Mövzu Sığorta orqanlarında mühasibat uçotunun əsasları. Plan: Təsərrüfat uçotu haqqında anlayış Mühasibat uçotunun tərkib hissələri və onların xarakteristikası


Mövzu 19.Sığorta ehtiyatlarının uçotu



Yüklə 73,96 Kb.
səhifə26/41
tarix02.01.2022
ölçüsü73,96 Kb.
#36193
1   ...   22   23   24   25   26   27   28   29   ...   41
kitab (2)

Mövzu 19.Sığorta ehtiyatlarının uçotu

Plan:

1.Sığorta ehtiyatlarının yaradılmasının məqsədi və vəzifələri
2.Sığorta ehtiyatlarının tərkibi
3.Sığorta ehtiyatlarının yerləşdirilməsi
4.Zərər ehtiyatlarının hesablanması

Öz fəaliyyətinin sabitliyini təmin etmək üçün sığortaçılar sığorta haqlarından sığorta ehtiyatları yaradırlar.Sığorta ehtiyatları bu müddət ərzində sığortaçının bağladığı sığorta müqavilələri üzrə yerinə yetirmədiyi məcmu öhdəliklərini əks etdirir.Sığorta ehtiyatları sığortaçının bağladığı sığorta müqavilələri üzrə öz öhdəliklərinə cavab verilməsi,yerinə yetirilməsi məqsədi ilə müəyyənləşdirilmişdir.


Həyat sığortası və qeyri-həyat sığortası üzrə sığorta ehtiyatlarının yaradılması qaydası bir-birindən fərqlənir,lakin hər iki sığorta ehtiyatı sığortaçının deyil,sığortaliların vəsaiti hesab edilir və hesabat tarixinə başa çatmamış sığorta müqavilələrindən əmələ gələn öhdəliklər üzrə sığorta ödənişlərinin verilməsi üçün müəyyənləşdirilir.Sığorta ehtiyatlarının miqdarı gələcək sığorta ödənişlərini tam halda üstəməlidir.Bu səbəbdən sığorta ehtiyatlarının miqdarı sığortaşının sığorta əməliyyatlarının təhlili və riyazi hesablamalarının nəticəsi əsasında müəyyənləşdirilir.
Sığorta ehtiyatları sığortaçılar tərəfindən sığortanın hər bir növü üzrə ayrılıqda maliyyə göstəriciləri müəyyən edilərkən hesablanır.
Yaradılmış ehtiyatlar balans hesabının 333 saylı “Qanunvericilik üzrə ehtiyat”hesabında uçota alınır.
Sığorta ehtiyatlarının tərkibinə ehtiyatlar və qarşisialınma tədbirləri fondu (QTF) daxildir.Texniki ehtiyatlara isə qazanılmamış mükafatlar fondu (QMF) və zərərlər ehtiyatı(ödənilməmiş zərərlər ehtiyatı) aiddir.Zərərlər ehtiyatı isə öz növbəsində bildirilmiş,lakin tənzimlənməmiş zərərlər ehtiyatından (BTZE) və baş vermiş ,lakin bildirilməmiş zərərlər ehtiyatından(BVBZE) ibarətdir.
Texniki ehtiyatların miqdarı sığortaçının gələcək sığorta ödənişləri üzrə maliyyə öhdəliklərini pul formasında qiymətləndirməklə təmin olunur:
Texniki ehtiyatları hesablamaq üçün baza sığorta mükafatı hesablanmalıdır.Baza sığorta mükafatı daxil olmuş sığorta haqlarından təkrarsığortaya hesablanmış xüsusi təminat çıxılmaqla yaradılır.
Qarşısıalınma tədbirlər fondu baş verə biləcək sığorta hadisəsinin qarşisini almaq məqsədilə sığortaçılar tərəfindən həyata keçirilən tədbirlərin müəyyənləşdirilməsi üçündür.QTF tarif dərəcələrinin strukturunun nəzərdə sığorta brutto mukafatlarından ayırma yolu ilə yaradılır.
Sığortaçının öz vəsaiti eyni zamanda onun sərbəst ehtiyatları kimi də baça düşülür.Sığortaçının sərbəst ehtiyatları isə eyni zamanda sərbəst aktivlərin məbləğinə bərabərdir.


Yüklə 73,96 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin