Mövzu Sığorta orqanlarında mühasibat uçotunun əsasları. Plan: Təsərrüfat uçotu haqqında anlayış Mühasibat uçotunun tərkib hissələri və onların xarakteristikası



Yüklə 73,96 Kb.
səhifə25/41
tarix02.01.2022
ölçüsü73,96 Kb.
#36193
1   ...   21   22   23   24   25   26   27   28   ...   41
kitab (2)

Sığorta tarifi – sığorta haqqının hesablanması üçün aktuari hesablamalarına əsasən müəyyən edilən dərəcədir.
İcbari sığorta növləri üzrə sığorta haqqları və tarifləri qanunlara uyğun olaraq müəyyən edilir,digər sığorta növləri üzrə isə onları sığortaçı müəyyən edir.
Üç növ sığorta tarifi vardır:
1.Tənzimlənmiş tarif sistemi
2.Təsdiq edilmiş tarif sistemi
3. Sərbəst tarif sistemi
Tənzimlənmiş tarif sistemində qiymətlər Maliyyə Nazirliyi tərəfindən hazırlanır və təsdiq edilir
Təsdiq edilmiş tarif sistemində şirkətlər hazırladıqları tarifləri Nazirlər Kabineti təsdiq etdikdən sonra tətbiq edirlər.
Sərbəst tarif sistemində sığorta şirkətləri öz qiymətlərini ,özünün iqtisadi siyasəti və statistik məlumatlarına uyğun olaraq müəyyənləşdirdiyi qaydalara əsasən təyin edirlər.Bu tarif sistemində Dövlət,şirkətlər tərəfindən təsdiq edilən qiymətlərə müdaxilə edə bilməz.
Tarif dərəcəsi netto dərəcədən və yüklənmədən ibarətdir.Netto dərəcə sığorta ödənişlərinin verilməsi üçün sığorta ehtiyatlarının yaradılması,yüklənmə isə sığorta əməliyyatlarının aparılması üzrə sığortaçının xərclərinin təmin edilməsi və tarif mənfəətinin alınması təyinatına malikdir.
Sığorta tarifləri hesablanarkən nəzərə alınır ki,bu tarifləri tətbiq etməklə söğorta etdirənlərdən alınacaq sığorta haqları sığorta ıdənişlərinin verilməsi ilə yanaşı,həm də işlərin aparılması xərclərinə kifayət edəcək.
İşlərin aparılması xərcləri dəyişən və sabit ola bilər.Dəyişən xərclər ayrıca sığorta növünə və ya sığorta şəhadətnaməsinə aid edilə bilər. Sabit xərclər isə ayrıca sığorta növünə aid edilə bilməz.Bu xərclər bağlanmış sığorta müqavilələrinin bütün portfeli üzrə bölüşdürülməlidir.
Aktuar hesablamalar sığorta tariflərinin və sığorta ehtiyatlarının hesablanması üçün istifadə edilən iqtisadi-riyazi metodların sistemidir.Aktuar hesablamalar üzrə mütəxəssis aktuar adlanır.
Aktuar hesablamalar sığorta təcrübəsi ilə əlaqədar bir sıra xüsusiyyətlərə malikdir.Onların ən mühümləri aşağıdakılardır:
1)Qiymətləndirilən hadisələr ehtimal xarakterinə malikdir.Bu isə ödəniləcək sığorta haqlarının məbləğində öz əksini tapır.
2) Ayri-ayrı hallarda ümumi qanunauyğunluq kütləvi sığorta hadisələri vasitəsi ilə yaranır.
3)Sığorta ehtiyatlarının yaradılması və onun optimal həcminin müəyyən edilməsi Aktuar hesablamaların əsas məsələlərinə aiddir:
- Baxılan sığorta obyektləri çərçivəsində risk qruplarının seçilməsi və onların tətbiqi
- Sığorta hadisələrinin baş verməsi ehtimalının hesablanması və zərərin ağırlığının
müəyyən edilməsi
- Sığorta əməliyyatlarının aparılmasına çəkiləcək xərclərin zəruri məbləğinin riyazi əsaslandırılması və həmin xərclərin dəyişməsinin proqnozlaşdırılması.
Qeyri-həyat sığortası üzrə tarif dərəcəsi hesablanarkən əvvəlcə netto-dərəcə hesablanır.Netto-dərəcənin hesablanmasında aşağıdakı statistik məlumatlardan istifadə edilir:
1) Sığorta hadisəsinin baş verməsi ehtimalı
2) Bir sığorta müqaviləsi üzrə orta sığorta məbləği
3) Bir sığorta müqaviləsi üzrə orta sığorta ödənişi
4) Bağlanılacaq sığorta müqavilələrinin gözlənilən sayı.
Orta sığorta ödənişinin orta sığorta məbləğinə nisbətini isə aşağıda göstərilənlərdən az götürməmək tıvsiyyə olunur.
- fərdi qəza sığortası və sağlamlıq sığortası üzrə- 0,3%
- yerüstü nəqliyyat vasitələrinin sığortası üzrə- 0,4%
- yüklərin sığortası üzrə- 0,5%
- hava və su nəqliyatı vasitələrinin sığortası üzrə-0,6%
- avtonəqliyyat vasitə sahibərinin mülki məsuliyyətinin sığortası üzrə-0,7%


Yüklə 73,96 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin