Mövzu Sığorta orqanlarında mühasibat uçotunun əsasları. Plan: Təsərrüfat uçotu haqqında anlayış Mühasibat uçotunun tərkib hissələri və onların xarakteristikası


Mövzu 13.Sığorta təşkilatlarında vergilər üzrə xərclərin uçotu



Yüklə 73,96 Kb.
səhifə17/41
tarix02.01.2022
ölçüsü73,96 Kb.
#36193
1   ...   13   14   15   16   17   18   19   20   ...   41
kitab (2)

Mövzu 13.Sığorta təşkilatlarında vergilər üzrə xərclərin uçotu

Plan:

1.Sığorta təşkilatlarında ödənilən vergilərin tərkibi
2.ƏDV-nin hesablanması və ödənilməsinin uçotu
3.Əmlak vergisinin hesablanması və ödənilməsinin uçotu
4.Mənfəət vergisinin hesablanması və ödənilməsinin uçotu
5.Torpaq vergisinin hesablanması və ödənilməsinin uçotu

Vergi- dövlətin və bələdiyyələrin fəaliyyətinin maliyyə təminatı məqsədilə vergi ödəyicilərinin mülkiyyətində olan pul vəsaitlərinin özgəninkiləşdirilməsi şəklində dövlət büdcəsinə və yerli büdcələrə köçürülən məcburi,fərdi,əvəzsiz ödənişdir.


Bazar şəraitində sığorta təşkilatları eyni zamanda vergi ödəyiciləridirlər.Onlar aşağıdakı əsas qruplara ayrılır:
1)gəlirdən ödənilən vergilər; mənfəətə tətbiq olunan vergi; divident üzrə ödənilən vergi; iştirak payından digər müəssisə və təşkilatların fəaliyyətinə cəlb olunan vergi
2)sığorta xidmətlərinin təqdim olunmasından əldə olunan gəlirlərdən vergi;avtomobil yollarından istifadə edənlər üçün vergi;yaşayış fondu və sosial-mədəni sahə obyektlərinin saxlanması üçün vergi
3)əmlakdan alınan vergi;sığorta təşkilatlarının əmlakına tətbiq olunan vergi,bura həmçinin nəqliyyat vasitələrinin sahiblərindən alınan vergiləri də əlavə etmək olar.
4)təbii ehtiyyatlar üzrə ödənişlər;torpaq vergisi və torpağa görə ödənilən icarə haqqı
5)DSMF-na pul vəsaitinin köçürülməsi,reklam üzrə vergi və.s.
Sığorta təşkilatları vergi qanunvericiliyinə riayət olunmasına görə məsuliyyət daşıyırlar.Bu,qanunvericilikdə hesablamaların düzgün olması və eləcə də ödənilməsi tam və müəyyən olunmuş vaxt ərzində həyata keçirilməsi ifadə olunmuşdur.
Sığortaçılar,sahibkarlıq fəaliyyəti ilə məşğul olan digər müəssisə və təşkilatlar kimi,aşağıdakı Dövlət vergilərini ödəyirlər:
1.Hüquqi şəxslərin mənfəət vergisi
2.Hüquqi şəxslərin əmlak vergisi
3.Hüquqi şəxslərin torpaq vergisi

Müəssisələrin əldə etdikləri gəlirdən dövr ərzində olan xərclər çıxılarkən alınan müsbət fərq müəssisənin mənfəəti sayılır. Müəssisə və təşkilatlar ilin sonunda əldə etdikləri mənfəət məbləğindən mənfəət vergisi hesablayır və dövlət büdcəsinə ödəyirlər.Müvafiq Vergi qanunvericiliyinə əsasən mənfəət vergisi əldə olunan mənfəət məbləğinin 20%-i mislində hesablanır. Məsələn: Sığorta təşkilata bir il ərzində 25000 man.gəlir əldə etmiş,təşkilatın xərcləri 18000man.təşkil etmişdir.Deməli müəssisə 7000 man.mənfəət əldə etmişdir:

25000-18000= 7000

Deməli sığorta şirkəti belə halda dövlət büdcəsinə 1400 man.məbləğində mənfəət vergisi ödəməlidir. 7000 x 20%= 1400.

Müəssisənin əmlakı dedikdə ,müəssisənin balansında olan əsas vəsaitlər başa düşülür.Əmlak vergisi hesablanarkən balansda olan avtonəqliyyat vasitələrinin məbləğı çıxılır. Çünki,avtonəqliyyat vasitələrindən vergi mühərrikin həcminə görə ayrıca hesablanır.
Əmlak vergisində vergitutma məqsədi ilə müəssisənin əmlakının (əsas vəsaitlərin)orta illik qalıq dəyəri götürülür.Orta illik qalıq dəyərini tapmaq üçün vəsaitlərin ilin əvvəlinə və sonuna olan qalıq dəyərləri toplanılır və 2-yə bölünür.
Məsələn:


Yüklə 73,96 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin