Mövzu 10: Xərclərin, gəlirlərin və maliyyə nəticələrinin uçotu Xərcər, onların iqtisadi mahiyyəti və tanınması



Yüklə 49,9 Kb.
səhifə1/10
tarix18.05.2022
ölçüsü49,9 Kb.
#58537
  1   2   3   4   5   6   7   8   9   10
10. X ərclərin,gəlirlərin və maliyyə nəticələrinin uçot


Mövzu 10: Xərclərin, gəlirlərin və maliyyə nəticələrinin uçotu

  1. Xərcər, onların iqtisadi mahiyyəti və tanınması

  2. Maliyyə uçotu sistemində xərclərin təsnifatı

  3. Istehsala məsrflərin uçotu və maya dəyərinin kalkulyasiyası

  4. Sair əməliyyar xərclərinin uçotu

  5. Kommersiya və inzibatı xərclərin uçotu

  6. Gəlirlərin mahiyyəti, tanınması və təsnifatı

  7. Məhsul, iş və xidmətlərin satışından olan daxilolmaların uçotu

  8. Sair əməliyyat gəlirlərinin uçotu.

9. Mənfəət və zərərlər haqqında anlayış və onların təsnifatı.
10. Əsas (adi) əməliyyat fəaliyyətindən mənfəət və zərərlərin uçotu.
11. Sair əməliyyat fəaliyyətindən mənfəət və zərərlərin uçotu.
12. Ümumi maliyyə nəticələrinin (mənfəət və zərərlərin) uçotu

1. Kommersiya təşkilatları üzrə “Maliyyə hesabatlarının təqdimatə üzrə ”1 nömrəli MMUS-a əsasən xərc dedikdə mülkiyyətçilər arasında kapitalın bölüşdürülməsi ilıə əlaqədar olmayan və kapitalın azalması ilə nəticələnən, habelə hesabat dövründə aktivlərin kənara axını və ya azlması və öhdəliklərin artması hesabına baş verən iqtisadi səmərənin azalması başa düşülür.
Mövcud standartlara əsasən xərclər Mənfəət və zərər haqqında hesabatda əks etdirilən zaman tanınır. Xərclər aşağıdakı hallarda tanınır:

  1. aktivlərin azalması və öhdəliklərin artması ilə bağlı istisadi səmərənin azalması baş verdikdə;

  2. aktivlərin azalması və ya öhdəliklərin artması etibarlı şəkildə qiymətləndirildikdə.

Xərclərin maliyyə hesabatına daxil edilməsi xərclərin tanınması adlanır. MMUS-un Konseptual əsaslaröna görə (maddə38) əksər hallarda xərclərin və gəlirlərin ayrı-ayrı maddələri bir-biri ilə birbaşa əlaqəli olur. Buna görə də müvavfiklik (əlaqələndirmə) konsepsiyasına əsalanaraq xərclər və gəlirlər eyni zamanda tanınmalıdır.
Xərclərin gəlirlər ilə birbaşa əlaqələndirilməsi mümükün olmadığı hallarda onlar müvafiq hesabat dövrləri arasında sistematik və ardıcıl olaraq bölüşdürülür. Məsrəflər gələcək iqtisadi səmərənin əmələ gəlməsinə, habelə tanınma meyarlarına cavab verən aktivlərin yaranmasına səbəb olmadıqda, bu məsrəflər nəticə verməyən xərc və ya zərər kimi dərhal tanınır.

Yüklə 49,9 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin