Mövzu 10: Xərclərin, gəlirlərin və maliyyə nəticələrinin uçotu Xərcər, onların iqtisadi mahiyyəti və tanınması


Faiz gəliri – müəssisəyə məxsus olan pul vəsaitlərinin və ya onların ekvivalentlərinin istifadəsinə görə ödənişlər; Royalti –



Yüklə 49,9 Kb.
səhifə6/10
tarix18.05.2022
ölçüsü49,9 Kb.
#58537
1   2   3   4   5   6   7   8   9   10
10. X ərclərin,gəlirlərin və maliyyə nəticələrinin uçot

Faiz gəliri – müəssisəyə məxsus olan pul vəsaitlərinin və ya onların ekvivalentlərinin istifadəsinə görə ödənişlər;
Royalti – müəssisələrin uzunmüddətli aktivlərinin (patentlərin, ticarət nişanlarının, müəlliflik huquqlarının, kompüter proqram təminatının və sair oxşar aktivlərinin) istifadəsinə görə ödənişlər;
Dividentlər – müəssisənin xalis mənfəətinin səhmdarlar arasında onların müvafiq iştirak paylarına uyğun olaraq bölüşdürülmüş məbləğləri.
Faiz gəliri, royalti və dividentlər formasında yaranan gəlir aşağıdakı bütün şərtlərin yerinə yetirildiyi təqdirdə muəyyən edilmiş qaydada tanınır:

  1. əməliyyat ilə bağlı iqtisadi səmərələrin müəssisəyə daxil olması ehtimal

olunduqda;
b) gəlirin məbləğini etibarlı əsasla qiymətləndirmək mümkün olduqda.
Faiz formasında yaranan gəlir aktivin real səmərəliliyini nəzərə almaqla mütənasib qaydada, royalti formasında yaranan gəlir müvafiq müqavilənin şərtlərinə uyğun olaraq hesablama metodu əsasında, divident formasında yaranan gəlir səhmdarlar tərəfindən bu dividentləri almaq huququ əldə olunduqda tanınmalıdır. Faiz, royalti və divident formasında yaranan gəlir, mənbədən tutulan hər hansı vergilər daxil olmaqla, umumi məbləği ilə qiymətləndirilir.
Malların, məhsul, iş, xidmət satışından və digər adi fəaliyyət nəticəsində yaranan gəlirlərin uçotu məqsədi ilə debitor borclarını uçota alan 171,172,174,175,176,177,181, 211, 212, 213,214, 215, 216, 217, 218, və s. hesablar və satış hesabları olan 601, 602, 603, 611və s. istifadə edilir.
İndi isə məhsul (iş və xidmət) satışından olan bəzi gəlirlərin uçotunu nəzərdən keçirək6

  1. Məhsul (iş.xidmət) satışından olan gəlir tanındıqda:

DT 171, 211 (”Alıcı və sifarişçilərin uzun və qisamüddətli debitor borcları” )
KT 601 “Satış” hesabı

  1. Podrat müqaviləsi üzrə obyektin satışından gəlir tanındıqda:

DT 175, 215 (”Tikinti müqaviləəri üzrə uzun və qısamüddətli debitor borcları)
KT 601 “Satış” hesabı

  1. Digər müəssisənin fəaliyyyətində iştirakdan olan gəlir hesablananda:

DT 217 ”Digər qısamüddətli debitor borcları” hesabı
KT 631 “Maliyyə gəlirləri” hesabı

  1. Müəssisənin əsas vəsait obyektinin müvəqqəti olaraq pullu istifadəyə verilməsindən gəlir tanındıqda:

DT 214 (”İcarə üzrə qısamüddətli debitor borcları)
KT 631 “Maliyyə gəlirləri” hesabı;


8. Müəssisə və təşkilatların əldə etdikləri gəlirlərin tərkibində sair gəlirlər də əks etdirilir. Bunlara maddi və qeyri-maddi uzunmüddətli aktivlərin satışından, yenidən qiymətləndirilməsindən, əvəzsiz əldə edilməsindən,alınmış cərimələrdən , ümidsiz borcların bərpasından, məzənnə fərqlərindən və s. yaranan gəlirlər aiddir.
Maddi və qeyri-maddi uzunmüddətli aktivlərin dəyərinin dəyişməsindən və ya satışından yaranan sair gəlir 7№-li və 12 №-li Milli Mühasibat Ucotu Standartlarının tələblərinə uyğun olaraq tanınır.
Sair gəlir, həmcinin ehtiyatların ilkin dəyərinin əvvəlki hesabat dövrlərində mümkün xalis satış dəyərinədək azaldılmış dəyərinin sonrakı dövrlərdə artımı nəticəsində yaranır və cari dövrün xərclərinin azalması kimi tanınır. Bu gəlir ehtiyatların cari balans dəyirinin onların ilkin dəyərinədək artırılmış məbləğində qiymətləndirilir. Ehtiyatların mumkun xalis satış dəyərinin onların ilkin dəyərindən artıq olduğu hər hansı məbləğ gəlir kimi tanınmır. Hesabat dövrundə şubhəli borcların qiymətləndirilmiş məbləğinin azalması nəticəsində yaranmış sair gəlir hesabat dövrünün xərclərinin azalması kimi tanınır. Bu gəlir debitor borclarının məbləğinə düzəliş kimi Mühasibat balansında ucota alınan şübhəli borcların yeni qiymətləndirilmiş məbləği ilə əvvəlki məbləği arasındakı fərq kimi qiymətləndirilir. Kecmiş hesabat dövrlərində silinmiş debitor borclarının cari hesabat dövründə odənilməsi nəticəsində yaranan sair gəlir hesabat dövrünün xərclərinin həmin məbləğdə azalması kimi tanınır. Bu halda, iqtisadi səmərələrin müəssisəyə daxil olması ehtimal olunduğu nəzərdə tutulur. Sair əməliyyat gəlirlərinin uçotu 611 “Sair əməliyyat gəlirləri” adlı hesabda uçota alınır. Qeud edilən hesabın 8 subhesabı vardır ki, həmin subhesablarda sair əməliyyat gəlirlərinin uçotu onların növləri üzrə aparılır.
Əldə edilən həmin gəlirlər hesabat dövrünün sonunda müəssisənin ümumi maliyyə nəticələrinə aid edilir və bu zaman DT 611 KT 801 mühasibat yazılışı ilə uçotda əks etdirilir.


9. Mənfəət və zərərlər maliyyə nəticələrinin göstəricisi hesab olunur. Son maliyyə nəticəsində aşağıdakılar əldə oluna bilər:

    1. mənfəət;

    2. zərər;

    3. heç nə, nə mənfəət, nə də zərər.

Mənfəət və zərərlər gəlir və xərclərin müqayisəsi əsasında müəyyənləşdirilir. Buna görə də “Maliyyə hesabatlarının təqdimatı üzrə” 1 nömrəli MMUS-a müvafiq olaraq gəlir və xərclərin mahiyyətini qısa formada araşdıraq.
Həmin standarta əsasən gəlir əsas və sair gəlirlərə bölünür.

Yüklə 49,9 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin