Əsas gəlir müəssisənin adi fəaliyyəti zamanı yaranmış, həmçinin məhsul,iş və xidmət satışından, alınmış komission haqqları, faiz, dividentlər, royaltilər və icarə haqqı daxil olmaqla müxtəlif başlıqlar altında təsnifləşdirilən gəlirdir. Əgər müəssisənin adi fəaliyyəti üzrə gəlirlərin mütəmadi yaranması ehtimlı varsa, bu cür gəlir əsas gəlir hesab edilir. Adi fəaliyyət– təsərrüfat məqsədlərinə nail olmaq ücün müəssisə tərəfindən həyata kecirilən fəaliyyətdir
Sair gəlirlər müəssisənin adi fəaliyyəti zamanı mütəmadi yaranmayan və əsas gəlir anlayışına uyğun gəlməyən gəlirdir. Onlara misal olaraq əsas vəsaitlərin, qeyri-maddi aktivlərin, ehtiyatların satışından, kurs fərqindən, alınmış cərimə və peniyalar və s.olan gəlirlər aiddir
Sair gəlirlər müvafiq MMUS-a uyğun olaraq Mənfəət və zərər haqda hesabatda və ya kapitalda dəyişikliklər haqda hesabatda öz əksini tapmalıdır.
7. Standartlarda gəlirlərin tanınması daxil olmaların növündən asılı olaraq müxtəlif formada həyata keçirilir: malların satışından, xidmətlərin təqdim edilməsindən və ya şirkətin aktivinin digər tərəflərin istifadəsindən əldə edilən faizlər, lisenziya ödənişləri və dividendlər və ş.
Standartlara əsasən malların, məhsulların satışından əldə olunan gəlirlər aşağıdakı bütün şərtlərin yerinə yetirilməsi zamanı tanınır:
müəssisə malların mülkiyyət hüquqi ilə bağlı risklərin və mükafatların əhəmiyətli dərəcəsini alıcıya ötürdükdə;
müəssisə mülkiyyət hüquqi ilə bağlı idarəetmdə artıq iştirak etmədikdə və satılmış mallar üzərndə faktiki nəzarəti itirdikdə;
gəlir məbləğini etibarlı əsasda qiymətləndirmək mümkün olmadıqda;
əməliyyat ilə bağlı iqtisadi səmərənin müəsssəyə daxil olması ehtimal olunduqda;
əməliyyat ilə bağlı keçmiş və gələcək xərclər etibarlı əsasla qiymətləndirmək mümkün olduqda
Qeyd edildiyi kimi 18 saylı MHBS və 6 nömrəli MMUS malların satışından, xidmətlərin təqdim edilməsindən və ya şirkətin aktivinin digər tərəflərin istifadəsindən əldə edilən faizlər, lisenziya ödənişləri və dividendlər və ş. üzrə daxilolmaların uçotu zananı tətbiq edilir. Qeyd edilən bu standartlar yalnız əsas, sistematik fəaliyyətdən olan daxilolmaların uçotu zamanı tətbiq edilir.
Məhsul (iş və xidmətlərin) satışından olan mədaxil(ümumi gəlir) adi əməliyyat fəaliyyəti zamanı daxil olan ümumi iqtiadi səmərə kimi müəyyən edilir ki, bu da kapitalın səhmdarların haqqı (payı) hesabına olmayan artımına səbəb olur.
Məhsul (iş və xidmətlərin) satışından olan ümumi gəlir kommersiya təşkilatının sistematik, mütəmadi gəlirini əks etdirir və onun tərkibinə ƏDV, aksiz vergisi və dövriyyədən vergi daxil deyil. Əməliyyatlardan yaranan gəlirin məbləği müəssisə tərəfindən aktivin satılması nəticəsində, təqdim edilmiş hər hansı satış endirimləri nəzərə alınmaqla əldə olunmuş və əldə edilməsi gözlənilən ödəmələrin ədalətli dəyəri ilə qiymətləndirilir. Bu gəlir pul vəsaitləri və ya onların ekvivalentləri, qeyri-pul aktivləri, habelə öhdəliklərin azalması şəklində əldə edilə bilər.
Mallar və ya xidmətlər dəyərinə və mahiyyətinə görə oxşar olan mallar və ya xidmətlər ilə mübadilə edilərsə, bu mübadilə gəlir əmələ gətirən əməliyyat hesab eduilmir, yəni gəlir tanınmır.
Mallar və ya xidmətlər dəyərinə və mahiyyətinə görə oxşar olmayan mallar və ya xidmətlərlə mübadilə edilərsə, bu mübadilə gəlir əmələ gətirən əməliyyat hesab olunaraq yaranmış gəlir əldə eduilmirş malların və ya xidmətlərin ədalətli dəyəri ilə qiymətləndirilir.
Misal 1. Fərz edək ki, malın qiyməti 30.000 AZN, onun məhsul satıldığı andan 3 ay müddəti ərzində xidmət göstərilməsi üzrə xərcin məbləği 6.000 AZN təşkil edir. Belə olan halda satışdan gəlirin tanınması 24.000 AZN (30.000-6.000) həcmində malların mülkiyyət hüququnun keçməsindən sonra, 6. 000 AZN həcmində isə satılmış mallara xidmət müddətinin başa çatmasından (3 ay) sonra baş verəcəkdir.
Müəssisənin aktivlərinin digər şəxslər tərəfindən istifadə edilməsi ilə əlaqədar yaranan gəlirlərə faiz gəlirləri, röyalti və dividentlər aid edilir.