  1. Mühasibat uçotunun predmeti və metodu
    Учет ремонта земельных участков, сооружений и оборудования.


Təsərrüfat əməliyyatları zamanı, müəssisə: 1) materiallar, əsas vəsaitlər, qeyri-maddi aktivlər alır, 2) onlardan istifadə edir, 3) istehsal prosesinə xərc çəkir, 4) hazır məhsul istehsal edir, 5) onu satır, 6) satışdan pul vəsaiti və mənfəət əldə edir. Bütün bünlar təsərrüfat prosesləri zamanı baş verir.
Mühasibat uçotunun predmetini aydınlaşdırarkən onun tarixi inkişafına də nəzər yetirmək lazımdır. Belə ki, mühasibat uçotunun predmetinin məzmunu müxtəlif iqtisadi-ictimai formasiyalarda müxtəlif olmuşdur.
Ibtidai icma quruluşunda uçotun ən sadə forması tətbiq edilirdi. Burada uçotun predmeti icmanın mülkiyyətini təşkil edən vəsait və onun istifadəsi üzrə baş verən əməliyyatlar hesab olunurdur.
Quldarlıq quruluşunda istehsal üzərində tam hakimiyyət hökm sürmüş və burada qullar da uçotun predmetini təşkil etmişdir.
Feodalizm cəmiyyətində istehsal vasitələri və əmək əşyaları üzərində tam, kəndlilər üzərində isə natamam hakimiyyət mövcud idi. Kəndlilər alqı-satqı obyektlri olduğuna görə də uçotun obyektlərinə daxil edilirdi.
Kapitalizm cəmiyyətində mühasibat uçotunun predmeti fərdi kapitalın dövranı hesab olunurdu.
Sosializm cəmiyyətində mühasibat uçotunun predmeti müəssisələrin, təşkilatların sərəncamında olan vəsaitlərin istifadəsini və onların vəziyyətini əks etdirirdi.
Qeyd edilənlərdən belə nəticəyə gəlmək olar kı uçotun predmetini hər bir ictimai formasiyanın xarakteri müəyyən edir.
Mühasibat uçotunun metodu onun araşdırılması və öyrənilməsi qay­da­larıdır. Elmi araşdırmalarda metod ter­­mini öyrəniləcək əşyanın təmi­na­tını araşdırmaq üçün müxtəlif üsul və prinsiplərdən istifadə olunmasını nə­zər­də tutur. Mühasibat uçotunun metodu öz predmetinin hansı üsullar və prinsiplər vasitəsilə öyrənilməsini yerinə yetirir.
Göstərilən metodoloji sistemdə mühasibat uçotu­nun hansı vasitələrlə tə­sərrüfat-maliyyə əməliyyatlarını icra etməsini müəyyənləşədirmək əsas sayılır.
Məlum olduğu kimi təsərrüfat vəsaitləri, onların əmə­lə gəlmə mənbə­lə­ri müxtəlifdir. Bütün əməliyyatları düzgün əks etdirmək üçün ayrı-ayrı və­sait növlərinin hə­rə­kəti və onun icrası üzərində nəzarəti həyata ke­çirmək çox vacibdir. Burada sənədləşmə və inventarlaşma mü­hüm nəza­rət metodu kimi xüsusi əhəmiyyətə malikdir.
Mühasibat uçotunun metodu onun icra fəaliyyətində mühüm əhəmiyyətə malik olan ünsürləri vasitəsilə yerinə yetirilir. Bu ünsürlər sənədləşmə və invertarlaşmadan, qiymət və kalkulyasiyadan, hesablar sistemindən, ikitərəfli yazılış, mühasibat balansı və hesabatdan ibarətdir.


  1. Mühasibat balansının növləri
    Виды бухгалтерского баланса.


Mühasibat balansı mühasibat (maliyyə) hesabatlarının tərkibində hər bir iqtisadi subyekt üçün müəyyən tarixə tərtib olunur. Balans hesabatı müəssisə yaradılan tarixə, aylıq, rüblük, yarım illik, 9 aylıq və müəssisə ləğv olunarkən tərtib oluna bilər. Tərtib olunma prinsipinə görə balansın formaları aşağıdakılardır:
- Giriş balansı;
- Cari (dövrü) balans;
- Birləşdirici balans;
- Bölüşdürücü balans;
- Ləğv olunma balansı ;
- Sağlamlaşdırıcı balans ;
- İcmal balans;
- İcmal-konsildə edilmiş balans.
Giriş balansı - yeni yaradılan müəssisələrin nizamnamə fondu əsasında tərtib etdiyi balansdır. Giriş balansında müəssisə nizamnaməsində qeydiyyatdan keçmiş əsas əmlak formaları və nizamnamə kapitalına təsisçilər tərəfindən qoyulan öhdəliklər, pul vəsaiti əks olunur.
Cari (dövrü) balans - müəssisənin fəaliyyətdə olduğu bütün dövrdə dövrü olaraq uçot siyasətinə və hesabat dövrlərinə uyğun tərtib olunur. Dövrü balans formaca aylıq, rüblük, yaxud illik olaraq bir-birindən fərqləndirilən, müvafiq orqanlara təqdim edilən balansdır.
Birləşdirici balans - bir neçə təsərrüfat subyektinin bir hüquqi şəxs kimi birləşməsi zamanı tərtib edilir. Bölüşdürücü balans - bir təsərrüfat subyektinin bir neçə müstəqil hüquqi şəxsə bölüşdürüldüyü və ayrıldığı hallarda tərtib edilir.
Ləğv olunma balansı – müəssisənin ləğv edilmə dövrünün əvvəlində tərtib olunur. Ləğv olunan müəssisələrin öhdəlikləri dəqiqləşdirilir və ləğv balansında, ödəniş günündən başlayaraq bölgü üzrə bərabar faizlərlə əks etdirilir.
Sağlamlaşdırıcı balans - müəssisə müflisləşmə dərəcəsində olduqda tərtib edilir.
İcmal balans - ayrı-ayrı yekun balansların maddələrinin göstəricilərinin toplanması vasitəsilə formalaşır. Nazirliklər və idarələr bu balansdan istifadə edirlər.
İcmal-konsildasiya balansı - hüquqi cəhətdən müstəqil olan, lakin iqtisadi cəhətdən bir-birilə bağlılığı olan təşkilatların balanslarının məcmuəsidir.
Yüklə 18,28 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin