Mövzu Sığorta orqanlarında mühasibat uçotunun əsasları. Plan: Təsərrüfat uçotu haqqında anlayış Mühasibat uçotunun tərkib hissələri və onların xarakteristikası


Mövzu12. Sığorta təşkilatlarında gəlir və xərclərin uçotu



Yüklə 73,96 Kb.
səhifə16/41
tarix02.01.2022
ölçüsü73,96 Kb.
#36193
1   ...   12   13   14   15   16   17   18   19   ...   41
kitab (2)

Mövzu12. Sığorta təşkilatlarında gəlir və xərclərin uçotu

Plan:

1.Əsas əməliyyat gəlirlərinin uçotu
2.Yenidənqiymətləndirmə və məzənnə fərqləri üzrə gəlirlər və xərclərin
uçotu
3.Fəaliyyətin dayandırılmasından yaranan mənfəət və ya zərərin uçotu
4.Sığortaçının xərclərinin təsnifatı
5.Kommersiya xərclərinin,maliyyə gəlirləri və xərclərinin uçotu

Sığorta təşkilatı digər sahibkarlıq strukturları kimi öz fəaliyyətindən müəyyən gəlir əldə etməlidir.Sığortaçı tərəfindən sığorta və qanunvericilik ilə qadağan edilməmiş digər fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə etdiyi vəsait üzrə toplanmış məbləğ sığortaçının gəliri adlanır.


Müasir təcrübədə sığorta şirkətlərinin gəlirləri əsasən üç mənbəədən alınır:
a)sığorta fəaliyyətindən alınan gəlirlər
b)investisiya fəaliyyətindən alınan gəlirlər
c)sair gəlirlər
Sığorta şirkətlərinin sığorta fəaliyyətindən alınan gəlirləri alınma mənbələrinə görə 4 qrupa ayrılır:
1.Alınmış komisyon mükafatı
2.Təkrar sığortaya verilmlş risklər üzrə zərərlərin ödənişi
3.Sığorta əməliyyatlarından sair gəlirlər
4.Sığorta mükafatı.
Sığorta əməliyyatlarından əldə olunan gəlirlər sığortaçının gəlir bazasını və eləcə də sığorta büdcəsinin təşkilinin əsas şərtlərini tamamlayan mühüm mənbələrdən biridir.
Bu gəlirlərin mərkəzi elementlərindən biri də sığorta etdirən şəxslərin sığorta haqları və ya birbaşa sığorta müqaviləsi üzrə olan sığorta mükafatlarıdır.Sığorta mükafatı özü də aşağıdakı mənbələrə ayrılır:
a)müştərək sığorta üzrə sığorta mükafatı
b)birbaşa sığorta üzrə sığorta mükafatı
c)təkrar sığortadan alınan risklər üzrə sığorta mükafatı
Sığorta təşkilatlarının əldə etdiyi gəlirlərin bir növü də investisiya fəaliyyətindən olan gəlirlərdir.Sığorta kompaniyalarının investisiya fəaliyyəti birbaşa sığorta ilə əlaqədar deyil.O,sığorta etdirən şəxslərin sığorta haqlarının kapital qoyuluçu mənbəyi kimi istifadə olunmasına əsaslanır. Müəyyən müddət ərzində sığortaçının sərəncamında olan sığorta mükafatları müəyyən olunmuş qaydalar üzrə investləşir və sığorta təşkilatına investiya gəlirini gətirir.İnvestiya fəaliyyətindən alınan gəlirləri aşağıdakılar daxildir:
1.Kənar müəssisələrin fəaliyyətində birbaşa iştirakdan alınan gəlirlər
2.Verilmiş səhmlər üzrə dividentlər
3.İstiqrazlar,depozit sertifikatları və veksellər üzrə gəlirlər
4.İcarəyə verilmiş əmlaka görə alınan icarə haqları

Sığorta şirkətlərinin sair gəlirləri dedikdə onların digər sıvdələşmələrdə əldə etdikləri gəlirlər başa düşülür ki,bunlara da əsasən aşağıdakılar daxildir:


1.Sığorta ilə əlaqədar fəaliyyətdən alınan gəlirlər
2.Sığorta ilə əlaqədar olmayan fəaliyyətdən alınan gəlirlər
3.Sığorta ehtiyatlarının qaytarılma məbləği
Sığorta ilə əlaqədar fəaliyyətdən alınan gəlirlər özləri də iki mənbəyə ayrılır- mükafat üzrə ayırmalar və geriləmə qaydasında alınmış məbləğ.
Sığorta ilə əlaqədar olmayan fəaliyyətdən alınan gəlirlər də üç yerə ayrılır:
a)uzunmüddətli aktivlərin satışından mənfəət
b)alınan icarə haqları
c)məsləhətverici xidmətlərin və aparılan təhsildən alınan gəlirlər.

Sığortaçı öz fəaliyyətində müəyyən xərcləri həyata keçirir,yəni sığorta müdafiəsinin təmin olunması müəyyən itkilər ilə müşayiət olunur.Nizamnamə fəaliyyətinin həyata keçirilməsinə yönəldilən və mühasibat hesabatında öz əksini tapan xərclər sığorta şirkətinin xərcləri adlanır.


Sığorta müəssisələrinin xərcləri sərf olunma istiqamətindən asılı olaraq iki qrupa ayrılır:
1.Sığorta ıhdəlikləri ilə əlaqədar olan xərclər
2.Sığorta fəaliyyəti ilə bağlı olan xərclər.
Sığorta öhdəlikləri ilə əlaqədar olan xərclərə aşağıdakılar daxildir:
1.Sığorta,müştərək sığorta və təkrarsığorta müqavilələri üzrə sığorta ödənişləri
2.Təkrar sığortaya verilmiş sığorta mükafatlarının məbləği
3.Təkrarsığorta üzrə mükafatlar
4.Təkrarsığortaya verilmiş risklər üzrə mükafata ödənilmiş risklərin məbləği
5.Sığorta haqqında qanunvericilik əsasında əmələ gələn sığorta ehtiyatlarına
ayırmaların məbləği.
Sığorta fəaliyyətinin aparılmasına dair xərclərə aşağıdakılar daxildir:
a) agentlərə və brokerlərə verilən mükafatlar
b)ekspertlərin,qəza komissarlarının ,vəkillərin xidmət haqları
c)inkassator xidmətləri üzrə xərclər
ç)sığorta şəhadətnamələrinin hazırlanması xərcləri.
Sığorta fəaliyyətinə bilavasitə təsir göstərən və sığorta xidmətlərinin maya dəyərinə daxil olan işlərin həyata keçirilməsi üzrə xərclərə,məhsulun maya dəyərinə daxil olan məhsilların istehsalı və realizəsi üzrə xərclərin tərkibi kimi baxılmalıdır.



Yüklə 73,96 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin