Mövzu Sığorta orqanlarında mühasibat uçotunun əsasları. Plan: Təsərrüfat uçotu haqqında anlayış Mühasibat uçotunun tərkib hissələri və onların xarakteristikası



Yüklə 73,96 Kb.
səhifə29/41
tarix02.01.2022
ölçüsü73,96 Kb.
#36193
1   ...   25   26   27   28   29   30   31   32   ...   41
kitab (2)

Uçot siyasəti – maliyyə hesabatlarının tərtib və təqdim edilməsi üçün müəssisə tərəfindən qəbul edilmiş, onun iş xüsusiyyətlərinə uyğun olan prinsiplərin,əsasların,şərtlərin,qaydaların və təcrübələrin məcmusudur.
Sığorta şirkətlərinin təsərrüfat fəaliyyətinin yekun göstəricilərindən biri maliyyə nəticələri göstəricisidir.Müəssisənin fəaliyyətinin maliyyə nəticələri dedikdə,mənfəət və yaxud zərər nəzərdə tutulur.Sığorta təşkilatları istehsal fəaliyyəti ilə məşğul olmadıqlarına görə onlarda yeni dəyər yaradılmır. Mənfəət isə yaradılan yeni dəyərin reallaşması nəticəsində əmələ gəlir.Lakin buna baxmayaraq sığorta şirkətləri plan dövrünün gəlir və xərclərini hesablayarkən gəlir məbləğini xərc məbləğindən az götürmürlər.Çünki,bu müəssisələrdə fəaliyyətin maliyyə nəticələri ilin sonunda sığorta xidmətindən götürdükləri gəlir məbləğinin həmin xidmətə sərf edilən xərclərin məbləği ilə müqayisə etmək yolu ilə hesablayırlar.
Sığorta şirkətlərində maliyyə nəticələrinin uçotu 801 saylı”Ümumi mənfəət(zərər)” və 811 saylı “Asılı və birgə müəssisələrin mənfəətindən(zərərindən) pay” hesablarında uçota alınır.
Sığorta təşkilatları üçün maliyyə hesabatlarının tərkibi aşağıdakılardan ibarətdir:
1. Mühasibat balansı
2. Mənfəət və zərərlər haqqında hesabat
3. Kapitalda dəyiçikliklər haqqında hesabat
4. Pul vəsaitlərinin hərəkəti haqqında hesabat
5. Uçot siyasəti və izahlı qeydlər.
Maliyyə hesabatlarının hazırlanması,təqdim edilməsi və dərc edilməsinə müəssisənin direktorlar şurası və digər idarəetmə orqanı,belə bir qrum olmadığı halda müəssisənin rəhbəri cavabdehdir.
Müəssisə illik maliyyə hesabatlarını və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını hesabat dövrünün sonunda,müvafiq olaraq,4 ay və 6 ay müddəti ərzində təqdim etməlidir.


Yüklə 73,96 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin