11. Sair əməliyyat fəaliyyətindən olan mənfəət və zərəri müəyyənləşdirmək üçün
611 “Sair əməliyyat gəlirləri” adlı hesabdan istifadə edilir.
Hesabın kredtində torpaq, tikili və avadanlıqların, habelə digər uzunmüddətli aktivlərin satışından, ehtiyatların yenidən qiymətləndirilməsindən, əvəzsiz alınan aktivlərdən, müsbət məzənnə fərqlərindən və s. alınan gəlirlər, debetində isə sair əməliyyatlar üzrə xərclər əks etdirilir.
Sair əməliyyat gəlirləri eyni adlı sintetik hesabın tərkibində açılan 8 subhesab subhesablar vasitəsilə rəsmiləşdirilir( bax. Hesablar planı 611 nömrəli hesaba).
Sair əməliyyatlar üzrə xərclər əvvəlcə 731 “Sair əməliyyat xərcləri”adlı hesabın tərkibində açılan subhesablarda ( bax. Hesablar planı 731 nömrəli hesaba) toplanılır.
Daha sonra belə əməliyyatlar üzrə xərclər aşağıdakı yazılış vasitəsilə Sair əməliyyat gəlirləri hesabına silinir:
DT 611 “Sair əməliyyat gəlirləri”
KT 731 “Sair əməliyyat xərcləri”
611 “Sair əməliyyat gəlirləri” hesabın kredit dövriyyəsinin debet dövriyyəsini üstələməsi mənfəəti əks etdirir:
DT 611 “Sair əməliyyat gəlirləri”
KT 801 “Ümumi mənfəət (zərər)”
Əksinə 611 “Sair əməliyyat gəlirləri” hesabının debet dövriyyəsi kredit dövriyyəsini üstələrsə, bu alınan zərəri göstərir:
DT 801 “Ümumi mənfəət (zərər)”
KT 611 “Sair əməliyyat gəlirləri”
Misal 1 . Torpaq sahəsi satılmışdır. Onun balans dəyəri 20 000 manat təşkil edir. Satışdan 25 000 manat məbləğində gəlir götürülmüşdür. Çəkilən xərclər ( 2000 man) çıxıldıqdan sonra torpaq sahəsinin satışından 3000 manat mənfəət əldə edilmişdir: 25 000 man. – 20000 man. – 2000 man. = 3000 man.
Yuxarıda əməliyyatlar uçotda belə əks etdirilir:
1) DT 223 “Bank hesablaşma hesabları” – 25.000 manat
KT 611 “Sair əməliyyat gəlirləri” – 25.000 manat
2) DT 731 “Sair əməliyyat xərcləri” – 2.000 manat
KT 538 “Digər qısamüddətli kredit borcları” – 2.000 manat
3) DT 731 “Sair əməliyyat xərcləri” – 20.000 manat
KT 111–1 “Torpaq, tikili və avadanlıqlar” hesabının “Torpaq – Dəyər” subhesabı –20. 000 manat
4) DT 611 “Sair əməliyyat gəlirləri” hesabının 1-ci “Torpaq, tikili və
avadanlıqların və digər uzunmüddətli aktivlərin satışından digər gəlirlər”
subhesabı – 2.000 manat
KT 731 hesabın “Torpaq, tikili və avadanlıqların və digər uzunmüddətli
aktivlərin satışından zərərlər” subhesabı – 2.000 manat
5) DT 611 “Sair əməliyyat gəlirləri” hesabının 1-ci subhesabı– 20.000 manat
KT 731 “Sair əməliyyat xərcləri” hesabının 1-ci subhesabı – 20.000 manat
6) DT 611 “Sair əməliyyat gəlirləri” hesabının 1-ci subhesabı – 3.000 manat
KT 801 “Ümumi mənfəət (zərər)” – 3.000 manat
Müsbət məzənnə fərqləri uçot obyektindən asılı olaraq aşağıdakı köçürmə vasitəsilə rəsmiyyətə salınır:
DT 151,152, 221, 223, 225, 244 və s.
KT 611 “Sair əməliyyat gəlirləri” hesabı
Mənfi məzənnə fərqləri isə əksinə aşağıdakı mühasibat yazılışlarının köməyilə qeydə alınır:
DT 731 “Sair əməliyyat xərcləri”
KT 151,152, 221, 223, 225, 244 və s.
Daha sonra 611 “Sair əməliyyat gəlirləri” hesabı debetləşir, 731 “Sair əməliyyat xərcləri” hesabı kreditləşir.
Malsatan və podratçılar qarşısında olan borclar üzrə müsbət məzənnə fərqi uçotda 611 “Sair əməliyyat gəlirləri” hesabının kreditində, 431, 531 saylı uzun və qısamüddətli kreditor borclarını uçota alan hesabların isə kreditimndə yazılmaqla əks etdirilir, mənfi kurs fərqi isə uçotda əks mühasibat yazılışı ilə əks etdirirlir. Bu zaman DT 731 KT 431, 531 yazilışı tərtib edilir, daha sonra isə DT 611 KT 731 mühasibat yazılışı tərtib eilir.